1. Basketbolun yaranma tarixi haqqında


Futbolçunun taktiki hazırlığı



Yüklə 75,44 Kb.
səhifə6/38
tarix02.01.2022
ölçüsü75,44 Kb.
#42989
1   2   3   4   5   6   7   8   9   ...   38
idman oyunları

4. Futbolçunun taktiki hazırlığı

Futbol 4 cür hazırlıq – fiziki, texniki, taktiki və iradə hazırlığı tələb edir. Bu o deməkdir ki, yalnız hərtərəfli hazırlığı olanlar futbolçu sayıla bilər. Xüsusi tədqiqatlar göstərmişdir ki, hücumçular topu özlərində 100-110 saniyə, müdafiəçilər isə daha az saxlayırlar, lakin bu o demək deyil ki, onlar yalnız bu saniyələrdə fəal iştirak edirlər. Futbol meydanında fasiləsiz yerdəyişmələr, düzgün mövqe tutmaq və rəqibi təqib etmək üçün çoxlu səy tələb edir. Oyunçular bir matç ərzində meydanda 10 km-ə qədər qaçırlar, hamıdan çox da yarımmüdafiəçilər hərəkət edirlər. Axı onların vəzifəsi müdafiə ilə hücum arasında əlaqə yaratmaqdır. Aydındır ki, futbolçu dözümlü, saat yarımdan da çox oynamağa hazır olmalıdır. Futbolçudan güc, cəldlik, çeviklik, sürət tələb olunur. Buna görə də futbolçunun məşqlərinə mütləq ştanq, gimnastika,yüngül atletika, üzgükülük, xizəklə yürüş və xokkey məşğələləri də daxil edilir.

Taktiki hazırlıq yazı yazı taxtasına bənzəyən  meydan maketinin yanından başlanır. Bu maketin üzərində şahmat fiqurları kimi 2 rəngdə fişkalar – şərti “futbolçular” düzülür. Məşqçi fişkaları elə düzür ki, sanki oyun gedir və futbolçulara necə oynamaq lazım olduğunu izah edir.

    Futbol kollektiv oyundur və hər bir oyunçu öz hərəkətlərini partnyorlarının oyunu ilə əlaqələndirməli, məşqçinin tapşırıq və taktiki planlarını onlarla birlikdə yerinə yetirməlidir. Taktikada futbolun düşünülmüş başlanğıcı, müdrikliyi və məntiqi özünü göstərir. Taktiki incəliklərin öyrənilməsinə etinasızlıq göstərən oyunçulara və komandalara azarkeşlər kinayəli ləqəb qoymuşlar – “vur-qaç”. Hər bir komanda rəqib qaısına daha çox qol vurmağa, öz qapısından isə daha az top buraxmağa çalışır. Hücum və müdafiə oyunun iki əbədi və eyni dərəcədə mühüm problemidir.

    Heç bir idman oyununda futbolda olan qədər gözlənilməz nəticələr olmur. Yəgin ki, futbolun populyarlığının sirlərindən biri də elə bundadır. Futbola qələbə üçün çox vaxt texniki və ya taktiki üstünlüklər kifayət etmir. Əgər komanda mütləq qalib gəlmək istəyirsə, o öz xarakter gücünü göstərməlidir. Əvvəllər zəif çıxış etsə də, qələbə əzmi ilə meydana çıxan komandanın güclü komandaya qalib gəlməsi halları az olmamışdır. Bu kubok uğrunda yarışlarda xüsusilə nəzərə çarpır, çünki belə yarışlarda hər matç həlledici olur və uduzan komanda mübarizəni dayandırır.


Yüklə 75,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin