1. Azərbaycanın təbii-coğrafi şəraiti


Azərbaycanda sosialst sənayeləşməsi və zorakı kollektivləşmə siyasətinin həyata keçirilməsi



Yüklə 344,46 Kb.
səhifə102/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   98   99   100   101   102   103   104   105   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

100.Azərbaycanda sosialst sənayeləşməsi və zorakı kollektivləşmə siyasətinin həyata keçirilməsi.

Yeni iqtisadi siyasətə keçid (1921-ci il) nəticəsində ölkə və respublika daxilində nisbi və iqtisadi sabitlik əldə edildi. Nəticədə, bolşevik istəyinə uyğun olmayan iqtisadi və siyasi proseslər başlandı. Sovet hakimiyyəti əsas diqqətini iqtisadiyyatın tənzimlənməsində inzibati üsulların gücləndirilməsinə yönəltdi.


ÜİK(b)P-nin XIV qurultayında (1925-ci il) Yeni iqtisadi siyasət prinsiplərini möhkəmləndirmək kursu təsdiq edilsə də, artan iqtisadi çətinliklər iqtisadiyyatda inzibati metodların tətbiqini labüd etdi.
1926-cı ilin fevralında respublikada sənayeləşdirmə üzrə xüsusi komissiya yaradıldı. Komissiyanın tərkibinə Q.Musabəyov (sədr), H.Sultanov və b. daxil oldu. Respublikanın əlaqədar orqanları Azərbaycan sənayesinin 1926-30-cu illər üçün inkişaf planını hazırladılar. Sənayeləşdirmənin başlanması ərəfəsində heç də bütün sənaye sahələri bərpa edilmədi. Belə ki, neft hasili, dəmir emalı, ipəkçilik sənayesi və s. bərpa işi başa çatdırılmadı.
Artıq 20-ci illərin sonları üçün Azərbaycan sənayesində nəzərə çarpacaq dəyişikliklər var idi. Neft sənayesində mühüm nailiyyətlər əldə edilmişdi. 1928-ci ildə Yeni Qaraçuxur mədəninin istismarı başladı. 1928-ci ildə SSRİ miqyasında ilk dəfə olaraq Bakıda güclü trubalı kerosin-benzin zavodu, sulfat turşusu, karbid və yağ zavodu tikildi.
Maşınqayırma sahəsində də mühüm nailiyyətlər əldə edildi. 1927-ci ildə Leytenant Şmidt (indiki Səttarxan) adına zavodda ilk elektrik poladəritmə sobası işə salındı.
Bu dövrdə, Gəncə Azərbaycanın ikinci sənaye mərkəzinə çevrildi. 1928-ci ildə Gəncədə əyirici toxuculuq kombinatı və pambıqtəmizləmə zavodu işə düşdü, Ucar və Yevlaxda pambıqtəmizləmə zavodları tikildi, Şəki və Xankəndində baramaaçma müəssisələrinin tikintisinə başlandı.
1927-1928-ci illərdə respublikanın elektrikləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə edildi. Bu dövrdə, Salyan, Füzuli, Nuxa istilik elektrik stansiyalarının tikilişi başa çatdırıldı.

Sənayeləşmə dövründə Azərbaycan xalqı çox ağır çətinliklərlə üzləşməli oldu. Sənayeləşdirməni maliyyələşdirmək üçün dövlət kütlələrin olan-olmaz vəsaitini talan etdi. Bu dövrdə, bir-birinin ardınca keçirilən 3 sənayeləşdirmə istiqrazı xalqın vəziyyətini daha da pisləşdirdi. Fəhlələr bəzən bir, yaxud 2 aylıq əmək haqqını sənayeləşmə fonduna keçirməli olurdular. Sənayeləşdirmə xəttinin həyata keçirilməsi üçün Sovet dövləti günahsız məhkum edilmiş insanların fıziki əməyindən istifadə etməkdən çəkinmirdi.


Ümumiyyətlə, Azərbaycanda sənayeləşmə xətti 2 sahəni neft sənayesini və elektrikləşməni əhatə etdi. Azərbaycan Sovet imperiyasının xammal bazasına çevrildi. Sənayeləşdirmə xətti ağır sənayenin inkişafını nəzərdə tutduğu halda, respublikada yüngül sənaye daha sürətlə inkişaf etmişdi.
Bütün bunlara baxmayaraq sənayeləşmə respublikanın iqtisadiyyatında müsbət dəyişikliklərlə nəticələndi. Belə ki, sənayeləşmə illərində fəhlələrin sayı artıb, 47 min nəfərdən 208 min nəfərə çatdı. Azərbaycan aqrar respublikadan aqrar-sənaye respublikasına çevrildi.

1929-cu ilin may ayında keçirilən SSRİ-nin V Sovetlər qurultayında xalq təsərrüfatının inkişafı üzrə birinci beşillik plan (1928/29-1932/33) qəbul edildi. Əsasən, ağır sənayenin inkişafını nəzərdə tutan bu beşillik plan Azərbaycanda neft, kimya, toxuculuq sənayesinin inkişafını, kənd təsərrüfatının sosialist əsasları üzrə yenidən qurulmasını nəzərdə tuturdu. Beşillik ərzində Azərbaycanda 35 yeni sənaye müəssisəsi işə düşdü, bir sıra sənaye müəssisəsi yenidən quruldu və istehsalı genişləndirildi. Respublikada kimya, tikinti materialları, yüngül, yeyinti və s. sənaye sahələri üzrə yeni obyektlər işə salındı. I beşillikdə nəqliyyat inkişaf etdirildi. Ələt stansiyasından Culfaya 409 km uzunluğunda dəmiryol xəttinin çəkilişi başa çatdırıldı. Hava yolları, aeroportların tikintisinə başlandı.


Beşillik dövründə Azərbaycanın yeni sənaye mərkəzləri Gəncə, Xankəndi, Nuxa və s. inkişaf etməyə başladı.
1920-ci illərin sonu 30-cu illərin əvvəllərində Azərbaycanın inzibati-ərazi quruluşunda da dəyişikliklər baş verdi.

Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin