1. Basketbolun yaranma tarixi haqqında


Futbolda topun yan xətdən atılma qaydası



Yüklə 75,44 Kb.
səhifə27/38
tarix02.01.2022
ölçüsü75,44 Kb.
#42989
1   ...   23   24   25   26   27   28   29   30   ...   38
idman oyunları

16. Futbolda topun yan xətdən atılma qaydası

Top yan xətti yerlə və ya hava ilə tam keçibsə, sonuncu dəfə topa toxunan oyunçunun rəqibi topu yan xətdən oyuna daxil edir.

Top, yan xətdən oyuna daxil edilərkən birbaşa qapıya daxil olarsa, qol qeydə alınmır:

• əgər top rəqib komandanın qapısına daxil olursa – qapıdan zərbə təyin edilir

• əgər top, onu yan xətdən oyuna daxil edən oyunçunun öz qapısına daxil olursa, küncdən zərbə təyin edilir

1. Prosedur

Topun yan xətdən oyuna daxil edilməsi zamanı oyunçu:

• üzü meydana tərəf ayaq üstə dayanmalıdır

• hər iki ayağının bir hissəsini ya yan xəttin üzərində, yaxud yan xəttin

arxasında saxlamalıdır

• topu, onun oyun meydanını tərk etdiyi yerdən hər iki əli ilə başının

arxasından və üzərindən daxil etməlidir

Bütün rəqib oyunçular topun yan xətdən oyuna daxil edildiyi nöqtədən ən azı 2 m (2 yard) məsafədə dayanmalıdırlar.

Top, oyun meydanına daxil edildikdə, oyunda sayılır. Əgər top, oyuna daxil edilənə qədər yer səthinə toxunarsa, topun yan xətdən oyuna daxil edilməsi eyni komanda tərəfindən, eyni nöqtədən yerinə yetirilir. Əgər topun yan xətdən oyuna daxil edilməsi düzgün yerinə yetirilməyibsə, top əks komanda tərəfindən yan xətdən oyuna daxil edilir. Əgər topu yan xətdən oyuna düzgün daxil edən oyunçu, təkrar topa oynamaq üçün bilərəkdən onu rəqibə atırsa, o, bunu ehtiyatsız və ya düşüncəsiz şəkildə etmir, yaxud həddən artıq güc tətbiq etmirsə, hakim oyunu davam etdirir.Topu yan xətdən oyuna daxil edən oyunçu, hər hansı digər oyunçu topa toxunmamış ona yenidən toxuna bilməz.




Yüklə 75,44 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin