59. Sülh dövründəki fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ardıcıllığı və rəhbər orqanların vəzifələri Fövqəladə komissiyalar öz vəzifələrini yerinə yetirə bilsin deyə, onların heyətinə nazirliklər, dövlət komitələri, baş idarələr, şirkətlər, birliklər və s. təşkilatlar cəlb olunmuş, onların konkret vəzifələri müəyyən edilmişdir. Azərbaycan Respublikasının FHN MM üzrə əsas vəzifələri:
-əhalinin fövqəladə hallarda mühafizəyə və düzgün fəaliyyətə hazırlanmasını təşkil etmək və ona nəzarət etmək;
-təhkükə barədə əhali üçün xəbərdarlıq sisteminin daimi hazırlığını təmin etmək və onlara davranəş qaydaları haqqında göstəriş və məlumatları vaxtında çatdırmaq;
-fövqəladə hallarda fəaliyyət üçün nəzərdə tutulan qüvvələrin hazırlanmasına nəzarət etmək, onların işini planlaşdırmaq, xilasetmə işləri zamanı idarə olunmasını təşkil etmək
; - fövqəladə hallarda əhalinin həyat fəaliyyətini təşkil etmək və s. həvalə olunmuşdur. Yerli(şəhərlərin, habelə nazirlik və obyektlərin) daimi komissiyaları da özlərinin fəaliyyətini təşkil etmək məqsədilə belə vəzifə bölgüsü aparmalı, bu işə cəlb edilən hər bir təşkilatın və məsul şəxsin səlahiyyətini və məsuliyyətini müəyyən etməlidirlər.
Fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün həm mövcud olan qüvvə və vəsaitlərdən: nazirliklərin və idarələrin qəza - xilasetmə, qəza – bərpa və çevik yanğınsöndürən dəstələrindən; səhiyyə nazirliyinin təcili yardım xidməti qüvvələrindən, FHN – nin qoşun hissələrindən və ixtisaslaşdırılmış dəstələrindən; müdafiə nazirliyinin kimyəvi və mühəndis qoşun hissələrindən; dəmir yolu, hava yolları, Xəzər donanması idarələrinin müvafiq qəza – xilasetmə qüvvələrindən istifadə etmək, həm də bir sıra tikinti, ixtisaslaşdırılmış quraşdırma idarələrində xüsusi çevik qəza – bərpa dəstələrinin yaradılması nəzərdə tutulur. Yaranan vəziyyətdən asılı olaraq, bütünlüklə Dövlət fövqəladə fəaliyyət sistemi müvafiq daimi Fövqəladə Hallar Nazirinin qərarı əsasında üç müxtəlif rejimdə işləyə bilər:
Birinci rejim – gündəlik fəaliyyət respublikanın ərazisində, o cümlədən də rayonda (obyektdə) sənaye – istehsalat fəaliyyəti, radiasiya – kimyəvi şərait, həmçinin seysmik, hidrometroloji, sanitar – epidemik vəziyyət normal olan halda işləyə bilər. Bu zaman rayonlarda, obyektlərdə planlı surətdə ətraf mühitə, potensiallı obyektlərdə daimi müşahidə aparılır, ehtimal edilə bilən fövqəladə halların qarşısını almaq, təsirini azaltmaq, nəticələrini aradan qaldırmaq məqsədilə əvvəlcədən planlı tədbirlər hazırlanır və yerinə yetirilir. Qüvvə və vasitələrin ehtiyatları yaradılır, əhaliyə müvafiq proqramlar əsasında mühafizə, davranış, fəaliyyət qaydaları öyrədilir və müvafiq təsərrüfat planları əsasında digər hazırlıq işləri görülür.
İkinci rejim – yüksək hazırlıq rejimidir. Bu rejimə fövqəladə hallar baş verəcəyi barədə proqnoz alınarkən, normal istehsal fəaliyyəti, radiasiya, kimyəvi şərait, epidemik və s. pisləşərkən keçilir. Belə hallarda müvafiq fövqəladə hallar komissiyaları aşağıdakı işləri görürlər: -vəziyyətin pisləşməsi səbəbini aşkar etmək üçün operativ qruplar yaradır; -növbətçi – dispetçer xidmətlərinin fəaliyyətini gücləndirir; -müşahidə və nəzarəti artırır; -fəaliyyət göstərəcək qüvvə və vasitələri hazır vəziyyətə gətirir və onların vəzifələrini konkretləşdirir, əhalinin mühafizəsi üzrə tədbirləri dəqiqləşdirirlər.
Üçüncü fövqəladə rejim – sistem bu rejimə fövqəladə hallar baş verərkən və onların nəticələri aradan qaldırılarkən FHN – nin müvafiq orqanları və daimi komissiyanın qərarı ilə keçirilir. Bu zaman: -əıalinin mühafizəsi təşkil edilir; -işlərə bilavasitə rəhbərlik etmək üçün daimi komissiyaların operativ qrupları fəlakət yerlərinə göndərilir; -qüvvə və vəsaitlər fəlakət yerinə gətirilir və xilasetmə işlərinə cəlb edilir; -baş vermiş fəlakətin nəticələri aradan qaldırılır; -ətraf mühitdə şəraitin dəyişməsinə daimi və ciddi nəzarət qoyulur. Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə xilasetmə işlərinə bilavasitə rəhbərlik aşağıdakı orqanlar tərəfindən həyata keçirilir: - nəticəsi ancaq bir istehsalat binasını əhatə edən qismən fövqəladə hallar zamanı – obyekt fövqəladə hallar komissiyası; - nəticəsi ancaq bir obyektin ərazisini əhatə edən obyekt miqyaslı fövqəladə hallar zamanı lazımi hallarda rayon (şəhər)və sahə fövqəladə komissiyaların operativ qrupları da iştirak etməklə, obyekt fövqəladə hallar komissiyası; - nəticəsi rayonun (şəhərin) ərazisini əhatə edən yerli FH zamanı – şəhər (rayon) hakimiyyət orqanlarının fövqəladə hallar komissiyası; - respublikanın bütün ərazisini əhatə edən bölgə miqyaslı FH zamanı – Respublika Fövqəladə Hallar Nazirliyi. Fövqəladə halların nəticələrinin aradan qaldırılması işləri adətən aşağıdakı ardıcıllıqla təşkil edilir: -istehsalatdakı işçilərin və təhlükə yaranan sahələrdə əhalinin xəbərdarlıq edilməsi və mühafizə olunması; -qəzanın məhdudlaşdırılması və ən təcili xilasetmə işlərinin görülməsi; -fəlakətin miqyasını, onun törətdiyi təhlükənin xarakterini və s. təyin etmək üçün kəşfiyyatın təşkili; -xilasetmə işlərinə cəlb ediləcək qüvvə və vasitələrin müəyyənləşdirilməsi, onların hazır vəziyyətə gətirilməsi; -xilasetmə işləri aparmaq üçün qərar qəbul edilməsi və işlərin təşkili; -obyektin istehsalat fəaliyyətinin (əhalinin normal həyat fəaliyyətinin) bərpa olması. İstehsalat qəzaları və təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən xilasetmə işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir.