Muzeyşünaslıq arxiv işi və tarixi abidələrin qorunması



Yüklə 126,69 Kb.
tarix02.01.2022
ölçüsü126,69 Kb.
#43136
1Atabəylər dövrünün mədəniyyəti və incəsənəti ( XII əsr). Şəhərlərin salınması ( XII)


Ad: Mətləb

Soyad: Məmmədov

Fakültə: Sosial Menecment

İxtisas: Muzeyşünaslıq arxiv işi və tarixi abidələrin qorunması

Qrup: MD2001

Fənn: Azərbaycan mədəniyyət tarixi

Müəllim: Məmmədzadə Vüsalə

Mövzu: Atabəylər dövrünün mədəniyyəti və incəsənəti ( XII əsr). Şəhərlərin salınması ( XII)

Azərbaycanda mədəni həyatın yüksəlməsi ilə səciyyələnən XII əsr Azərbaycan intibah dövrü hesab edilir. Bu dövrdə paytaxt şəhərlər olan Təbrizdə, Şamaxıda, Naxçıvanda, Gəncədə və b. elmi mərkəzlər yaradılmışdı. Şirvanşahların və Eldənizlərin saraylarında dövrün ən yaxşı alimləri toplanmışdı. Onların riyaziyyat, təbiətşünaslıq, tibb, kimya, fəlsəfə, məntiq, hüquq, astronomiya, ərəb və fars ədəbiyyatı və b. sahələrdə böyük müvəfəqiyyət və uğurları olmuş, bir çoxları müsəlman mədəniyyəti və elminin xadimləri kimi tanınmışdılar. Bunlardan görkəmli alim Fəridəddin Şirvani 30 il astronomiya ilə məşğul olmuş və bir neçe ulduz cədvəli tərtib etmişdir. XI-XII əsrlərdə təbabət sahəsində yüksək biliyə malik olan həkimlərdən Kafiəddin Ömər ibn Osman, Mahmud xoca, Rəşidəddin, atabəy Özbəyin şəxsi həkimi olan Cəlaləddin Təbib, Mühzəbəddin Təbrizi, Əkmələddin Naxçivani və b. göstərmək olar. Bunlar öz əsərlərində bir çox xəstəliklərin müalicə yolları nəzərdən keçirir, əczaçılıq və müxtəlif xəstəliklərin müalicə prinsipləri haqqındakı bütün məlumatları ümumiləşdirmişlər. Nəzərdən keçirilən dövrdə tarixi, filoloji, fəlsəfi məzmunlu xeyli əsər yaradılmışdır. Hərtərəfli biliyə malik olan Fəxrəddin Əbülfəzi İsmayıl ibn əl-Musanna ət-Təbrizinin qələmə aldığı “Tarixi-Azərbaycan” əsəri də dövrümüzə yetişməyən əsərlərdəndir. “Şərqdə təşkil edilən ilk mükəmməl universitetlərdən birincisi” hesab edilən “Nizamiyyə” mədrəsəsində dərs deyən bir çox alimlər içərisində İsmayıl ibn əl-Musanna ət-Təbrizidən başqa, Xətib Təbrizi, gəncəli Əbu Hafs Ömər ibn Osman ibn Şueyb əl-Cənzini, Tacəddin Əbu-İ-Fədail Məhəmməd ibn əl-Hüseyn ibn Abdullah əlUrməvini, Əbul-Fadl Mahmud ibn Əhməd ibn Məhəmməd əlƏrdəbilini, İbn Sinanın şagirdi Bəhmənyarı, görkəmli mütəfəkkir və sufi olan Şibahəddin Suhrəvərdini və b. göstərmək olar.

XI-XIII əsrin əvvəllərində Azərbaycan poetik məktəbi özünün Nizami Gəncəvi, Əbül Üla Gəncəvi, Əfzələddin Xaqani, Fələki Şirvani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi və b. sənətkarları ilə məşhur idi. Bu məktəbdə ədəbi sənətlə real həyat arasında bağlılığı, uzlaşmanı təmsil edən, Rudəkidən başlayaraq Firdovsi və b. şairlər, o cümlədən Qətran Təbrizi tərəfindən inkişaf etdirilən farsdilli şerin Xorasan-Türküstan səpkisindən-üslubundan fərqli olaraq yeni poetik “səbki təmtəraqi” adlı Azərbaycan üslubu yaradildi. O dövrün görkəmli alimlərindən olan Əfzələddin Xaqaninin şerinin əhəmiyyətli cəhətlərindən biri də fars dilinin hökmranlıq etdiyi şeir dilinə şairin doğma azərbaycan-türk sözlərini gətirməsidir. Bunlardan şairin “Məra dər parsi fohşi ke quyənd, be torki çərxeşan quyəd ke sənsən” (“farsca mənə söyüş desələr, çərxi fələk onlara türkcə deyər ki, sənsən”) misralı məşhur beytində işlədilmiş “sənsən” sözünü, eləcə də özünün şeir “Divan”-ında işlətdiyi su, Tanrı, vuşaq (uşaq), çuxa, qunduz, xatun, sürmə, qara qız, dağ, xan və s. bu kimi sözləri qeyd etmək olar.

XII əsrin ortalarına yaxın yaranan Azərbaycan Atabəyləri dövlətinin hakimiyyəti dövründə Gəncə və Şirvan poetik məktəbləri artıq ən yüksək inkişaf mərhələsinə yetişmişdir. Atabəylər sarayında fəaliyyət göstərən şairlər Xaqani tərəfindən təməli qoyulan yeni üslublu farsdilli Azərbaycan şerini yüksək sənətkarlıq səviyyəsinə çatdırmağa çalışırdılar. Lakin Xaqani zirvəsini fəth etmək, Azərbaycan poeziyasını daha yüksək zirvələrə çatdırmaq səadəti Nizami Gəncəviyə nəsib oldu. Bu dövrdə mənşəcə türk olan Səlcuq hökmdarlarının, Atabəylərin, Şirvanşahların üstünlük verdikləri fars dili özünün inkişafı və təkmilləşməsində məhz Azərbaycan poetik məktəbinin nümayəndələrinə, xüsusilə dahi Nizami Gəncəviyə borcludur. Onun “Xəmsəsi” dünya ədəbiyyatının ən dəyərli nümunəsidir. Şair bu əsəri ilə şeir sənətini saraylardan və məddahlıqdan uzaqlaşdırıb, bu gün başa düşdüyümüz mənada bədii ədəbiyyat yaratdı. O, insanı özünün qəhrəmanı edib, onun hiss və həyəcanlarını, duyğu və düşüncələrini, arzu və istəklərini tərənnüm edirdi. Şəxsiyyət, onun həyatı, mahiyyəti, təfəkkür tərzi və fəlsəfəsi Nizamini düşündürən, onun poemalarının əsas xəttini təşkil edən mövzular idi.

Nizami əsərlərində sənətkarlıq, forma və məzmun vəhdətdə olub bir-birini tamamlayırdı. Görkəmli söz ustaları Əmir Xosrov Dəhləvini, Hacı Kirmanini, İmadəddin Kirmanini, Əbdürrəhman Camini, Əlişir Nəvaini, Hatifini, Füzulini və b. Nizami məktəbinin davamçiları hesab etmək olar. Bütün yuxarıda göstərilənlər, XI-XII əsrlərdə şimallı-cənublu Azərbaycan ərazisində elmin sürətli inkişafını, onun müxtəlif sahələrinə dair onlarla əsərlərin yazıldığını, bu əsərlərin əsasən dövrün elm dili olan ərəb dilində qələmə alındığını, Azərbaycan alimlərinin Yaxın və Orta Şərq müsəlman mədəniyyətinin inkişafında tutduqları əvəzedilməz və əhəmiyyətli mövqelərini açıqlayır. Elmin, mədəniyyətin bu inkişafı ölkənin sosial-iqtisadi vəziyyətinin və şəhər mədəniyyətinin ümumi yüksəlişi ilə bilavasitə bağlıdır. XI-XII əsrlərdə Azərbaycanın ən böyük iqtisadi, siyasi və mədəni mərkəzləri olan Şamaxı, Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Təbriz, Marağa, Urmiya və b. şəhərlərdə müxtəlif səciyyəli abidələr inşa edildi. Orta əsr Azərbaycan memarlığının inkişafını müəyyənləşdirən 3 əsas üslub istiqamətini əks etdirən Şirvan-Abşeron, Naxçıvan-Marağa və Arran memarlıq məktəbləri də elə bu illərdə təşəkkül tapır. Bu ocaqların üslub istiqamətində lokal cəhətlər, o cümlədən regionun etnik və sosial quruluşu həlledici rol oynayırdı. Əsas tikinti materialı yerli əhəndaşı olan Şirvan-Abşeron memarlıq məktəbi üçün daha dayanaqlı, sadə və çox vaxt asimmetrik kompozisiyalar, saya memarlıq dekoru səciyyəvi olmuşdur.

Daşla kərpicin birgə yanaşı işlədilməsi ilə tikilən Arran memarlıq abidələri qamətli kompozisiyası, daha zərif ayrintiları və incə görkəmi ilə Şirvan məktəbi nümunələrindən seçilirdi. Ən yüksək inkişaf mərhələsi Azərbaycan Atabəyləri dövləti dövrünə düşən, əsasən, bişmiş kərpicdən tikilən Naxçıvan-Marağa məktəbi abidələrinə bir sıra xüsusiyyətlər-binanın əsas tikinti kütləsi və üzlük örtüyünə ayrılması, üzləmə bloklarının işlədilməsi, gövdənin karkas sxemi, hər yandan fasadlı olmaq, dekorda həndəsi ornamentin üstünlüyü, şirli kərpiclərin işlədilməsi, epiqrafikanın rolunun artması və s. xasdır.

Bu dövrün abidələrindən Bakının-Qız qalası, Mərdəkan qalası, Şamaxının-Gülüstan qalası, Beyləqanın, Gəncənin, Təbrizin, Marağanın müdafiə divarları, Abşeronun (Bakı, Mərdəkan, Nardaran, Ramana və s.) qalaları, məscid, mədrəsə və xanəgahlar (İçəri şəhərdə Sınıqqala minarəsi, Pir Hüseyn xanəgahı və s.), məqbərələr (Əcəminin yaratdığı memarlıq abidələri-Mömünə xatun-1186, Yusif ibn Küseyr məqbərəsi-1162, Qoşaminarə-1187, Cümə məscidi və s.), körpülər (Xudafərin (1027), Cuqa və s.), Gəncə qala qapıları1063, Şamaxıının Sündü kəndində tikilmiş günbəzli məscid-920, Əlincə qalası. XII əsrdə Naxçıvan memarlıq üslubunda Marağada Göy günbəz, Urmiyada Üç günbəz məscidləri, Culfada sərdabələr ucaldılmışdı. XI-XII əsrlərdə tətbiqi incəsənətin bir sıra sahələrinin (saxsı qablara bəzək vurulması, parçaların rənglənməsi və naxışlanması, ağac, şüşə və s. emalı, metala naxış basılması, xalçaçılıq və s.- də) inkişaf səviyyəsi xeyli yüksəlmişdi. Ümumiyyətlə, XI-XII əsrlərin əvvəlləri dövrünü Azərbaycan memarlığı tarixində dönüş mərhələsi saymaq olar. Bu dövrün geniş tikinti işləri Azərbaycan memarlığını yeni bina tipləri (qülləvari türbə, mədrəsə), konstruktiv fəndlər (ikiqatlı günbəzlər, mərkəzi dayaqlı tağ örtüyü), memarlıq elementləri (dairəvi minarə, ikiminarəli baştağ), memarlıq bəzəyi vasitələri (həndəsi ornament, şirli kərpic, bloklarla üzləmə) və s. ilə zənginləşdirir.

Şəhərsalma

XII-XIII əsrlərdə Azərbaycanda 70-dək iri, orta və kiçik şəhərlər vardı. Bu dövrün iri ticarət-sənətkarlıq mərkəzləri Gəncə, Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Dərbənd, Bakı, Şamaxı və Beyləqan idi. Gəncə və Təbrizin 100 mindən çox, Naxçıvanın isə təqribən 80-100 min əhalisi vardı. XI əsrdə Gəncə Arranın ən böyük şəhərlərindən birinə çevrilərək, ticarət-sənətkarlıq mərkəzi kimi öz əvvəlki əhəmiyyətini xeyli itirmiş Bərdəni arxada qoydu. XII əsrin I yarısında Gəncənin tərəqqi və inkişafı burada baş verən dağıdıcı zəlzələlər (1122, 1139) və gürcülərin “daha dağıdıcı” basqın və qarətləri ilə ləngidildi. Lakin gəncəlilərin səyi və köməyə gəlmiş sultan canişini Qara Sunqurun öz qoşunu ilə etdiyi yardım nəticəsində XII əsrin sonu XIII əsrin əvvəlləri Gəncə yenidən öz əvvəlki görkəmini qaytara bildi. Təbrizdə də 1042-ci ildə baş vermiş zəlzələdə 40-50 min sakinini və gözəl binalarını itirsə də yenidən bərpa edildi. Azərbaycanın kiçik feodal şəhərləri yarımaqrar xarakter daşıyırdı. Çoxunun iqtisadiyyatında bağçılıq və maldarlıq mühüm yer tuturdu. Bu şəhərlərin sosial tərkibində kəndlilər üsütünlük təşkil edir, ticarət-sənətkarlıqla məşğul olanlar 22 isə 2-ci yer tuturdular. XII əsrdə şəhərlər adətən qalın divarlar və müdafiə qurğuları-xəndəklərlə əhatə olunmuşdular. Dərbəndin, Təbrizin, Gəncənin, Bakının və b. yerlərin daşdan və kərpicdən tikilmiş qala divarları çox düşmənin qarşısını almışdır. Bakının bir liman kimi əhəmiyyəti böyük idi. XI-XII əsrlərdə karvan ticarət yollarının bir-biri ilə və xarici ölkələrlə birləşdiyi Azərbaycan şəhərləri daxili və xarici bazarlara neft, pambıq, ipək, duz, meyvə, balıq, boyaq, ədviyyat və s. göndərir, Şərq və Qərblə ticarət əlaqələri saxlayırdı.

Nəticə


Azərbaycanda mədəni həyatın yüksəlməsi ilə səciyyələnən XII əsr Azərbaycan intibahı dövrü hesab edilir, məhz, bu dövrdə Azərbaycan xalqı dünyaya görkəmli alimlər, şairlər, memarlar bəxş edir.

Ədəbiyyat

1. Azərbaycan tarixi. 7 cilddə, II c.(III-XIII əsrin I rübü), Bakı, “Elm”, 2007, 608 səh.+24 səh. illüstrasiya.

2. Azərbaycan tarixi. S. Əliyarlının redaktorluğu ilə, Bakı, “Azərb.” nəşr., 1996, 872 səh.

3. Azərbaycan tarixi. İ. Əliyevin redaktorluğu ilə, Bakı, Elm, 1993, 284 səh

4. Azərbaycan tarixi. Dərslik, Z. Bünyadovun redaktorluğu ilə, Bakı, Azərnəşr, 1994, 680 səh.



5. Məmmədov İsmayıl. Azərbaycan tarixi, Bakı, 2005, s. 98- 13
Yüklə 126,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin