1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu



Yüklə 206,29 Kb.
səhifə24/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   20   21   22   23   24   25   26   27   ...   41
sosiologiya

Sosial idarəetmə anlayışı. Jəmiyyətin idarəolunması prinsip etibarı ilə janlı orqanizm
və texniki qurğunun idarəolunmasından fərqlənir. Sosial idarəetmə mürəkkəb struktura
malik olub, özündə maddi və mənəvi prosesləri bağlayaraq insan fəaliyyətinin spesifik
növü kimi çıxış edir. Onun xüsusiyyəti ondadır ki, idarəediji təsir jəmiyyət həyatının
bütün sahələrində iştirak edir, başqa sözlə, özündə ijtimai münasibətlərin xüsusi növünü
ehtiva edir. Bu isə o deməkdir ki, idarəetmə münasibəti sosial mühitin zəruri anını yaradır.
İdarəetmə münasibətlərində bir sıra aspektləri – siyasi, iqtisadi, etik aspektləri ayırmaq
olar. Bunlardan da hər birinə iki qarşılıqlı əlaqəli tərəflər – informasiya və təşkilati xasdır.
İdarəetmə həmişə jəmiyyətdə hakimiyyət funksiyasından ibarət olduğu üçün sinifli
jəmiyyətdə o siyasi, dövlət hakimiyyəti funksiyası deməkdir.
Sosial idarətemə mexanizmində fundamental rol təkrar əlaqə prinsipinə məxsusdur:
bu prinsip harada korlanır yaxud ümumiyyətlə aradan qalxırsa, orada sosial idarəetmənin
nətijələri mənasızlaşır. Ümumi formada mövjud prinsip belə səslənir: hər bir qarşılıqlı
təsirdə mənbə (informasiya subyekti və idarəetmə) və qəbulediji (informasiya obyekti və
idarəetmə) qaçılmaz olaraq yerlərini dəyişirlər. Ardıjıl olaraq da, sosial idarəetmə
prosesində idarəetmə obyektinin onun subyektinə təkrar təsiri baş verir. Sonra, təkrar
əlaqə prinsipi informasiya mübadiləsinin zəruri anı kimi çıxış edir. Deməli, sosial
idarəetmə – təkrar əlaqə ilə bağlı olan informasiya prosesidir. Təkrar əlaqə prinsipində
idarəetmə obyektinin onun subyektinə informasiya təsiri həyata keçir. Jəmiyyətdə bu
prinsip fasiləsiz hərəkət edir. Bununla onu başa düşmək vajibdir ki, burada idarəetmənin
subyekti və obyekti müəyyən zamanda sanki rollarını dəyişirlər. Məsələn, sərkərdə
orduya komandalıq etməklə, idarəetmənin subyekti kimi jıxış edir, amma o həm də öz
tabe olanlarından – kəşfiyyatçılarından aldığı informasiya əsasında hərəkət edir və i.a.
Öz növbəsində idarəetmə obyekti, məsələn, zabit, öz sərkərdəsindən bu və yaxud
digər idarəetmə tapşırığını alaraq, onun həyata keçirilməsi prosesində idarəetmənin
subyekti kimi çıxış edir. Belə nümunədə, idarəetmə subyekti və obyekti ikiqat subyekt –
obyekt funksiyasını yerinə yetirirlər.
İdarəetmə strukturunda əsas şərt – idarəetmə qərarının işlənilməsi və yerinə
yetirilməsidir. Burada vajib prinsip optimallıq prinsipindən ibarətdir.__ Bu, o deməkdir ki,
idarəetmədə mühüm variantların nəzərə alınması zəruridir və onlardan elələri seçilməlidir
ki, nətijədə qarşıya qoyulan məqsədə nail olunması tam təmin olunsun. Ardıjıl olaraq da,
nəzərə alınması vajib olan şərtlərdən biri də burada subyekt və obyektin bir-birini
tamamlamasıdır. Xüsusi olaraq bu prosesdə şəxsi və ijtimai maraqların müəyyən
dərəjədə üst-üstə düşməsi əsas jəhətlərdəndir. Məsələn, məlumdur ki dövlət idarəetməsi
sahəsində xalqın tələbatlarının elmi əsaslandırılması olmadan optimallıq prinsipi öz
səmərəliliyini itirir.
Sosial idarəetmənin xarakteri müasir şəraitdə idarəetmə prosesində subyektdən
idarəetmə qərarının qəbulu zamanı məsuliyyətin və javabdehliyin yüksəldilməsini tələb
edir.
Beləliklə, sosial idarəetmə – jəmiyyət elementlərinin sosial həyatın inkişafına
məqsədyönlü yaxud kortəbii təsiridir.
Jəmiyyətin sosial-siyasi idarəolunması prinsipləri jəmiyyət quruluşunun
xarakterindən, dövlət hakimiyyəti formalarından asılı olaraq dəyişir. Bu zaman idarəetmə
proqramı idarəetmə obyektinin davranışının forma və növlərinin mümkün qədər geniş
spektrdə olmasını tələb edir. Lakin tarixdə sərt və yumşaq prinsiplərə az hallarda rast
gəlinir: sosial sistemlərdə idarəetmə, məlum olduğu kimi, bu və yaxud digər qaydada olsa
da özündə hər iki prinsipi birləşdirir. Paradoksal olsa da, onlar kortəbii idarəetmə
mexanizminin həyata keçdiyi sistemlərdə daha çox birləşirlər ki, bunu da bazarın
76
nümunəsində dəqiq görmək olar, A.Smit onu «görünməz əlin» hərəkəti adlandırmışdır. Bir
tərəfdən, bu «əl» kortəbii qüvvələrin azad oynunu istiqamətləndirir, digər tərəfdən, -
həmin oyunun sərt və qəddar şərtlərini diktə edir.

Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin