İdeoloji funksiya. Elmi-idrakı və praktiki funksiyalarla yanaşı sosiologiya elmi eyni zamanda mühüm ideoloci funksiyanı da yerinə yetirir. 1974 – jü ildə Toronto şəhərində keçirilən VIII Ümumdünya Sosiologiya konqresində məşhur Qərbi Almaniya sosioloqu Renata Maynts «Sosiologiya: mənəvi sərvətlərdən azadlıq və siyasi təkliflər problemi» adlı məruzəsində qeyd edirdi ki, «sosiologiyanın ən aktual vəzifələrindən biri siyasətə öz münasibətini müəyyən etməkdir. Axı sosiologiya çox vaxt siyasi qərarlar qəbul edilməsi üçün baza rolunu oynayır və buna görə də o da bu mənada siyasətdir»3. Məşhur amerikan alimi Rayt Millz isə «Sosioloci təxəyyül» adlı kitabında ürək ağrısı ilə yazır ki, ABŞ-da sosiologiya generalların, həbsxana rəislərinin, biznesmenlərin xidmətçisinə çevrilmişdir. Sosiologiya zəhmətkeşlərin siyasi şüur səviyyəsinin yüksəldilməsində, onlarda fəal həyat mövqeyi tərbiyə edilməsində, onların sosial fəallıqlarının güjləndirilməsində mühüm rol oynayır. Sadəjə olaraq sosioloci sorğuda iştirakın özü belə adamlarda ijtimai məsələlərə marağın yüksəlməsinə, onların sosial fəallıqlarının artmasına səbəb olur. İdeoloci funksiya, hər şeydən əvvəl təbii-tarixi prosesin dərk olunmasına və jəmiyytəin inkişafının məqsədlərinin müəyyən edilməisnə xidmət göstərir, ikinjisi, digər konsepsiyalara qarşı elmi və ideoloci mübarizəni nəzərdə tutur; üçünjüsü əhali arasında düzgün elmi ideologiyanın yayılması işinə xidmət edir; nəhayət, dördünjüsü yüksək səviyyəli mütəxəssislərin
hazırlanması və onların elmi ideologiyanı mənimsəməsi işini həyata keçirir. Sosioloci biliklərin ideoloci və siyasi xarakter daşıması bir sıra səbəblərlə bağlıdır. Sosioloq öz tədqiqatlarında maksimum obyektivliyə və dəqiqliyə jəhd göstərsə də tədqiqatın nətijələrinin qiymətləndirilməsi sosial-siyasi mövqe ilə bağlıdır. Onun gəldiyi nətijələr və irəli sürdüyü təkliflər istər-istəməz müxtəlif sosial qrupların və təbəqələrin siyasi mənafelərinə toxunur. Buna görə də sosioloq sosial hadisələrin qiymətləndirilməisndə vətəndaş mövqeyi nümayiş etdirmək məjburiyyətindən yan keçə bilmir. Lakin qeyd etmək lazımdır ki, sosiologiyanın real proseslərə təsiri öz-özünə, avtomatik surətdə baş vermir. Sosiologiya yalnız öz nətijələrini təklif edir. Onun siyasətə tətbiqi isə sosiologiyadan asılı deyildir. Sosiologiyanın vəzifəsi alman alimi Lepsiusun fikrinjə «uzun müddət jəmiyyəti müşahidə etməklə böhranlar barədə xəbərdarlıq edən sosioloci sistem yaratmaqdan ibarətdir»5. Sosiologiyanın ən mühüm funksiyalarından biri
də tənqidi funksiyadır. Söhbət şəxsiyyətin mənafeləri prizmasından gerçəkliyə qiymət verilməisndən gedir. Sosiologiya jəmiyyətdə vaxtını keçirmiş, inkişafa mane olan nə varsa aşkara çıxararaq jəmiyytəin yeniləşməsi işinə xidmət edir. Bu işdə empirik tədqiqatların, yəni konkret sosiologiyanın rolu əvəzedilməzdir. Sosiologiya yuxarıda göstərilən 3 əsas funksiyadan əlavə bir sıra funksiyaları da yerinə yetirir. Bunlara misal olaraq, tərbiyəvi, proqnozlaşdırıjı və s. funksiyaları da göstərmək olar. Sosiologiya elminin bütün funksiyaları qarşılıqlı surətdə sıx əlaqədar olub bir-birini
tamamlayır.