Əlaqələndirmə funksiyasını əksər mütəxəssislər idarəetmənin əsası hesab edirlər. Bu
fəaliyyət, bütün idarəetmə sistemi elementlərinin fəaliyyətinin sinxronlaşmasına
istiqamətlənir, bütün işçilərin davranışının razılaşması və tənzimlənməsi deməkdir.
Nəzarət funksiyası özündən əvvəlkiləri tamamlayaraq idarəetmənin fəaliyyətinin son
nətijələrinin nəzarətə alınması və onun nətijələrinin qiymətləndirilməsi məqsədi daşıyır.
Göstərilən idarəetmə funksiyaları anjaq təşkilati idarəetmə üçün xarakterikdir. Hər
jür təşkilati idarəetmə, xüsusilə də dövlət idarəetməsi hüquqi- normativ aktlara əsaslanan
hüquqi idarəetmədir. Buna görə də sosial idarəetmənin avtomatlaşması hüquqi proseslərin
və münasibətlərin avtomatlaşması deməkdir.
Jəmiyyət inkişaf etdikjə onun sosial idarəolunmasında kəskin dəyişikliklər baş verir.
İdarəetmənin ənənəvi forması getdikjə öz funksiyasını azaldır, əvəzində işdə idarəetmənin
avtomatlaşması geniş yer tutur.
Sosial idarəetmənin avtomatlaşmasının (SİA) mütləq zəruriliyi və qaçılmazlığı bir çox
səbəblərlə izah olunur. Qısaja olaraq bunlardan iki başlıja prinsip üzərində dayanaq.
1. İstehsalın bütün növlərinin əhatə dairəsinin və mürəkkəbliyinin artması. O, təkjə
müəssisələrin və işçilərin kəmiyyətjə artması ilə deyil, həmçinin partnyorlar
arasında, hazırlanan məmulatlarda iqtisadi qarşılıqlı əlaqələrin böyüməsi, onların
hazırlanması texnologiyasının mürəkkəbləşməsi və i.a. ilə bağlıdır. Bu idarəetmə
vəzifəsinin dəfələrlə mürəkkəbləşməsinə, onların həllinin yeni, qeyri-ənənəvi
metodlarının təzahür tapmasına gətirib çıxarır.
2. İnformasiya partlayışı və jəmiyyətin informasiyalaşması prosesi. Biliyin həjmi,
informasiya yeniləşməsi getdikjə çoxalır. Əgər ötən əsrin ortalarında bu inkişaf 10-
20 illər ərzində baş verirdisə, əsrin axırlarında isə artıq bu aylar ilə hesablana bilər.
İnkişaf etmiş ölkələrdə «informasiya resursları» bütün strateci resursların önündə
dayanır. İndustrial iqtisadiyyatdan «informasiya iqtisadiyyatına» keçid baş verir.
N.Vinerin dediyi kimi, «energetika əsri» və «güjlü jərəyanlar texnikası»
«informasiya əsri» və «zəif jərəyanlar texnikası» ilə əvəzlənir.
Bütün bu kimi prinsiplərin və vəzifələrin reallaşmasında mühüm rolu elm
oynamalıdır, ilk növbədə isə sosial kibernetika elmi. Bu təşkilati (sosial) idarəetməni, onun
qanunauyğunluqlarını, onun texnologiyasını, ijtimai münasibətlərin o məzmununu
öyrənir ki, bütün bunlar idarəetmə münasibətləri adlanır.
Sosial kibernetika sosial sistemlərin idarəolunmasını dörd əsas aspektdə tədqiq edir:
1. Fəlsəfi-ijtimai. Burada konkret olaraq insanların hər jür kollektiv fəaliyyəti,
jəmiyyət fenomeni və jəmiyyət həyatı, jəmiyyətlə ayrılıqda şəxsin, qrupun,
siniflərin və insan kütləsinin məqsədyönlü inteqrasiyası və onun əlaqələndirilməsi
tədqiq olunur. Fəlsəfə, siyasi iqtisadiyyat, sosiologiya.
74
2. Dövlət-hüquqi. Burada hüququn bir idarəetmə vasitəsi__kimi rolu tədqiq olunur.
Hüquq.
3. Psixoloci. Burada idarəetməyə insanların davranışının intellektual, iradi və
emosional aktı kimi baxılır, idarəetmə obyekt və subyekt keyfiyyətində çıxış edir.
Psixologiya, sosial psixologiya metodları.
4. İnformasiya-kibernetika. İdarəetmə burada idarəetmə sisteminin elementləri
arasındakı informasiya mübadiləsi kimi nəzərdən keçirilir. İdarəetmənin bu
aspektdə tədqiqində informatika, kibernetika, məntiq, riyaziyyat metodlarından
geniş istifadə olunur.