1. Basketbolun yaranma tarixi haqqında


Basketbolçuların hücumda yerdəyişmə texnikasının təsnifatı



Yüklə 75,44 Kb.
səhifə26/38
tarix02.01.2022
ölçüsü75,44 Kb.
#42989
1   ...   22   23   24   25   26   27   28   29   ...   38
idman oyunları

15.Basketbolçuların hücumda yerdəyişmə texnikasının təsnifatı

Basketbolçuların meydançada yerdəyişməsi hücum məsələlərin həllinə yönəlmiş tam fəaliyyət sisteminin hissəsidir. Onlar – basketbol texnikasının əsası sayılır.

Oyunçu yerdəyişmələr üçün meydançada yeriş, qaçış, tullanma, dayanma və dönmələrdən istifadə edir. Bu üsulların köməyi ilə, o, yerin düzgün seçilməsini, rəqibin təqibindən ayrılmaqla hücum üçün lazım olan səmtə çıxmağı və digər fəndləri yerinə yetirmək üçün əlverişli mövqeyə çıxmağı bacarır. Bundan başqa, yerdəyişmələrdə ayaqların düzgün işindən və müvazinətin saxlanılmasından topla texniki hərəkət-lərin çoxunun : hərəkətdə və hoppanmada ötürmələrin, çiləmə və dövrə vurub keçmənin, tullanaraq atmaların və s. effektlivliyi asılıdır.

Yeriş. Oyunda digər yerdəyişmə fəndlərinə nisbətən yerişdən daha az istifadə edilir. Yerişdən başlıca olaraq, qısa pauzalarda mövqeyi dəyişmək üçün və ya oyun fəaliyyətinin intensivliyinin azaldılmasında, habelə hərəkət tempinin qaçışla dəyişdirilməsində istifadə olunur. Adi yerişdən fərqli olaraq basketbolçu qıçlarını dizdən bükməklə yeriyir ki, bu da ona gözlənilmədən sürətgötürməyə imkan yaradır.

Qaçış. Qaçış oyunda yerdəyişmənin əsas vasitəsi sayılır. O yüngül atletin qaçışından nəzərə çarpacaq dərəcədə fərqlənir.Oyunçu meydança boyu üzü ya yuxarı ya arxası irəli olmaqla müxtəlif start vəziyyətlərindən, istiqamətlərdə sürət götürməyi, qaçışın istiqamətini və sürətini tez dəyişdirməyi bacarmalıdır. Rəqib üçün gözlənilmədən qaçış sürətinin artırması, ya da startdan böyük sürət götürülməsi idman oyunlarında – sıçrayış adlanır. Rəqibin təqibindən ayrılmaq və boş yerə çıxmaq üçün ən yaxşı vasitə sıçrayışdır. Sıçrayışı icra etmək üçün birinci 4-5 addım qısa və pəncəni yerə zərblə qoymaqla etmək lazımdır. Addımın uzadılması hesabına qaçışın sürəti artırılır. Bu zaman oyunçu topun atılmasına hazır olmalı-dır.


Yüklə 75,44 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin