məlumatları təqdim etməlidirlər:
5.1.1. mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə;
5.1.2.vergitutma obyekti olan əmlakı barədə;
5.1.3. kredit təşkilatlarındakı
əmanətləri, qiymətli kağızları və digər maliyyə
vəsaitləri barədə;
5.1.4.
şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar
və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;
5.1.5.
beş min beş yüz manatdan yuxarı olan borcu barədə;
5.1.6.
min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə.
5.2. Bu Qanunun 5.1-ci maddəsində göstərilən məlumatlar qanunvericiliklə
müəyyən edilmiş qaydada tələb edilə bilər
.
M a d d ə 6 .
Maliyyə xarakterli tələblərin pozulmasına görə məsuliyyət
6.1. Vəzifəli şəxslər və ya vəzifə tutmaq istəyən şəxslər bu Qanunun 5.1-ci
maddəsində nəzərdə tutulmuş tələblər və bu tələblərə əməl olunmamasının hüquqi
nəticələri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilirlər.
6.2.
Bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl olunmasına
nəzarətin həyata keçirilməsi qaydaları qanunvericiliklə müəyyən edilir.
6.3. Vəzifəli şəxslər tərəfindən bu Qanunun 5.1-ci
maddəsində müəyyən edilmiş
tələblərə əməl olunmaması, yəni bu maddədə nəzərdə tutulmuş məlumatların üzürsüz
səbəbdən vaxtında təqdim edilməməsi və ya qəsdən natamam,
yaxud təhrif edilmiş
məlumatların təqdim olunması həmin şəxslərin intizam məsuliyyətinə cəlb olunmasına
səbəb ola bilər. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə barələrində
intizam məsuliyyətinə cəlb olunmanın xüsusi qaydası nəzərdə tutulmuş şəxslər intizam
məsuliyyətinə həmin qaydalara riayət edilməklə cəlb oluna bilərlər.
6.4. Komissiya bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl
etməyən şəxslər barəsində rəsmi dövlət qəzetində məlumat dərc etdirə bilər.
M a d d ə 7 .
Yaxın qohumların birgə işləməsinə yol verilməməsi
7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə
tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta
bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin
pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin
pozuntunu könüllü
olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu
mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş
şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.
Maddə 8.
Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər
8.1. Vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür
təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində
verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün
tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir
etməmək şərtilə bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan kiçik hədiyyələrin qəbul
edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur.
8.2. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı
fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir
neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı
olan hədiyyələr şəxsin
xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına
, yerli özünüidarəetmə orqanına və ya
quruma məxsus hesab edilir.
8.3. Vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə
ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini
öyrənməlidir.
8.4. Fiziki və hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin bağlanması və ya onların
icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı
güzəştlərin və ya imtiyazların əldə edilməsi qadağan olunur.
8.5. Vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif
olunduğu
hallarda, vəzifəli şəxs onlardan imtina etməlidir. Maddi və sair nemətlər,
imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu
barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və sair nemətlər, imtiyazlar və ya
güzəştlər vəzifəli şəxsin işlədiyi dövlət orqanına
, yerli özünüidarəetmə orqanına və ya
quruma akt üzrə təhvil verilməlidir.
III fəsil
Dostları ilə paylaş: