1. Azərbaycanın təbii-coğrafi şəraiti


Azərbaycanı ələ keçirmək uğrunda Sasani-Bizans müharibələri və onun Azərbaycan üçün nəticələri



Yüklə 344,46 Kb.
səhifə30/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   26   27   28   29   30   31   32   33   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

29.Azərbaycanı ələ keçirmək uğrunda Sasani-Bizans müharibələri və onun Azərbaycan üçün nəticələri.

Barbarlarla birgə mübarizə anlaşmasına görə Bizans sasanilərə pul dotasiyası ödəyirdi. Bizansın dotasiyanı verməkdən sonrakı imtinası 502-506-cı illər müharibəsi üçün bəhanə oldu. 502-ci ildə böyük Sasani ordusu Şərqi Anadoluya və Mesopotamiyaya daxil oldu. Lakin hunların 506 da Qafqaza müdaxiləsi sasaniləri-Bizansla anlaşma bağlamağa məcbur etdi. VI əsrin 20-ci illərində ölkələr dövlətlər arasındakı mübarizənin əsas meydanı sasanilərdən asılı İberiya(Şərqi Gürcüstan) və Lazika(Eqresi-Qərb Gürcüstan) oldu. Iberiyada (337) və Lazikada (522) xristianlığın rəsmi din kimi qəbul edilməsi, onların atəşpərəst sasanilərlə münasibətlərini daha da korladı.

Bizansın İberiyaya yardımı yeni müharibəyə gətirdi 527-532. 528-ci ildə İberiyada möhkəmlənən sasanilər, Lazikanı tutmaq üçün qoşun göndərdi, lakin bizanslıların və lazların birləşmiş qüvvələri tərəfindən dəf edildilər. 530-ci ildə Mesopotamiyada Dara şəhəri(indikiQara-Daraşəhəri) yaxınlığında tərəflər arasında böyük vuruşma baş verdi. Velisarinin komandanlığı altında 25 minlik bizanslı ordusu, şəhərin cənub darvazalarından "atılan daş məsafəsində" mövqe tutdu. 40 minlik sasanilər ordusu Daraya cənubdan yaxınlaşdı və bizanslıların mövqelərindən 3,5 km. məsafədə düşərgə saldılar. Müdafiə döyüşü zamanı Velisari hucum etmiş sasaniləri məğlubiyyətə uradtı(sasanilər 5 min adam itirdi). Bu döyüşdən sonra müharibə kiçik toqquşmalar formasında davam edirdi. Sülh ancaq 532-ci ildə bağlandı. Daradakı döyüşdə bizanslı piyadaları döyüş srıalarının əsasını təşkil edirdi və ancaq sığınacalaqrdan sapan silahlardan istifadə edirdi. Döyüşün taleyini, əkshucumlar üçün nəzərədə tutulmuş atlı oxçular həll etdi. 531-579-ci illərdə Sasani taxtında I Xosrov Ənuşirəvan otururdu. O bir sıra islahat, o cümlədən hərbi, keçirdi. Yığma qoşundan başqa, orta və xırda mülkədarlardan ibarət daimi qoşun yaratdı. Əsas qoşun növü suvarilər sayılırdı, piyadalar əvvəlki tək yardımçı qüvvə idilər. İslahat zirehli suvari və piyadalardan ibarət nizami qoşun yaratmaq cəhdi idi. O şah hakimiyyətinin və mərkəzi hökumətin güclənməsinə gətirdi. VI əsrdə Bizans ordusunun tutarlı hissəsi muzdlulardan ibarət idi. VII əsrdə Bizansda, sosial-iqtisadi quruluşda baş verən köklü çevriliş (quldarlıq istehsal üsulunun süqutu və feodalizm əsnasının başlaması), bizanslı ordunun təşkilində və komplektləşməsində dəyişikliklərə gətirdi. İcma-kəndlisinin əsas mükələfiyətlərindən bir hərbi mükəlləfiyət oldu. Sasanilərin Lazikanı işğal edib Qara dəniz sahilinə çıxmaq və Bizansa təhlükə yaratmaq cəhdləri dəfələrlə lakin hər dəfə uğursuz təkrarlanmışdı. 562-ci ildə Dara şəhərində Sasanilər və Bizans 50 illik "əbədi sülh" bağladılar. Sasanilər özlərinə Svanetini saxlayaraq, Bizansa Lazikanı güzəştə getdilər. Sasanilərin 570-ci ildə Yəməni tutması və oradan bizanslıların müttəfiqi olan həbəşlərin sıxışdırması, bizanslılarla ittifqada olan xəzərlərin və başqa türklərin şimaldan hucumları, yeni Bizans-Sasani müharibəsinə gətirdi.

602-629 illər müharibəsi II Xosrov tərəfindən, imperator Mavrikinin öldürülməsinin qisasının imperator Fokadan almaq bəhanəsi ilə başlanmışdı. 13 il ərzdində II Xosrov Mesopotamiyanı, Suriyanı, Kirenaikanı və nəhayət bütün Kiçik Asiyanı işğal etdi. 614-cü ildə sasanilərin ordusu Afrikada peyda oldu və Aşağı Misiri zəbt etdi. 



622-ci ildə donanmasının üstünlüyündən istifadə edən imperator İrakli(610-635) Konstantinopoldan qoşunu Kilikiyadakı İskəndəruna(Aleksandriyaya) ötürüb onu İss şəhəri yaxınlığında möhkəmləndirilmiş düşərgəyə yerləşdirdi. Bizanslılara qarşı II Xosrov Sərbarın başçılığı altında böyük ordu göndərdi. Bu ordu bizanslıları Tavr dağlarında mühasirəyə aldı. Ancaq İrakli qoşunla birlikdə çətinkeçilən cığırlarla dağlardan keçərək, iranlıların arxasında peyda oldu, onların aryerqardını məğlub etdi, sonra, özünü geriyə çəkilən kimi göstərərək, iranlı ordusunu ona sərf etməyən əraziyə çəkdi və döyüşə cəlb edib tamamilə darmadağın etdi.

Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin