1. Basketbolun yaranma tarixi haqqında


Basketbolda topun səbətə atılma texnikasının öyrədilməsi



Yüklə 75,44 Kb.
səhifə7/38
tarix02.01.2022
ölçüsü75,44 Kb.
#42989
1   2   3   4   5   6   7   8   9   10   ...   38
idman oyunları

5.Basketbolda topun səbətə atılma texnikasının öyrədilməsi

Oyunda əsas məqsəd topun səbətə düşməsidir. Oyunu udmaq üçün basketbolçu ötürmələri, tutmaları, çiləməni bacarıqla edərək səbəti düzgün nişan almalıdır və ayrı-ayrı məsafələrdən və vəziyyətlərindən topu səbətə salmalıdır.Topun səbətə atılmasının dəqiqliyi, atmanın düzgün texnikasından, hərəkətlərin koordinasiyasından və onları idarəetmədən, gərginliyi aradan qaldırmağı bacarmaqdan, biləklərin çevikliyindən, topu atarkən onun fırlatma həddinin, uçuş trayekto-riyasının dəqiqliyindən və başqa amillərdən asılıdır.

Topu atmaya hazırlamaq üçün oyunçu meydançadakı vəziyyəti (daha yaxşı yerdə dayanmış oyunçu yoldaşını seçməsi, sıçrayaraq top uğrunda mübarizəyə oyunçu yoldaşlarının da qöşulacaqlarını), mümkün intensivlik və müdafiəçinin himayə etməsinə mane olmaq üsulu, sıçra-mış top uğrunda mübarizədə real çıxış yolunu və s. qiymətləndirməlidir. Hərəkət proqramını nəzərdə tutaraq və qərara alaraq oyunçu topu atmağa psixoloji baxımdan elə hazırlaşmalıdır ki, heç bir maneə hərə-kətin əminliyinə təsir etməsin. Atmanın axırında sərbəst olmaq lazımdır. Təcrübə göstərib ki, lövhədən qayıdan topların atmaları müəyyən üstün-lüyə malikdir.

Atılan topa uçuşun əks istiqamətində üfiqi oxa nəzərən fırlatma vermək daha yaxşıdır (əks fırlatma). Lövhənin altından çətin vəziyyət-lərdən atmalarda vertikal oxa nəzərən fırlatmadan istifadə olunur. Orta və uzaq məsafələrdən atmaları daha güclü əllə etmək əlverişlidir. Səbətin yaxınlığında atmaları sağ , eləcədə də sol əl ilə atmağı bacarmaq lazımdır.

Məsafədən, oyunçunun boyundan, onun hansı hündürlüyə hop-panma bacarığından və ucaboylu müdafiəçinin müqavimət göstərmə aktivliyindən asılı olaraq topun uçuş trayektoriyasını seçirlər. Orta (səbətdən 3 - 6,5m) və uzaq (6,5m-dən uzaq) məsafələrdən atmalarda topun optimal uçuş trayektoriyasını – parabolanı, seçmək daha yaxşıdır. Çünki onun ən yüksək nöqtəsi halqanın səviyyəsindən 1,4 – 2 m-dir. Məsafə artırsa qulaylamada hərəkətlərin amplitudası da çoxalır və top atılan anda çox güc sərf olunur.

Hər bir oyunçuda öz atdığı topun ardınca hərəkət etmək vərdişi olmalıdır.

Ümumi quruluşda səbətə atmanın konkret üsulunun üç mərhələsi seçilib : hazırlıq, əsas və tamamlayıcı. Əgər hazırlıq hərəkətlərində oyunçu, xarici faktorlardan asılı olaraq, fəndin dəqiqliyinə zərər vurmadan bir neçə dəyişiklər daxil edə bilərsə onda, konkret məqsədin həllində əsas hərəkətlər stabilliyilə fərqlənməlidir. Bu düzəlişlər aşağı-dakıların nizama salınmasına yönəlmişdir :

- qulaylama nöqtəsi (çiyindən, aşağıdan, başın üstündən, başın arxasından) ;

- topun buraxılma nöqtəsi (özündən irəlidə, başın üstündən hündür) ;

- yerinə yetirilmə tezliyi ;

- topun uçuş yolunun hündürlüyünü.


Yüklə 75,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin