Korrupsiyaya qarşı mübarizə haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların
aşkar edilməsi, qarşısının
alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli
şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının,
publik
hüquqi şəxslərin (bundan sonra – qurum), vəzifəli şəxslərin
fəaliyyətinin qanuniliyinin,
şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.
Bu Qanun, habelə dövlət orqanlarına
və yerli özünüidarəetmə orqanlarına, qurumlara
əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli
özünüidarəetmə orqanlarında
, qurumlarda qulluğa girməyə həvəsləndirilməsi,
həmin
şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin
yaradılması məqsədini daşıyır.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 .
Korrupsiyanın anlayışı
Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın
(qurumun)
statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn
imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya
güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və
sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və
ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.
M a d d ə 2 .
Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri
2.1. Aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər:
2.1.1.Azərbaycan Respublikasının Konstitusiyası və qanunları
ilə müəyyən
olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər;
2.1.2.xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər;
2.1.3.inzibati vəzifə tutan dövlət qulluqçuları;
2.1.4.dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və
təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat
subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını
həyata
keçirən şəxslər;
2.1.5.Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə
namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər;
2.1.6.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər;
2.1.7.yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici
və ya inzibati-
təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;
2.1.7-1. qurumların rəhbərləri və işçiləri, o cümlədən qurumlarda xüsusi səlahiyyət üzrə
təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;
2.1.8.qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə
yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat
funksiyalarmı həyata keçirən şəxslər;
2.1.9.öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına
qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya
güzəştlər əldə edən şəxslər;
2.1.10. vəzifəli şəxsə qanunsuz
olaraq maddi və sair nemətlər, imtiyazlar və ya
güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə
hərəkətlərdə vasitəçilik etmiş şəxslər.
2.2. Bu Qanunun 2.1.1-2.1.8-ci maddələrində göstərilənlər bu Qanunun məqsədi
üçün vəzifəli şəxs hesab edilirlər.
M a d d ə 3 .
Qanunun tətbiq dairəsi
Bu Qanun Azərbaycan Respublikasının ərazisində bütün fiziki (o
cümlədən
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) və hüquqi şəxslər barəsində, onun ərazisindən
kənarda isə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında
qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir.
M a d d ə 4 .
Korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar (qurumlar)
4.1. Bütün dövlət orqanları
, yerli özünüidarəetmə orqanları, qurumlar və vəzifəli şəxslər
səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Korrupsiya
ilə əlaqədar hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratdıqda,
korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən
edilmiş qaydada hüquq
mühafizə orqanları həyata keçirirlər.
4.2.
Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası (bundan
sonra "Komissiya") həyata keçirir.
4.3. Komissiyanın tərkibi icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanları
tərəfindən təyin edilən üzvlərdən ibarətdir. Komissiyanın səlahiyyətləri qanunla təsdiq
edilən Əsasnamə ilə müəyyən olunur.
II fəsil