54. Əsas təyinatlı otaqlar Sığınma otaqları (SO) – əhalinin daldalanması və yerləşdirilməsi üçün bir, iki və üç mərtəbəli taxtlar yerləşdirilən otaqlardır. Sığınacaqda adamların daldalanması üçün nəzərdə tutulan otaqların ayrı-ayrılıqda sahəsi 25 kv.m-dən, ümumi sahəsi 75kv.m –dən az olmamalıdır. Adamların daldalanması üçün otaqların sahəsi ikim ərtəbəli taxtlar qoyularkən hər adam üçün 0,5kv.m, üçmərtəbəli taxtlar qoyularkən isə 0,4kv.m hesablanmalıdır. Otaqlarda daxili havanın həcmi hər adam üçün ən azı 1,5 kub.m olmalıdır. Otaqların hündürlüyü onlardan sülh dövründə nə məqsədlə istifadə ediləcəyindən asılıdır, lakin döşəmədən üst örtük konstruksiyalarının ən aşağı hissəsindəki məsafə 3,5 m-dən çox olmamalıdır. Otağın hündürlüyü 2,15 m-dən 2,9 m-dək olan hallarda ikimərtəbəli taxtlar, bundan artıq olanda isə üçmərtəbəli taxtlar qoyulmalıdır. Sülh dövründə istismar şəraitinə görə hündürlüyü ən azı 1,85 m olan binalardan sığınacaq kimi istifadə etməyə icazə verilir. Belə hallarda burada ancaq birmərtəbəli taxtlar qoyulmalıdır. Daldalanan adamların oturması üçün oturacaqlar hər adam üçün 0,45 × 0,45 m, yuxarı mərtəbələrdə uzanma yerləri isə 0,55 × 1,8 m hesabı ilə müəyyən edilir. Taxtların döşəmədən hündürlüyü birinci mərtəbədə 0,45 m, ikinci mərtəbədə-1,4 m və üçüncü mərtəbədə 2,15 m olmalıdır. Ən yuxarıdakı mərtəbədə otağın üst örtüyünə (tavanına) və ya tavan konstruksiyasının aşağı hissəsindəki məsafə ən azı 0,75 m götürülür. Daldalanan adamların oturması və uzanması üçün yerlər stasionar ola bilər (sığınacaq tikilərkən düzəldilir). Əgər belə taxtlar sığınacaqlardan sülh dövründə təsərrüfat ehtiyacları üçün istifadə etməyə maneçilik törədirsə, onlar sığınacaq mühafizəyə hazırlıq rejminə keçilərkən düz əldilir. Sığınacağın geniş sahəli otaqlarını 50-75 n əfərlik otaqlara bölmək lazımdır. İdarəetmə məntəqəsi ( İM) - obyektin rəhbər heyətinin və MM qərargahının yerləşməsi üçündür. Belə məntəqə ən böyük iş növbəsində 600 və bundan artıq adam işləyən müəssisələrdə sığınacaqların tikilməsi layihələrində nəzərdə tutulur. İdarəetmə məntəqəsi, adətən, mühafizəli elektrik təchizatı mənbəyinə malik olan sığınacaqlardan birində yerləşdirilir. O, iş və rabitə otağından ibarət olur. Adətən, idarəetmə məntəqəsi sığınacağın giriş yollarından birinin yaxınlı ğındakı otaqlarda yerləşdirilir və odadavamlılııq həddi bir saatadək olan arakəsmələrlə sığınacağın adamlar yerləşən digər otaqlarından ayırılır.
Tibb məntəqəsi (TM) - sığınacaqda daldalanan adamlara ilk tibbi yardım göstərmək üçündür. Daldalanan adamların sayı 900-1200 nəfər olanda tibb məntəqəsinin sahəsi 9 kv.m müəyyən edilir. 1200 nəfərdən artıq hər 100 nəfər üçün tibb məntəqəsinin sahəsi 1kv.m artırılır. Sığınacaqlarda həmçinin hər 500 nəfər adam üçün sahəsi 2 kv.m olan bir sanitariya qovşağı nəzərdə tutulur, lakin hər qurğuda ən azı bir belə məntəqə olmalıdır.