3.Azərbaycan tarixinin yeni və ən yeni dövr qaynaqları(mənbələri).
Eramızdan əvvəl VIII-VII minillikləri əhatə edən yeni daş dövrü – Neolit dövrü adlanır. Bu dövrdə insanlar daha hər şeyi təbiətdən hazır şəkildə almır, özləri yenisini istehsal edirdilər. Yəni insanlar təbiətdən asılılıqdan azad olmuş, özlərinə lazım olan məhsulların istehsalına başlamışlar. İnsanların məşğuliyyət sahələri içərisində maldarlıq və əkinçilik əsas yer tuturdu. Azərbaycanda bu iki təsərrüfat sahəsinin inkişafı üçün hər cür şərait var idi. Neolit dövründə insanlar saxsı qablar hazırlamış, daş alətləri cilalamağı və deşməyi öyrənmiş, toxuculuqla məşğul olmuşlar. Bəşər tarixindəki bu yeniliklər Neolit inqilabı adlandırılmışdır.
Cənubi Qafqazda və Azərbaycan ərazisində neolit (yeni daş) dövrü e.ə.VIIIVII minillikləri əhatə edir. Bu mədəniyyətin formalaşması iki mərhələdən keçmişdir. Birinci mərhələ saxsı qabların yaranmasına qədər olan, əkinçiliyin, maldarlığın, toxuculuğun təşəkkülü dövrünü-təxminən e.ə.VIII minilliyi əhatə edir və erkən neolit adlanır. İkinci mərhələ ibtidai icma quruluşu insanlarının təfəkkürünün və istehsal sahələrin inkişafı, təsərrüfat həyatında köklü dəyişikliklərin yaranması, gil qabların hazırlanması və ümumilikdə yeni mədəniyyətin meydana çıxması ilə fərqlənir. Bu dövr e.ə.VII minilliyi əhatə edir.
Qafqaz regionu coğrafi cəhətdən neolit mədəniyyətinin yaranması və inkişafı üçün əlverişli olmuşdur. Təbii ki, bu dövrdə əhalinin sayı artmışdır. İstehsal təsərrüfatının formalaşması əkinçilik, maldarlıq sahələrinin inkişafına, dağətəyi və aran zonalarda yeni yaşayış yerlərinin yaranmasına səbəb olmuşdur. Söz yox ki, neolit dövrünün insanları oturaq həyat tərzi keçirmişdir. Tədqiqatçılar dağlıq və dağlıqətəyi bölgələrdə neolit yaşayış yerlərinin yaran-masını son dərəcə intensiv gedən ovçu və yığıcı tayfaların yerləşmə prosesi ilə bağlayırlar. Azərbaycan ərazisində bu dövrə aid Gəncə yaxınlığında Gillidağ, Qazaxda Damcılı mağarası, Qobustanda "Ovçular zağası", "Anazağa" və "Firuz" düşərgələri kimi abidələr öyrənilmişdir. Təbriz yaxınlığında yerləşən Yanıqtəpə (kiçik təpə) və Urmiya gölünün cənubundakı Hacı Firuz abidələrinin alt təbəqələri də neolit dövrünə aiddir. Bu dövrün abidələrindən biri də Naxçıvan şəhərindən 8 km şimal-şərqdə, Babək rayonunun eyni adlı kəndi ərazisində tədqiq olunmuş I Kültəpədir. Ərazinin təbii şəraiti I Kültəpə sakinlərinin fəaliyyəti üçün hərtərəfli imkan yaratmışdır. Abidə dağətəyi ərazidə, dağlıq zonadan 10-15 km məsafədə salınmışdır. Ümumiyyətlə, ərazisinin 72% dağlıq olan Zaqafqaziyanın qədim əkinçilik mədəniyyəti iqtisadi-mədəni əlaqələr zəminində Ön Asiya abidələrinin təsirindən yaranmışdır. Bunu I Kültəpənin neolit dövrü təbəqəsindən tapılmış Xalaf nişanəli boyalı qablar da sübut edir. Naxçıvanın ərazi cəhətdən Ön Asiyaya yaxın olması burada müxtəlif mədəniyyətlərin Zaqafqaziyanın digər regionlarına nisbətən daha tez formalaşmasına səbəb olmuşdur.
Dostları ilə paylaş: |