1.Biznesin mahiyyətini açıqlamaq üçün üç əsas konsepsiya. Biznes qədim ingilis dilindəki “bisig” sözündən götürülüb,“aktiv”,“işgüzar”deməkdir,resurslardan istifadə etməklə məhsul istehsal edib və ya xidmət göstərərək mənfəət əldə etməyə yönəldilən müəyyən bir riski göz önünə alınan və hüquqi bir çərçivədə həyata keçirilən bir fəaliyyət sistemidir.Biznesin əsası hüquqi şəxs tərəfindən qoyula biləcəyi kimi bilavasitə fiziki şəxs tərəfindən də qoyula bilər.Bir çox ölkələrdə fiziki şəxslər biznes qurmaq üçün fərdi sahibkar olaraq qeydiyyatdan keçməlidirlər.
İnsan cəmiyyətinin keçmişi və müasir tarixi bizneslə əlaqədardır.İnsanların bütün fəaliyyətlərinin əsasında biznes dayanır desək,yanlış olmaz.Biznesin mahiyyətini açıqlamaq üçün üç əsas konsepsiyalara müraciət edə bilərik.Bunlar:
Pozitiv konsepsiya. Bu amerikan universitetlari tərəfindən qəbul olunan bir yanaşmadır. Bu konsepsiyaya görə biznesi bu şəkildə açıqlamaq olar.
Biznes işlərin aparılması sistemidir.
Biznes cəmiyyətdəki insanlar üçün məhsul istehsal etməkdir.
Biznes işdir.
Biznes öz istəklərimizi təmin etmək üçün bir sistemdir.
Biznes bizim yaşayış tərzimizdir.
Biznes iqtisadiyyatın əsas məzmununu təşkil edir.
Kritik konsepsiya. Kritik konsepsiya biznes anlayışını bu şəkildə
açıqlayır:
Biznes son dərəcə ziddiyyətli bir fəaliyyətdir və cəmiyyətdə bir çox münaqişənin yaranmasına səbəb ola bilər.
Biznes cəmiyyətdə insan hayatı üçün arzuolunmaz bir komponent kimi iştirak edir.
Bu konsepsiyaya görə biznes insanların mənfəət və gəlir əldə etmək məqsədi ilə həyata keçirdiyi fəaliyyətlərin toplusudur.
Praqmatik konsepsiya. Bu konsepsiyaya görə biznes aşağıdakı belə açıqlanır:
Biznes insan hayatında qaçınılmaz va lazımi bir komponentdir va biznes çərçivəsində bir tərəfdən insanlar fəaliyyətləri nəticəsində gəlir əldə etməyə,digər tərəfdən isə digər insanların ehtiyac va istəklərini qarşılamağa çalışırlar.
Biznesi nəticəsi olaraq münaqişələr yaranmasına baxmayaraq,dağıdıcı xarakter daşımır va iqtisadiyyatın inkişafının əsasını təşkil edir.