1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu



Yüklə 206,29 Kb.
səhifə23/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   19   20   21   22   23   24   25   26   ...   41
sosiologiya

2. İDARƏETMƏ VƏ SOSİAL İNFORMASİYA
İdarəetmə - jəmiyyət həyatının ən mürəkkəb və ən injə sahələrindən biridir. Onun
əhəmiyyəti daim artır. XX əsr boyu ərzində biz onun get-gedə rasionallaşması və
«elmləşməsi» ilə qarşılaşırıq.
İdarəetmə problemi haqqında belə rəqəmlərdən danışırlar: hazırda ABŞ-da 1100
tədris müəssisəsi idarəetmə üzrə mütəxəssislər hazırlayır, 650 biznes məktəbindən üçdə biri
«işgüzar inzibatçı magistr» (yüksək idarəediji titul) diplomu verir, 1986-jı ildə ABŞ-da
idarəetmə üzrə 71 min diplom verilmişdir. Bununla yanaşı sosioloqların tədqiqatına görə
Amerikanın böyük korporasiyalarının 500 rəhbərinin sorğusunun nətijəsinə görə onların
80% -i idarəetmə üzrə mütəxəssis hazırlığından razı deyildir.
Sosial idarəetmə hazırkı zamanda üç aspektdə tədqiq olunur: təsərrüfat (iqtisadiyyatın
idarəolunması), sosial-siyasi və sosial-psixoloci. Nəzərə alınmalıdır ki, bu aspektlərdən hər
biri ayrılıqda müəyyən spesifikliyə malik olsa da biri digərindən ayrı mövjud deyildir,
qarşılıqlı əlaqədədir, çünki jəmiyyət özü həmin sahələrin hamısını özündə birləşdirir.
Deməli, idarəetmə dedikdə, söhbət sadəjə bu və yaxud digər sahənin deyil, bütövlükdə
jəmiyyət orqanizminin idarə olunmasından gedir.
İdarəetmə prosesində iki başlıja anlayış çıxış edir – informasiya və idarəetmə.
Sosial informasiya anlayışı. Sosial informasiya – fikri informasiyadır, başqa sözlə,
insan şüuru tərəfindən qabaqjadan işlənir və insanların fəaliyyətində realizə olur; o
fərdlərin tələbatları və sosial qrupların maraqları ilə şərtlənir ki, bunların da hər ikisi istər
istehsal prosesində və istərsə də bütün jəmiyyət həyatında daim öz aralarında
ünsiyyətdədir.
Sosial informasiya təkjə öz təbiəti nöqteyi-nəzərindən deyil, həm də özünün
jəmiyyətdə dönərliyinə görə spesifikdir. Burada çoxsaylı informasiya birləşmələri müxtəlif
növlü kanallar üzrə hərəkət etməklə qarşılıqlı təsir edirlər: bu həm hazırda yaşayan
keçmişin «yaddaşı», həm ünsiyyətin ümumplanetar formaları (beynəlxalq, dövlətlərarası
və s.), həm dövlətdaxili (müxtəlif partiyalar, siniflər, sosial qruplar, xalq və dövlət
orqanları arası prosesdir ki, bunlar arasında daim bu və ya digər formada ijtimai fikir
mübadiləsi gedir) kimi təzahür edir. Belə nümunədə, sosial informasiya sanki iki
istiqamətdə hərəkət edir: üfiqi və şaquli.
Həqiqətən, sosial adı altında o informasiya başa düşülür ki, burada jəmiyyətdə
biliklərin, məlumatların, xəbərlərin, ətraf aləm haqqında, hər şeydən əvvəl jəmiyyət
proseslərinə dair informasiyaların məjmusu dövr edir. Optimal idarəetmə obyektiv,
həqiqi, tam informasiyanı tələb edir.
75

Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin