1. Azərbaycanın təbii-coğrafi şəraiti


-1907-ci illərdə Çar Rusiyasının və ermənilərin(hayların) azərbaycanlılara qarşı soyqırım siyasəti



Yüklə 344,46 Kb.
səhifə94/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   90   91   92   93   94   95   96   97   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

92.1905-1907-ci illərdə Çar Rusiyasının və ermənilərin(hayların) azərbaycanlılara qarşı soyqırım siyasəti.

Ermənilər havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XIX-XX əsrlərdə müəyyən mərhələlərlə azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımlar törətmiş, deportasiyalar həyata keçirmişlər. Həmin soyqırımların ilk mərhələsi 1905-1906-cı illəri əhatə edir. Tarixə ilk olaraq “erməni-müsəlman qırğınları” kimi düşən bu qanlı faciələri hüquqi-siyasi baxımdan azərbaycanlılara qarşı soyqırım adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir.

Terminologiya kimi “soyqırım”, yaxud “genosid” anlayışı BMT-nin Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində tətbiq olunmağa başlamış, həmin qurumun 1948-ci il 9 dekabr tarixli konvensiyasında isə genosid siyasətinin qarşısının alınması və ona görə cəza müəyyənləşdirilmişdir. 1905-1906-cı illər qırğınları planlı şəkildə, azərbaycanlıların milli və dini mənsubiyyətlərinə görə, etnik təmizləmə məqsədilə həyata keçirildiyi üçün soyqırım mahiyyəti daşıyır. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri və o dövrdə “milli qırğınlar” kimi tarixə düşən cinayətlər də soyqırım kimi xarakterizə edilir. 1988-1993-cü illərdə ermənilər yenə də havadarlarının köməyi ilə Dağlıq Qarabağda və onun ətraf rayonlarındakı ərazilərdə azərbaycanlılara qarşı soyqırım həyata keçirmişlər.

“Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanında qeyd edildiyi kimi, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini yad etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Məlumdur ki, sovet hakimiyyəti illərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, kütləvi qırğın və zorakılıqlar, repressiya və deportasiyalar saxta beynəlmiləlçilik pərdəsi altında ört-basdır edilmiş, sovet tarixşünaslığında bu tip mövzuların tədqiqinə yasaq qoyulmuşdu. Yalnız Azərbaycan XX əsrin sonunda yenidən müstəqillik əldə etdikdən sonra tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmiş, xalqımızın başına gətirilən faciələr ayrı-ayrı tədqiqatçılar tərəfindən elmi tədqiqat dövriyyəsinə daxil edilmişdir. Xalqımıza qarşı erməni təcavüzünün əsas məqsədi etnik təmizləmə siyasəti həyata keçirmək yolu ilə tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaqdan və sonradan müxtəlif yollarla onu genişləndirməkdən ibarət olmuşdur. Ermənilərin bu niyyətlərinin reallaşması istiqamətində Rusiya və bəzi Qərb dövlətləri də mühüm rol oynamışlar.

1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ istiqamətində və Qazax-Gəncə istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcək Ermənistan dövlətinin əsasını qoymaq istəyirdilər. Sayları on min silahlıdan artıq olan erməni birləşmələri əvvəlcə Bakıda, sonra İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə), Şərur-Dərələyəz və Naxçıvan qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının Gorus, Qafan və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax, Ərəş qəzalarında, Tiflis şəhərində kütləvi qırğınlar törətmiş, 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşlar.

İndiyədək 1905-1906-cı illər qırğınları kifayət qədər tədqiq edilməmiş, heç də bütün mənbələr və dövri mətbuat materialları tədqiqata cəlb olunmamış, habelə bu mövzuda yazan erməni və xarici müəlliflərin tədqiqatlarına, demək olar ki, müraciət edilməmişdir.

Çar Rusiyası dövrünün arxiv sənədləri, Azərbaycan Respublikası Tarix Arxivinin fondlarında saxlanılan sənədlər, ayrı-ayrı müəlliflərin Azərbaycan, rus, erməni və ingilis dilində faktik materiallar əsasında yazdıqları əsərlər və dövri mətbuat materialları mövzunun mənbə və qaynaqlarını təşkil edir. Lakin təəssüf ki, mövcud olmuş arxiv sənədlərinin bir qismi vaxtilə Azərbaycan arxivlərində kök salmış qeyri-azərbaycanlılar tərəfindən məhv edilmişdir. Bir neçə il öncə mövzu ilə bağlı Tarix Arxivinin fondlarında araşdırma apararkən Yelizavetpol dairə məhkəməsinin prokurorunun dəftərxanasına aid siyahıda 1906-cı il yanvarın 2-də ermənilərin Haqqıxlı (o zaman Qazax qəzasının kəndi olmuşdur, hazırda İcevan rayonunun ərazisinədədir və ermənilər onun adını dəyişdirərək Hovk qoymuşlar- N.M.) kəndinə hücumları haqqında 12 vərəqlik işin olduğunu gördüm. Həmin sənədi sifariş etdim. Lakin cavab gəldi ki, həmin sənəd 25 dekabr 1959-cu ildə arxivin məsul işçisi Portnovanın imzası ilə maklatura kimi çıxdaş edilmişdir.



Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin