91.Cənubi Azərbaycan 1905-1911-ci illər İran Məşrutə inqilabı dövründə.
Məşrutə hərəkatı, İran Konstitusiya inqilabı və ya İran burjua inqilabı — 1905-1911-ci illərdə baş vermiş və Qacarlar dövlətində parlamentin əsasının qoyulması ilə nəticələnmiş inqilab nəzərdə tutulur.
İnqilab İranda müasir eranın başlanğıcını qoyaraq fundamental dəyişikliklərə yol açdı. Bu dövrdə burjua mətbuatında o dövrə qədər görülməmiş miqyasda müzakirələr başladı və yeni iqtisadi imkanlar mümkünləşdi. Bir çox qrup inqilabın gedişatına təsir edə bilmək üçün mübarizə aparırdı və nəticədə istər-istəməz cəmiyyətin bütün təbəqələri müəyyən qədər dəyişikliyə məruz qaldı.Nəsrəddin şah Qacarın uzun müddət uğrunda mübarizə apardığı köhnə qaydalar nəhayətki yeni qaydalarla əvəzləndi, yeni ifadə formaları, yeni sosial və siyasi şərait formalaşdı.
Müzəfərəddin şah Qacar ölümündən qısa müddət əvvəl - 1906-cı ildə konstitusiyanı imzaladı. Lakin ondan sonra taxta çıxan Məhəmmədəli şah konstitusiyanı ləğv etdi və Rusiyadan, Böyük Britaniyadan dəstək aldıqdan sonra 1908-ci ildə parlamenti bombardman etdi. Bu hadisə yeni konstitusiya hərəkatının yaranmasına səbəb oldu. Konstitusiyaçı qüvvələr Tehrana yürüş etdi və Məhəmmədəli şahı azyaşlı oğlu Əhmadın xeyrinə hakimiyyətdən əl çəkməyə məcbur edildi. Atasının yerinə taxt çıxan Əhməd şah Qacar 1909-cu ildə konstitusiyanı yenidən bərpa etdi.
1921-ci il çevrilişi bir çox mühüm dəyişikliklərə səbəb oldu və 1925-ci ildə Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələndi. İran parlamenti 1906-1907-ci illər konstitusiyasını dəyişdirdi və 1797-1925-ci illərdə İranı idarə edən Qacarlar sülaləsini Pəhləvi sülaləsi ilə əvəz etdi. Bununla da, Pəhləvilərin hakimiyyəti legitimləşdirildi. İnqilabı Gilan vilayətində Cəngəlilər hərəkatı (1914-1921) izlədi.
Məşrutə hərəkatı 20-ci əsrdə baş vermiş azadlıq və demokratik inqilablar üçün ilk cığır açmışdı. Bu mənada Məşrutə hərəkatını Yaxın və Orta Şərq ölkələrində keçən yüzillikdəki milli azadlıq və demokratik hərəkatların "pioneri" adlandırmaq olar. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatının məqsəd və məramı yolunda canlarını qurban verənlərin sayı çoxdur. Əslində bu hərəkata pak vicdanla qoşulanlar, onu uğurlu qələbəyə çatdırmaq istəyənlərin hamısı qəhrəmandır, tariximizdə və yaddaşımızda həmişəyaşar insanlardır.
Məşrutə qəhrəmanları sırasına milli qəhrəmanlarımızla yanaşı müxtəlif millətlərin – farsların, kürdlərin, ərəblərin, talışların, rusların, gürcülərin, polyakların, bolqarların, hətta uzaq Amerikadan məşrutəçilərə köməyə gəlmiş insanların da xatirələrini minnətdarlıqla yad etmək gərəkdir. Bu, bir daha göstərir ki, Məşrutə hərəkatı bir ölkə çərçivəsindən çıxıb beynəlxalq ictimaiyyətin nəzər-diqqətini özünə yönəldə bilmiş xalq hərəkatı, müstəbid rejimə və onun söykəndiyi əcnəbi müdaxilələrə qarşı mütərəqqi insanların mübarizəsi və həmrəyliyi idi. Bu yolda canlarını fəda etmiş Sərdari-milli Səttar xan, Salari-milli Bağır xanla yanaşı onların vəfalı silahdaşları Əli Müsyonun, Heydər xan Əmioğlunun, Şeyx Məhəmməd Xiyabaninin, yadların əli ilə dara çəkilmiş din xadimi Siqətülislam Təbrizinin, Məmmədtağı xanın, canını və bütün sərvətini Məşrutə yolunda qoymuş Hacı Mehdi Kuzəkünaninin, son nəfəsə qədər Məşrutə bayrağını yerə qoymayan Həsən xan Bağbanın, onun qardaşı Hüseyn xan Bağbanın, "Mərkəzi qeybin rəhbərləri, fəallarının (Hacı Rəsul Sədəqyani , Hacı Əli Davafuruş, Seyid Həsən Şərifzadə, Məhəmmədəli Tərbiyət, Cəfərağa Gənceyi, Mir Bağır ağa, Mirəli Əsgəri, Ağanağı Şücai, Məhəmməd Sadiq Xameyni və s.) və minlərlə məşrutə qəhrəmanlarının adlarını çəkib əziz xatirələrini yad etmək borcumuzdur".
Dostları ilə paylaş: |