1. Azərbaycanın təbii-coğrafi şəraiti


Qədim(Qafqaz) Albaniyanın Roma İşğallarına qarşı mübarizəsi



Yüklə 344,46 Kb.
səhifə24/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   20   21   22   23   24   25   26   27   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

23.Qədim(Qafqaz) Albaniyanın Roma İşğallarına qarşı mübarizəsi.

Makedoniyalı İsgəndər imperiyasının dağılması nəticəsində Yaxın Şərqdə yaranan dövlətlər arasında öz ərazilərini genişləndirmək məqsədilə çox tez-tez hərbi toqquşmalar baş verirdi. E.ə.II əsrdə Aralıq dənizi hövzəsində Roma ən güclü dövlətə çevrildi. Roma Kiçik Asiyanı zəbt etdi. Roma və Alban ölkələrini də ələ keçirmək istəyirdi.Alban ərazisini tutmaq Romaya bu ərazidən Parfiyaya zərbələr endirmək və Asiyanın daxili ölkələrinə hərəkət imkanı verirdi.Pompey  Albaniya  və İberiyaya  hücum  edərkən  həmin  dövlətlərin hökmdarları onu  öz  ərazilərinə  buraxmadılar.Soyuqlar düşəndən  sonra Pompey Kür vadisində qışlamağı qərara aldı.Bunun üçün o, ordusunu üç hissəyə ayıraraq üç məntəqədə düşərgə saldı.Bu ordu hissələrindən birinə Pompey özü başçılıq edirdi.Qalan hissələrə komandanlığı öz yaxın köməkçiləri Lutsi Flakka və Metell Selerə tapşırmışdı.Bu  zaman  alban  padşahı  Oroys Roma düşərgəsinə  hücum  etməyi qərara  gəldi. Bu döyüşdə  albanların  40  minlik qoşunu  var  idi.  Beləliklə,  e.ə. 66-cı  ildə  Kür çayı sahilində  Pompey ilə  Oroys arasında döyüş baş verdi. Döyüş nəticəsində Roma ordusu qalib gəldi. Kür sahilində Roma ordusunun qalib gəlməsinin səbəbi daha güclü və təcrübəli olması idi. Döyüşdən  sonra  Pompey  Albaniya  ilə sülh bağlayaraq İberiyaya doğru hərəkət  etdi. Lakin  albanların  romalıları izləyərək  onlar  üçün  təhlükə yaratdığına görə  Pompey  yenidən onlara  qarşı  yürüşə başladılar. Bu  zaman albanlar  romalıları  Qanıx çayı sahilində qarşıladılar.  Albanların  60  min  piyada,  12  min  süvari  qoşununa  Oroysun qardaşı Kozis başçılıq  edirdi.  Albanlar romalıların qarşısını kəsib onları ölkənin içərilərinə buraxmaq istəmirdilər[1].

E.ə 65-ci ildə Qanıx (Alazan) çayı sahilində baş vermiş döyüşdə Kozis Pompeyi nizə ilə vursada zireh onu ölümdən xilas etdi, Kozis isə onun cavab zərbəsi ilə ölümcül yaralandı. Qanıx döyüşü nəticəsində romalılar yenə də qalib gəldilər. Pompeyin Qanıx çayı sahili döyüşündə albanlar üzərində qələbə çalmasının əsas səbəbi isə  hərbi hiylə işlətməsi olmuşdu. Qanıx döyüşündən sonra  meşəyə çəkilən albanların taleyi faciəli oldu. Beləki, romalılar meşəyə od vuraraq onları yandırdılar. Oradakı alban döyüşçüləri isə həlak oldular. Qanıx döyüşündə albanların qoşununun əsasını  süvari  dəstəsi, romalıların  qoşununun isə piyada qoşun təşkil  etmişdi.Bu döyüşdə romalılara qarşı  alban qadınlarıda vuruşmuşlar. Hətta, döyüşdə alban qadınlarının cəsarəti romalıları heyrətə gətirmişdi. Döyüşdən sonra albanların əsas qüvvələri dağlara çəkildi. Pompey isə Alban padşahı Oroysu romalıların düşərgəsinə gəlməyi tələb etdi. Oroys isə romalıların düşərgəsinə gəlməyərək, ona məktub və hədiyyələr göndərərək sülh təklifi etdi. Pompey bu barışıq təklifini qəbul etsə də az sonra ölkənin içərilərinə doğru hərəkət etdi. Lakin Pompey Xəzər sahilinə qədər getmək məqsədindən əl  çəkdi və albanlarla yenidən sülh bağladı. Pompeyin Xəzər sahilinə qədər getmək məqsədindən əl çəkməsinin və albanlarla yenidən sülh bağlamasının səbəbi aşağıdakı amillərlə bağlı idi:



Romalılar sonralar da dəfələrlə Xəzər dənizi sahillərinə yürüşlər etmişlər. Lakin müxtəlif səbəblərdən məqsədlərinə çatmayıblar. Onlar Alban ölkəsinin nominal asılılığı ilə kifayətlənməli olublar[1].


Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin