Akkreditasiya işinin təşkili və prosesi Nazirlər Kabinetinin 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası
Qaydaları”-da aydın əks olunub.
Təhsil müəssisələrinin akkreditasiyası aşağıdakı mərhələlərdən ibarətdir: akkreditasiyanın keçirilməsinə hazırlıq, təhsil müəssisəsinin özünütəhlili və Akkreditasiya Komissiyasının (10 üzvdən ibarət) təhlil aparması və təhsil müəssisəsinin güclü tərəfləri və aşkar olunmuş çatışmaqzlıqları əhatə edən yekun arayışın hazırlanması.
Arayış Akkreditasiya Şurasında (Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə yaradılan) müzakirəyə çıxarılır və Şura təhsil müəssisəsinin akkreditasiyadan keçib-keçməməsi barədə qərar qəbul edir. Təhsil müəssisəsinin akkreditə olunması barədə məlumatlar mətbuatda dərc edilir
Qeyd:. Akkreditasiya prosesinin şəffaflığının artırılması və Keyfiyyətə Təminat üzrə Avropa Standartları və Təlimatlarına uyğunluğunu təmin edilməsi üçün mütəxəssislərin seçim meyarlarının hazırlanması, qiymətləndirmə komissiyasına xarici ekspertlərin cəlb olunması məqsədəuyğundur. Buna əlavə olaraq, Akkreditasiya Şurasının tərkibinin qanunla təsdiqlənməsi və keyfiyyətə təminat prosesində tələbələrin iştirakının gücləndirilməsi tövsiyə olunur.
Fəaliyyət planında beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin və təhsil proqramlarının akkreditasiya qaydalarının hazırlanmasının nəzərdə tutulması müsbət irəliləyişdir. Planda eləcə də təhsil müəssisələrində keyfiyyətin xarici və daxili monitorinqi, qiymətləndirmə mexanizmlərinin yaradılması və tətbiqi, KT üzrə müstəqil qurumun təsis edilməsi nəzərə alınıb.
|