1. Biznesin mahiyyətini açıqlamaq üçün üç əsas konsepsiya


Firmaların sosial məsuliyyət məsələsinə daha çox diqqət yetirməsi



Yüklə 328,45 Kb.
səhifə3/36
tarix21.12.2023
ölçüsü328,45 Kb.
#188949
1   2   3   4   5   6   7   8   9   ...   36
vasitəçilik

4. Firmaların sosial məsuliyyət məsələsinə daha çox diqqət yetirməsi
Sahibkarlar bütün hərəkətlərini,qərarlarını mənfəətə bağlamırlar,eyni zamanda,iqtisadiyyatın,cəmiyyətin inkişafında da mühim rol oynayırlar.Bu mənada, firmalar get-gedə sosial məsuliyyət məsələsinə daha çox diqqət yetirməyə başlayıblar. Buna bir çox amillər təsir edir :

Yəni biznes sahibləri cəmiyyətə mesaj yaymağa çalışırlar ki, bizim üçün yeganə məqsəd mənfəət deyil.
Buna misal olaraq vaxtı ilə Bakının, Azərbaycanın iqtisadi, sosial çiçəklənməsində böyük rolu olmuş keçən əsrin mesenatları H.Z.Tağıyev,M.Nağıyev,M.Muxtarovu və digərlərini misal gətirə bilərik.Onlar təhsil ocaqları açır,onlarla gənci təmənnasız olaraq xarici ölkələrə təhsil almağa göndərir,Bakıya su təminatına,Şollar suyunun çəkilməsinə böyük xərclər qoyublar.İşçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün iş yerlərində o vaxtadək olmayan şərait yaradırdılar: fəhlələr üçün geyinib-soyunma yeri,yeməkxana,mənzillərlə təminat,və s.Qeyd olunan tədbirlərin həyata keçirilməsində bir-birlərinə baxaraq, bir-birindən öyrənərək və hətta bir-birindən cəmiyyətdə daha yaxşı olmaq məqsədilə bu addımları atırdılar.
5. Biznesi qurarkən SWOT analizdən istifadə edilməsi
Müasir dövrdə sahibkarlar bizneslərini qurarkən sonda uğurlu nəticə əldə etmək yönündə doğru qərar etmək üçün SWOT analizindən istifadə edirlər.SWOT analizi bir qurum və ya quruluşun fəaliyyət göstərdiyi mühiti dəyərləndirilməkdə istifadə olunan planlama və təşkilati vasitədir. SWOT analizinin açılışı aşağıdakı şəkildədir.
S (strengths) –Analiz olunan təşkilatın güclü tərəflari;
W (weakness) – Analiz olunan təşkilatın zəif tərəflari;
O (opportunities) – Güclü tərəflari dəstəkləyən xarici çevrədəki imkanlar;
T(threats) – Xarici çevrədən gələn təhlükələr.
Qeyd edək ki,ilk iki element təşkilatın daxili çevrəsi,sonrakı elementlər isə xarici çevrənin təsirləridir.SWOT analizini bir təşkilatda bir planın və ya layihəni həyata keçirmək məqsədi ilə onun güclü tərəflərini müayyənləşdirərək xarici çevrədəki imkanlara uyğunlaşdırmaq,zəif və təhlükəli amilləri isə azaltmaq üçün istifadə olunur.Biznesin açılması barədə qərar qəbuluna bu cür kompleks yanaşma firmanın fəaliyyətinin ilk dövrlərində müflisləşməsi ehtimalını azalmağa imkan verir.



Yüklə 328,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin