1. Azərbaycanın təbii-coğrafi şəraiti


Azərbaycan SSR 1960-cı illərin sonu-1980-ci illərin əvvəlində.Siyasi sistemin təkmilləşməsində Heydər Əliyevin fəaliyyəti



Yüklə 344,46 Kb.
səhifə110/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   106   107   108   109   110   111   112   113   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

108.Azərbaycan SSR 1960-cı illərin sonu-1980-ci illərin əvvəlində.Siyasi sistemin təkmilləşməsində Heydər Əliyevin fəaliyyəti.

XX əsrin sonlarının fundamental transformasiyalar şəraitində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin strateji kursu sayəsində dinamik inkişaf edən dövlətə çevrilmişdir. Azərbaycan prezidenti İlham Əliyev 2010-cu ildə təntənəli surətdə Azərbaycanda keçid dövrünün başa çatdığını elan etmiş və ölkəmizin yaxın perspektiv hədəfini müəyyənləşdirmişdir: “Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq” [1].

2015-ci ilin iyul ayının 13-də cari ilin Nazirlər Kabinetinin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan uğurla inkişaf edir”. İlham Əliyev qeyd etmişdir ki, neftin qiyməti aşağı səviyyədə olmasına baxmayaraq altı ay ərzində iqtisadiyyatımız inkişaf edib  5,7 faiz artmışdır, qeyri-neft sektorunda artım 9,2 faiz olub, sənaye istehsalı təxminən 4 faiz artmışdır. “Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir”.

Heydər Əliyev Azərbaycan rəhbərliyinə 14 iyul 1969-cu ildə, çətin bir dövrdə gəlmişdi. 1969-cu il Azərbaycan üçün dönüş nöqtəsi oldu. Azərbaycan rəhbəri respublikada nəhəng dəyişikliklərə şərait yaratmış mühüm qərarların qəbuluna nail oldu. 1970-ci illərin Azərbaycan üçün epoxal önəmə malik bir dövr olduğunu konstatasiya etməliyik. Məhz o zaman Sovetlər Birliyinin digər respublikaları arasında sosial-iqtisadi inkişafın autsayderi olan respublikamız gerçəkdən nəhəng sıçrayışa nail oldu. Belə bir reallıq nəzərə alınmalıdır ki, əgər 1970-ci illər SSRİ iqtisadiyyatının artım sürətinin bir qədər aşağı düşməsi ilə əlamətdar olmuşdusa, Azərbaycan SSR o illərdə xalq təsərrüfatının bütün sahələrində öz tarixində görünməmiş artım templəri nümayiş etdirmişdi. Azərbaycan iqtisadiyyatı nümunəsində hətta sadəcə artımdan deyil, əsl iqtisadi inkişafdan danışmaq məqsədəuyğundur.

Heydər Əliyevin həyatı haqqında bioqrafik romanın müəllifi E.Axundovanın qeyd etdiyi kimi, 1969-cu ilə kimi “ümumittifaq plenumlarında və müşavirələrində respublikanın adını hər zaman geridə qalmışlar sırasında çəkir, nümunə göstərəndə də mənfi planda göstərirdilər” [6, 20].

1971-1975-ci illər həqiqətən də Azərbaycanın sosial-iqtisadi inkişafında dönüş yaratdı. Bu illər çatışmazlıqların aradan qaldırılması, sürəkli geri qalmanın ləğv edilməsi, xalq təsərrüfatının coşqun yüksəlişi dönəmi idi. Respublika rəhbərinin sərrast təbirincə, “Azərbaycanının tarixində görünməmiş yüksək inkişaf sürətinə nail olunmuşdu. Müharibədən sonrakı illərdə ilk dəfə olaraq beşillik plan bütün əsas göstəricilərinə görə vaxtından əvvəl yerinə yetirilmişdi” [7, 9]. Bu illərdə milli gəlir artımı 1,6 dəfə, sənaye məhsulunun artımı isə 2 dəfə səkkizinci beşilliyin müvafiq artımlarını üstələmişdi.

Heydər Əliyev çıxışlarında respublika iqtisadiyyatının keyfiyyətcə yeni duruma keçidi probleminə toxunurdu.

O deyirdi: “Biz respublika xalq təsərrüfatının inkişafının keyfiyyətcə yeni mərhələsinə çıxmışıq... İqtisadiyyatın artım sürətinin... inkişafında əsaslı dönüş yaradılması vəzifəsi qoyulmuş və müvəffəqiyyətlə həll edilmiş, indi biz onun ən qabaqcıl, mütərəqqi və perspektivli sahələrinin keyfiyyətcə inkişafı vəzifələrini həll edə bilərik” [7, 6, 7].

Heydər Əliyevin o illərə aid mətnlərində “elmi-texniki tərəqqi”, “texniki (texnoloji) yenidən təchizat”, “yenidən qurma”, “modernləşmə” kimi anlayışları xüsusi olaraq diqqəti diqqəti çəkir.  H.Əliyev 1976-cı ilin oktyabr ayında məruzəsində demişdi: “Mahiyyət etibarı ilə biz Azərbaycanın inkişafının sosial, iqtisadi, elmi-texniki dəyişiklər səciyyəsinə görə həqiqətən tarixi əhəmiyyətə malik keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm basırıq” [7, 10-11, 20].

Rəhbərliyinin ilk dövründə H.Əliyev iqtisadiyyatın intensivləşdirilməsinə böyük diqqət yetirir və onu sənaye inkişafının yeni pilləsinə keçid prosesində strateji məqsədlərdən biri hesab edirdi. Onun tərəfindən sənaye strukturunun təkmilləşdirilməsi bu məqsədə çatmağın mühüm istiqamətlərindən biri kimi qavranılırdı. Strukturun təkmilləşdirilməsi dedikdə isə elmi-texniki tərəqqinin nailiyyətlərini istehsalata tətbiq etməyi nəzərdə tuturdu.

Heydər Əliyev xalq təsərrüfatı kompleksinin modernləşdirilməsində və texniki cəhətdən yenidən təchizatında maddi, sosial, idarəçilik faktorları ilə yanaşı mənəvi amilləri də əsas götürürdü. O, hesab edirdi ki, inkişaf və tərəqqi azsaylı insanın nəsibi olmamalıdır.

Məhz Heydər Əliyevin dövlətçilik fəaliyyətində səriştəlilik, icadçılıq, məsuliyyətlilik fenomenal şəkildə üzə çıxmışdı. H.Əliyev nəinki ensiklopedik biliklərə malik strateji təfəkkür və analitik zəka sahibi idi. Onun heç də az əhəmiyyəti olmayan daha bir keyfiyyəti – intuisiyası var idi. Məhz intuisiya, fəhm, “sezgi” bəzən məntiqi əqli nəticələrin çalışmadığı bir şəraitdə qeyri-adi qərarlar qəbul etməyə imkan verirdi.



Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin