1. Bakteroloji silahlar



Yüklə 103,72 Kb.
səhifə38/52
tarix19.12.2022
ölçüsü103,72 Kb.
#76224
1   ...   34   35   36   37   38   39   40   41   ...   52
Mulki Mudafi Final docx

57. Boğucu zəhərli maddələr
Kimyəvi silah kütləvi qırğın silahlarından biri olub, zəhərləyici maddələr (ZM) və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Kimyəvi silahın əsasını zəhərləyici maddələr (ZM) təşkil edir. Zəhərləyici maddələr (ZM) hərbi, sənaye və təsərrüfat obyektlərinə qarşı işlədilərkən qoşunların şəxsi heyətlərini, fəhlələri, qulluqçuları, əhalini sıradan çıxaran, yaxud onların döyüş və əmək qabliyyətinin zəifləməsinə, heyvanların zədələnməsinə, habelə bitkilərin məhvinə səbəb ola bilən xüsusi kimyəvi birləşmələrdən (zəhərli maddələrdən) ibarətdir. Kimyəvi silahın ən vacib xüsusiyyətləri aşağıdakılardır. • maddi sərvətləri məhv etmədən canlı qüvvələri zədələmək imkanı. ZMin maddi sərvətlərə təsiri onların zəhərlənməsi ilə məhdudlaşır ki,bu da onlardan istifadəni çətinləşdirir;
• zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin ağır olması
• istehsalın nisbətən ucuz başa gəlməsi. Məlum olan bütün zəhərləyici maddələr orqanizmə təsirinin xarakterinə görə (toksikoloji təsnifat), döyüş təyinatına və ərazidə zəhərlənmənin davamlılığına görə (taktiki təsnifat) qruplara ayrılır. Bir sıra ölkələrin cəbbəxanalarındakı müasir zəhərləyici maddələrin toksikoloji təsnifata görə aşağıdakı qruplara ayırmaq mümkündür:
Sinir iflicedici ZM
Ümumzəhərləyici təsirli ZM
Dəridə yaraçıxaran ZM
Boğucu təsirli ZM
Qıcıqlandırıcı ZM
Boğucu təsirli ZM elə maddələrə deyilir ki, onlar xüsusən ağciyər toxumalarını zədələyir, orqanizmin digər toxumalarına güclü təsir göstərmir. Boğucu təsirli zəhərli maddələr qrupuna fosgen və difosgen aiddir. Fosgenin xassələri sonrakı paraqrafda nəzərdən keçiriləcəkdir. Difosgen qaynama temperaturu 128 dərərcə olan mayedir, yavaş buxarlanır. Havadan 7 dəfə ağırdır. Yayda ərazinin açıq yerlərində 1saata, meşəlik yerlərində isə bir neçə saatadək zəifləyir. Difosgen suda həll olur, bu zaman xlorid turşusu və karbon qazı yaratmaqla parçalanır. Difosgen su quyularını zəhərləmir. Difosgen davamsız zəhərləyici maddələrə aiddir.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin