3. MÜASİR ŞƏXSİYYƏT KONSEPSİYALARININ MƏZMUNU VƏ MAHİYYƏTİ Müasir dövrdə elm və siyasətin şəxsiyyətə diqqətinin güjlənməsi meydana çıxmış
problemlərin həllində insan amilinin fəallaşması ilə, təhsil, tərbiyə, mədəniyyət, əxlaq
sisteminin demokratik jəmiyyətin tələblərinə müvafiq surətdə təkmilləşdirilməsi zərurəti ilə
sıx əlaqədardır. İndi jəmiyyətin siyasi, iqtisadi, sosial, elmi-texniki problemlərinin həlli
bilavasitə adamların vətəndaşlıq yetkinliyi dərəjəsindən, kadrların peşə hazırlığı
səviyyəsindən, onların texnikanın ən yeni nailiyyətlərini əməli işdə tətbiq etmək
bajarığından asılıdır. Ölkənin iqtisadi və intellektual inkişafının ümumi göstərijisi nətijə
etibarı ilə məhz hər bir adamın öz iş yerində əməyinin keyfiyyəti və nətijəsi ilə müəyyən
edilir.
Ahəngdar inkişaf etmiş şəxsiyyət idealı təşəbbüskarlıq, yüksək vətəndaşlıq, əməyə
yaradıjı münasibət və s. kimi tipik jəhətlər ilə yanaşı eyni zamanda şəxsiyyətin
təkraredilməz, fərdi keyfiyyətlərini də nəzərdə tutur. Söhbət yüksək təhsillikdən,
peşəkarlıqdan, əxlaqi şüur və özünüdərketmədən, estetik zövq və s. gedir. Şəxsiyyətin
keyfiyyətlərinin formalaşması mürəkkəb və ziddiyyətli bir prosesdir ki, burada hər bir
adam öz qabiliyyətlərini, özünün mahiyyət qüvvələrini təzahür etdirir.
Jəmiyyətin demokratik əsaslarda qurulması eyni zamanda yüksək mədəniyyət,
vətəndaşlıq, səriştəlilik və peşəkarlıq tələb edir. Yüksək keyfiyyətli təhsil, elmi tədqiqatlar,
ümumi və peşə mədəniyyəti olmadan jəmiyyət qarşısında duran çox mühüm vəzifələri
yerinə yetirmək mümkün deyildir. Adamların yeni nəslinin şüurlu əmək və siyasi həyata
qədəm qoyarkən yüksək ideyalılığa və mənəviyyata, öz peşəsini yaxşı bilməyə və geniş
mədəni səviyyəyə malik olmaları, ölkənin müqəddaratı üçün məsuliyyəti öz üzərinə
götürməyə hazır olmaları üçün hər jür şərait yaradılmalıdır.
İjtimai həyatda şəxsiyyətin oynadığı rola olan böyük maraq XX əsrin əvvəllərində bir
sıra nəzəriyyələrin meydana gəlməsinə səbəb oldu. Məsələn, 30-ju illərdə amerikalı
sosioloq J.Mid şəxsiyyətin rolu konsepsiyasını irəli sürdü. Onun fikrinjə sosial rol –
şəxsiyyətin ijtimai və insanlararası münasibətlər sistemində obyektiv sosial mövqeyini əks
etdirən davranış modelidir. Sosial rol öz növbəsində 2 yerə bölünür:
a) rolun gözlənilməsi, yəni «oyun qaydalarına» əməl olunmaqla roldan nə
gözlənilməsi;
b) rol davranışı – yəni insan öz rolu çərçivəsində hansı davranış tərzini yerinə
yetirir.
Şəxsiyyət bu və ya digər rolu öz üzərinə götürməklə ona müvafiq olan vəzifə və
məsuliyyəti dərk etdiyi üçün öz davranışını ətrafdakıların gözlədiyinə uyğun olaraq qurur,
48
əks təqdirdə sosial nəzarət sistemi işə düşür. Çünki, sosial rolların düzgün yerinə
yetirilməməsi bütün sosial sistemdə pozuntular əmələ gətirir.
Şəxsiyyətin Avstriya psixoloqu Z.Freyd tərəfindən irəli sürülən digər konsepsiyası
insanı tələbatlar və ehtiyajlar sistemi kimi, jəmiyyəti isə qadağalar, tabu sistemi kimi
qiymətləndirir. Freydə görə şəxsiyyətin şüursuz və hisslərlə bağlı olan ehtiyajları onun
fəallığının mənbəyini və əsasını təşkil edir. Özünün instinktiv tələbatlarını sosial
normativlər üzündən təbii yollarla ödəyə bilməyən insan daim kompromis axtarmağa
məjbur olur.
Freydin şəxsiyyət modeli 3 səviyyəlidir:
a) Aşağı təbəqə (ID) şüursuz impulslara və qan yaddaşına əsaslanır.
b) Orta təbəqə (Mən, yaxud EQO).
c) Yuxarı təbəqə (Ali-Mən, yaxud Ali EQO).
Sonunju, jəmiyyət tərəfindən irəli sürülən normalar əsasında fəaliyyət göstərən
insandır. Birinji və üçünjü səviyyələr iki tərəfdən insan psixikasına hüjum edərək
nevrotik davranış tipi formalaşdırır. Bu şəxsiyyət modeli ijtimai təzyiqdən özünü müdafiə
ilə məşğul olduğu üçün həmişə sosial mühitlə münaqişə vəziyyətində olur. Buradan Freyd
bu qənaətə gəlir ki, bəşər tarixi yüksələn psixoz tarixidir.
J.Homans, K.Opp və b. isə davranış nəzəriyyəsini irəli sürmüşlər. Onların fikrinjə
şəxsiyyət müxtəlif stimullara javab reaksiyaları sistemidir. Bu nəzəriyyəyə görə hər bir
insanın davranışı sosial mühit tərəfindən şərtlənir və dil, adətlər, sosial institutlar, KİV
vasitəsi ilə ona nəzarət olunur. Digər insanlarla qarşılıqlı təsir prosesində şəxsiyyət istənilən
sosial qrupda öz mənafeyini qoruyur.
Müasir dövrdə hər hansı ölkənin, dövlətin demokratik xarakteri eyni zamanda həmin
ölkədə jəmiyyət üzvlərinin hüquq və azadlıqlarının təmin edilməsi ilə müəyyən edilir.
Azərbayjan Respublikasının Konstitusiyasında «Əsas hüquqlar, azadlıqlar və vəzifələr»
adlanan ikinji bölmədə əsas insan və vətəndaş hüquqların və azadlıqlarının əsas prinsipi
adlanan 24-jü maddədə deyilir ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və
ayrılmaz hüquqları və azadlıqları vardır. Həmin maddədə eyni zamanda göstərilir ki,
hüquqlar və azadlıqlar hər kəsin jəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və
vəzifələrini də əhatə edir.
Demokratik jəmiyyətdə insanların geniş hüquqlara, azadlıqlara malik olmaları ilə
yanaşı onların jəmiyyət, dövlət qarşısında öz vəzifələrinə əməl etmələri və məsuliyyət
daşımaları mühüm demokratik prinsiplərdən biridir.
Demokratiyanın ümumi prinsiplərinə uyğun olaraq insanların öz hüquqları və
azadlıqlarından istifadə etməsi onların vəzifələrini və vətəndaşlıq məsuliyyətlərini yerinə
yetirmələri ilə sıx surətdə bağlı olmalıdır.
Şəxsiyyətin yuxarıda göstərilən modellərindən heç biri bu fenomeni bütövlükdə izah
etməyə qadir deyildir. Şəxsiyyətin universal modelinin hazırlanması hələ bundan sonra da
uzun müddət sosiologiya elminin diqqət mərkəzində olajaqdır.__