Həbsxana – cəmiyyətin daha çox



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix06.09.2017
ölçüsü1,09 Mb.
#29040
1   2   3   4   5   6   7   8   9   10   11
qalan iki ildən. Beş-on günə evdəsən, gör neynərsən, 
hazırlaş. 
          Səhəri  buraxılacaq  gecəni  Ağarəhim  dirigözlü 
yola  saldı.  Şadlığından  yata  bilmədi.  Neçə  illər  idi 
evi  üçün,  balaları  üçün  burnunun  ucu  göynəyirdi. 
Yaman  darıxmışdı  azad  insan  kimi  yaşamaq  üçün. 
Həmişə  görüşə  gələndə  həsrətlə  baxdığı  üç  zəhmli, 
qalın  dəmir  qapıdan  keçib  axırıncı  dəfə  yoxlanıldı. 
Işə  gələn  müəssisənin  rəisi  polkovnik  qapıda  rastla-
şarkən barmağı ilə onu hədələyib dedi: 
          –Bax  ha,  bir  də  qayıtsan,  səni...  Yadından  çıx-
masın. 
          –Allah  eləməsin  qayıdım,  –  Ağarəhim  mızıl-
dandı. 
downloaded from KitabYurdu.org

135 
 
          Nəhayət, bu da çöl. Son qapıdan çıxdı. Üç-dörd 
addım  atmışdı,  az  qaldı  müvazinətini  itirib  yerə  yı-
xılsın. Inana bilmirdi ki, çöldədi. Ona elə gəlirdi ki, o, 
kosmosdadır, çəkisizlik şəraitindədir, havası da baş-
qadır. Hava təmiz hava idi, azadlıq havası, qoxusuz-
iysiz.  Ayaq  saxlayıb  bir  xeyli  sinədolusu  nəfəs  aldı. 
Ciyərləri  çoxdan  qəribsəmişdi  belə  havadan  ötrü. 
Özünü  quşdan  yüngül  hiss  edirdi.  Daim  onu  əzən 
daşdan ağır cəza yükündən azad olmuşdu. 
          Şəhərdə  yaşayan  bacı-qardaşıgilə  getməyə  üzü 
gəlmədi.  “Qalsın,  imkanlaşanda  gəlib  xəcalətlərin-
dən  çıxaram”,  deyə  rayona  yola  düşdü.  Evinə  tələ-
sirdi – balalarını, Gülbənizi görməyə... 
          Onun gəlişi gözlənilməz idi. Uzaqdan evin gör-
kəmi,  darvazaları  necə  qoyub  getmişdi,  elə  də  qal-
mışdılar. Heç dəyişilməmişdilər, əksinə elə bil bir az 
da  köhnəlib  “qocalmışdılar”.  Yadına  ötən  günləri 
gəldi,  anasını  xatırladı.  Həyətə  girəndə  həyətdə  oy-
nayan uşaqları onu tanımadılar. Bağça tərəfdə ağacın 
altında  nə  isə  əkən  Gülbəniz  başını  qaldırıb  salam-
kəlamsız həyətə girən “qonağa” baxdı, təəccübləndi, 
əlindəki beli atıb ona tərəf gəldi: 
          –Xoş gəlmisən. Heç inana bilmirəm. Necə oldu 
ki, səni vaxtından əvvəl buraxdılar?               
          –Amnistə düşdüm... 
Yaşlaşmışdı  Gülbəniz.  Dörd  ilə  yaxın  idi  onu 
görmürdü, nəfəsinə həsrət idi. Amma, daha gəlinlik-
downloaded from KitabYurdu.org

136 
 
dən  bir  əlamət  qalmamışdı.  Gülbənizin  ona  tərəf 
uzanan əllərindən tutdu, istədi bağrına basıb öpsün, 
kənardan  ona  yad  baxışlarla  baxan  uşaqlarından 
utandı.  Gülbənizin  gözləri  sevincdən  yaşarmışdı. 
Üzünü çöndərib uşaqları çağırdı: 
          –Yaxın  gəlin,  qorxmayın,  özgə  deyil,  atanızdı. 
Yazıqlar hardan tanısınlar?.. 
          Oğlunun  beş,  qızının  üç  yaşı  var  idi.  Bir  neçə 
gün  uşaqları  duz  kimi  yaladı,  öpüb-oxşadı.  Uşaqlar 
ona təzə-təzə isinişməyə başlayırdılar. “Ay Allah, öv-
lad  nə  qədər  şirin  olarmış”,  –  Ağarəhim  sevinirdi. 
Yəqin  anası  da  onu  belə  sevirmiş.  O  isə  anasına  fi-
kirdən-dərddən qeyri heç nə vermədi. 
          Elə  həmin  gün  anasının  qəbrini  ziyarət  etdi, 
“Yasin”  oxutdurdu.  Ötən  altı  ildə  çox  şey  dəyişmiş-
di. Xeyli hadisələr baş vermiş, çoxları qohumlardan, 
tanışlardan  rəhmətə  getmişdi,  cavanlar  böyümüşdü, 
tanımaq olmurdu. 
          Yarım  il  olardı  Topal  rəhmətə  getmişdi.  Oğlu-
nun qəzaya uğrayıb ölməsi xəbərini eşidəndə iflic ol-
muş,  aylarla  xəstəxanada  yatıb  yaxınlarını  cana  yı-
ğaraq, zarıya-zarıya dünyadan köç etmişdi.  Xəlil  şə-
hərə  köçmüşdü.  Əmirxan  təzə  maşın  almışdı.  Evə 
gələn  günün  axşamı  darvazanın  qarşısında  çəhrayı 
“Mersedes”  dayandı.  Maşından  düşən  Əmirxanın 
qollarını  açıb  ona  tərəf  gəldiyini  görcək  mat  qaldı. 
downloaded from KitabYurdu.org

137 
 
Əmirxana  kim  xəbər  vermişdi,  hardan  bildi  onun 
gəlməyini..? 
          Uşaqlar  Əmirxanı,  maşını  görcək  doğma  ada-
mını  görürmüşlər  sayaq  sevindilər.  Gülbəniz  hələ 
zonda görüşə gələndə danışmışdı Əmirxanın səxavə-
tindən, onlara tez-tez yardım etməsindən... 
          Əmirxan onu bərk-bərk qucaqladı: 
          –Xoş gəlmisən, həmişə ev-eşiyində. 
          –Heç dəyişməsisən, elə həmin Əmirxansan, bir 
az  bazburutlaşmısan,  –  Ağarəhim  gülə-gülə  əlini 
onun kürəyinə döyəclədi. 
          –Sən  də  pis  qalmamısan.  Nahaq  demirlər  ki, 
türmə adamı cavan saxlayır. 
          –Sifətini, amma, içərisinə oyannıq edir. 
          –Yəqin  çoxdan  dilinə  içki  dəyməyib.  Gəl  otur 
maşına, gedək sənin gəlməyini qeyd edək. 
          –Heç yerə getmirəm. Evə nə gəlib, oturaq evdə, 
nuşi-canlıqla çörəyimizi yeyək. 
          –Sən  Allah,  xətrimə  dəymə,  əhd  eləmişəm,  gə-
rək  diləyimə  çatam,  necə  var  səninlə  yeyib  içməli-
yəm.  Gülbənizə  nahaq  zəhmət  vermə,  evə  ayrı  vaxt 
gələrik. Gülbəniz, sən  narahat olma, iki saata yolda-
şını qaytarıb gətirəcəyəm. 
          Gülbəniz  bir  söz  demədi.  Əmirxan  onu  darta-
darta  maşına  əyləşdirib,  qəsəbənin  girəcəyində  ya-
şıllıqlar  içərisində  yerləşən  Zibanın  yeməkxanasına 
apardı. Ziba yeməkxananın böyüyü – yaşlı, dolu, kök 
downloaded from KitabYurdu.org

138 
 
arvad idi. 
          Iki saatdan çox oturdular. Olanlardan-keçənlər-
dən söhbət saldılar. Topalın goruna söydülər, növbə 
ilə  bir-birini  təriflədilər.  Əmirxana  içki  təsir  etmə-
mişdi,  amma,  Ağarəhimin  neçə  illərdi  dilinə  dəy-
mirdi deyə, bərk tutmuşdu. Evə qayıdan kimi uzanıb 
yatmalı oldu. Gecə bir neçə dəfə yuxusundan ayıldı, 
çölə  çıxıb  içdiyini  qaytarmalı  oldu.  Ürəyində  Əmir-
xanı  lənətlədi:  evində  birinci  gecənin  sevincini  də 
ona çox gördü, kaş onunla bu zəhirmarı içməyəydi... 
          Sabahısı  günü  Gülbənizin,  uşaqların  üzünə 
baxmağa  utanırdı.  Ancaq,  Əmirxan  dünən  onu  apa-
randa  nədənsə  Gülbəniz  dinmədi,  yalandan  da  olsa 
etiraz edib bir söz demədi, susub kənara çəkildi. Gül-
bənizin təkcə görkəmi deyil, xasiyyəti də dəyişmişdi. 
Hiss  edirdi  ki,  daha  onu  əvvəlki  tək  sevmir,  lakin, 
uşaqların xatirinə ailəni də dağıtmaq istəmir. 
          Keçən  altı  il  ərzində  çox  şey  dəyişmişdisə  də 
qaynanası  Narınc  elə  əvvəlki  kimi  kobud,  çərənçi 
qalmışdı. Adəti üzrə yenə onunla köntöy danışır, is-
təyirdi  Ağarəhimi  hər  sözarası  acılasın.  Evlərinə  gə-
ləndə: 
          –Qəhrəman ərin görəsən bu dəfə haranı partla-
dacaq? – Gülbənizə sual vermişdi. 
          Ağarəhim  eşidib  hirsindən  “bu  dəfə  səni  part-
ladacağam”  demək  istəmişdi,  səsini  boğub  dinmə-
mişdi.  Qaynanasının  yerli-yersiz  özünü  belə  apar-
downloaded from KitabYurdu.org

139 
 
ması  onu  özündən  asılı  olmadan  öcəşdirir,  get-gedə 
təbdən  çıxarırdı.  Bu  da  evdə  Gülbənizlə  münasibə-
tində gün-gündən söz-söhbətə, qanıqaraçılığa, dava-
dalaşa gətirib çıxarırdı. Zondakı vərdişi üzrə hər qa-
nı qaralandan sonra, dərdini unutdurmaq üçün çarə 
axtarırdı. Üz tuturdu Zibanın yeməkxanasına – araq 
vurmağa. 
          Əmirxanın köməkliyi ilə əvvəlki yerində balaca 
bir köşk açmışdı. Gündüzlər başı işlə qarışır, axşam-
lar  evə  qayıdıb  Gülbənizin  boz  sifətini  görəndə  onu 
fikir aparırdı. Başa düşürdü ki, yenə qaynanası qızı-
na  “dərs”  keçib.  Bilmirdi  nə  etsin?..  Nəyə  görə  Na-
rınc  ona  imkan  vermirdi  ki,  öz  ailəsi  ilə  yola  getsin, 
balaları ilə birgə xoşbəxt yaşasın? Məgər buna haqqı 
çatmır? Altı  il barakın ağır havasını  udub,  Allahdan 
öz evində, çarpayısında yatmağı, uşaqlarının mışıltı-
larını  dinləməyi  diləmişdi.  Allah  onu  arzusuna  çat-
dırmışdı, amma, bəndə – Narınc koramal kimi, araya 
girib könül bulandırırdı. Nə etməli? Harasa köçməyə 
hələ  gücü  çatmazdı.  Qaynanasının  onlara,  Gülbəni-
zin də anasının yanına getməyi qadağan edə bilmir-
di. Söz düşəndə Gülbəniz israrla anasının tərəfini tu-
turdu, Ağarəhimə isə keçmişdəki rəgbəti azalmışdı. 
          O, özü də Gülbənizi heç cürə ata bilməzdi, ba-
laca  balalarına  görə.  Fikirləşməkdən  başı  ağrıyırdı. 
Neynəsin?  Bir  ürəyinə  yaxın  adamı  da  yox  idi,  dər-
dini  söyləsin,  kömək  istəsin.  Qohuma,  dost-tanışa 
downloaded from KitabYurdu.org

140 
 
danışmağa  eybi  gəlirdi.  Bacısı,  qardaşı  şəhərdə  öz 
dərdi-sərində. Onların da yanına getməyə üzündə üz 
qoymamışdı.  Belə  vaxtda  anası  yadına  düşürdü. 
“Hardasan, ay ana, – gözləri dolurdu, – sən ölməsəy-
din, qalsaydın, kömək olardın. Narınc gəlib evində at 
çapmazdı.  Eh,  doğru deyiblər  –  anasına  bax,  qızı  al. 
Mən axmaq yenilik yaratmaq istədim”... 
          Gücü  yalnız  arağa  çatırdı.  Hər  gün  işdən  evə 
kefli  gəlirdi.  Zibanın  yeməkxanasının  daimi  müştə-
risinə çevrilmişdi. Ziba özü də hiss edirdi ki, Ağarə-
him kefdən deyil, dərddən içir. Ürəyində ona yazığı 
gəlirdi. Bir dəfə ona az içməyi, ağlını başına yığmağı 
da məsləhət bilmişdi:  
          –Bala, yazıqsan bu qədər içmə! O zəhirmardan 
hələ xeyir tapan olmayıb... 
          Evə gələndə Gülbəniz onu  sancmasaydı, uşaq-
ları oxşayar, sonra da səhərədək başına atıb yatardı 
          Evdə  ürəkağrıdıcı  bir  umu-küsü  yaranmışdı. 
Təzəlikiə isinişən uşaqlar ona yenə pis nəzərlə baxır, 
özgələşirdilər.  Ağarəhim  günbəgündən  usanırdı,  iy-
rənirdi belə yaşamaqdan. Tam yəqin etmişdi ki, belə 
çox  çəkə  bilməz:  ya  özünü  öldürməli,  ya  da  əlindən 
xəta törədib təzədən türməyə qayıtmalıdır. 
          Günlərin  birində  axşamtərəfi  yenə  sərxoş  və-
ziyyətdə  evə  gəldi.  Evdə  heç  kəs  yox  idi.  Bir  istədi 
adəti üzrə evə girib öz yerində uzanıb yatsın. “Görə-
sən hara gediblər?” – düşündü. Ürəyinə şeytan girdi, 
downloaded from KitabYurdu.org

141 
 
onu yatmaqdan daşındırdı: “Yəqin uşaqları da götü-
rüb anasıgilə “dərs almağa” gedib”. Anası tək oldu-
ğundan Gülbəniz arabir uşaqları da götürüb ora ge-
dərdi. 
          Darvazanı  hirslə  çırpıb,  qonşu  məhəllədə  olan 
qaynanasıgilə  getdi.  Həyətə  girib  Gülbənizi  çağırdı. 
Səsinə Narınc evin astanasına çıxdı: 
          –Nədi,  yenə  içib  şirə  dönmüsən,  nəriltin  götü-
rüb  aləmi.  Gülbəniz  bura  gəlməyib.  Yoxdu  bizdə 
Gülbəniz. Bir səhv idi elədik, onu sənə verdik. 
          Ağarəhim inanmadı: 
          –Yalan deyirsən, burdadırlar, gizlətmisən evin-
də Gülbənizi də, uşaqlarımı da. Bilirəm, çoxdan eşit-
mişəm, ayırmaq istəyirsən məni onlardan. Plan cızır-
san,  gündə  qızının  qulağını  doldurub,  ağlını  alıb 
məndən soyudursan. Ailəmi dağıtmaq istəyirsən? 
          –Kül Gülbənizin başına ki, sənin kimi ailəsi, əri 
var. Itil, cəhənnəm ol xarabana. 
          –Gülbənizi ver, uşaqlarımı ver... 
          –Yoxdur burda, haramdı sənə onlar. 
           Narınc çığıra-çığıra üstünə gəlir, onu həyətdən 
qovmaq  istəyirdi.  Ağarəhimə  üzbəüz  iki  addım  qal-
mış dayandı, var gücüylə bağırdı: 
          –Dedim  sənə  yoxdur,  çıx  cəhənnəm  ol  həyət-
dən...  
           Ağarəhim  hirsindən  boğulurdu.  Narınc  onun 
bütün səadətini əlindən alan bədheybət əjdahaya ox-
downloaded from KitabYurdu.org

142 
 
şayırdı nəzərində. O, bu əjdahanı məhv eləmək, səa-
dətini onun əlindən qurtarmaq istəyirdi: 
          –Ver Gülbənizi, uşaqlarımı ver... 
          Birdən  gözünə  yaxınlıqdakı  divarın  küncünə 
atılmış  balta  sataşdı.  Qanı  qaynadı,  göz  qırpımında 
baltanı  əlinə  alıb,  Narıncın  üstünə  şığıdı.  Narıncın 
dəhşət dolu səsinin çıxmağı  ilə həyətə uzanmağı bir 
an oldu. Baltanın arxası zərblə onun alnına dəyib pa-
ralamışdı.  Qan  görcək  Ağarəhim  ayılan  kimi  oldu. 
Artıq gec idi, olan olmuşdu.  Baltanı öz yerinə tulla-
yıb  həyətdən  çıxdı.  Qapıdan  çıxması  ilə  qonşu  ar-
vadlar hay-küylə həyətə doluşdular. 
          Ağarəhim bilmirdi hara getsin?.. Daha bu gecə 
gecələməyə onun heç bir evdə, hətta darvazasını çır-
pıb gəldiyi öz evində belə yeri yox idi. Qisməti polis 
şöbəsində gecələmək imiş. Odur ki, öz ayağı ilə polis 
şöbəsinə gedib, elədiyi cinayəti etiraf etdi. 
          Qonşular  Narıncı  tələm-tələsik  xəstəxanaya 
aparsalar da o, yolda keçinmişdi.  Həqiqətən, Gülbə-
niz anasıgildə olmayıbmış, öz rəfiqəsigilə gedibmiş. 
          Etdiyi cinayətə görə on üç il cəza təyin etdilər. 
Birillik azadlıqdan sonra, ona üçüncü dəfə iş kəsildi. 
Yenidən konvoy maşınına mindirib, azadlığa burax-
mış əvvəlki zona – ciddi rejimli düşərgəyə qaytardı-
lar. Elə bil, buradan bir il deyil, dünən çıxmışdı. Ha-
mı onu tanıyırdı. Zabitlər: “Oho, xoş gəlmisən, dözə 
downloaded from KitabYurdu.org

143 
 
bilmədin bayırda? Axır ki, vətənə qayıtdın”, deyərək 
gülümsəyirdilər.  
          Yatabı  qəbul  edən  rəis  onu  görəndə  hirsindən 
daha da coşdu: 
          –Vicdansızın biri, sənə demədim bir də burala-
ra qayıtma... 
          Qulağının  dibində  sanki,  bomba  partladı,  göz-
lərində  qığılcımlar  oynadı.  Açılan  şillənin  zərbinə 
dözə  bilməyən  Ağarəhim  səndələyib  üzü  üstə  yerə 
sərildi. 
          –Əclaf,  havayı  ətin  şorbası  olmur,  eləmi?  Hö-
kumətin  amnistinin  qiymətini  hardan  qanasan,  pul 
verib azadlığa çıxsaydın qədrini bilərdin, qeyrətsiz... 
          Rəis  söyüşlərinə  ara  verəmyib  təpiklərini  işə 
saldı.  Hirsini  ən  çox  sevdiyi  üsulla  –  kürəyinə  çıxıb 
tapdalamaqla  soyutmaq  istəyirdi.  Birdən  üz-gözünü 
yığaraq fikrindən daşınıb kənara çəkildi: 
          –Bu  oğraş  havanı  korladı,  deyəsən,  –  ətrafdakı 
nəzarətçilərə işarə etdi, – çırpın! 
          Söz  rəisiin  ağzından  çıxmışdı  təpik  yağışı  baş-
ladı.  Sifətini  təpiklərdən  qorumaq  üçün  başını  yerə 
soxurmuş kimi əlləri ilə üzünü örtdü. O, bu an yerə 
girməyə, ölməyə razı idi. Nə vurulan təpiklərdən, nə 
də  rəisiin  söyüşlərindən  incimirdi,  öz  payını  alırdı. 
Hamısı haqqına idi, çöldə yaşamağı bacarmamışdı. 
          Ağarəhimi rəisin otağından xərəkdə çıxartdılar. 
Bir aya özünə gəldi. Barakda ilk günlər köhnə tanış-
downloaded from KitabYurdu.org

144 
 
lar onu hörmətlə qarşılayıb kutoklarına aparsalar da, 
aylar, illər ötdükcə yanına kimsənin gəlmədiyini gö-
rüb  ona  qarşı  olan  münasibətlərini  yavaş-yavaş  də-
yişdirdilər.  Əvvəl  onu  başqa  kupeyə  köçürüb  özlə-
rindən  uzaqlaşdırdılar.  Günlərin  birində  isə  aşağı 
çarpayıdakı  yerini  baraka  təzə  gələn  imkanlı  məh-
kuma  verib  onu  yüngül  ayaq  təki  yuxarı  mərtəbəyə 
qalxmağa məcbur etdilər. Cəza çəkdiyi uzun illər ər-
zində hələ bir dəfə də olsun o, ikinci mərtəbədə yat-
mamışdı. Indi onu acından ölənin birisi hesab etdik-
lərindən  artıq  nə  yaşına,  nə  də  həbsxana  “staj”ına 
hörmət  qoyan  yox  idi.  Təzə-təzə  yuxarı  mərtəbəyə 
vərdiş  etmədiyindən  iki-üç  dəfə  yuxulu-yuxulu  yu-
varlanıb  döşəməyə  yıxılaraq  qol-qabırğasını  əzmiş-
di. Sonralar, ikinci mərtəbəyə yıxılmadan qalxıb-düş-
məyə, yatmağa alışdı. Kupedə heç kim onunla çörək 
kəsmədiyi  üçün  və  zəhlətökən  öskürəyi  ilə  hamını 
bezdirdiyinə  görə  ona  zillənən  baxışları  görməmək 
naminə  bütün  gününü  həyətdə  keçirər,  baraka  an-
caq, yatmaqdan-yatmağa gələrdi. Özünə qalsaydı ba-
raka yatmağa da getməzdi.  Bir gecə gözdən  yayınıb 
həyətdə diqqətdənkənar skamyaların birində yatmaq 
istəmişdi.  Təzəcə  gözünü  yummaq  istəyirdi,  başının 
üstünü alan nəzarətçi onu təpikləyərək durğuzub ba-
raka getməyə məcbur etdi. 
          Neçə illər idi ev xörəyinə tamarzı olduğu sayaq 
isti  paltara  da  həsrət  qalmışdı.  Əynindəki  paltarlar 
downloaded from KitabYurdu.org

145 
 
köhnəlib  tökülüb-itdiyindən  azadlığa  çıxanların  ba-
ğışladığı  paltarları  geyinməyə  məcbur  olurdu.  Ötən 
qış  ayaqqabıları  dəlmədeşik  olduğuna  görə  daim 
palçığın, qar suyunun içində qalan ayaqlarında çoxlu 
çatlar yaranmışdı. Qışı dəstə rəisinin yazığı gəlib ver-
diyi köhnə ayaqqabılarda keçirmişdi. 
          Soyuqlar  düşəndən  öskürəyi  ara  vermədi.  Hə-
rarəti  qalxır,  gah  da  canına  üşütmə  düşüb  halsızla-
şırdı. Bərk soyuqladığını zənn edirdi. Yaz gəlib istilər 
başlayanda sevindi, tezliklə sağalacağını güman etdi. 
Amma,  istilərin xeyri  olmadı. Yüngül babatlaşsa da, 
canındakı ağrıları azalmadı. Bədəninin daxilində ge-
dən  mübarizədə  xəstəlik  təslim  olmaq  istəmirdi.  Bir 
yaz səhəri sinəsini boğan öskürəkdən yerə düşən qır-
mızımtıl  nöqtələrin  qan  olduğunu  görəndə  vərəmə 
tutulduğunu başa düşdü. 
          Elə  həmin  gün  təlaşla  sançasta  –  həkimin  qə-
buluna gedib vərəmə yoluxmasını bildirdi, sağalması 
üçün  kömək  istədi.  Həkim,  onu  başdan-ayağa  la-
qeydcəsinə süzdü: 
          –Bilirsən zonda sənin kimi neçə yüz xəstə var? 
Mən  sənə  nə  kömək  edim?  Indi  gərək  sən  güclü  qi-
dalanasan  və  müalicə  ediləsən.  Gəl  günü  sabahdan 
müalicəyə  başlayaq,  de  görüm  dərmanları  kim  ala-
caq? 
          –Həkim, yanıma illərlə gələnim olmur. Dərman 
almağa  da  heç  imkanım  yoxdur,  onda  bəs,  mən  nə 
downloaded from KitabYurdu.org

146 
 
edim? 
          –Bax, əsas məsələ də budur. Məndə də o vacib, 
güclü dərmanlardan yoxdur... 
          –Başına  dönüm  həkim,  dərmanın  hansından 
varsa ver, bəlkə, az da olsa xeyri olar. 
          Həkim ona bir neçə adi həb verib başdansovdu 
yola saldı. 
          Demək, o, sağalmayacaqdı. Bu minvalla cəzası-
nı  axıradək  çəkib  qurtara  bilməyəcəkdi.  Onu  vərə-
min əlindən yalnız ölüm qurtaracaqdı. 
          Güclü qidanı hardan əldə etsin, kimdən istəsin? 
Kimin  ərzağından  oğurluq  etsə,  gec-tez  üstü  açılıb 
onu “krısa” kimi lənətləyəcəkdilər. 
          O,  nə  “paqona”,  nə  də  cinayət  aləminə  lazım 
idi.  Vaxtilə  onu  bir  neçə  dəfə  kabinetlərinə  çağırıb 
söhbət  edən  əməliyyatçılar  öz  tərəflərinə  çəkmək  is-
təmişdilər. Onun üçün müəyyən xoş şərait, gizli im-
tiyazlar  vəd  olunsa  da  sadə  məlumat  daşıyıcısı  ol-
maqdan  da  boyun  qaçırmışdı.  Çünki,  onlara  etibar 
etmirdi.  Bir  gün  atılacağından,  məlum  olarsa,  məh-
kumlar  arasında  xəbər  ötürən  kimi  biabır  olunaca-
ğından  ehtiyatlanmışdı.  O,  buqələmun  olmağı  ba-
carmırdı.  Həmişə  özünü  cinayətkar  saymayıb  cina-
yət  dünyasından  da  kənar  gəzərdi.  Etdiklərinin  ci-
nayət deyil, tale yazısı hesab edirdi. Yaxşı günlərində 
daim məxfi ziddiyyətli bu qüvvələrin heç birisinə ya-
xınlaşmadığına  görə,  pis  günündə  də  gərəksizləşib 
downloaded from KitabYurdu.org

147 
 
ortalıqda  qalaraq  var  ikən  yoxa  dönmüşdü.  Yiyəsiz, 
kimsəsiz, çöldən, ya içəridən gəliri, mənfəəti, faydası 
olmayan məhkum heç kimi maraqlandırmırdı. 
          Nə olaydı, hökumət yenə amnist verəydi, – ar-
zulayırdı  Ağarəhim.  Görən  tale  üzünə  gülüb  bir  də 
amnist qismət etsəydi, onu azadlığa buraxardılarmı? 
          Ürəyindəki  bu  son  ümid  işığını  közərtmək 
üçün  bir  gün  o,  zampalitin  –  rəisin  siyasi  işlər  üzrə 
müavininin qəbulunua getdi. Mayor Ağarəhimi din-
ləyib gülümsədi: 
          –Ağarəhim,  amnist  çıxsa  da  sənə  aid  olmaya-
caq.  Bilirsən  niyə?  Sənin  özündən  xəbərin  var?  Sən 
axırıncı  “qəhrəmanlığından”  sonra  residivist  hesab 
olunursan. Yəni, xüsusi təhlükəli cinayətkar. Otuz il-
dir  işləyirəm  hələ  görməmişəm  residivist  aministə 
düşə. Sənə aministi təkcə Allah verə bilər. 
          Xəbərsiz olduğu residivist “titulu”ndan özü də 
heyrətlənmişdi. Hələ  orta məktəb illərində  oxuduğu 
kitablardan,  gördüyü  filmlərdən  qatı  cani,  qorxulu 
insan  hesab  etdiyi  residivist  sözü  indi  ona  aid  olu-
nurdu. Dünyanın işinə bax, heç demə ondan da resi-
divist olarmış... 
           Zampalitlə  söhbət  etdiyi  gündən  nə  vaxtsa 
azadlığı,  balalarını  görəcəyinə  Ağarəhimin  ümidi  it-
mişdi.  Qalan  cəza  dövrünü  sonadək  yaşamağa  gü-
man ki, vərəm imkan verməyəcəkdi. Vərəmə tutulub 
iki-üç  ildən  artıq  yaşaya  bilməyən  məhkum  yoldaş-
downloaded from KitabYurdu.org

148 
 
larının növbə ilə xəstəxanaya gedib qayıtmaması ona 
belə qəti qənaətə gəlməsinə əsas verirdi. 
          Bəzən  gecələr  gözünə  yuxu  getməyib  darıxdı-
ğından uşaqları üçün burnunun ucu göynəyəndə sə-
sini içinə alıb öskürəyinin səsini boğduğu balışa göz 
yaşlarını axıdardı. Narıncı öldürdüyünə görə Gülbə-
niz də, uşaqları da onu həmişəlik atmışdılar. Ürəyin-
də  Narınca,  dönük  taleyinə  lənətlər  yağdırmaqdan 
başqa  əlacı  qalmamışdı.  O,  balalarına  atalıq  edə  bil-
mədi,  böyüdüb  boya-başa  çatdırmadı.  Vaxt  gələcək, 
onlar  böyüyüb  hərəsi  bir  ailə  olacaqdı,  amma,  onu 
həmişə nifrətlə xatırlayacaq, adını hətta çəkmək belə 
istəməyəcəkdilər. 
          Atalığı  Əmirxan  etdi. Narıncı öldürəndən son-
ra  Gülbənizin  Əmirxanla  münasibətləriinn  daha  da 
“istiləşdiyini”  eşitmişdi.  Əvvəlcə  bir  müddət  hirslə-
nib  özünə  yer  tapmasa  da,  “yeməyənin  malının  ye-
yərlər”  məsəlini  xatırlayıb  sakitləşmişdi.  Günah 
onun  özündə  idi.  Vaxtında  özü  kişi  olsaydı,  Gülbə-
nizin də başqasına ehtiyacı yaranmazdı. Ailəsinə yi-
yəlik edib, namusunu qoruyardı... 
          –Ey, dur, bəsdi yatdın, – iki nəzarətçi hovuzun 
kənarında daş plitənin üstündə uzanmış Ağarəhimin 
başının  üstünü  kəsdirmişdi.  Onlardan  biri  əlindəki 
rezin dəyənəyi ilə onu tərpədib ayıltmaq istəyirdi.  
          –Elə  bil  evində,  isti  yorğan-döşəkdə  yatıb.  Ol-
maya hallanıb? Dayan bir bunun üst-başın yoxlayım. 
downloaded from KitabYurdu.org

149 
 
          O biri nəzarətçi istehza ilə güldü: 
          –Sən də adam tapdın ilişməyə. Görmürsən cın-
dırından cin hürkür? Acından ölənin birisidir. Onda 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin