1
MƏNZIL HAQQINI VƏ MƏNZİL-KOMMUNAL XİDMƏTLƏRDƏN İSTİFADƏ
HAQQINI ÖDƏYİRİK
1.
Bu sənəd nələri ehtiva edir?
Dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadə haqqı
(mənzil haqqı). Dövlət və ictimai mənzil fonduna aid fərdi evlər üçün də eyni qaydada
mənzil haqqı ödənilir.
Özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə aid evlərin saxlanılması üçün xidmət haqqı.
Qısaca olaraq sənəd boyunca bu xidmət haqqı üçün “yaşayış sahəsindən istifadə haqqı”
və ya “mənzil haqqı” terminlərindən istifadə olunacaq. Vətəndaşların xüsusi
mülkiyyətində olan fərdi evlər bu ödənişi etmirlər, çünki dövlət onlara bina girişi və ya
lift xidmətləri göstərmir.
Burda həmçinin yaşayış binalarının (evlərin) daxilində yerləşən qeyri-yaşayış
sahələrindən istifadə haqqı da nəzərdən keçirilir. Söhbət məhz qeyr-yaşayış sahələrindən
gedir, yaşayış sahələrinin ümumi istifadə yerləri (mətbəx, dəhliz və s.) bura aid edilmir.
Alış-veriş mərkəzləri kimi ticarət məqsədilə istifadə olunan müstəqil qeyri-yaşayış
binaları bu ödənişi etmirlər. Qısaca olaraq sənəd boyunca bu istifadə haqqı üçün “qeyri-
yaşayış istismar haqqı” terminindən istifadə olunacaq.
Burda həmçinin qarajlardan istifadə haqqı da nəzərdən keçirilir.
Bundan başqa, burda həmçinin mənzil-kommunal xidmətlərindən istifadə haqqından
bəhs edilir
.
2.
Yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı), eləcə də yaşayış binalarının (evlərin)
daxilində yerləşən qeyri-yaşayış sahələrindən istifadə haqqı və mənzil-kommunal
xidmətlərinə görə qayda və tariflər nə vaxt qəbul olunub?
Yeni tariflər Nazirlər Kabinetinin 2000-ci il qərarı ilə qəbul olunub və ona görə də qərarda
qiymətlər 2005-ci il denominasiyasına
1
qədər olan köhnə Azərbaycan manatı ilə göstərilib.
Hazırkı sənəddə istifadəçilərin rahatlığı üçün tariflər yeni Azərbaycan manatı ilə
göstərilib.
3.
Yaşayış sahəsindən, yaşayış binalarının (evlərin) daxilində yerləşən qeyri-yaşayış
sahələrindən və mənzil-kommunal xidmətlərindən istifadə haqları necə və kimə
ödənilir?
Bu ödənişlər yerindəcə və nağd olaraq mənzil-istismar təşkilatlarına ödənilir. Ödənişi
aylıq, rüblük və illik olaraq həyata keçirmək mümkündür.
4.
Yaşayış sahəsindən istifadə haqqı və yaşayış binalarının (evlərin) daxilində yerləşən
qeyri-yaşayış sahələrindən istifadə haqqı ilə əmlak vergisi arasında fərq nədən
ibarətdir?
Yuxarıda qeyd edildiyi kimi
yaşayış sahəsindən istifadə haqqı və yaşayış binalarının
(evlərin) daxilində yerləşən qeyri-yaşayış sahələrindən istifadə haqqı mənzil-istismar
təşkilatlarına ödənilir. Əmlak vergisi isə yerli bələdiyyələrə ödənilir. Problem ondadır ki,
bir çox yaşayış sahələrində, hətta Bakı şəhərində bələdiyyələr onlara ödənməli olan əmlak
vergisinin yığımını mənzil-istismar təşkilatlarına tapşırır. Buna görə də vacibdir ki, ödəniş
qəbzlərində ödənişin istiqaməti – mənzil haqqı və ya əmlak vergisi göstərilsin və hər biri
üçün ayrıca qəbzlər verilsin. Məsələn, bir istifadəçiyə mənzil-istismar təşkilatı tərəfindən
1
Köhnə manatı yeni manat çevirmək üçün 5.000 əmsalından istifadə mühümdür. Məsələn, 10.000 köhnə manatı 5.000-
ə
bölərək 2 yeni manat əldə edilir.
2
eyni qaraj üçün eyni ildə fərqli məbləğlər göstərilərək iki qəbz verilmiş və hər ikisinin adı
“qaraj rüsumu” olaraq qeyd olunmuşdur.
Yaşayış sahəsindən, yaşayış binalarının (evlərin) daxilində yerləşən qeyri-yaşayış
sahələrindən və mənzil-kommunal xidmətlərindən istifadə haqları yerindəcə və nağd
olaraq ödənməlidirsə, əmlak vergisi üçün nağd ödəniş tətbiq oluna bilməz; bu halda
bələdiyyə əmlak vergisinə dair bildirişi göndərməli və bildirişi alan şəxs də bank, poçt və
ya terminal yolu ilə ödənişi etməlidir.
Ə
gər mənzil və ya qeyri-yaşayış sahəsi icarəyə verilirsə, yaşayış sahəsindən, yaşayış
binalarının (evlərin) daxilində yerləşən qeyri-yaşayış sahələrindən və mənzil-kommunal
xidmətlərindən istifadə haqları üçün ödənişi, əgər icarəyə verənlə götürən arasında razılıq
olarsa, icarəyə götürən şəxs də həyata keçirə bilər. Lakin əmlak vergisi yalnız ev sahibi
tərəfindən və ya onun adından ödənilə bilər.
Ə
mlak vergisi illik olaraq hesablanır və ödənir. Yaşayış sahəsindən, yaşayış binalarının
(evlərin) daxilində yerləşən qeyri-yaşayış sahələrindən və mənzil-kommunal
xidmətlərindən istifadə haqları isə aylıq hesablanır; aylıq, rüblük və ya illik olaraq ödənilir
Ə
mlak vergisi ilə bağlı ətraflı məlumat əldə etmək üçün daha əvvəl nəşr olunan “Fiziki
Şəxslər Tərəfindən Bələdiyyəyə (Yerli) Ödənilməli Olan Əmlak və Torpaq Vergiləri” adlı
sənədimizə baxa bilərsiniz.
5.
Yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) nə deməkdir?
Mövcud qayda dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahələrinə, o cümlədən
mənzil və müstəqil evlərə aid edilir. Başqa sözlə bu ödəniş, mülkiyyət hüquqlarından,
məsələn, mənzilin özəlləşdirilib və ya özəlləşdirilməməsindən asılı olmayaraq, yaşayış
sahəsindən istifadəyə görə edilir.
6.
Yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) necə hesablanır? Ödənişin miqdarı
aşağıdakı cədvələ uyğun olaraq hesablanır. Özəlləşdirilmiş mənzillər üçün tarif sabit qalsa
da, özəlləşdirilməmiş mənzillər üçün bu tarif kommunal xidmətlərin göstərilməsindən
asılı olaraq dəyişir. Xüsusi olaraq qeyd olunmalıdır ki, mənzil haqqı üçün yalnız yaşayış
sahəsinin ölçüsü nəzərə alınır.
2
ƏDV nəzərə alınmaqla
3
Əslində, yeni manata çevirdikdə tarif 0,015 AZN-dir. Lakin, manatın bu vahidə uyğun qəpiyi olmadığı üçün bu
rəqəm 2 qəpik ilə yuvarlaqlaşdırılıb.
Ölçü vahidi
Tarif, yeni
manatla
2
1
Dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqı
(mənzil haqqı)
1.1 Tam kommunal təminatlı mənzillər üzrə 1 kv.m. yaşayış sahəsi
üçün 1 ayda
0,02
1.2 Qismən kommunal təminatlı, yarızirzəmi
və kommunal tipli mənzillər üzrə
1 kv.m. yaşayış sahəsi
üçün 1 ayda
0,01
2
Özəlləşdirilmiş
mənzillərin
mülkiyyətçilərinə mənzillərin yerləşdiyi
evlərin (binaların) saxlanılması üçün
xidmət haqqı
1 kv.m. yaşayış sahəsi
üçün 1 ayda
0,02
3
3
Nümunə 1
Ümumi sahəsi 88 kv.metr, yaşayış sahəsi 53 kv.metr olan özəlləşdirilmiş mənzil
53 kv.m. х 0,02 х 12 ay=12,72 AZN
Nümunə 2
Ümumi sahəsi 60 kv.metr, yaşayış sahəsi 38 kv.metr olan özəlləşdirilmiş yarızirzəmi
mənzil 38 kv.m. х 0,01 х 12 ay=4,56 AZN
7.
Yaşayış binalarının (evlərin) daxilində yerləşən qeyri-yaşayış sahələrindən istifadə
haqqı nə deməkdir? Mövcud qayda dövlət və ictimai mənzil fondu evlərində qeyri-
yaşayış sahələrinə aid edilir. Başqa sözlə, bu ödəniş, mülkiyyət hüquqlarından, məsələn,
özəlləşdirilib və ya özəlləşdirilməməsindən asılı olmayaraq, yaşayış binalarının (evlərin)
daxilində yerləşən qeyri-yaşayış sahələrindən istifadəyə görə edilir.
8.
Yaşayış binalarının (evlərin) daxilində yerləşən qeyri-yaşayış sahələrindən istifadə
haqqı necə hesablanır?
Burda, qeyri-yaşayış sahəsinin hansı məqsədlər üçün, məsələn, ofis və ya ticarət köşkü
kimi sahibkarlıq fəaliyyətləri yoxsa qeyri-kommersiya fəaliyyətləri üçün istifadə olunduğu
ə
həmiyyət daşıyır. Qərarda qeyri-yaşayış sahəsinin vətəndaşların şəxsi məqsədlərlə,
məsələn, anbar kimi, istifadəsi üçün xüsusi tariflər əlavə olunmasa da bunun qeyri-
kommersiya fəaliyyətlərinə aid olduğu aydın görsənir.
Ölçü vahidi
Tarif,
yeni
manatla
4
Qeyri-yaşayış sahələri üzrə təsərrüfat hesablı müəssisələr,
digər ticarət və kommersiya qurumları üçün
1
kv.
metr
ümumi
sahə
üçün 1 ayda
0,05
Büdcə təşkilatları, ictimai birliklər və yaradıcılıq
emalatxanaları üçün
1
kv.
metr
ümumi
sahə
üçün 1 ayda
0,005
Nümunə 1
Ümumi ərazisi 120 kv.metr olan qeyri-yaşayış sahəsi, kafe kimi istifadə olunur
120 kv.m. х 0,05 х 12 ay=72 AZN
Nümunə 2
Ümumi ərazisi 80 kv.metr olan qeyri-yaşayış sahəsi, rəssam emalatxanası kimi istifadə
olunur
80 kv.m. х 0,005 х 12 ay=4,8 AZN.
9.
Mənzil-kommunal xidmətlərindən istifadə haqqı nə deməkdir?
Kommunal xidmətin növü
Ölçü vahidi
Tarif,
yeni
manatla
5
4
ƏDV nəzərə alınmaqla
5
ƏDV nəzərə alınmaqla
4
Məişət tullantılarının daşınması və
zərərsizləşdirilməsinə görə
adambaşına
1 ayda
0,14 AZN
Yaşayış binalarında liftdən istifadəyə görə
adambaşına
1 ayda
0,2 AZN
Məhəllədaxili fərdi qarajlar üzrə
1 kv. metr ümumi sahə üçün 1
ayda
0,01 AZN
Qeyd olunmalıdır ki, bəzi bələdiyyələr icarəyə verdikləri qaraj üzrə xidmət haqqını öz
qərarları ilə artıra bilərlər. Lakin bu, şəxsi mülkiyyətdə olan qarajlara aid deyil. Bununla
belə, məsələn, Bakı ş., Nəsimi rayon bələdiyyəsi öz qərarı ilə qaraj üzrə xidmət haqqını illik
olaraq 1 kv.metr üçün 1 AZN təyin edib və bu tarifi vətəndaşların şəxsi mülkiyyətində
olan qarajlara da tətbiq edir.
İstənilən halda, tələb olunan məbləğ yuxarıda göstərilən tariflərdən fərqli olarsa
bələdiyyədən əsaslandıqları qərarın nüsxəsini tələb etməyi tövsiyə edirik.
2015-ci il 1 dekabr tarixindən bəzi rayonlarda, məsələn, Bakı ş., Nəsimi rayonunda tüstü
borularının təmizlənməsi xidməti də əlavə olunub. Bu xidmət haqqı 7 AZN-dir.
Ə
LAVƏ 1. Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 40 saylı qərarı
6
http://www.taxes.gov.az/modul.php?name=qanun&news=756
(html versiyası)
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu
evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və
mənzil-kommunal xidmətlərinə görə tariflərin
təsdiq edilməsi haqqında
Qərar №– 40
Bakı şəhəri, 10 mart 2000-ci il
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış
sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə
tariflərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
Ə
dliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa
Kömək Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
6
Nazirlər Kabinetinin qərarı, həmçinin, layihələrlə qaz təchizatı nəzərdə tutulmamış hündür mərtəbəli binaların
sakinləri üçün elektrik enerjisindən istifadə haqqını da göstərir, hansı ki, əhali üçün müəyyən olunmuş tarifin 50 faizi
məbləğində ödənilir. Sözügedən xidmət bu sənəddə birbaşa olaraq müzakirə mövzusu deyil.
5
2. Dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadə
haqqının (mənzil haqqının) və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə evlərin
saxlanılması üçün xidmət haqqının məbləği 1 nömrəli əlavəyə müvafiq olaraq təsdiq
edilsin.
3. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında»
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq:
a) qismən özəlləşdirilmiş çoxmənzilli evlərdə bu evlərə xidmət (evin bütün mənzillərinin
özəlləşdirilməsinə qədər) evlərə özəlləşdirmədən əvvəl xidmət etmiş dövlət mənzil-
istismar təşkilatları tərəfindən həyata keçirilir;
b) dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin)
mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında
bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər.
4. Müəyyən edilsin ki, bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik
enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis
qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş
qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilir.
5. Mülkiyyət formasından asılı olmayaraq, yaşayış evlərində 2 nömrəli əlavədə qeyd
olunan kommunal xidməti tarifləri təsdiq edilsin.
6. 7 və daha hündür mərtəbəli yaşayış binalarının lift təsərrüfatı üçün elektrik enerjisinə
görə tarif, əhaliyə verilən elektrik enerjisinə görə olan tariflər səviyyəsində müəyyən
edilsin.
7. Yaşayış binalarının (evlərin) daxilində yerləşən qeyri-yaşayış sahələrinin istifadəçiləri
və mülkiyyətçiləri tərəfindən mənzil fondunun saxlanılması üçün istismar yığımı
tarifləri 3 nömrəli əlavəyə müvafiq olaraq təsdiq edilsin.
8. Azərbaycan SSR-i Nazirlər Sovetinin 1989-cu il 14 iyun tarixli, 257 nömrəli qərarının
30-cu bəndinin 2-ci abzası və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 2
yanvar tarixli, 3 nömrəli qərarının 6-cı bəndinin 2-ci abzasının əhaliyə göstərilən
kommunal xidmətlərə görə tariflərin tənzimlənməsinə aid hissəsi qüvvədən düşmüş
hesab edilsin.
9. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ.
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart
2000-ci il, №– 3, maddə 229).
11 yanvar 2005-ci il tarixli, 6 nömrəli; 17 fevral 2012-ci il tarixli, 38 nömrəli Qərarlara
ə
sasən dəyişikliklərlə.
6
21 oktyabr 2005-ci il tarixli, 1031-IIQ nömrəli Qanuna əsasən 2006-cı il yanvarın 1-dək
mütləq rəqəmlərlə müəyyən olunan 5000 manat 2006-cı il yanvarın 1-dən 1 manata
bərabər tutulur.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 10 mart tarixli
40 nömrəli qərarına
1 nömrəli əlavə
Mənzil (ev) xidməti tarifləri
Ölçü vahidi
Tarif, manatla
(ƏDV nəzərə alınmaqla)
1. Dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı)
1.1. Tam kommunal təminatlı mənzillər üzrə
1 kv.m.
yaşayış sahəsi
üçün 1 ayda
100
1.2. Qismən kommunal təminatlı, yarızirzəmi
və kommunal tipli mənzillər üzrə
1 kv.m.
yaşayış sahəsi
üçün 1 ayda
50
2. Özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə
mənzillərin yerləşdiyi evlərin (binaların)
saxlanılması üçün xidmət haqqı
1 kv.m.
yaşayış sahəsi
üçün 1 ayda
75
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 10 mart tarixli
40 nömrəli qərarına
2 nömrəli əlavə
Ə
hali üçün kommunal xidməti tarifləri
Kommunal xidmətin növü
Ölçü vahidi
Tarif, manatla (ƏDV
nəzərə
alınmaqla)
Layihələrlə qaz təchizatı nəzərdə tutulmamış
hündür mərtəbəli binaların sakinləri üçün
elektrik enerjisindən istifadəyə görə
1 kvt. saat
ə
hali üçün müəyyən
olunmuş tarifin 50 faizi
məbləğində
Məişət tullantılarının daşınması və
zərərsizləşdirilməsinə görə
adambaşına
1 ayda
700
Yaşayış binalarında liftdən istifadəyə görə
adambaşına
1 ayda
1000
Məhəllədaxili fərdi qarajlar üzrə
1 kv. metr
ümumi sahə
üçün 1 ayda
50
7
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 10 mart tarixli
40 nömrəli qərarına
3 nömrəli əlavə
Yaşayış binalarının (evlərin) daxilində yerləşən
qeyri-yaşayış sahələrinin
istifadəçiləri və mülkiyyətçiləri tərəfindən
mənzil fondunun saxlanılması üçün
istismar yığımının tarifləri
Ölçü vahidi
Tarif, manatla (ƏDV
nəzərə alınmaqla)
Qeyri-yaşayış sahələri üzrə təsərrüfat hesablı
müəssisələr, digər ticarət və kommersiya
qurumları üçün
1 kv. metr
ümumi sahə
üçün 1 ayda
250
Büdcə təşkilatları, ictimai birliklər və yaradıcılıq
emalatxanaları üçün
1 kv. metr
ümumi sahə
üçün 1 ayda
25
Ə
LAVƏ 2.
Dostları ilə paylaş: |