25.Azərbaycanda feodal münasibətlərinin yaranması və onun xüsusiyyətləri.
Azərbaycanda feodal munasibətləri 3-5 ci əsrlərdə meydana gəlmisdir.Bu dovrə aid yazılı mənbələr məhdudluğundan quldarlıq təsərrüfatının dağılması gedişini dərindən izləmək mumkun deyildir.Lakin sonrakı dövrə aid yazılı mənbələr Azərbaycanda erkən feodalizm qurulusnu az-cox oyrənməyə imkan verir.Bu dovrdə Sasani imperiyası qismən ön Qafqazı əhatə edirdi.Buraya daxil olan olkələr arasında feodal münasibətləri yaranmağa başlayırdı.
Feodal munasibətləri birdən-birə yaranmamışdı.Onun iqtisadi və sosial əlamətləri quldarlıq dövründə meydana gəlmisdi.Dəmirdən hazırlanan əmək alətləri əkincilik və sənətkarlıq sahəsində əmək məhsuldarlığının artmasına səbəb oldu.Muxtəlif sənət sahələri yarandı.Torpaq sahibkarlığının yeni formaları yarandı.Əvvəllər torpaqlar hokmdara,dini qurumlara, ayri-ayri quldarlara mənsub idi.Belə torpaqlarda qullarэn,məcburi əmək adamlarэnэn əməyindən istifadə olunurdu.Belə adamlarin əməyə marağı belə olmurdu.Eyni zamanda torpağın yüksək təbəqələrin əlində cəmlənməsinə şərait yaranırdı.Dövlət torpaqları hərbcilərə,dovlət işçilərinə paylanırdı.Belə torpaqlar mülk adlanırdı.Mülkün sahibi mülkədar yəni feodal adlanırdı.Kəndlilər-əkinçilər feodalın torpağında işləyirdi.Feodalizm cəmiyyəti adı da buradan götürülmüşdür.
Kəndlilər feodaldan asılı olub,onun torpağını becərməli məhsulun müəyyən hissəsini ona verməli idi.Eyni zamanda kəndli bir sıra mükəlləfiyətlər(əvəzsiz əmək)də yerinə yetirməli olurdu.Kəndlinin özünə məxsus mülkü(həyətyanı sahə,mal-qara,ev,əmək alətləri)olsa da onun əsas gəliri becərdiyi torpaqla bağlı idi.kəndlilər əsas istehsalçı qüvvəni təşkil edirdilər..Erkən orta əsrlərdə Azərbaycanda təsərrüfatın natural forması üstün mövqe tuturdu.
NATURAL TƏSƏRRÜFAT-bazarla əlaqəsi olmayan zəruri tələbat mallarının malikanə daxilində istehsal olunduğu təsərrüfatdır.Kəndli özünün və asılı olduğu feodalın tələbini ödəmək üçün məhsul istehsal edirdi.
Feodalizmin ilkin mərhələsində kəndlilərin istismar edilməsinin əsas yolu vergi və mükəlləfiyyətlərin icrası idi.Kəndi feodala minik verməli səfər vaxtı onun dəstəsini yedizdirməli idi.Bundan əlavə kəndlinin yolların çəkilməsində,körpü və binaların tikilməsində iştirak etməsi məcburi idi.Kəndlilər feodala vergni məhsul formasında verirdilər.Feodalizmin yaranması məhsuldar qüvvələrin inkişafının bəhrəsi idi.Lakin ölkəmizdə onun inkişafı bərabər səviyyədə getmirdi.Bəzi yerlərdə kəndlilərlə yanaşı qulların da əməyindən istifadə edirdilər.Azərbaycan da əhalinin əsas hissəsini İranda olduğu kimi kəndlilər təşkil edirdilər.Onlarla yanaşı sənətkarlar və tacirlər də vergi verən təbəqəyə daxil idilər.Sasani dцvlətində əhali 4 sosial təbəqəyə bölünürdü:kahinlər~döyüşçülər~mirzələr~vergi verənlər.Vergi verənlər təbəqəsi xaraq(məhsul)~gezit(can) vergisi verirdilər.
Azərbaycanda feodal münasibətləri feodalizmin ünumi qaydalarına əsaslanırdı.Lakin avropa ölkələrindən fərqli olaraq ölkəmizdə feodalların şəxsi təsərrüfatları yox idi.Çünki süni suvarma tələb edən təsərrüfata böyük xərc qoymaq lazım gəlirdi.Feodalı kəndlinin becərdiyi torpaq yox kəndlidən ödəniş almaq maraqlandırırdı.Avropada feodalizm 5-ci əsrdən başlamış.15-ci əsrin sonlarına qədər davam etmişdir.Azərbaycanda isə daha erkən 3-cü əsrdən başlamış 19-cu əsrin sonlarına qədər davam etmişdir.
Dostları ilə paylaş: |