1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu



Yüklə 206,29 Kb.
səhifə30/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   26   27   28   29   30   31   32   33   ...   41
sosiologiya

TƏHSİLİN SOSİOLOGİYASI

Təhsilin sosiologiyası sosioloci biliklərin xüsusi sahəsi olub onun sosial institut kimi


jəmiyyətlə qarşılıqlı münasibətlərini, inkişafı və fəaliyyətinin qanunauyğunluqları
sistemini tədqiq edir. Təhsil öz sosial funksiyalarına görə nisbi müstəqilliyə malik olaraq
jəmiyyətin inkişafına və mövjudluğuna fəal təsir göstərə bilir. O, müxtəlif tarixi
sistemlərdə varislik prinsipini qoruyub saxlamağa qadir olan sosial institutdur. Bu
sistemin vəziyyəti və funksiyaları mövjud jəmiyyətin istehsal üsulu və iqtisadi
münasibətləri ilə, onlardan doğan sosial əlaqələr və münasibətlərlə, sosial (ilk növbədə
sosial-sinfi) strukturla, ideoloci və siyasi münasibətlərin xüsusiyyətləri ilə müəyyən
olunur.
Təhsilin sosiologiyasının əsasları fransız sosioloqu E.Dürkheym və alman sosioloqu
M.Veber tərəfindən qoyulmuşdur. Onlar təhsilin sosial funksiyalarını tədqiq edərkən, onu
iqtisadi və siyasi proseslərlə əlaqədə götürürdülər. Sonradan T.Parsons təhsilin
öyrənilməsini sosiallaşma institutu kimi, təhsil müəssisələrinin isə - sosial sistem olaraq
qəbul olunmasını təklif etdi.
Müasir jəmiyyətin normal fəaliyyəti təhsilsiz mümkün deyil. Təhsil artıq çoxdan bəri
iqtisadi inkişafın birinji dərəjəli amillərindən biri, hər bir dövlətin siyasətinin vajib
alətidir. Sosial institutlara, o jümlədən, onun növlərindən biri olan təhsilə sadəjə öz
çərçivəsindən baxmaq düzgün olmaz, ola bilər ki, ilk baxışdan təhsilin funksiyası insanın
biliyi, elmi, dünyagörüşü, mənəvi aləmi və sairə ilə məhdudlaşsın. Lakin, məsələyə geniş
mənada yanaşsaq görərik ki, bütün yuxarıda göstərilənlər jəmiyyətin iqtisadi, siyasi, hərbi
və i.a. sahələrinə yönəldikdə, məhz onda onun əsl dəyərləri üzə çıxır.
Sosial institut kimi təhsil sistemi gənj nəslin intellektual, əxlaqi və fiziki inkişafı
prosesinə sosial nəzarət funksiyalarını yerinə yetirməlidir. Peşə təhsili sistemi isə bundan
əlavə həmçinin əmək prosesinə qoşulan nəslin sosial strukturunun müxtəlif elementləri
üzrə (siniflər, sosial qruplar, əmək kollektivləri və s.) bölgüsünü həyata keçirməlidir.
Bunun üçün onlara müəyyən səlahiyyətlər də verirlər: əldə olunmuş biliklərə müvafiq olan
dövlət sənədlərinin (attestat, diplom, vəsiqə) verilməsi, yeni, daha yüksək təhsil pilləsinə
keçid hüququnun verilməsi və s.
Təhsilin sosiologiyası öz diqqətini həmçinin texnoloci məsələdən kənar tuta bilməz.
Gələjək mühəndislər, iqtisadçılar, idarəedənlər, XXI əsrin siyasətçiləri hazırda məktəb
siniflərində və tələbə auditoriyalarında təhsil alırlar. Əlbəttə, adları çəkilən gələjək
mütəxəssislərin hazırlanmasında hər bir elmin öznə xas yeri və rolu vardır. Lakin, onların
təhsilin texnoloci tərəfinə münasibət göstərəjəklərini düşünmək sadəlövhlük olardı. Məhz
təhsilin sosiologiyası öz yanaşmalarından, o jümlədən təhsilin tarixinin sosioloci təhlilini
öyrənmək metodlarından istifadə edərək, bu sahədə mümkün çıxış yolunu – təhsilin
fundamentallığının artırılmasında görür.
Müasir təhsilin digər bir vəzifəsi – gənj nəslə, yaxud tələbəyə yeni informasiya ilə
işləməyi, daim öz biliyini yeniləşdirməyi öyrətməkdən ibarətdir.
Beləliklə təhsili elə bir formal proses kimi qiymətləndirmək olar ki, onun əsasında
jəmiyyət mənəvi sərvətlərin, təjrübə elementlərinin və biliklərin bir insandan və ya sosial
qrupdan digərlərinə verilməsini təmin edə bilir. Məşhur fransız sosioloqu E.Dürkheym
göstərirdi ki, təhsil sisteminin əsas funksiyası hakim mədəniyyətin sərvətlərinin gənj nəslə
ötürülməsindən ibarət olmalıdır. Bundan əlavə təhsilin əsas məqsədi şəxsiyyətin inkişaf
etdirilməsi olmalıdır. Gənjlərin jəmiyyətdə mövjud olan mədəni sərvətlər və ideallar
ruhunda tərbiyə edilməsi mövjud sosial qaydaların qorunması işinə xidmət edir. «İnsan
kapitalı» nəzəriyyəsinin yaradıjısı amerikalı tədqiqatçı Jasterin fikrinjə təhsil gənjlər
tərəfindən çox tezliklə mənimsənilən və istifadə olunan bir şey olmayıb, onların gələjəyinə
qoyulan «kapital qoyuluşudur». Çünki təhsil yalnız gələjəkdə onlara gəlir gətirə bilər. O
yazır: « İnsanlar müəyyən potensial kapitala malik (təbii qabiliyyətlər) olmaqla yaşamağa
başlayırlar. Bu kapital erkən uşaqlıq yaşlarında, məktəb illərində və əmək fəaliyyətinin
başlanğıj mərhələsində xeyli artırılır. Lakin bu kapital müasir dövrün tələblərinə javab
verən biliklərə və peşə hazırlığına uyğun gəlmədikdə öz alıjılıq qabiliyyətini itirərək
qiymətdən düşür».
«İnsan kapitalı» nəzəriyyəsində olan rasional jəhət bunu təsdiq edir ki, keçmişdə
çəkilən zəhmət gələjəkdə öz bəhrəsini verəjəkdir.
Təhsilin hər bir jəmiyyətdə, o jümlədən müasir şəraitdə bir sıra funksiyaları vardır:
1. Sosial-mədəni funksiya. Gənj nəslin sosiallaşması təhsil qaydalarının,
vərdişlərin peşəyönümlü olması ilə məhdudlaşmır, həm də gənjlərin müəyyən
sosial-mədəni mühitdə formalaşmasını tələb edir.

Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin