1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu



Yüklə 206,29 Kb.
səhifə28/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   24   25   26   27   28   29   30   31   ...   41
sosiologiya

AİLƏ VƏ NİGAHIN SOSİOLOGİYASI
1.AİLƏ SOSİAL İNSTİTUTDUR
Jəmiyyətin ilkin özəyi olan ailə mühüm sosial institutdur. Ailə insanların ijtimai birliyinin nigahla
(ər və arvad münasibətləri) və qan qohumluğu ilə (valideyn və övlad münasibətləri) əlaqələnmiş
formasıdır. Ailə ijtimai hadisə olmaqla həm də təbii əsasa, bioloci başlanğıja malikdir. Ailədə bioloci və
ijtimai münasibətlər özünəməxsus qaydada çulğalaşır. Ailənin təbii əsasını insanın təbiətində başqa
jinsdən olan insana meyl, məhəbbət hissi, övlada malik olmaq hissi təşkil edir. Nigah və ailədə insanların
təbii tələbatı və nəsli davam etdirməsi ijtimai zərurətə çevrilir və müəyyən qaydada həyata keçirilir.
Ailə və nigah jəmiyyətin inkişaf qanunlarına tabe olan ijtimai və tarixi hadisədir. Bu ijtimai zəruri
hadisənin mahiyyəti nətijə etibarilə iqtisadi münasibətlərlə müəyyənləşir. Lakin ailə münasibətləri
jəmiyyət və onun inkişafı ilə sıx bağlı olduğuna görə əsas yeri ijtimai münasibətlər tutur. Bununla
bərabər, ailəni sırf istehsal sahəsinə aid etmək olmaz. Ailə-nigah münasibətləri müəyyən mənada təbii-
bioloci, təsərrüfat- iqtisadi və üstqurum münasibətlərinin üzvi vəhdətindən ibarətdir. Ailə
münasibətlərinin maddi tərəfi bioloci münasibətlər (yəni nəsil artırmaq), iqtisadi münasibətlər, ev
təsərrüfatında müəyyən əmək bölgüsü funksiyalarının varlığı və s. ibarətdir.
Ailə hər bir jəmiyyətin sosial strukturunun mühüm komponenti olaraq müxtəlif sosial funksiyaları
həyata keçirir və bununla da jəmiyyətin inkişafında mühüm rol oynayır. Ailə - nigah münasibətlərinə
əxlaq, hüquq və siyasət kimi sahələr də çox böyük təsir göstərir. Bu baxımdan ailəni sosiologiya elmi ilə
yanaşı iqtisadiyyat, hüquq, psixologiya, pedaqogika, demoqrafiya və s. elmlərdə öyrənir. Sosiologiya
elmi sosial institut kimi ailə-nigah münasibətlərinin tarixi tipləri və formalarını, onun inkişaf yollarını,
ailənin sosial həyatın digər sahələri ilə əlaqəsini, ailənin ijtimai funksiyalarını, ailədə kişi və qadının rolu,
onların jəmiyyətin sosial strukturunda yeri, nigahın və boşanmaların motivlərini, ailədaxili münaqişələrin
meydana gəlmə səbəblərini və onların aradan qaldırma yollarını və s. öyrənir. Bir sözlə, jəmiyyətin inkişaf
dinamikası ilə bağlı olan ailə institutunun tədqiq olunması ailə və nigah sisteminin bu günü və gələjəyinin
araşdırılmasında böyük aktuallıq kəsb edir. Ailə institutu jəmiyyət və fərdlər arasında vasitəçi rolunu
oynayaraq jəmiyyətin müxtəlif inkişaf mərhələlərində və sosial təzahür formalarında qarşılıqlı
münasibətləri tənzimləyir.
Ailənin sosiologiyası geniş miqyaslı problemləri əhatə edir. Burada ailənin formalaşması və
dağılması, ərlə arvadın qarşılıqlı əlaqəsi, bu əlaqələr prosesində meydana çıxan münaqişələr, ailədə
uşaqların tərbiyəsi, bütövlükdə ailənin həyat tərzi mühüm yer tutur. Ailənin sosiologiyası ilə əlaqədar
olaraq aşağıdakı suallar meydana çıxır: jəmiyyətin tələbatı və ailənin tələbatı, istehlak səviyyəsi ailənin
həyat tərzinə nejə təsir göstərir, ailə davranışı hansı ümumi tələbata javab verir, ailə norması və dəyərləri
müxtəlif sosial-iqtisadi şəraitdə özünü nejə təzahür etdirir, bu normaların dəyişilməsinin sosial
mexanizmləri nədən ibarətdir və ailə münasibətləri bu istiqamətə doğru gedirmi? Bu suallara eyni mənalı
javab vermək, əlbəttə, çətindir.Ailənin sosial problemi heç də kiçik sosial qrup çərçivəsinə sığan bir
problem deyildir. Ailə yalnız onun üzvlərinin sayı baxımından kiçik qrup kateqoriyasına aid edilə bilər.
Ailə formal olaraq qrup normaları və proseslərlə bağlı olsa da orada baş verən vəziyyət, emosional
münasibətlər jəmiyyət səviyyəlidir və kollektivdaxili münasibətlərə xeyli təsir göstərir.
Qeyd etmək lazımdır ki, digər sosial qruplarda olduğu kimi, kiçik sosial qrup olmaq etibarilə ailənin
də özünəməxsus məqsədləri və vəzifələri, tərkibi və strukturu, o jümlədən sosial-demoqrafik strukturu
vardır; habelə burada başqa kiçik sosial qruplarda olduğu kimi ailə dəyərləri, normaları və davranış
nümunələri vardır. Həmçinin ailədə şəxsiyyətlər arasında münasibətlər, stabillik və qeyri-stabillik, rol
davranışı problemləri mövjuddur.
Ailə sosial institut kimi jəmiyyətin yaranması ilə eyni vaxtda meydana gəlmişdir və jəmiyyət
təkamül etdikjə onun da məzmun və funksiyaları dəyişilmişdir. Jəmiyyət ailəyə təsir etdiyi kimi, ailə də
jəmiyyətə təsir edir. Ailə mürəkkəb sosial sistem kimi müntəzəm olaraq formalaşır. Jəmiyyətin inkişaf
etməsi və dəyərlərin yeniləşməsi, burada baş verən sosial, iqtisadi, demoqrafik, mənəvi,siyasi hadisələr və
proseslər ailənin strukturuna, ailə üzvlərinin qarşılıqlı münasibətlərinə, ailənin davamlılığına birbaşa təsir
göstərir.
Ailə sosial institut kimi müxtəlif mərhələlərdən keçir:
1) ailənin əmələ gəlməsi –nigaha daxilolma;
2) uşaq doğulmasının başlanğıjı - ilk uşağın doğulması;
3) uşaq doğumunun sonu – axırınjı uşağın doğulması;
4) «boş yuva» - axırınjı uşağın ailə qurması və ailəni tərk etməsi;
5) ailənin mövjudluğunun dayanması - ər və ya arvaddan birinin ölümü.
Ailənin mahiyyətinə aşağıdakılar daxildir:
 ailənin funksiyaları;
 ailənin quruluşu;
 hər bir ailə üzvünün ailədə rolu.
Ailənin özünəməxsus funksiyaları vardır və bu funksiyalar bir-biri ilə qarşılıqlı əlaqədədir. Ailənin
funksiyaları dedikdə onun həyat fəaliyyətinin başlıja istiqamətləri nəzərdə tutulur. Özünün müvafiq
funksiyaları ilə ailə kiçik qrupların digər növlərindən köklü surətdə fərqlənir. Müasir ailənin yerinə
yetirdiyi funksiyaları nəzərdən keçirək: nəsil artırma, tərbiyəetmə, təsərrüfat-iqtisadi, rekreativ( ailə
üzvlərinin bir-birilərinə qarşılıqlı köməyi, sağlamlığın qorunması, istirahətin təşkili), kommunikativ və
tənzimləyiji (ailədə ilkin sosial nəzarət, nüfuz və hakimiyyətin reallaşması). Ailənin mahiyyəti məhz bu
funksiyalarda öz əksini tapır. Ailənin möhkəmliyi məhz bu funksiyaların nə dərəjədə həyata
keçirilməsindən, bu isə öz növbəsində sosial amillərdən - jəmiyyət tərəfindən ailəyə verilən tələblərdən,
ailə hüququnun təminatından, jəmiyyətdəki hakim mənəvi, mədəni normalardan, jəmiyyətin ailəyə
göstərdiyi real yardımdan və s. asılıdır. Ailənin funksiyaları ilə ayrı-ayrılıqda tanış olaq.
Ailənin təsərrüfat- iqtisadi, tərbiyə və bərpaediji funksiyalarının əhəmiyyəti böyükdür. Təsərrüfat-
iqtisadi funksiyası ailə münasibətlərinin müxtəlif tərəflərini - ailənin təsərrüfatı, büdjəsi, idarə olunması,
əmək mühiti, evdə kişi və qadın əməyinin xüsusiyyətləri və s. əhatə edir.
Ailə sosial psixologiyanın özünəməxsus sahəsini təşkil edir. Ailə münasibətlərinin mənəvi tərəfi,
onun səviyyəsi və zənginliyi, bir tərəfdən, ailənin hər bir üzvünün intellektual inkişafı və əxlaqi
tərbiyəliliyindən, digər tərəfdən isə ijtimai mühitin və bütövlükdə jəmiyyətin mənəvi inkişaf səviyyəsindən
asılıdır.
Ailə-nigah münasibətlərinin tarixi formalarına geniş şəkildə nəzər salaq. F.Engels «Ailənin, xüsusi
mülkiyyətin və dövlətin mənşəyi» adlı əsərində göstərir ki, ailənin dörd tarixi forması, yəni qan
qohumluğuna əsaslanan ailə, «Punalua» ailəsi, ikili ailə və monoqam ailə forması olmuşdur. Bu ailə
formalarından monoqam ailədən başqa ailə formalarının hamısı ibtidai ijma jəmiyyətində mövjud
olmuşdur. İbtidai ijma jəmiyyətində məhsuldar qüvvələrin inkişafında baş verən mühüm dəyişiklik və
inkişaf ibtidai jəmiyyətin istehsal münasibətlərini də inkişaf etdirmiş və bu inkişafla da əlaqədar olaraq
ailə qeyri - məhdud jinsi əlaqə formalarından monoqam ailəyə keçid formasına qədər inkişaf etmişdir.
Ailənin ilk forması qan qohumluğuna əsaslanan ailədir. Bu ailədə kəbinli qruplar nəsillər üzrə
bölünmüşdür. Qan qohumluğu ailəsini qeyri-jinsi əlaqə formasından fərqləndirən jəhət ata - analarla
övladlar arasında ər-arvad münasibətinin qadağan edilməsidir.
Ailənin ikinji tarixi forması «Punalua» ailəsi hesab edilir. «Punalua» ailəsində bir anadan olmuş
övladlar arasında jinsi əlaqəyə yol verilmirdi. Burada ümumi ərlər bir-birilərini qardaş, ümumi arvadlar
isə bir-birilərini bajı deyil, «punalua»,yəni «yaxın yoldaş» adlandırırdılar.
Qrup ailə formasında uşağın atasının kim olması bilinmirdi, mənşə, qohumluq ana xətti ilə müəyyən
edilirdi. Qrup ailə formaları ibtidai - ijma jəmiyyətinin qəbilə quruluşu dövründə mövjud olmuşdur. Belə
ailələrin iqtisadi əsası ibtidai ev təsərrüfatı idi. Məhsuldar qüvvələr çox aşağı səviyyədə olduğundan qəbiləquruluşunun ilk pilləsində hələ az-çox möhkəm jəmiyyətin iqtisadi özəyini təşkil edə bilən ailə mümkün
deyildi. Məhsuldar qüvvələrin səviyyəsi ayrıja müstəqil təsərrüfatla məşğul olmağa imkan vermirdi.
Jəmiyyətin iqtisadi özəyini qan qohumluğu ilə bağlı olan kiçik qruplardan ibarət qəbilələr təşkil edirdi.
Jəmiyyət tarixində daş əsrindən tunj əsrinə keçid məhsuldar qüvvələrin inkişafında mühüm irəliləyiş
olduğu kimi, ailənin inkişafında da mühüm irəliləyiş oldu. Belə ki, məhsuldar qüvvələrin inkişafı ilə
əlaqədar olaraq qan qohumluğuna əsaslanan qrup kəbinləri get-gedə məhdudlaşmağa, əvvəljə daha
yaxın, sonra isə uzaq qohumlar arasında kəbin halları qadağan edilməyə başlandı. Nətijədə ailənin yeni
forması - ikili ailə forması yarandı. İkili ailədə kişi bir arvadla yaşayır, lakin bununla belə onun
çoxarvadlılıq hüququ da qalırdı.
Kişinin təsərrüfatda rolunun artmasının ailə münasibətləri sahəsində birinji nətijəsi ikili kəbindən
monoqam ailəyə keçid forması olan patriarxal ailənin yaranması oldu. Patriarxal ailənin yaranması ilə,
mənşəyin və vərəsəlik ixtiyarının ata xətti ilə müəyyən edilməsinə keçildi, ailədə ərin qəti hökmranlığı
əmələ gəldi.
İbtidai-ijma jəmiyyətinin dağılması və xüsusi mülkiyyətə əsaslanan jəmiyyətin meydana gəlməsi öz
əksini ailə münasibətlərində də tapdı, ailənin yeni forması - monoqam ailə yarandı. İjtimai bərabərsizlik,
sinfi əkslik monoqam ailədə, ər-arvad münasibətlərində də öz əksini tapır. Monoqamiya ərin tam
hökmranlığına əsaslanır. Ailənin inkişafında böyük tərəqqi olan monoqamiya əsil məhəbbətin inkişaf edə
biləjəyi bir ailə forması olsa da, özü fərdi məhəbbətin məhsulu kimi yaranmamışdır. Monoqam ailənin
yaranmasında əsasən maddi mülahizələr həllediji rol oynamışdır. Ailə münasibətlərində səjiyyəvi jəhət
qadının əsarətdə və hüquqsuz vəziyyətdə olmasıdır. Jəmiyyətlər tarix boyu dəyişdikjə monoqam ailənin
də tipləri inkişaf edərək dəyişmişdir.
Bütün tarixi dövrlərdə jəmiyyət ailə-nigah münasibətlərinin nizama salınması ilə maraqlanmışdır.
Bu ona görədir ki, əhali artımı, yeni nəslin fiziki sağlamlığı və mənəvi inkişafı xeyli dərəjədə ailə-nigah
münasibətlərindən asılıdır. Ailədə qohumluq münasibətləri, təbii bioloci əsaslara malik olsa da, tarixi
inkişafın bütün mərhələlərində müəyyən ijtimai formalar və sosioloci münasibətlərlə şərtlənir.
Nigah - kişi ilə qadın arasında münasibətlərin tarixən dəyişkən sosial formasıdır ki, onun vasitəsi ilə
jəmiyyət onların jinsi həyatını rəsmi qaydaya salır və təsdiq edir, valideyn və həyat yoldaşı kimi hüquq və
vəzifələrini müəyyənləşdirir. Nigahın jəmiyyət tərəfindən əxlaqi, hüquqi, hətta dini sanksiya alması o
deməkdir ki, jəmiyyət ailə və nigahı qorumaq üçün qarşısına müəyyən vəzifələr qoyur. Bununla da
uşaqların tərbiyəsi və onların təminatında ailənin məsuliyyətini artırır. Həmçinin uşaqlar böyüdükdən
sonra valideynlik borju ilə yanaşı, yaşlaşmış valideynlər qarşısında borjunu yerinə yetirmək kimi ailənin
yeni funksiyasını müəyyən edir.
Nigahın jinsi münasibətlərin təzahüri kimi bir neçə forması mövjuddur: monoqam (təknigahlıq);
poliqam (çoxarvadlılıq); və poliandrik (çoxərlilik).
Hazırda müasir ölkələrin böyük əksəriyyətində qanunla yalnız monoqam ailə tanınır.
Poliqam nigah (bir kişinin bir neçə qadınla nigah-jinsi münasibətə girməsi) Afrikanın və Asiyanın
bir sıra ölkələrində, o jümlədən Malayziya, Birma, Vyetnam, Kampuçiya, İran və s. yayılmışdır.
Poliqamiyanın başlıja səbəbi jinslərin tənasüblüyü, ölüm halları, əsas etibarilə müharibələr nətijəsində
qadınların sayının kişilərin sayını ötüb keçməsidir.
Poliandriya nigaha (bir neçə kişinin bir qadınla birgə yaşaması) qadınların az olduğu qəbilə və
ölkələrdə (Tibet və s.) rast gəlinir.
İjtimai münasibət kimi nigahın məzmunu onun əxlaqi təbiəti ilə daha çox səjiyyələnir. Lakin
nigahın ijtimai mahiyyəti nətijə etibarilə əxlaqla deyil, tarixin bu və ya digər dövrlərində hakim olan
ijtimai münasibətlərlə müəyyənləşir. Bununla yanaşı, nigah münasibətlərinə təkjə jəmiyyətin siniflərinin,
ər-arvadın özlərinin əxlaqi keyfiyyətləri deyil, həmçinin siyasət, hüquq, din də müəyyən təsir göstərir.
Nigah münasibətlərinin formaları ailənin tarixi formalarından ayrılmazdır. Belə ki, ailə nigah
əsasında yaranır və bu əsas üzərində qohumluq əlaqələrini doğurur. Bir sözlə, nigah ailənin hüquqi əsası
kimi səjiyyələnir. Nigah kişi ilə qadın arasında, valideynlər və uşaqlar arasında münasibətləri
müəyyənləşdirir. Ailə- nigah münasibətlərinin müəyyən əxlaqi prinsipləri, özünəməxsus qayda-qanunları
vardır ki, bunlar təkjə tarixi və ijtimai mühit amilləri ilə deyil, həm də şəxsi keyfiyyətlərlə əlaqədardır.
İnsanların qarşılıqlı münasibətləri sosial normalarla tənzim olunur. Sosial normalar hamı tərəfindən
qəbul edilmiş davranış qaydalarına, nümunələrinə deyilir. Onlar jəmiyyətin sərvətləri və idealları ilə
bilavasitə bağlıdır. Sosial normalar müxtəlifdir: hüquq normaları, estetik normalar, siyasi normalar, dini
normalar, ailə normaları.
Sosial normalar içərisində ailə normaları özünəməxsus yer tutur. Bu onunla əlaqədardır ki, ailə
normaları sosial normaların hər bir növünün, mövjud adət və ənənələrin ailə ilə bağlı tələblərini özündə
birləşdirir.
Ailə normaları öz obyektinə görə aşağıdakı qruplara bölünür:
1) Ailə üzvlərinin əmlak və başqa maddi nemətlər sahəsində münasibətlərini tənzim edən normalar.
2) Onların ünsiyyətini və şəxsiyyətlərarası münasibətlərini tənzim edən normalar.
3) Ailə üzvlərindən hər birinin - atanın, ananın, oğulun, qızın ailəyə, bütövlükdə jəmiyyətə
münasibətlərini tənzim edən normalar.
Ailə normalarının əsasını əxlaqi meyarlar təşkil edir. Onlar müxtəlif həyati situasiyalarda ailə
üzvlərinin bir-birinə olan qarşılıqlı münasibətlərini tənzim edir.
Qarşılıqlı münasibətlərin ümumi sistemində iki əsas ailə tipi vardır: nuklear və genişlənmiş ailə.
Demoqrafların hesablamalarına görə, bu gün ən geniş yayılmış ailə tipi nuklear ailədir. Nuklear ailə
nədir? Onun başlıja xüsusiyyətləri hansılardır? Nuklear ailə sadə ailədir. Nuklear ailə iki nəsildən - ata-
ana və uşaqlardan ibarətdir. Nuklear ailə əsas ailə tipidir. Nuklear sözü də bu mənada işlənir - latınja
nusleus -nüvə deməkdir, «ailənin nüvəsi, kökü» mənasındadır. Uşaqların sayına görə nuklear ailənin 3
tipini fərqləndirirlər:
a) çoxuşaqlı (5 və daha artıq uşaq);
b) orta uşaqlı (4 və 3 uşaq);
j) az uşaqlı (2 və 1 uşaq ).
Genişlənmiş ailə isə üç və ya daha çox nəsildən -baba-nənə, ata-ana və uşaqlardan ibarətdir.

Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin