MATORİK + SENSOMATORİK = KONDİSİYA Əvvəlcə başlayaq matorik keyfiyyətlərdən. Aşağıdakılar matorik keyfiyyətlərə aid olan xüsusiyyətlərdir.
1) Dözümlülük – Organizmin yorğunluğa qarşı müqaviməti və yüklənmədən sonra bərpa olunmasını göstərən bir keyfiyyətdir. Dözümlülük əslində bir futbolçuya çox lazım olan bir keyfiyyət deyildir. Marafon qaçan idmançılar olur ki , 3-5 saat qaçırlar və dözümlülük onlar üçün önəmlidir. Amma futbolda belə deyil , futbolçular orta dözümlülüklə mübarizə aparmaqa hazır vəziyyətdə ola bilirlər. Çünki futbolçular , 90 dəqiqə, maximum da 120 dəqiqə mübarizə aparır və onlar bu zaman ərzində də kifayət qədər mini fasilələr və + 15 dəqiqəlik fasilə edirlər.