1. Bakteroloji silahlar


Fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb edilən qüvvə və vasitələr



Yüklə 103,72 Kb.
səhifə36/52
tarix19.12.2022
ölçüsü103,72 Kb.
#76224
1   ...   32   33   34   35   36   37   38   39   ...   52
Mulki Mudafi Final docx

55. Fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb edilən qüvvə və vasitələr
Qəzaların nəticələrini aradan qaldırmaq - müvafiq sənaye sahələrinin və ya ərazi ( şəhər, qəsəbə) təşkilatlarının tabeliyindəki obyektlərdə olan xüsusi xidmətlərin və ayrı-ayrı mütəxəssislərin, yanğınsöndürmə və meşə yanğını komandalarının, elektrik şəbəkəsi, rabitə, qaz təchizatı, su təchizatı, kanalizasiya, istilik təchizatı qəza xidmətlərinin, dəmiryolu bərpa qatarlarının, qəza xilasetmə gəmilərinin, avtomobil nəqliyyatı texniki-qəza xidmətinin, təcili tibbi yardım xidmətinin v ə s. xidmətlərin vəzifəsidir. Müxtəlif təsərrüfat obyektlərində baş verən kiçik qəzalar və yanğınlar həmin obyektlərin müdriyyəti tərəfindən öz qüvvələri ilə, eləcə də ərazi təşkilatlarındakı (xüsusi xidmətlərin) mütəxəssislərinin qüvvələri ilə aradan qaldırılır. Bir sıra sənaye və təsərrüfat sahələrində (dağ-sənaye sahələrinin şaxtalarında, metrotunel, kollektor tikintisində, neft mədənl ərində, neft-kimya müəssisələrində) qəzaların aradan qaldırılması üzrə işlərdə respiratorlardan istifadə edilməsi tələb olunduğu üçün belə müəssisələrdə xüsusi qazdan xilasetma və dağmədən işlərində xilasetmə dəstələri - komandalar dəstələr və s. habelə gəmiçilik idarələrinin qəza- xilasetmə dəstələri yaradılır. Mədən işlərində xilasetmə dəstələrinə aşağıdakılar həvalə edilir: kömur və filiz mədənlərində, metropolitendə, neft və kimya sənayesi müəssisələrində qəzalar zamanı adamların xilas edilməsi; yeraltı qəza nəticələrinin aradan qaldırılması işlərinin aparılması respiratorlardan istifadə etməklə profilaktika işləri görmək tələb olunan şəraitdə yeraltı və yerüstü yanğınların, alışmış neft və qaz fəvvarələrinin və s. söndürülməsi; qəzaların qarşısını almaq üçün profilaktika işlərinin icra edilməsi; respiratordan istifadə olunması tələb edilən texniki işlərin yerinə yetirilməsi və s. Güclü fəlakətlərə qarşı işlərə rəhbərlik etmək, eləcə də onların nəticələrinin aradan qaldırılması üzrə təxirəsalınmaz tədbirlər görmək üçün respublikada Fövqəladə Hallar Nazirliyi yaradılmışdır. Bu nazirliyə zərər çəkmiş əhaliyə yardım göstərilməsi, dövlətin maddi sərvətlərinin və vətəndaşların əmlakının xilas edilməsinə yerli qüvvə və vasitələrin cəlb olunması sahəsində geniş səlahiyyətlər verilmişdir. Təbii fəlakətlərlə mübarizə tədbirlərində nəinki fəlakət baş vermiş ərazidəki ş qabiliyyətli əhali, həm də respublikanın digər rayonlarının əhalisi fəal iştirak etməlidir. Fəlakatlərlə mübarizəyə təsərrüfat obyektlərinin fəhlə və qulluqçuları da cəlb edilir; bu məqsədlə onlardan hərbiləşdirilməmiş dəstələr (xilasedici, qəza-bərpa və digər dəstələr, komandalar, qruplar və manqalar, rabitə, yanğın və s.) yaradılır. Bəzi təhlükəli hallarda güclü qəzaların aradan qaldırılması və təbii fəlakətlərlə mübarizə işlərinə hərbi hissələr cəlb edilə bilər.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin