1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu


VI MÖVZU İDARƏETMƏNİN SOSİOLOGİYASI



Yüklə 206,29 Kb.
səhifə20/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   16   17   18   19   20   21   22   23   ...   41
sosiologiya

VI MÖVZU
İDARƏETMƏNİN SOSİOLOGİYASI

Plan : 1. Sosial idarəetmənin mahiyyəti və məzmunu
2 Sosial idarəetmə haqqında nəzəriyyələr.
3. İdarəetmə növləri və metodları
4. İdarəetmə mexanizm və funksiyaları.

Cəmiyyətin təşəkkül tapması və onun artmaqda olan tələbatları idarəetməni zəruri


edir.
İdarəetmənin sosiologiyasının mahiyyətini açmadan öncə müasir dövrdə sinonim kimi
istifadə edilən idarəetmə və menecment anlayışlarının mahiyyətinin açılması məqsədəuyğundur.
Bu sözlər texniki mənada sinonim kimi istifadə oluna bilər. Lakin bəzi sosioloqlar bu anlayışın
bu anlayışın fərqləndirilməsini zəruri hesab edirlər. Onların fikrincə menecment her şeyden
əvvəl kommersiya idarəetməsinin instrumentidir.
 İdarəetmə və sosial idarəetməni də fərqləndirmək lazımdır. İdarəetmə daha geniş
anlayışdır əsasən Qeyri-üzvi təbiətin (jansız) idarə olunması;
 Üzvi təbiətin (janlı) idarə olunması;
 Jəmiyyətin (sosial) idarə olunmasını özünə daxil edir.
Sosial idarəetmə dar və geniş mənada işlədilir: Geniş mənada-bütün və hər cür ictimai
proselərin idarəetməsi nəzərədə tutulur. Dar mənada-cəmiyyətin sosial sferasına xas olan hadisə
və proseslərin idarəolunmasını nəzərədə tutur, sosial siyasətin reallaşdırılması vasitəsi kimi
çıxış edir.
İdarəetmənin strukturu əslində idarəetmə səviyyələrinin aşağıdan yuxarıya doğru nizamlı
yerləşməsidir. Burada adətən 3 səviyyə fərqləndirilir. 1. Aşağı səviyyə(sex rehberi,baş usta ve s)
2.orta səviyyə (şəbə bölmə rəhbərləri) 3. Yüksək səviyyə (baş idarəedicilər). Sosial idarəetmə
fərdlərin, qrupların fəaliyyətinin müəyyən rejimidir, nizamıdır, nəzərdə tutulan norma və
qaydaların hüdudlarında həmin fəaliyyətin məhdudlaşdırılmasıdır.
İdarəetmənin sosiologiyası aşağıdakəları özünə daxil edir: İdarəetmənin sosial əsasları, dinamik
sistemi, proseslərini, onların sosial funksiyalarını və prinsiplərini, idarəetmə qərarlarının
xüsusiyyətlərini, idarəetmə fəaliyyətinin sosial tərəflərini, onların təşkilatlarda və cəmiyyətdə
effektivlik dərəcəsi, idarəetmə sahəsindəki münasibətlər.
Geniş mənada sosial idarəetmə müəyyən çərçivədə sosial hadisə və proseslərin idarəolunması
demekdir.
Dar mənada idarəetmə subyektini müəyyən fəaliyyət prinsiplərinə əsaslanmaqla idarəetmə
obyektinin qarşısına məqsəd və vəzifələr qoyması, müxtəlif metod və vasitələrdən istifadə
etməklə onların həllinin təşkil etməyə istiqamətləndirmək.
Sosial idarəetmənin xüsusiyyətləri: 1. İnsanların fəaliyyətinin müxtəlif variantı mövcud
olduğu şəraitdə meydana gəlir,bu fəaliyyətin normal axarını təmin edir,adamların
davranışına nizamlayıcı təsir edir. 2. Sosial idarəetmə idarəetmənin həm obyektini həm də
subyektini, ictimai münasibətlərin xüsusi növünü-idarəetmə münasibətlərini nəzərdə tutur. 3.
Sosial idarəetmə hakimiyyəti, avtoriteti,habelə iradi məqamları nəzərədə tutur. 4. Sosial
idarəetmə insan fəaliyyətinin bir növü,onun ətraf mühitə fəal münasibətinin bir forması
olduğundan həmin fəaliyyətin məqsəd və vəzifələrini,vasitələrini əhatə edir. 5. Müasir
dünyada sos-id-ə siyasi xarakter daşıyır.Yəni idarəetmədə sadədcə insanların obyektiv
69
tələbatları yox, həm də maraq və mənafeləri nəzərə alınır.Bu mənafelər cəmiyyətdə
qərarlaşmış mövqelərin saxlanılmasına və ya dəyişdirilməsinə yönələ bilər.
Sosial idarəetmənin vəzifəsi-sosial sistemdə nizam yaratmaqdır.(yəni cəmiyyətdə müəyyən
normalar sanksiyalar fəaliyyət göstərir,sosial hərəkətlərin uyğunkuğu,sabitliyi təmin eilir).
İdarə edən idarə olunanla müqaisədə daha yaxşı nizama malik olmalıdır. Bu idarəetmənin ən
ümumi qanunudur.
İdarəetmənin ən ümumi funksiyaları: planlaşdırma, təşkiletmə,sərəncamçlıq,motivləşmə,
nəzarət,kimmunikasiya, tədqiqetmə,qiymətləndirmə, qərarların qəbul olunması,işçi
heyyətinin seçilməsi, danışıqlar aparılması və s.
Amerika sosioloqlarına göre 4 funksiya var:
 Planlaşdırma-proqnozlaşdırma - bütövlükdə idarəetməsistemi və onun ayrı ayrı
tərəflərinin elmi cəhətdən əsaslandırılmış inkişaf proqramının işlənib
hazırlanması,onu reallaşdırmaq üçün məqsəd və vəzifələrin hazırlanması,proqramın
zəruru maddi-maliyyə,təşkilati ehtiyatlarla təmin olunması, planlaşdırılmış nəticələrə
nail olma vasitələrinin müəyyən edilməsi. Planlaşdırma bir sıra mərhələləri tələb
edir: şəraitin və vəziyyətin qiymətləndirilməsi; məqsəd və vəzifənin müəyyən
olunması; mümkün nətijələrin proqnozlaşdırılması; bəzi məqsədyönlü
alternativlərin müəyyənləşdirilməsi; alternativlərin müqayisəsi; optimal
alternativin seçilməsi; fəaliyyət planının detallaşdırılma və dəqiqləşdirilməsi.
 Təşkiletmə-idarəedən və idarəolunan sistemlərin formalaşması,onlar arasında
münasibətlərin nizama salınması. Kadrların seçilməsi,səlahiyyətlərin
müəyyənləşdirilməsi və s.
 Motivləşdirmə-fərdi olmalıdır,kimə nə təsir edir araşdırılmalıdır.(Elton Meyon)
 Nəzarət-3 aspekti var: 1.müəyyən zaman kəsiyində əldə ediləcək məqsədlərin
dəqiqləşməsi.2. Əldə edilməş nəticələrlə gözlənilən nəticələrin müqaisəsi.3. zərurət
olarsa ilkin plandan kənara çıxmaq.
Sosial idarəetmənin metodları ayrıca işçi,qrup və kollektiv üçün dəyişi.
1. Ayrı –ayrı fərdlərə: birbaşa təsir(hansısa işi icra etməsi üçün əmr,tapşırıq
vermek); motivlər(stimullaşdırmaq); dəyərlər sistemi(təhsil tərbiyə); sosial
mühüt vasitəsiylə təsir(əmək şəraitinin yeniləşməsi,təşkilatda statusunun
dəyişilməsi)
2. Kollektiv üçün: qrupun tərkibini məqsədəyönlü formalaşdırmaq(peşə-ixtisas və
tələbata göre); qrupun sıx vəhdətini təmin etmək(sağlam rəqabət,sosialpsixoloji
təsi və s); formal və qeyri formal strukturların uzlaşdırılması
(planlaşdırılmış ə real normalar arasında ziddiyyəti aradna
qaldırmaq);idarəetmənin demokratikləşdirilməsi(qərarların qəbukuna işçilərin
cəlb olunması); sosial planlaşdırma(işçilərin ixtisasını artırmaq,rifahını
yaxşılaşdırmaq,bəzi rəhbərlərin seçkili olması,işçilərin sosila müdafiəsinə
kömək edən tədbirlər həyata keçirmək)
7Jəmiyyətin təşəkkül tapması və onun artmaqda olan tələbatları idarəetməni zəruri
edir. İdarəetmə olmadan jəmiyyət yaşaya bilməz. İdarəetmə ijtimai quruluşundan və
xarakterindən asılı olmayaraq bütün jəmiyyət tiplərinə xasdır. Öz mahiyyətinə görə
idarəetmə iki başlıja səbəbdən irəli gəlir:
1. İnsanın jəmiyyətdən kənarda, təklikdə mövjud ola bilməməsi ilə əlaqədardır;
2. Bilavasitə birinjiyə əsaslanaraq və məhz onun üzərində insanların birgə yaşayış
qaydalarına, normalarına ümumi prinsiplər çərçivəsində əməl olunması tələblərini
həyata keçirməsindən ibarətdir.
İdarəetmənin sosiologiyası və yaxud sosial idarəetmə biri digərini tamamlayır. Sosial
idarəetmənin ən qısa və ən ümumi müəyyənliyini bu jür formulə etmək olar: idarəetmə elə
bir məqsədyönlü sistemdir ki, bu, insanların fərdi tələbatlarının və mənafelərinin anjaq
sosial münasibətlər çərçivəsində realizə olunmasına əsaslanır.
İdarəetmənin mahiyyətini sosial ünsiyyətlə və münasibətlərlə məhdudlaşdırmaq
olmaz. Sosiologiyada bu məsələyə daha geniş aspektdən yanaşaraq idarəetməni əsasən üç
növə ayırırlar:
Ardıjıllığa riayət etsək ümumi idarəolunma sistemi bu qaydada formalaşmışdır.
Amma həmin sistemə bir qədər aydınlıq gətirdikdə isə belə bir reallıqla qarşılaşırıq ki,
idarəetmənin sosial növü əmələ gəlməsəydi, onda nə üzvi, nə də qeyri-üzvi təbiətin
idarəolunmasına zərurət olmazdı. Eyni zamanda idarəetmənin sosial növünün özü təkjə
çəmiyyətin, ijtimai münasibətlərin idarəolunması ilə məhdudlaşmır, həm də özündə jansız
və janlı təbiətin müxtəlif elementlərinin maraq dairəsini birləşdirir.
İdarəetməni öz funksiyalarının yerinə yetirməsinə görə sistem adlandırırlar və onu
həmişə minimum həddə iki sistemaltı elementə ayırmaq olar: idarəedən (subyekt) və
idarəolunan (obyekt). Bütün sistemlərdə idarəetmə özündə informasiya prosesini ehtiva
edir. Bu proses istər təbiətlə, istərsə də jəmiyyətlə bağlı olsun, bütün hallarda
funksiyalaşmanın normal reciminin yaranmasına xidmət edir. Onlar xariji (təbii fəlakət,
təjhizatda çatışmazlıq, kənar şəxsin jinayət əməli və i.a.) olduğu kimi, eləjə də daxili
(istehsal münaqişələri, qəza və s.) olurlar.
İdarəetmə sisteminin təsiri adətən idarəolunan tərəfin (obyektin) idarəedən tərəfə
(subyektə) zəruri reaksiya tələblərini doğrurması əsasında baş verir. İdarəetmənin təsiri
daxili ola bilər, başqa sözlə, idarəolunan sistemin özünün elementlərinin birindən başlanır.
Belə bir halda idarəetməni daxili idarəetmə, yaxud özünüidarə adlandırırlar. Məsələn,
kafedranın kafedra müdiri tərəfindən idarə olunması, orqanizmin və insan davranışının
beyin tərəfindən idarə olunması, kompyüterin prosessor tərəfindən idarə olunması və s.
İdarəetmə təsiri sistemə həmçinin kənar, digər sistemdən də göstərilə bilər. Bu halda
isə idarə orqanı idarəedən sistem yox, daha yüksək miqyasda idarə olunan sistem
elementlərindən ibarətdir. Bu jür idarəetməni xariji idarəetmə, yaxud sadəjə idarə
adlandırırlar. Məsələn, kafedranın fakultə dekanı tərəfindən, yaxud fakultənin
universitetin rektoru tərəfindən idarə olunması, kosmik gəminin uçuşunun yerin mərkəzi
tərəfindən idarə olunması və s.
Bioloci sistemlərdə, eləjə də texniki sistemdə olduğu kimi, sosial sistemlərdə də xariji
idarəetmə və özünüidarə öz aralarında birləşirlər. Özünüidarə rolu nə qədər çox olursa,
xariji idarəetmənin təsiri bir o qədər də olur – idarəetmənin muxtariyyatı çoxalır, ardınja
isə həm də sistemin muxtariyyatı (müstəqilliyi, özəlliyi) artır.
Adətən biri digəri ilə birləşən idarəetmənin iki əsas tipi mövjuddur. Birinji tip
idarəetmə – birbaşa idarəetmə olub, idarəetmə sistemini bilavasitə özü həyata keçirir. Bu
jür idarə obyekti anjaq sistemin özünün idarəolunmasından ibarət olub, gah inandırma,
71
gah məjburetmə, gah da digər metodlar və vasitələrlə təsir edirlər. Belə bir idarəetməyə
nümunə olaraq «inzibati-amirlik sistemi»ni göstərmək olar. O öz-özlüyündə nə yaxşı, nə
də pis kimi qiymətləndirilə bilər. Bir şəraitdə o əvəzolunmaz, yeganə mümkün idarə üsulu
(məsələn, silahlı qüvvələrdə), digərində isə yolverilməz, ziyanlıdır. Həm birinji, həm də
ikinji idarəetmə tipi təkjə müstəqil (muxtar) olma səjiyyəsinə görə deyil, həmjinin
avtoritarizm səviyyəsinə görə də xarakterizə olunurlar.
Avtoritarizm bioloci sistemdən fərqli olaraq texniki və sosial sistemlərdə anjaq texniki
qurğuların idarəolunmasının istifadəsi ilə bağlıdır. Yəni bu prosesdə əlaqə və
münasibətlərdən irəli gələn elə bir mühit yaranır ki, onun idarə olunması anjaq müəyyən
texniki, yaxud sosial – texnoloci vasitənin olmasını tələb edir. Bununla əlaqədar fəaliyyətin
mexaniki növünü fəaliyyətin avtomatlaşmasından fərqləndirmək vajibdir.
Mexanikləşmə müəyyən texniki vasitənin ijraediji, istehsal, fiziki funksiyalarının
səmərəliliyinin artırılması üçün tətbiqi deməkdir. Mexanikləşmə həm də idarəetmə
fəaliyyətində mövjuddur. O, radio və telefon əlaqələrində, çoxsaylı texniki proseslərdə –
yazı maşınlarında, kompyüterdə, kalkulyatorda və digər vasitələrdə həyata keçirilir ki,
bunları «təşkilati texnika» adlandırırlar.
İdarəetmə fəaliyyətinin avtomatlaşması dedikdə isə, bu elə jür texniki qurğudan
istifadə olunmasıdır ki, burada yalnız bir sıra intellektual funksiyalar prosesi həyata
keçirməyə qabildir, yaxud da insan beyni bu və ya digər səviyyədə əvəz olunur.
Sosial sistemlərdə avtomatik idarəetmə ola bilməz. İdarəetmənin məhz iki növü
mümkündür: qeyri-avtomatlaşma və avtomatlaşma. Birinji halda insan yaxud insan-
maşın sistemləri yalnız insanlar idarə edirlər. Bu, bütün tarixin gedişində özünü gösətərən
ənənəvi idarəetmə tipidir. İkinji halda insanları və insan-maşın sistemləri insan-maşın
sistemi idarə edir. Burada isə bütün intellektual idarəetmə funksiyalarını insanlar və EHM
həyata keçirirlər
Sosial sistemin tamamilə avtomatik idarə olunma səviyyəsinədək avtomatlaşması,
başqa sözlə insanların idarə olunmasının bütün funksiyalarının kompyüterə verilməsi
praktiki olaraq texniki və mənəvi jəhətdən mümkün deyildir. Sosial sistemlərin idarə
olunmasının avtomatlaşması mahiyyətini başa düşmək üçün, hər şeydən əvvəl, təşkilati
idarəetmə adlanan sosial idarəetmənin özünün mahiyyətinə baxmaq lazımdır.
Jansız təbiətdə sistemlər, eləjə də bioloci sistemlər (flora və fauna aləmi) heç nə ilə
təşkil olunmurlar, onlar öz-özünə təşkil olunurlar. Janlının idarə olunma sistemi (əsəb
sistemi) bioloci qanunlara görə janlılarla birlikdə yaranır və inkişaf edir. Raketin
idarəolunma sistemi zavodlarda raketlə birlikdə hazırlanır. Təşkilati idarəetmədə
funksional idarəetmədən fərqli olaraq, insanlara «əvvəljədən» yaratmaq ehtiyajı gəlir.
Buna görə də o təşkilati adlanır. İdarəetmənin bu tipi iki vajib əlamətlərinə görə
xarakterizə olunur.
Birinji əlamət. Təşkilati (sosial) idarəetmə zamanı həm idarə edən sistemdə (
idarəetmə subyekti), həm də idarə olunan sistemdə (idarəetmə obyekti) başlıja elementlər
insanlardır. Buna görə idarəetmə sistemində insanlardan başqa idarəetmənin müxtəlif
vasitələri olur və olmalıdır da. Qanunlar və qanunaltı aktlar, başqa sözlə idarəetmə
vasitəsini həyata keçirən qaydalar, müxtəlif informasiya sistemləri (ənənəvi, əl, EHM
bazasında avtomatlaşma), eləjədə əlaqələr vasitəsi, nəqliyyat və i.a. bura aiddir.
İkinji əlamət. Təşkilati (sosial) idarəetmənin ikinji vajib əlaməti –onun
məqsədyönlüyüdür.
Bu jür şərtləri hesaba almaqla təşkilati (sosial) idarəetməni bir sosial sistemin digər
sosial sistemə (həmçinin ijtimai münasibətlərin müəyyən qrupuna) məqsədyönlü təsiri
72
kimi müəyyən etmək olar. Məhz belə bir proses də əhəmiyyətli dərəjədə ijraediji – tənzimləyiji, təşkilati fəaliyyət formasında həyata keçir.
Praktiki fəaliyyətdə sosial idarəetmə ijtimai münasibətlərin –idarəetmə
münasibətlərinin xüsusi növünə çevrilir.
İdarəetmə təsiri təşkilati (sosial) idarəetmədə jəmiyyət sistemindən asılı olaraq
müxtəlif ola bilər: inzibati, ideoloci, iqtisadi və s.
Sosial idarəetmənin növlərini, eləjə də idarəetmə münasibətlərini məhsuldar
qüvvələrə, istehsal münasibətlərinə, jəmiyyətin iqtisadi bazisı və siyasi üstquruma tətbiq
etməklə də müəyyən etmək olar.
İdarəetmə münasibətlərinin hər üç qrupunda (sosial, iqtisadi, siyasi-ideoloci) onlar
hüquqi, təşkilati-texniki, sosial-psixoloci təsir güjünə malikdirlər. Müasir şəraitdə
idarəetmə fəaliyyəti iki hissəyə bölünür:
a) İnformasiyanın istehsalı, başqa sözlə informasiya axtarışı, yığımı, qeydiyyatı,
toplanması və saxlanması;
b) İnformasiyadan istifadə olunması, yaxud idarəetmə qərarının qəbulu və ondan
istifadə olunması.
İdarəetmə münasibəti hakimiyyətin xarakterini dəyişir, buna görədir ki, onda əsasən
iki kateqoriya –«hakimiyyət» və «tabeçilik» çıxış edir.
İdarəetmənin funksiyaları həmin kateqoriyalar nəzərə alınmaqla funksiyalar
sistemində sistemaltı elementlərlə daha sıx qarşılıqlı əlaqədədir. Burada onlardan biri
digərindən törəyir, biri digərinin davamı olur və eyni zamanda onu tamamlayır.
Bütünlükdə onlar sanki bir tsikl (dövretmə) yaradır, beləliklə dəfələrlə müntəzəm olaraq
təkrarlanırlar.
İdarəetmə funksiyasının dövrü gedişi belədir: planlaşdırma –təşkiletmə –kadrlarla iş
–operativ rəhbərlik –əlaqələndirmə –nəzarət və yenidən planlaşdırma.

Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin