1. Bakteroloji silahlar


Zəlzələ.Onun növləri və baş vermə səbəbləri



Yüklə 103,72 Kb.
səhifə43/52
tarix19.12.2022
ölçüsü103,72 Kb.
#76224
1   ...   39   40   41   42   43   44   45   46   ...   52
Mulki Mudafi Final docx

64. Zəlzələ.Onun növləri və baş vermə səbəbləri
Zəlzələ - yerin təkində süxurların yerdəyişməsi sayəsində , yer qabığının müəyyən sahələrinin titrəməsidir. Zəlzələ tektonik, vulkanik, eləcə də uçqun və bəndlərin yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı zəlzələ, habelə yerə meteorit düşməsi və ya planetimizin digər kosmik obyektlərlə toqquşması nəticəsində baş verən zəlzələ növləri olur. Tektonik zəlzələ daha tez-tez baş verir. Tektonik zəlzələ-yer qabığının dərinliklərində litosfer tavalarda baş verən çatlar və yerdəyişmələr nəticəsində meydana çıxan yeraltı təkanlardan və ya yer səthinin tərpənməsindən ibarətdir. Zəlzələ zamanı çox güclü enerji meydana çıxır və elastik seysmik dalğalar şəklində ətrafa yayılır. Zəlzələ gücünü və xarakterini səciyyələndirən əsas parametrlər – zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ enerjisinin intensivliyidir. Respublikamızın bütün ərazisi zəlzələ təhlükəli (seysmik) zona sayılır. 1989-cu ildə hazırlanmış sonuncu xəritəyə görə, ərazimizin hər yerində 8baladək, Şamaxı- İsmayılli, Şəki -Balakən, Gəncə -Göygöl və Naxçivan MR ərazisi isə 9 baladək zəlzələ ehtimallı zonalar sayılır. Belə zonalar ərazimizin 1/4 qədərini təşkil edir, burada əhalinin təxminən 20%-i yaşayır. Zəlzələ 12 ballıq şkala ilə ölçülür.
Maqnituda – zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən, 0-dan 8,5-ə qədər həddə dəyişən enerjiyə münasib olan şərti kəmiyyətdir. Zəlzələnin maqnitudasını ölçmək üçün Rixter şkalasından istifadə edilir ki, bu şkalada hər bir vahid özündən əvvəlki vahidə nisbətən titrəyiş enerjisinin yüz qat artığına müvafiqdir. Zəlzələ ocağının dərinliyi-müxtəlif seysmik rayonlarda 0-dan 700 km-dək dəyişə bilər. Yer səthində zəlzələ enerjisinin intensivliyi 12 ballıq şkala üzrə ölçülür; gücünə(intensivlitinə görə) müvafiq olaraq zəlzələlər belə adlanır: hiss edilməyən, çox zəif, zəif, mülayim, xeyli güclü, güclü, çox güclü, dağıdıcı, dəhşətli, məhvedici, fəlakət, güclü fəlakət.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin