dan çıxıb aralı qalmışdı. Çıxdım ki, şüşəni kip bağla-
yım. Havada meh var, işdən çıxanadək maşının içə-
risinə qumlu toz dolmasın.
–Demək, heç nə götürməmisiz. Zəhmət olma-
sa, ciblərinizdə nə var, çıxarıın qoyun stolun üstü-
nə...
Orxan heyrətləndi:
–Başa düşmədim, nəyə görə?
Bəkir təmkinini pozmadı:
–Çıxarın, deyəcəyəm...
–Yaxşı, – o, ciblərindəki vəsiqəni, otağın, avto-
mobilinin açarlarını, qəpikləri və bir xeyli pulu sto-
lun üstünə tökdü. – Pulu qohumumdan borc götür-
müşəm, axşam evə gedəndə maşının statorunu dü-
zəltdirəcəyəm. Birdən fikirləşərsiz ki, burda qazan-
mışam, dəstə rəisi kimdir çox pul da qazana....
–Başlama ağlamağa, – Niyaz dilləndi.
–Bir xasiyyətnamə yazmağımız var, ona da
dustağın gətirtdiyi pulun bir faizini verirsiniz. O biri
kalonlardan üç dəfə az...
–Bizi pul maraqlandırmır. Başqa nəyin var? –
Bəkir gözlədiyini görməyib darıxdı. – Ayaqqabıları-
nı, naskilərini də çıxar.
downloaded from KitabYurdu.org
47
Orxan axtarışın səbəbini indi tam anladı. Əsə-
bindən üzünün rəngi qızardı, acıqla ayaqqabılarını,
corablarını çıxardı:
–Siz məndə nəşə axtarırsız, eləmi? İstəyirsiz alt
paltarlarımı da çıxarıb lütlənim?
Onun inamla kəmərini boşaldıb, düymələrini
açıb şalvarını əynindən çıxarmaq istəyini görəndə
Niyazda axtarışın mənasız olması qənaəti yarandı:
–Gərək deyil, çıxarmayın, qalsın...
Bəkiri axtardığını tapmaması pərt etmişdi.
–Bəkir müəllim, bu nə deməkdir, məni başa sa-
lın, – Orxan hücuma keçdi, – siz məni təhqir edirsiz.
Mən bunu belə qoymayacayam. BÖYÜKLƏRƏ siz-
dən şikayət edəcəyəm. Məgər mən axtarışa layi-
qəm? Birdən-ikidən nə vaxtsa zona nəşə gətirmişəm
ki, belə edirsiz?..
–Dayan, saxla, zilə çıxma, – Bəkir onun “çıxışı-
nı” kəsdi, – Orxan, sən bu zona bir yox, bir neçə də-
fə nəşə daşımısan. İstəyirsən, kimə satmısan çağırım
üzünə dursun? Ancaq ki, üzünə durulandan sonra,
səninlə sağollaşmalı olacayıq. Razısan? – Orxan din-
mədi. – Düzdü, indi üstündə çıxmadı, amma, al boy-
nuna ki, gətirmisən. Sənə Niyaz müəllimin yanında
birinci və axırıncı xəbərdarlığımı edirəm. Bir də eşit-
səm ki, nə isə gətirmisən, səni mütləq Fuadın günü-
nə salacayıq...
downloaded from KitabYurdu.org
48
Ötən payız nəzarətçi Fuadı da Bəkir hədələ-
mişdi. Özü də narkotika istifadəçisi olan nəzarətçi
onun hədəsinə əhəmiyyət verməyib yerlilərinə nəşə
ötürməkdə davam etmişdi. Saymazlığı görəndə mə-
sələni birdəfəlik həll etmək məqsədi ilə nəzarətçinin
narkotikaya meyilliliyini mərkəzə məruzə edilərək,
üzərində tibbi müayinə aparılması xahiş olunur. Fu-
adı çağırıb müayinədən keçirirlər, qan analizində
narkotikanın varlığı təsdiqlənir. Və xidmətdən azad
edilir...
Orxan Fuad qədər istifadə etməsə də, ayda iki-
üç dəfə nəşənin dadına baxırdı. Fuadın adını çək-
məklə Bəkir bundan xəbəri olduğuna işarə vururdu.
Əgər onu da yoxlayarlarsa, qanı naxələflik edərdimi
görəsən?! Orxanı qorxudan təkcə müayinə söhbəti
idi, yoxsa üzünə duran dustaq və ya kim olur olsun,
ona heç nə sübut edə bilməzdilər.
Mütəəssirlənmiş Orxan kürəyi yerə toxunsa da
məğlubiyyəti ilə barışmaq istəməyən güləşçilər sa-
yaq manevr etmək üçün söz axtarırdı:
–Bəkir müəllim, bir dəqiqə, yox e, elə deyil.
Mən bayıra maşının pəncərəsini örtmək üçün çıxmış-
dım...
Niyaz yekunlaşdırdı:
–Yaxşı, get, xəbərdarlıqdan nəticə çıxar.
Orxan kabineti tərk etdikdən sonra Niyaz Bə-
kirə dedi:
downloaded from KitabYurdu.org
49
–Olur, bəzən belə də olur, məlumat düz çıxmır.
Buna görə əsəbiləşməyinə dəyməz.
Bəkir dinməyib təəccübünü bildirən baxışlarla
otaqdan çıxdı. Axı, bu xəbəri çatdıran məhkum ona
heç vaxt qeyri-dəqiq məlumat verməmişdi. Bəlkə,
Orxan Niyazın kabinetinə gələnədək işçisi əməliy-
yatçı Tofiqin qılığına girib götürdüyünü ona ötürüb!
Ola da bilər, – Bəkir düşünmüşdü, – çünki, Tofiqin
onun “alverindən” xəbəri olmaya bilməzdi və çox-
dandı aldığı “əlavənin” artırılmasını umurdu...
* * *
Növbəti iclas günü idarənin girişi qarşısında
yığışan zabitlər və nəzarətçilər rəisin tərbiyə işləri
üzrə müavini ədliyyə mayoru Səfər Nəzərlinin aşıb-
daşan qəzəbinə tuş gəlmişdilər:
–Hansısa mədəniyyətsiz, evlərində tualet gör-
məyən, kol dibində oturmağa vərdiş olanın birisi
müəssisə idarəsinin ayaqyoluna gedib, arxasınca su
tökməyib. Beləsinə dərs olmaq üçün mən ayaqyolu-
nu bağladaram, qoy canları çıxsın, getsinlər məh-
kumların tualetinə, ya da müəssisənin çölündəki kol-
luqlara...
Bu hal birinci dəfə olmadığından məsələ aydın
idi: yenə kimsə ardınca su tökməyi sanitarın borcu
hesab etdiyindən oturduğu yerin təmizliyinin qey-
dinə qalmayıb. Çox güman ki, sanitar Ayaz da bilə-
rəkdən Səfərin yolu düşənədək (o, kimin günün han-
downloaded from KitabYurdu.org
50
sı vaxtlarında çölə çıxmasını təqribi bilirdi) təmizlə-
məmiş, natəmizliyin səbəbkarını ona açıqlamışdı. Sə-
fər də bir nəfərin adını çəkməyib acığını hay-harayla
kollektivdən çıxmaq istəyirdi.
Rəis vacib iş dalınca şəhərə getdiyinə görə iclas
üçün Niyazın kabinetinə yığışdılar. Dar, balaca kabi-
netdə səkkiz stulda – əsasən şöbə rəisləri oturduqdan
sonra qalan əməkdaşlar yer olmadığından yenə
ayaqüstə dayanıb Niyazın uzun-uzadı, özündən razı
moizəsini dinlədilər. Hirsi boşalmayan Səfər çıxış
üçün söz aldı:
–Niyaz müəllim, mən rəisə də deyəcəyəm, ica-
zə verin idarənin ayaqyolusunun qapısına qıfıl bağ-
layaq. Ayaqyolunda oturuşunu bilməyənlər qoy zəh-
mət çəkib özlərinə münasib yerə getsinlər...
–Yox, Səfər müəllim, qıfıl asmaqla iş aşmaz. Ba-
şa salmaq, qandırmaq lazımdır. Siz təkcə məhkum-
ların yox, əməkdaşların şəxsi heyət üzvlərinin də tər-
biyəsinin təşkili işinə cavabdehsiniz. İnsan var, gö-
rürsən əlli yaşı var, amma tərbiyəsində çatışmamaz-
lıqlar var. İşçilərə siz intizam, məsuliyyət hisslərini
aşılamalısız. Elə birinci dəstə rəislərindən başlamaq
lazımdır. Zəifdilər, fəal deyillər, vəzifələrini layi-
qincə yerinə yetirmirlər. Mən görmədim ki, nə vaxtsa
məhkumlar barədə bir operativ məlumat çatdırsın-
lar, əməliyyatın işinə yarasınlar.
downloaded from KitabYurdu.org
51
Səfər başqa vaxt olsaydı Niyazın onun sahəsinə
aid işçiləri pisləməsinə imkan verməzdi. Ancaq, indi
çox əsəbiləşdiyindən Niyaza qoşulub dəstə rəisləri-
nin qarasına deyindi:
–Düz buyurursunuz, Niyaz müəllim, yeddi
dəstə rəisidir, bu insanların heç birində bir təşəbbüs-
karlıq, işə can yandırma yoxdur. Təzə ay on gündü
başlayıb, hələ aylıq planların hamısı yazılmayıb. Pro-
tokollar, şəxsi dəftərlər, mühazirələr, divar qəzetləri,
hansını deyim, heç biri sonadək hazır deyil. Gərək
mən bircə-bircə deyəm, məcbur edəm bunlar da ye-
rinə yetirə. Görmədim kimsə gələ deyə ki, filan mə-
dəni-kütləvi tədbiri keçirirəm. Hələ gözləyirlər ki,
mən bunların əvəzinə edəm...
–Edəndə də gərək neçə adamdan icazə ala-
san, – Orxan ayaqüstə dayananların içindən söz atdı.
–Əlbəttə, bəs necə, – Səfər onun danışmasına
imkan vermədi, – icazə alınmasa, hərə istədiyini etsə
özbaşınalıq olar ki...
–Niyaz müəllim, icazə verirsinizsə, yeri gəl-
mişkən dəstə rəisləri ilə bağlı mən də bir iradımı bil-
dirmək istəyirəm, – Bəkir də dilləndi.
–Buyurun, deyin.
–Dəfələrlə deyilib ki, müəssisənin içinə mobil
telefon gətirmək olmaz. Qanunla qadağandır. Belə
hal cinayət məsuliyyəti yaradır. Cib telefonlarınızı
qapıda, nəzarət buraxılış məntəqəsindəki kiçik qu-
downloaded from KitabYurdu.org
52
tulara qoymalısız. İstəsəniz bir balaca qıfıl da alın,
qoyun qutuya bağlayın ağzını, sonra keçin içəri. Da-
ha üstünüzdə içəri daşımayın. Ötən ay iki dəfə dəstə
rəislərindən yaşayış sahəsinə telefon gətirən görmü-
şəm. Guya qapıdan keçəndə qutuya qoymağı unu-
dublar. Qapıdakı əsgərlərə də tapşırmışam nəzarəti
artırsınlar. Xəbərdarlıq edirəm, üçüncü dəfə bu hal
baş verərsə bağışlamayacağam. Kimliyindən asılı ol-
mayaraq həmin işçi sərt cəzalanacaq...
–Haqlısınız, – Səfər Bəkirin dediklərini dəstək-
lədi, – o iki dəfəni Bəkir müəllim mənə görə bağışla-
dı, – aşağılayıcı nəzərlərlə dəstə rəislərini süzdü.
“İnsan var, görürsən əlli yaşı var, amma tərbi-
yəsində çatışmamazlıqlar var”, – Niyaz bu sözləri
deyərkən ürəyində başqasını yox, Səfəri nəzərdə tu-
turdu. Çünki onun nəzərində Səfər tərbiyə işinin təş-
kilinə rəhbərlik vəzifəsində işləsə də ən böyük tərbi-
yəsizin biri idi. Bu adama istər öz işçiləri, istərsə də
məhkumlar tərəfindən qətiyyən rəğbət duyulmurdu.
Gün ərzində dəfələrlə məhkumların üstünə qışqırar,
işçilərə səsini ucaldar, saysız-hesabsız yalanlar danı-
şar, söyüş söyməkdən yorulmazdı. Onun tərbiyə iş-
çisi kimi digər sahə əməkdaşlarından fərqləndirici
müsbət bir xüsusiyyəti yox idi. O, daha çox rejim iş-
çisi olmağa layiq idi.
Niyaz səlahiyyət və gəlir baxımından üstün ol-
duğu üçün Səfərin ona paxıllıq etdiyini bilirdi. Dəfə-
downloaded from KitabYurdu.org
53
lərlə Səfərin kabinetinin qarşısından xəbərsiz keçər-
kən aralı qalmış qapıdan arxasınca danışdığını, sö-
yüşünü eşitmişdi. Lakin Səfərin onu görən kimi sifə-
tinə gülüş yayılması, mehribanlaşması eşitdiklərini
əhəmiyyətsizləşdirmişdi. Bununla belə, ürəyində Sə-
fərdən zəhləsi gedirdi...
Son vaxtlar müəssisəyə gəlib-gedən yoxlama-
ların, qonaqların, mərkəzdən əsassız bəhanələrlə si-
fariş edilən ödəmələrin çoxalması, həm də iqtisadi
infilyasiya nəticəsində bütün əmtəə qiymətlərinin
yüksəlməsi Məhyəddinin nəfəsini daraltmışdı: “Niyə
biz öz haqlarımızın qiymətini artırmayaq, – Niyaza
sual etmişdi, – biz də qiymətlərə əl gəzdirməliyik...”
Niyaz bu tapşırıqdan sonra Səfəri, Bəkiri, Şa-
mili çağırıb söhbət etmiş, məhkumlardan alınan haq-
ların – görüşdən başlamış dərzi, çəkməçi, bərbər,
cayxana, telefon otağı, camaşırxana, hamamadək bü-
tün “toçkaların” yeni qiymətlərini Məhyəddinin
adından nəzərlərinə çatdırmışdı. Ən çox söhbəti isə
Bəkirlə oldu:
–Avtoritetlərin böyüyünü, o saqqallısı var ha,
onu çağır yanına, vəziyyəti izah elə. Deynə yuxarı-
dan “taksı” artırıblar. Mən istəmirəm onlarla aranı
açam, pərdəni götürəm. Amma mənim adımdan eşit-
dir ki, onlar üçün istədikləri şəraiti yaratmışıq, bəzi
işlərinə də göz yummuşuq. Necə olur ki, ayda filan
qədər pulu “qara pul” adı ilə cinayətkar dostlarına
downloaded from KitabYurdu.org
54
göndərə bilirlər, bizə çatanda pulları qalmır. Çağır
danış, əgər belə yaşamaqda davam etmək istəyirlər-
sə, hər ay o puldan üç dəfə çox bizə də versinlər.
Yox, əgər razılaşmasalar, onda biz də nə edəcəyimizi
göstərərik...
“Qara pul” avtoritetlərin ayda bir dəfə “vor za-
kon”lara göndərdikləri toplanmış pullar idi. Bu pul-
lar qapıdan çölə birbaşa Bəkirin köməkliyi ilə çıxarı-
lırdı.
Söhbətin səhəri günü Bəkir məruzə etdi ki, baş
avtoritetlə görüşdüm, dediklərinizi ona çatdırdım.
Dəqiq cavab vermədi. Dedi, özbaşına qərar çıxara
bilmərəm, gərək “məşvərətə” gedəm, orada məslə-
hətləşəm, sonra sizə cavab verərəm.
Oğru aləminin “məşvərət”, həm də “sxodka”
deyilən kiçik toplantıları bir qayda olaraq daha çox
məhkumların mərkəzi xəstəxanasında olurdu. Müx-
təlif müəssisələrdən müalicə adı ilə gələn məhkum-
ların yalnız burada bir-biriləri ilə görüşmək, dərd-
ləşmək imkanları yaranırdı.
–Onda, gör nə vaxt istəyir, sənədlərini hazır-
layıb göndərin xəstəxanaya. Getsin-qayıtsın, biz də
nə edəcəyimizi müəyyənləşdirək, – Niyaz Bəkirə tap-
şırdı.
Növbəti həftə Bəkirin gizli göstərişi ilə xəstəlik
sənədləri hazırlanan baş avtoritet məhkumların mər-
kəzi xəstəxanasına yatab olundu. Daha bir həftə keç-
downloaded from KitabYurdu.org
55
di. Göndərilmiş məhkum “müalicə”, daha doğrusu
məsləhət alıb geri qayıtdı. Oğru aləminin ağılverən-
ləri paqona verilən əlavə haqqın üç dəfəyədək artı-
rılmasına qəti etiraz etmişdilər: “Ora əsasən kasıbla-
rın cəza çəkdiyi yerdi. Ona görə də pulun deyilən qə-
dər artırılması qəbul edilməsin, öz həddində qalsın”,
– cavabını vermişdilər.
Bəkirin məruzə etdiyi bu cavab Niyazı özün-
dən çıxardı:
–Elədirsə eybi yox, tezliklə onları başlayarıq
sıxmağa, ağılları başlarına gələr...
* * *
İkram sanitarlar arasında yeganə şəxs idi ki, ev-
li idi. Həbs olunmamışdan altı ay qabaq evlənmişdi.
Şəhər kənarında kirayə ev tutub yaşayırdılar. Tür-
məyə düşəndən bir neçə ay sonra qızı da olmuşdu.
Bundan əvvəlki zonda yoldaşı iki dəfə görüşünə gəl-
mişdi. Bilirdi ki, ailəsi əziyyətlər içində yaşayır, tez-
tez görüşə gəlmək imkanı yoxdur. Həm kasıbçılıq-
dan, həm də bu zona gələndən Məhyəddinin günahı
üzündən sanitarların briqadiri olduğuna görə uta-
nırdı, istəmirdi yoldaşının gəlməyini. Nəzarətçilər-
dən birinin – Məmmədin onların yaşadığı ünvana
yaxın ərazidə yaşadığını öyrənəndə sevindi. Onun
üçün də Məmməddən yoldaşı ilə tanış olmağı, lazım
gələndə ismarıclarını ona çatdırmağı xahiş etdi.
Məmməd etiraz etməmişdi. Xeyli vaxt idi, o, Məm-
downloaded from KitabYurdu.org
56
məd vasitəsilə ailəsindən xəbər tutur, pul olmasa da,
zonda düzəldilən suvenirlərdən ona hədiyyələr gön-
dərirdi.
Həftənin birinci günü idi. Günortadan keçmiş,
yanına görüşə gələnin olmasını xəbər verdilər. Hey-
rətləndi, görən kimdi onu xatırlayan? “Arvadındı”, –
sözünü eşitcək narahat olmaqla yanaşı ürəyində yol-
daşına acıqlandı: ”Axı, ona xəbər göndərmişdim,
məktub da yazmışdım ki, hələlik görüşə gəlməsin.
Nə baş verib ki, gəlib?”
Adətən birinci günlər görüşməyə gələnlər az
olurdu. Görüş kağızının rəis tərəfindən imzalanma-
sına çox vaxt getmədi, görüşə baxan iri cüssəli nəza-
rətçi onu otağa çağırdı. Həyəcanlanmışdı, ildən artıq
idi yoldaşını görmürdü.
Yoldaşı görüşə uşaqsız gəlmişdi. Xeyli dəyiş-
miş, baxışları soyuqlaşmış, yadlaşmışdı. Ümumi, ge-
niş dəhlizdə onlar üçün ayrılan stolun arxasında üz-
bəüz əyləşdilər:
–Salam. Sənə xəbər göndərmişdim axı, hələ gəl-
mə. Niyə gəlmisən? Nə olub, xeyirdimi? Yoxsa uşağa
nəsə olub? Uşaq yaxşıdımı?
–Uşaqdı da... Yaxşıdı...
Yoldaşının candərdi, könülsüz cavabları heç
xoşuna gəlmədi. Sözlü adama oxşayırdı:
downloaded from KitabYurdu.org
57
–Bilrsən, niyə gəlmişəm, heç bilmirəm sözümü
necə başlayım, sözün qısası, mən ayrılmaq, boşan-
maq istəyirəm səndən...
–Məndən? Niyə?
Eşitdiyi sözlərdən İkramın halı dəyişdi. Olma-
ya Məmməd ona sanitarların briqadiri olmasını xə-
bər verib? Bu səbəbdənmi daha onun arvadı olmaq
istəmir?
–Sənə rast gəldiyim gündən bir xoş gün gör-
mədim. Həmişə əzab-əziyyət içində oldum. Atan-
anan məni qəbul etmədi. Ümidlərimi puç etdin. Tə-
zəcə ailə qurmuşduq tutuldun, qaldım tək-tənha. İn-
di də Allah bilir, sən nə vaxt qayıdacaqsan, mənə kö-
mək olacaqsan. Çətindir tək yaşamaq, üstəlik körpə
saxlamaq... Heç yerdən köməyim yoxdur. Nə özü-
münkülərdən, nə də sizinkilərdən mənə bir insan kö-
mək əlini uzatmır...
Düz deyirdi yoldaşı. Ucqar əyalətdən şəhərə
özünə gün qazanmağa gəlmiş kimsəsiz bu qızı vax-
tilə, o, xoşbəxt etmək istəmişdi. Təsadüfən telefonda
tanış olmuşdu. Ata-anası bu təsadüfi qızla ailə qur-
masına qarşı çıxmış, xeyir-dua verməmişdilər. İnad
edəndə isə, taleyin ümidinə buraxıb: “get necə istə-
yirsən özün yaşa, bizlik deyilsən”, – demişdilər. Bəl-
kə də haqlı imişlər...
–Fikrin qətidir?
downloaded from KitabYurdu.org
58
“Xanımı” susub başını təsdiq mənasında silkə-
lədi.
–Hə, məhkəməyə boşanmaq üçün ərizə yaz-
mışam.
–Adam tapmısan özünə?
Yenə başını tərpətdi.
–Soruşmaq ayıb olmasın, kimdir? Mən tanıyı-
ram? Əgər məndən yaxşıdırsa, etirazım yoxdur.
Yoldaşı onun belə asan təslim olacağını gözlə-
mirdi. Məmnunluğundan çox düşünməyib pıçıltılı
səslə cavab verdi:
–Məmməd...
–Hansı Məmməd?
–Sənin üstümə göndərdiyin “nadzor”...
İkram eşitdiyi cümlədən şoka düşdü. Qulaqla-
rına inanmadı. Oturduğu yerdə bir xeyli donub key-
key baxdı:
–Sevirsən onu?
Zalımın qızı arsız-arsız, bir daha başını tərpət-
di.
–Daha onda nə gözləyirik? Gedim çağırım
onu. Elə burada kəbininizi kəsdirək, qurtarıb getsin,
– dəli kimi ayağa durdu, danışmasına imkan vermə-
di, – gözlə, beş-on dəqiqəyə onu tapıb birgə qayıdı-
ram.
İkram yaydan çıxan oxa dönüb hövlnak özünü
görüş yerindən müəssisənin içinə atdı. “Namussuz
downloaded from KitabYurdu.org
59
gədə”, – beynində yalnız bu iki söz vardı. Əsəbindən
ürəyinin döyüntüsünü qulaqlarında eşidirdi: “Necə
var bu oğraşı öldürməliyəm”. Yadına istehsalat sex-
lərinin birində gizlin düzəltdirdiyi, xəlvət yerdə sax-
ladığı cib bıçağı düşdü. Sanki, havalanmışdı: “Bina-
mus, gör necə mənim etibarımdan sui-istifadə
edib...”
Axtarıb bıçağı tapıb cibində gizlətdi. Sonra da
nəzarətçilərin otağına yaxınlaşıb Məmmədi soraqla-
dı. Aldığı cavabdan heyfsiləndi: Məmməd səhər növ-
bədən çıxıb evinə getmişdi. Bir də sutka ötəndən
sonra işə gələcəkdi.
Görüş yerinə, yoldaşının yanına peşman qayıt-
dı:
–Tapmadım Məmmədi, “smen”dən çıxıb. Yox-
sa elə məsələni birdəfəlik həll edərdik.
Arvadı onun səsinin və rənginin dəyişməsin-
dən narahat olaraq yerində qurcalandı:
–Qoymadın sözümü deyəm. Mən bilirəm
Məmməd işdə deyil. Onun olub, ya olmamasının bir
əhəmiyyəti yoxdur. Sən kimliyi ilə maraqlandın,
mən də ona görə adını çəkdim. Gəlməkdə əsas məq-
sədim odu ki biləsən, məhkəmədən sənə göndərilə-
cək boşanma ərizəmin surətini görəndə təəccüblən-
məyəsən...
İkramın sağ cibində əlinin içində saxladığı cib
bıçağı yaratdığı təlaşla ürəyini yerindən çıxarıb “nə-
downloaded from KitabYurdu.org
60
fəsini kəsirdi”. O, bu bıçağı götürmüşdüsə, mütləq
işlətməli idi. Ən azından özünə vuracaqdı.
“Xanım” ayağa durub getmək üçün hazırlaşdı:
–Hə, bir də onu deyim ki, bax, Məmmədə heç
bir kəlmə də pis söz deməyəsən. Onun heç nədə gü-
nahı yoxdur. Hər şey mənlikdir.
İkram onun bu “himayədarlığına” daha dözə
bilmədi. Ona tərəf addım atıb, əsəbindən əsərək göz-
lənilmədən əlindəki bıçağı arvadının sinəsinə çəkdi:
–Məmmədin də, sənin də nəslini, var-yoxunu,
qancıq...
Bıçağın ağrısından arvadı qışqırdı:
–Qoymayın, öldürdü məni, kömək edin...
Yaxınlıqdakı zabit və nəzarətçilər tez İkramı
ondan araladılar. Son anda əli titrədiyindən cib bıça-
ğı arvadının sinəsini deyil, döşünü yaralamışdı.
Qadın üçün təcili tibbi yardım çağırdılar. İkra-
mı isə qandallayıb karsa atdılar.
Hadisədən xəbər tutan Məhyəddin dərhal
Məmmədə xəbər yolladı ki, bir daha bu müəssisəyə
gəlməyi ağlına gətirməsin, ərizəsini yazıb şəhərdəki
İdarəyə getsin.
İkram az keçmədi, yeni cinayət törətməkdə təq-
sirləndirildiyinə görə istintaq təcridxanasına göndə-
rildi. Sanitarlara briqadirlik etmə “səlahiyyəti” hələ-
lik Ayaza verildi.
* * *
downloaded from KitabYurdu.org
61
Niyaz nəzərdə tutduğu “sıxma” tədbirlərinə
başlamaq üçün ilk növbədə münasib səbəb tapmalı
idi. Buna görə avtoritetlər arasındakı ixtilaflardan,
nüfuz mübarizəsindən istifadə etməyi qərarlaşdır-
mışdı. Yaşayış məskənləri üzrə yerliçilik prinsipləri
ilə qruplaşmış ayrı-ayrı “əhl”lər, xüsusilə şəhərlilər-
lə əyalətlilər arasında gedən çəkişmələr isə daim var
idi. İçərilərindəki vəzifələrin və toplanmış gəlirlərin
bölüşdürülməsində hər bir qrup öz üstünlüyünü əl-
Dostları ilə paylaş: |