Yuxarıdan iki əllə topun ötürülməsi – adətən rəqibin sıx himayəsi zamanı orta məsafələrə istifadə olunur. Topun baş üzərində olması müdafiəçinin əlləri üstündən oyunçu yoldaşına dəqiq atmağa imkan verir.
Hazırlıq mərhələsi : oyunçu azca bükülü əllərlə topu üstünə qaldırır və başın arxasına göndərir.
Əsas mərhələ : qolların kəskin hərəkəti ilə dirsəkdən açaraq biləyin aşırma hərəkəti ilə oyunçu topu yoldaşına göndərir.
Topun iki əllə aşağıdan ötürülməsi - top dizdən aşağı səviy-yədə tutulanda və ya yerdən götürüləndə və yerdəyişməyə vaxt qalma-yanda 4 - 6 m məsafədən istifadə olunur.
Hazırlıq mərhələsi : top aşağı salınmış və azca bükülü əldə bar-maqlar topun üstündə sərbəst yerləşdirilir. Topu arxada olan ayağın bu-duna tərəf apararaq azacıq qaldırırlar.
Əsas mərhələ : qolları irəli yellədərək onların düzəldilməsi ilə topun lazım olan istiqamətə göndərilməsi. Qollar bel biləyin aktiv hərə-kəti ilə topu əksinə fırlatmaqla itələyir. Topun uçuşunun hündürlüyü biləyin açılma hərəkəti ilə bilinir. Adətən ötürməni irəli addım ataraq yerinə yetirirlər.
Dostları ilə paylaş: |