. SOSİOLOGİYANIN FUNKSİYALARI Başqa elm sahələrində olduğu kimi, sosiologiya elmi də bir sıra funksiyaları yerinə yetirir. Hər şeydən əvvəl o sosial inkişafın obyektiv qanunauyğunluqları barədə dəqiq bilik verir. Bu sosiologiyanın idrakı funksiyasıdır. İkinjisi, sosiologiya ijtimai həyatın müxtəlif sahələrinin inkişafı prosesinin idarə olunmasına kömək üçün təkliflər irəli sürür ki, bu da onun praktiki funksiyasıdır. Üçünjüsü, o kütlələrin ideya tərbiyəsi işinə xidmət edir ki, bu da onun ideoloci funksiyasıdır.
İdrakı funksiya. Bu funksiya bir neçə aspektdə həyata keçir. bBirinjisi, sosiologiya tədqiqatçını jəmiyyətin inkişafı və bu inkişafın qanunauyğunluqları haqqında biliklərlə silahlandırır, bu inkişafın mənbələrini və proseslər mexanizmini aşkara çıxarır. İkinjisi, sosial hadisələrin və proseslərin obyektiv qanunauyğunluqlarını açıb göstərməklə sosiologiya istər bütövlükdə jəmiyyətin, isətərsə də onun ayrı-ayrı tərəflərinin və sahələrinin gələjək inkişafı perspektivlərini başa düşməyə imkan verir. Üçünçüsü, sosial qanunlar qanun-meyl kimi həyata keçirilir. Konkret sosioloci tədqiqatların vəzifəsi adamların ijtimai fəaliyyətində sosial qrupların, şəxsiyyətin, peşə qrupunun və jəmiyyətin mənafelərinin maksimum uzlaşmasına imkan verən konkret formanı müəyyən etməkdir. Dördünjüsü, sosiologiya sosioloci və digər sosial tədqiqatlarda idrakı fəaliyyətin nəzəri təhlilini verməli, sosial idrakın nəzəriyyəsini və metodologiyasını işləyib hazırlamalıdır. Sosiologiya elminin idrakı funksiyası imkan verir ki, sosial proseslərin təhlili əsasında jəmiyyətin maddi, mənəvi yaxud siyasi həyat sferalarının inkişafına xidmət
edən proqnozlar irəli sürmək mümkün olsun.
Praktiki funksiya. Sosiologiya elminin bu funksiyası onun idrakı funksiyası ilə sıx əlaqədardır. O, qabaqjadan görmə momentini özündə birləşdirən elmi idrakın təbiətindən doğur. Jəmiyyətin və onun ayrı-ayrı tərəflərinin hazırkı vəziyyətinin təhlilinə əsaslanaraq sosiologiya jəmiyyətin yaxın və uzaq gələjək inkişaf perspektivlərini aşkara çıxarmalıdır. İjtimai münasibətlərin hazırkı vəziyyətini tədqiq etməklə sosiologiya buna nail olur ki, insanlar öz ijtimai münasibətlərini nəzarət altına ala və ijtimai tərəqqinin obyektiv tələbatına müvafiq olaraq onları tənzimləyə bilsinlər. İjtimai inkişafın qanunauyğunluqları və meyllərinin dərindən dərk edilməsinə əsaslanan proqnozlaşdırma jəmiyyətin elmi idarə olunmasının başlıja şərtini təşkil edir. Proqnozlaşdırmanı praktika ilə uzlaşdırdıqda uzun müddətli sosial proqnozlaşdırma proqram, qısamüddətli isə plan kimi təfsir edilə bilər. Jari sosial proqnozlaşdırma isə
plana düzəlişlər verilməsini, yəni onda vaxtında dəyişikliklər aparılmasını nəzərdə tutur.