Həbsxana – cəmiyyətin daha çox



Yüklə 1.09 Mb.
Pdf просмотр
səhifə1/11
tarix06.09.2017
ölçüsü1.09 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11


 
 
      Rövşən Yerfi   
 
 
 
 
 
 
 
QAZAMAT  
“SANİTAR”LARI 
 
 
 
 
 
 
 
 
ZERO 
 
Bakı -2015 
 
 
downloaded from KitabYurdu.org


 
 
 
 
 
 
 
 
 
           Kitabda cəza yerlərinin müasir həqiqətləri təsvir edilir. 
“Qazamat “sanitar”ları”nda hadisələr əsasən həbsxanadakı ən 
yüksək və ən aşağı təbəqələrdən bəhs edir. Oxucu əhvalatlarla 
tanış olduqca bir-biri ilə sərt təzadları olan  təbəqələr arasında 
həm də yaxınlıq tapacaq, fiziki və mənəvi üzdəniraqlığı 
şərtləndirən əlamətləri aydınlaşdıracaqdır. 
           Oxucuların marağını nəzərə alıb kitaba “Residivist” 
povesti də əlavə olunmuşdur. 
           Yazıçı Rövşən Yerfi bu kitabdan əlavə məhbəs nəsrinə 
aid olan “Üzdəniraq ada”, “Qadın düşərgəsi” və “Penitensiar 
lövhələr” adlı kitabların da müəllifidir. 
downloaded from KitabYurdu.org


 
  Azərbaycan məhbəs nəsri 
 
 
                       QAZAMAT  “SANİTAR”LARI 
  
                        Həbsxana  –  cəmiyyətin  daha  çox 
tör-töküntüləri fövqündə inikası, kiçik modelidir... 
                                                            Tanınmayan “Dahi”  
          
         Payız  fəsli  təzə  başlamışdı.  Bütün  gecə  əsən 
sərin  meh  hava  işıqlaşandan  dincini  alırmış  tək  sa-
kitləşmişdi.  Müvəqqəti  olsa  da,  tozsuz  təmiz  hava 
hər kəsin ürəyincə idi.  
         Gülbaxt  cəzaçəkmə  müəssisəsində  məhkumla-
rın  səhər  yoxlaması  tam  yekunlaşmamışdı.  Yaşayış 
sahəsinin həyətindəki meydanın aşağı başında sıraya 
düzülmüş  hələ  onlarla  məhkum  adlarının  oxunma-
sını gözləyirdi. Ad və soyadını eşidən məhkum sıra-
dan  irəli  çıxıb  ucadan  atasının  adını  söyləyir  (bu-
nunla kimliyini tamamlayıb təsdiqləyir), əgər baş ge-
yimi  varsa  nəzarətçiyə  yaxınlaşanda  bir  anlığa  onu 
başından çıxarır və yenidən əvvəlki vəziyyətinə qay-
tarırdılar. Təzimə bənzəyən bu ritualın mənası məh-
kumun  başında  xəsarət  izi  olarsa  gizlədə  bilməməsi 
məqsədi  ilə  izah  olunurdu.  Şübhəsiz,  bu  qayda  rəis, 
ədliyyə polkovniki Məhyəddin Kərimlinin uzun illər 
gərgin səyi nəticəsində yaranmışdı.  
downloaded from KitabYurdu.org


 
          Məhkumlar  yoxlanıldıqdan  sonra  yataqxanaya 
tərəf  buraxılmırdılar.  Həyətdəki  səkkiz  metr  hün-
dürlüyündə  on  tonluq  iri  su  çəninin  sağ  tərəfindən 
keçib, sol tərəfində nizamsız  şəkildə yoxlamanın  so-
nunu  gözləyirdilər.  Onlara  dağılışmağa  yalnız  yox-
lama qurtarandan sonra icazə verilirdi. 
          Böyük, düzbucaqlı meydandakı yoxlamada nə-
zarətçilərlə  yanaşı  dəstə  rəisləri,  rəisin  növbətçi  kö-
məkçisi də iştirak edirdi. Onlardan bir az aralıda, su 
çəninin  aşağısındakı  hasarın  beton  artırmasında  ət-
rafı müşahidə edərək söhbətləşən rejim və əməliyyat 
şöbələrinin  rəisləri  dayanmışdılar.  Bu  arada  yataq-
xanalar  tərəfdən  qaçaraq  yaxınlaşan  məhkum  nəza-
rətçilərdən  birinin  qulağına  həyəcanla  nəsə  pıçılda-
dı.  O  da  məhkumun  dediyini  tələsik  şöbə  rəislərinə 
çatdırdı. Əməliyyat rəisi ədliyyə kapitanı Bəkir rejim 
rəisi  ədliyyə  mayoru  Şamilin  nə  deyəcəyini  gözlə-
mədən əsəbiliklə göstəriş verdi:  
          –Tez  elə,  uşaqlardan  götür,  o  petuxu  qoyma-
yın boğub özünü öldürsün. Cəld olun... 
          Rejim rəisi Şamil də xəbərdən bərk dilxor olub 
söyləndi: 
          –Ə, binamusa bax e... Sənin əcdadını mən... 
        Sıralarda  dayanan  məhkumların  diqqəti  adları 
çəkən nəzarətçiyə kəsilsə də, iki məhkumla üç nəza-
rətçinin  yataqxanaya  tərəf  qaçması  çoxlarının  nəzə-
rindən yayınmadı. Bir neçə nəfər kütlədən həmin tə-
downloaded from KitabYurdu.org


 
rəfə adlamaq istədi. ”Rejim Şamil” onlara tərəf çığır-
dı: 
         –Hara?..  Hara  gedirsiz?  Kim  sizə  dağılışın  de-
di? Qayıdın yerinizə... 
          Az  keçmədi  ki,  nəzarətçilər  halı  olmayan  bir 
məhkumu qucaqlarına götürmüş digər iki məhkum-
la yataqxanadan çıxdılar və cəld addımlarla üzü san-
çasta  –  tibb  məntəqəsinə  tələsdilər.  Nəzarətçilərdən 
biri məruzə üçün yanaşı dayanmış şöbə rəislərinə ya-
xınlaşdı. 
          –Necə oldu? –  soruşdu. – Ölüb, yoxsa sağdı? 
          –Sağdı,  cənab  mayor,  geciksəydik  öləcəkdi. 
Özündən gedib, göndərdim sançasta. 
          –Şükür,  dayanan  yerdə  bir  petuxa  görə  poxa 
düşəcəkdik.  Ölməli  vicdansızdı...  Sançastda  özünə 
gələr, heç nə olmaz... 
          –Ölən  zibil  deyil,  –  Şamil  də  deyindi,  –  arada 
heç nədən bizim başımız ağrıyacaq... 
          Yoxlama  başa  çatmışdı.  Adlar  oxunub  kartoç-
kalar  yoxlanılmışdı.  Kabinetində  oturub  tül  pərdəli 
pəncərədən  qarşısındakı  meydana  göz  qoyan  əmə-
liyyat-rejim  üzrə  rəis  müavini  Niyaza  müəssisə  rəi-
sinin  növbətçi köməkçisi (MRNK)  ədliyyə baş leyte-
nantı Bayram baş verən hadisə ilə bağlı bütün təfər-
rüatları  qısa  vaxt  ərzində  məruzə  edib  meydana  qa-
yıtmışdı. Onu bu gün əvəz edəcək növbətçi köməkçi 
Faiq söhbətləşən şöbə rəislərinə yaxınlaşıb soruşdu: 
downloaded from KitabYurdu.org


 
          –Camaat dağılışsın, yoxsa gözləsin? 
          –Dağılışsınlar. 
          Bəkirin  əl  hərəkətindən  icazə  verildiyini  anla-
yan  kütlə  Faiq  ağzını  açmamış  dağılışmağa  başladı. 
Klub  və  çayxanada  özünə  yaxşı  yer  tutmaq  istəyən-
lər  kross  yarışına  çıxmışlar  kimi  hamıdan  irəli  qaçı-
şırdılar. 
          Nəzarətçilərdən biri Bayramı xəbərdar etdi: 
          –Rəis gəlir, qapıda, enbeemdədi (NBM-nəzarət 
buraxılış məntəqəsi)...  
          Rəis  adətən  müəssisəyə  bu  vaxtlarda  gəlirdi. 
Bayram, ardınca Bəkirlə Şamil müəssisənin girəcəyi-
nə – qapıya yaxınlaşdılar. Bayaqdan meydanda söh-
bət edən nəzarətçi və zabitlər də rəisin gəldiyini eşi-
dincə aralarındakı müzakirəni dayandırıb hərə öz işi 
ilə məşğul olmaq üçün yavaş-yavaş dağılışdılar. 
          Bayram müəssisənin önünə təzəcə çatmışdı, iri 
dəmir qapıdan içəri daxil olan rəisi görüb farağat və-
ziyyəti alaraq məruzəyə başladı: 
          –Cənab  polkovnik,  məruzə  edərək  bildirirəm 
ki,.. 
          –Gərək  yoxdu,  azad,  –  rəis  onu  dayandırdı,  – 
sanitarın vəziyyəti necədir? 
          Uca boylu, sərt baxışlı ədliyyə polkovniki Məh-
yəddin  bir  dəfə  də  olsun  bəziləri  sayaq  üzdəniraq 
məhkumları petux adlandırmazdı, həmişə onlara sa-
downloaded from KitabYurdu.org


 
nitar deyərdi. Görünürdü ki, rəis olan hadisədən hər-
tərəfli xəbərdar idi. 
          –Cənab polkovnik, həkim yardım eləsə də, hələ 
özünə gəlməyib... 
          Bir  qədər  aralıda  duran,  məruzənin  bitdiyini 
güman  edən  Bəkirlə  Şamil  yaxınlaşıb  rəislə  görüş-
dülər. 
          –Hadisə  neçə  baş  verdi?  –  Rəis  cib  telefonu  ilə 
müavini Niyazdan və bir neçə xəbər ötürənindən çox 
şeyi bilsə də, onların da fikirlərini eşitmək istəyirdi.  
           –Rəis, – Bəkir dedi, – üzr istəyirəm, bu it uşağı 
məhkumlar meydana çıxanda yataqxananın içərisin-
dəki  ayaqyolunda  gizlənibmiş.  Kimsənin  görməmə-
si üçün hamının başı yoxlamaya qarışan vaxtı özünü 
ikinci  mərtəbədəki  pilləkənin  sürahisinin  –  qırağın-
dan asmaq istəyib. Yaxşı ki, vaxtında görüblər. Yadı-
nızdadı də, keçən ay da özünü yandırmağa cəhd et-
mişdi. 
          –Adı  nəydi onun? Nazim?.. 
          –Xeyr, Nizamdı... 
          –Nəzarətçilər bir az da gec xəbər tutsaydılar ca-
nını  tapşıracaqdı,  –  Şamil  əlavə  etməklə  söhbətə  qa-
rışdı. 
          Qanıqara rəis onun əlavəsindən əsəbiləşdi:  
          –Günah  nəzarətçilərdədi,  niyə  sanitarın  giz-
ləndiyini  vaxtında  görməyiblər,  hara  baxıblar?  –  Şa-
mil dillənməsinə peşman oldu.  – Ötən növbədə kim 
downloaded from KitabYurdu.org


 
olub  hamısını  yığın  kabinetimə.  Hamısı  izahat  yaz-
sın... 
          Əsəbiləşmiş  rəis  cavabı  gözləmədən  dönüb 
müəssisənin idarə binasına, öz kabinetinə doğru get-
di.  
                                             *  *  *   
        Tibb məntəqəsində Nizama iynə vurulsa da, gə-
lib-gedən nəfəsindən savayı onda həyat əlaməti hiss 
olunmurdu.  Koma  vəziyyətinə  düşmüş  kimi  dərin 
yuxuya getmişdi. 
          –Nə  edək  bu  özünə  gəlsin,  –  tibb  məntəqəsin-
dəki  həkimlərdən  biri  o  birindən  soruşdu,  –  vurdu-
ğumuz  iynənin  təsiri  olmadı.  Bəlkə,  yaxşısı  təcili 
etapla mərkəzi xəstəxanaya göndərək? Öləcəksə, get-
sin orada ölsün... 
         –Tələsmə.  Bir-iki  saat  keçsin,  özünə  gələcək. 
Əgər özünə gəlməsə, onda o barədə düşünərik. 
          Nizamı  üzdəniraqlar  üçün  nəzərdə  tutulmuş 
otaqda sınıq çarpayının üzərindəki kirli döşəyə uzat-
mışdılar.  Tibb  məntəqəsində  ən  köhnə,  salxaq  çar-
payılar,  dolablar,  rəngi  getmiş  kətillər,  paralanmış 
yataq dəstləri axırncı palata sayılan otağa yığılmışdı. 
Yazılmamış  qanuna  görə  belə  də  olmalıydı:  üzdəni-
raqlar hər şeyin ən pisinə layiq idilər. 
          Nizam  ikinci  dəfə  idi  ki,  intihara  cəhd  edirdi. 
Bir ay əvvəl zonun anbarından başqasının adı ilə ba-
laca  qabda  əldə  etdiyi  salyarkanı  üstünə  töküb  özü-
downloaded from KitabYurdu.org


 
nü  yandırmağa  çalışmışdı.  Amma  sanitar  yoldaşları 
vaxtında  duyuq  düşmüş,  onu  yanmağa  qoymamış-
dılar.  Əynindəki  qalın  qış  paltarından  od  bədəninə 
keçməmişdi. Təkcə yalın ayaqları bir az yanmışdı. 
          Əməliyyat  rəisi  Bəkir  buna  görə  Nizamı  du-
binka ilə döyüb beş günlük karsa salmışdı. Sonra da 
ona  bir  də  belə  “poxu  yeməməyi”  bərk-bərk  tapşır-
mışdı.  Əlbəttə,  Bəkir  Nizamdan  niyə  özünü  yandır-
dığını  soruşmuşdu.  O  da  ağlayıb,  daha  yaşamaq  is-
təmədiyini bildirmişdi...  
          Altı ildən çox həbsdə olan Nizam özünü öldür-
mək fikrinə son üç ayda düşmüşdü. Gülbaxta gələn-
dən  sonra  buradakı  məhkumlar  arasında  həmkənd-
lisi  ilə  rastlaşandan  bəri  onda  bu  fikir  yaranmışdı: 
“Artıq  çox  keçməyəcək,  onu  tanıyan  bütün  doğma-
ları,  qohumları  da  türmədə  üzdənirağa  çevrildiyini 
biləcəkdilər. Özü də elə-belə, adi üzdəniraq yox, pas-
siv homoseksual olduğunu öyrənəcəkdilər. Axı niyə 
vaxtında  qətiyyəti  olmadı,  özü-özünə  yiyə  dura  bil-
mədi?..” 
          O, şəhərə pul qazanmaq üçün gəlmişdi. İlk ay-
lar məcburiyyət üzündən ağır işlərdə çalışdı. Gəl ki, 
bina  tikintisi,  tunel  qazıntısı  sayaq  zəhməti  çox  olan 
işlərdə işləmək heç ürəyincə deyildi. Günlərin birin-
də  rastlaşdığı  iki  həmyerlisi  ona  pullu,  rahat  bir  iş 
təklif  etdi:  sadəcə  gözətçilik.  Gecələr  “dostları”  əv-
vəlcədən  gözaltıladıqları  mənzillərdə  oğurluğa  çı-
downloaded from KitabYurdu.org

10 
 
xanda,  o,  kənardan  gözətçilik  edirdi.  İşləri  pis  get-
mirdi.  Aldığı  pulların  hesabına  az  müddətdə  əyin-
başını  təzələdi.  Haqqı  artdıqca  içkinin,  nəşənin  da-
dına  baxdı,  dostlarına  qoşulub  fahişə  ovuna  çıxdı. 
Ehtiraslanmağı çox xoşlayırdı. Etiraf etməyə çəkinsə 
də,  bəzən  ürəyindən  qız  kimi  əzizlənmək  keçirdi. 
Onun üçün fərqi yox idi, qız ya oğlan – sevilmək is-
təyirdi...  
          Lakin  başa  düşürdü  ki,  bu  oğurluq  qazancla 
uzağa  gedə  bilməz.  Yeni  vərdişlərinə  elə  aludə  ol-
muşdu  ki,  geriyə  də  yol  tapa  bilmirdi.  Qurşandığı 
oyunun sonunu gözləyirdi. 
          Son  gəldi.  Növbəti  oğurluğa  yollanan  zaman 
Allah ağıllarını neçə aldısa, əvvəlcə əyləşdikləri tak-
sini soymaq  istədilər.  Yol qırağındakı ağaclıqda ma-
şını saxladıb özləri ilə götürdükləri kapron ipi sürü-
cünün  boğazına  doladılar.  Arxada  əyləşdiyinə  görə 
iplərin ucunu sıxmağı ona tapşırdılar. Tapşırılan işin 
öhdəsindən layiqli gəlməsi üçün sürücü çapaladıqca 
düşünmədən ipi var gücü ilə sıxdı. Birdən yanındakı 
dostu üstünə qışqırdı: 
         –Boğub  öldürdün  bədbəxt  oğlunu,  bəsdi  sıx-
dın... 
          Sürücü  keçinmişdi.  Dörd  dostun  maşını  ora-
daca  ataraq  qaçıb  gizlənməkdən  başqa  yolları  qal-
mamışdı.  Bir  həftə  sonra  onların  ikisini  tutdular.  O 
biri  iki  nəfərin  törətdikləri  cinayətləri  də  üzərlərinə 
downloaded from KitabYurdu.org

11 
 
götürdülər. Hər birinə on il iş kəsdilər. Cinayət orta-
ğını  bilmədiyi  hansısa  səbəbdən  ondan  ayrı saxladı-
lar. Hökmə əsasən birinci üç ilini qapalı həbsxanada 
çəkməli  oldu.  Burada  salındığı  dördnəfərlik  kame-
rada Şirxan deyilən “zeklərdən“ – peşəkar məhkum-
lardan  birisinin  əzəl  gündən  ona  fərqli  nəzərlə  ya-
naşdığını  hiss  etmişdi.  Qırx  beş  yaşının  yarıdan  ço-
xunu həbsdə keçirən Şirxan “krıtıya” cəzaçəkmə mü-
əssisəsindən cəzalandırılıb göndərilmişdi. İçində şey-
tan  gizlənən  bu  adam  uzun  illər  ərzində  xüsusi  du-
yum  qabiliyyəti  qazanmışdı.  Kamerada  yaşadıqları 
bir neçə ay ərzində onun ehtiraslılığını, içində gizlət-
diyi biseksuallığını hiss etmişdi. Heç demə, “sən mə-
nim  kiçik  qardaşımsan”  deyə  Nizamı  hər  dəfə  əziz-
ləyib tumarlayanda öz çirkin niyyətinə hazırlaşırmış. 
Nəhayət, günlərin birində kamera yoldaşları ilə 
birgə hamamda çimərkən Şirxan yarıxoş, yarızor onu 
arxadan  qucaqlayıb  istəyinə  çatdı.  O  an  içində  nəsə 
qırılan  kimi  oldu,  nə  edəcəyini  bilmədi.  Etiraz  elə-
mək,  çapalamaq,  qışqırmaq  istəsə  də  səsi  çıxmadı. 
Çıxsa da yanındakılardan kimsə ona kömək etməyə-
cəkdi.  Qorxdu  Şirxandan,  ətrafındakıların  ona  diki-
lən canavar baxışlarından. Anladı ki, bu tək Şirxanın 
yox, o birilərinin də istəyi imiş. Sadəcə işin başlanğıcı 
Şirxanın  boynunda  imiş.  Xeyri  olmayacaqdı  atılıb 
düşməyinin.  Daha  bundan  sonra  hamı  onu  üzdəni-
raq, petux sayacaqdı... 
downloaded from KitabYurdu.org

12 
 
          Sonralar  Şirxan  əclafın  “adətkarlığını”,  ondan 
əvvəl iki cavan oğlanı da bu cür bədbəxt elədiyini bi-
ləcəkdi. 
 İki  aydan  sonra  Nizamı  başqa  kameraya  kö-
çürdülər.  Daha  bütün  həbsxana  onun  üzdəniraq  ol-
duğundan  xəbər  tutmuşdu.  Müxtəlif  kameralardan 
onun  üçün  edilən  “sifarişlərdən”  paqon  da  faydala-
nıb  öz  xeyrini  güdürdü.  Qapalı  həbsxanadakı  cəza-
sının sonunadək beləcə dörd kamera dəyişdi. 
          Gülbaxt cəzaçəkmə  müəssisəsinə göndəriləndə 
qət  etmişdi  ki,  necə  var  cinsi  passivlikdən  əl  çəksin, 
“passiv”  olmasını  gizlətsin.  Ancaq  gizlətmək  müm-
kün  olmadı.  Hər  bir  məhkumun  kim  olması  barədə 
xəbər zona az qala özündən qabaq gəlib çatırdı. Həm 
də  daha  gec  idi,  çər  dəymiş  bədəni  alışmışdı.  “Pas-
siv”liyi artmış, vərdiş olaraq onun üçün xroniki xəs-
təliyə çevrilmişdi: özü ilə heç cür bacarmırdı...  
 
O, mavi kimi nə birinci deyildi, nə də axırıncı. 
Dünyada  onun  sayaq  insanlar  minlərlə,  onminlərlə 
idi.  Onların  içərisində  nə  qədər  tanınmışları,  böyük 
vəzifəliləri də vardı. Amma məşhur və pullu olduq-
ları  üçün  çox  zaman  belələrinin  maviliyinə  göz  yu-
mulurdu. 
 
Eşitmişdi  ki,  müəssisədəki  burjuylardan  biri, 
mujiklərdənsə  bir  neçəsi  əslində  sanitarlara qatılma-
lıdı,  ancaq  həm  avtoritetlər,  həm  də  əməliyyatçılar 
downloaded from KitabYurdu.org

13 
 
üstün vurmayıb onlardan öz məqsədləri üçün yarar-
lanırdılar. 
Əgər onun da pulu və ya pullu arxası olsaydı 
Bəkir də, Niyaz da ona xüsusi hörmət edərdilər. Hət-
ta  qayğı  göstərilməsi  üçün  Məhyəddinə  çöldən 
“zənglər”  də  edilərdi.  Nə  etsin  ki,  kasıbın,  acından 
ölənin  birisi  olduğuna  görə  heç  kim  onu  adam  say-
mırdı.   
          Həmkəndlisi  ilə  zonda  rastlaşanda  isə  səksən-
di, üzdəniraqlığına görə yer ayrılsaydı yerə girməyə 
hazır idi... 
          Ürəyinə daman başına gəldi. Kəndlisinin cəzası 
çox deyildi. Cəzadan azad olan kəndlisi az keçməmiş 
onun üzdəniraq olmasını tanıdığı hər kəsə, hətta va-
lideynlərinə də çatdırmışdı. Eşitdiklərinə inanmaq is-
təməyən valideynləri xəbəri dəqiqləşdirmək üçün cə-
za yerinə, onunla görüşə gəldilər. Həqiqət olduğunu 
biləndə:  “bizim  sənin  adında  oğlumuz  yoxdur”,  – 
deyib  ondan  imtina  etdilər.  Əvvəllər  altı  aydan  bir 
yanına gəlirdilərsə, indi bu söhbətdən iki il keçməsi-
nə baxmayaraq, çöldən kimsə onu axtarmırdı.  
          Belə yaşamaq nə qədər olardı?! Ona görə də ya-
şamamağı, özünü öldürməyi qərara almışdı... 
                                              *   *   *     
          Bütün  zabit  və  nəzarətçi  heyətinə  elan  olundu 
ki,  növbə  təhvil-təslimindən  sonra  hamı  rəisin  kabi-
netinə gəlsin, iclas olacaq. Adətən rəis iclası hər həf-
downloaded from KitabYurdu.org

14 
 
tənin  başlanğıcında  edərdi.  İclasın  növbədənkənar  
olması  aydın  məsələ  idi  ki,  səhər  yoxlaması  zamanı 
baş verən özünə qəsd hadisəsi ilə bağlıydı.  
          Deyilən  vaxtda  hamı  müəssisəyə  girişlə  üzbə-
üzdə  yerləşən  idarənin  qarşısına  yığıldı.  Əməliyyat 
üzrə  müavin  ədliyyə  polkovnik-leytenantı  Kamalza-
də Niyaz  rəisin kabineti ilə üzbəüz otaqdan çıxıb so-
ruşdu: 
          –Gecikən yoxdur? 
          –Xeyr, hamı burdadır. 
          –Rəis  deyir  gəlsinlər,  –  rəisin  böyük  çilçıraqlı, 
geniş kabinetinə daxil olub, çöldəkiləri də içəri dəvət 
etdi, – gəlin arxamca... 
         –Bir az cəld olun, işimiz çoxdu, – rəis işçiləri tə-
ləsdirdi. 
          Müavin  rəisin  stolunun  sağında,  digər  əmək-
daşlar  isə  divarboyu  düzülmüş  stullara  əyləşdilər. 
Rəis stolunun sol tərəfindəki boş oturacağa tərəf ba-
xıb dedi:  
          –Bəs Səfər hardadı, işə gəlib çıxmayıb? 
          –Məhkəməyə gedəndi, hələ gəlməyib. 
          Ədliyyə mayoru Səfər Nəzərli rəisin tərbiyə iş-
ləri üzrə müavini idi. Məhkumların vaxtından əvvəl 
şərti  azadlığa  buraxılması  məsələsində  məhkəmə  ilə 
münasibətləri,  daha  doğrusu  “sövdələşmələri”  yo-
luna qoymaq işini rəis ona tapşırmışdı.  
          –Çöldə kimsə qalmadı? 
downloaded from KitabYurdu.org

15 
 
        –Xeyr, rəis, – növbətçi məruzə etdi. 
        –  Növbədənkənar  iclası  ona  görə  etdim  ki,  hər 
biriniz  biləsiniz  ki,  işinizdə  məsuliyyətinizi  artırma-
lısınız,  –  rəis  nitqinə  başladı.  –  Məsələ  məhkumun 
ölüb-ölməməyində  deyil,  sizin  xidmətə  münasibəti-
nizdədir. Bu cür hadisələrin qarşısı  əvvəlcədən alın-
malıdır.  Niyə  alınmır,  əməliyyat  hara  baxır?  Nəza-
rətçilər yoxlamadan  əvvəl niyə hər tərəfi dəqiq yox-
lamırlar? Belə məsuliyyətsizlikmi olar? Kalonun qar-
şısındakı çöldəki itləri görmüsüz, oradakı ərazini ne-
cə  diqqətdə  saxlayırlar,  yad  adam  görəndə  necə  re-
aksiya  verirlər.  Onlar  qədər  sayıqlığınız  da  yoxdur. 
İşə elə bil biyara gəlirsiz. Xidmətlə yaşamırsız. Əsl iş-
çi  xidmətlə  nəfəs  almalıdır.  Niyaz,  köhnə  növbədə 
olanların hamısından  hadisə  ilə bağlı  izahat  alarsan, 
sonra evə buraxarsan. Nəzarətçilərə tapşırırsan, bun-
dan  sonra  səhər  və  axşam  yoxlamaları  zamanı  hər 
yer ciddi yoxlanılsın, yataqxanalar qıfılla bağlanılsın. 
Qapılar hamı yoxlanıldıqdan, yoxlama bitəndən son-
ra açılsın. Aydındırmı? Dustağı qanunsuz yox, yalnız 
qanuni  yollarla  sıxmaq  lazımdır  ki,  qudurub  məh-
kumluğunu  unutmasın.  Sizin  bir  nömrəli  vəzifəniz 
məhkumları  həmişə  nəzarətdə  saxlamaq  və  nə  iləsə 
başlarını qatmaqdır. Onlar boş, baxımsız qaldılarmı, 
mütləq  beyinlərinə  axmaq  fikirlər  gələcək,  pis  hadi-
sələr  törədəcəklər,  rejim  şəraitinin  stabilliyini  poza-
caqlar. Bizə isə müəssisədə ən vacib olanı daimi gər-
downloaded from KitabYurdu.org

16 
 
ginliksiz sabitliyi qorumaqdır. İslah İdarəsindən tap-
şırılan  bəzi  mühüm  işlər  var,  mən  məcburam  yu-
banmadan  onlarla  məşğul  olam.  Niyaz,  sənə  gərək 
olacaq  işçiləri  yığ  otağına,  iclasın  ardını  orada  da-
vam  elə.  Fikrimcə  əlavə  müzakirəyə  gərək  yoxdur. 
Gedə bilərsiniz. 
          Rəisin  itləri  nümunə  göstərməyindən  narazı 
qalan  əməkdaşlar  dinmədən  yerlərindən  durub  bir-
bir Niyazın qarşıdakı otağına sarı yollandılar. Niyaz 
kabinetinin qapısını açıb elan etdi: 
         –Əməliyyat-rejim işçiləri, bir də köhnə növbə ilə 
təzə növbə gəlsinlər. Qalanlar öz işlərinə getsinlər. 
          Niyazın  otağı  rəisin  kabinetinin  dörddə  biri 
boyda idi. İş stolunun sağında və solundakı iki stul-
dan əlavə otağa altı ədəd stul sığışırdı. Çox vaxt ota-
ğa  daxil  olan  əməkdaşların  əksəriyyəti  ayaqüstə  da-
yanmalı olurdu. Rəisdən fərqli olaraq müavin uzun-
uzadı danışar, əməkdaşların ayaqüstə dinmədən qu-
laq  asmalarından,  onlara  fiziki  və  mənəvi  əzab  ver-
məyindən  həzz  alardı.  Arabir  cümləsinin  ortasında 
gözlənilmədən bir anlığa  susar, qulaq asanların diq-
qətini  yoxlayaraq  hamıya  nəzər  yetirər,  hamını  hip-
nozda  saxlamasıından  aldığı  məmnunluqla  cümləsi-
ni davam etdirərdi. 
          Bir  yerdə  çalışmalarına  baxmayaraq  hamı  bi-
lirdi  ki,  Məhyəddinlə  Niyazın  bəzi  xüsusiyyətləri 
tərs  mütənasibdi.  Rəis  kabinetdə  çox  oturmağı  sev-
downloaded from KitabYurdu.org

17 
 
məzdi,  bütün  günü  zonu  başdan-ayağa  gəzər,  işçi-
lərdən  də  durmadan  “obxod”  etməyi  tələb  edirdi. 
Yaşı  əllini  ötsə  də  uzun  boyu  və  qıvraq  görkəmi  ilə 

: front -> files -> libraries -> 2468 -> books
libraries -> Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
libraries -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
books -> N kitabın adı və müəllifi Nəşr ILI İnvertar Qiyməti


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə