dirib dağılışsınlar. Lakin, bu dəfə sonuncu xəbərdar-
lıq olmadı. Əsgərlərə başlamaq komandası verildi.
Dubinkalı əsgərlər hərə bir tərəfdən çaşqınlıq içində
olan məhkumları qolları açılan qədər çırpıb döyməyə
başladılar. Sonra da çoxusunu qandallayıb, bir qədə-
downloaded from KitabYurdu.org
91
rini cərimə təcridxanasına, bir qədərini də çöldəki
komvoy maşınına doldurdular.
Sonda mərkəzə məruzə edildi: əməliyyat uğur-
la başa çatdı, müəssisədə sabitlikdir. Hər şey Niyazın
əvvəlcədən dediyi kimi oldu: meydanda döyülən
məhkumlardan bəzilərinin cəzası artırılıb qapalı
həbsxanaya göndərildi. Qalanları da təcridxanaya sa-
lınıb oradan da əyalətlərdəki cəzaçəkmə müəssisələ-
rinə yatab olundular. O cümlədən, avtoritetlərdən də
bir neçəsi müəssisədən kənarlaşdırıldı.
* * *
Haqq söz imiş: kin özü ilə kin gətirər. Müəssi-
sədə aparılan “təmizləmə” əməliyyatından sonra sa-
kitlik bərpa olunsa da, məhkumların əhval-ruhiyyə-
sində gərginlik qalmaqda davam edirdi. Onlarda
əməkdaşlara, xüsusilə Niyaza qarşı gizli, dərin bir
nifrət hissi yaranmışdı. Niyaz gözlərdəki nifrəti duy-
sa da, işinin xatirinə özünü təmkinli, mehriban apa-
rır, yeri gələndə güzəştə getdiyini də göstərirdi. Am-
ma onun sifətinin dəyişməsinin, yumşalmasının xey-
ri yox idi. Artıq sözünin çəkisi olan bütün məhkum-
lar Niyaz və Bəkirlə əvvəlki münasibətlərini hər tə-
rəfli kəsmişdilər. Sözləri olanda Səfərə, Şamilə, digər
zabitlərə müraciət edirdilər. Ərzaqdan savayı hər şe-
yin alveri dayanmışdı. İşçilərdən heç kəsə pul ver-
mir və heç nə də istəmirdilər. Niyazın gəlir “toçkala-
rı” olan telefon otağının, çayxananın, bərbərin, dər-
downloaded from KitabYurdu.org
92
zinin, çəkməçinin qapısını kimsə döymürdü. Müəs-
sisədə tam mənada böhran hökm sürürdü.
Böhranın acı nəticələrini hamıdan tez, birinci
hiss edənlər isə sanitarlar oldu. Niyazın gəlirlərinin
kəskin şəkildə azalmasından sonra nəinki sanitarla-
rın çay, siqaret pulusu, hətta dəftərxanaya paket,
marka almaq da onun üçün problemə çevrilmişdi.
Müxtəlif təşkilatlara yazılan məktublar günlərlə qa-
laqlanıb poçta atılmasını gözləyirdi. Sanitarlarsa su-
sub dözmək, günlərlə gözləmək istəmirdilər. Onlar
düşünürdülər ki, üç hektardan çox ərazinin, yeddi
yüzə yaxın adamın sutka boyu tozunu, çirkini-çirka-
bını təmizlə, ancaq insan kimi çay içmə, siqaret çək-
mə, adi ərzağa pul xərcləmə... “Belə insafsızlıqmı
olar?” – Ayaz sanitarların adından Niyaza şikayət-
lənmişdi.
Niyaz çatışmamazlığın düzələcəyini vəd etmiş,
onların gündəlik təminatlarını pulla ödəməyi kabine-
tindəki telefonla kiməsə də tapşırmışdı. Həqiqətən
vəziyyətləri iki gün yaxşılaşmış, sonrakı günlər yenə
baxımsız qalmışdılar. Məsələnin düzəlmədiyini gö-
rəndə sanitarlar rəisin təsərrüfat işləri üzrə müavini
ilə, mühasiblə qarşılaşarkən heç olmasa maaşlarının
yarısın özlərinə verilməsini tələb etdilər.
Üç gün də keçdi, tələblərinə əhəmiyyət veril-
mədiyini görən sanitarlar müəyyən yer və sahələrdə
təmizlik aparmaqdan imtina etməyə başladılar. Mü-
downloaded from KitabYurdu.org
93
əssisənin ərazisində böyük zibil topaları yarandı. Da-
lısıyca kanalizasiyalarda tutulma, dolub daşma ha-
disələri baş verdi. Həyətdəki meydanın ortasından
keçən kürəbəndin daşması ilə üfunətli, çirkli su mey-
dana yayıldı.
Ayaz etiraz əlaməti olaraq briqadirlik səlahiy-
yətindən “istefa vermiş”, rəhbərliyi boynundan at-
mışdı. Sanitarları yalnız döyülmək və karserə salın-
maq qorxusu altında işlədirdilər. Müəssisədə antisa-
nitariyanın artması əksər əməkdaşları, o cümlədən
Zəfəri də hövsələdən çıxarmışdı:
–Düz iş görmürlər. On dörd nəfərin təminatını
ödəmək nə çətin işdir, axı? Vallahi, sanitarlar sözü
bir yerə qoyub, çox yox bir gün işləməsələr müəssi-
sə zibil içində üzər. Bunu fikrləşən varmı?
Elə bil Zəfərin bu sözü kimlərinsə ağlına batdı.
Məhkumlar öz aralarında müzakirə edərək dəstə rəi-
sinin haqlı söz dediyini qeyd etdilər. Avtoritetlərin
Ayazın yanına gizlin göndərdikləri müxtəlif adam-
lar birlik yaratmağı, çətinliklərdən yalnız bu yolla çı-
xa biləcəklərini ona anlatmağa çalışdılar: “Güc bir-
likdədir”. Lazım gələrsə, dəstək verəcəklərini də ar-
xayın etdilər.
Altı gün sonra bütün sanitarlar sözü bir yerə
qoyub səhərin alatoranında istehsalat sahəsindəki
ikimərtəbəli sexlərin birinin damına toplaşdılar. Şü-
downloaded from KitabYurdu.org
94
arları da belə idi: “Biz haqqımızı, maaşımızı istəyi-
rik.”
Sübh tezdən növbətçi köməkçinin vurduğu
zənglə yuxusuna haram qatılan Niyaz səhər yemə-
yini yemədən başılovlu maşınına oturub işə yola
düşdü. Onsuz evdə də rahatlığı qalmamışdı. (İşdə
olanda evə dair dərdlərini gecə düşənədək unudur-
du.) Oğlunun narkotikaya alışması azmış, üç həftə
idi ki, internetdə tanış olduğu qadının evinə köç-
müşdü. Onunla özbaşına ailə qurması isə oğlu ilə
bağlı illərdir bəslədiyi arzularını puç etmişdi. Həyası
olmayan müasir “gəlin” qaynanasını tezliklə nəvəsi
olacağı ilə də muştuluqlamışdı. “Həqiqətən utanıl-
malıdır, yeddi yüz adama rəhbərlik edən şəxs bir oğ-
luna yiyəlik edə bilmir,” – Niyaz hər dəfə özünü mə-
zəmmət edəndə sinəsində göynərti hiss edirdi.
Müəssisəyə yaxınlaşanda uzaqdan dama çıxmış
sanitarları görəndə ürəyi bir az da sıxıldı: “Yox, bu
sanitarların işi ola bilməz, onlara yol göstərənlər
olub, – düşündü, – bəlkə də qiyamın planını təkcə
müəssisə avtoritetləri yox, aranın qarışmasını, bula-
nıq suda balıq tutmaq istəyən oğru aləmindəki ha-
vadarları da cızıblar... Elədir ki, var, məndən acıqla-
rını çıxmaq üçün bunlardan istifadə ediblər.”
İşçilərinin də məsələnin şişməsində maraqlı ol-
malarını neçə vaxtdı duyurdu. İdarədən başlamış (zi-
ra, onlar sudan duru, aynadan təmiz idilər – arala-
downloaded from KitabYurdu.org
95
rında barmaqla sayılacaq qədər ləyaqətlisi vardı, –
Niyaz təxmin edirdi) nəzarətçilərədək onu xoşlama-
yanlar çox idi. Ən inandığı Bəkir də yeri gələndə eti-
bar ediləsi yoldaş deyildi. Necə deyərlər, balta ağac
kəsməzdi, sapı ağac olmasaydı...
Ömür boyu inanmazdı, ağlına gəlməzdi ki, be-
lə hadisə baş versin. Otuz illik xidməti zamanı gör-
məmişdi və eşitməmişdi haradasa üzdəniraqlar – sa-
nitarlar hamılıqla qiyam edib dama çıxsınlar.
O, müəssisəyə girib birbaşa sanitarların damına
çıxdıqları tikilinin yanına getdi. Binanın ətrafında
onlarla məhkum, nəzarətçilər və zabitlər dayanıb ta-
maşa edir, sanitarların nə edəcəyini gözləyirdilər. Ni-
yaz yaxınlaşan kimi şirin dilini işə salmaq istədi:
–Ay uşaqlar, düz etmirsiz, siz nə vaxt mənə
dərdinizi dediniz, mən də baxmadım? Dama çıxmaq
nəyə lazım imiş? Ayaz, eşıdirsən, ağlınızı başınıza yı-
ğın düşün aşağı.
–Yox, Niyaz məllim, – Ayaz damda dayanan-
ların arasından cavab verdi, – biz sizə dəfələrlə de-
mişik, qulaq asmadız. Hər dəfə bizi aldadıb başınız-
dan etdiz. Maaşımızı istəyəndə döydürdüz, karserlə
qorxuzduz. Uşaqlar daha sənə inanmırlar. Biz lap
böyük rəislərin gəlməsini istəyirik. Qoy gəlsinlər, sö-
zümüzü onlara deyək, sonra düşək...
Niyaz aldığı cavabdan kor-peşman kabinetinə
getdi. O, Bəkiri, Şamili, Səfəri çağırıb nə yolla olur ol-
downloaded from KitabYurdu.org
96
sun sanitarların damdan düşürülməsi üçün tədbir
görmələrini əmr etdi:
–Bilmirəm, fikirləşin bir vasitə tapın onları ora-
dan aşağı salın.
–Niyaz müəllim, necə edək? – Bəkir çiyinlərini
çəkib, sual etdi. – Siz deyin, biz də eləyək. Səhərdən
söz ilə hər üsuldan istifadə etmişik. Xəbərdarlıq elə-
dik, hədələdik, olmadı şirin dilə keçib vədlər verdik.
Faydası yoxdur. Kor tutduğundan buraxmadığı kimi
yapışıblar ki, yuxarıdan adam gəlsin, sonra düşərik...
–Bəs zorla necə? Nəzarətçilər ora çıxa bilməz?
–Birincisi, təhlükəlidir. Damın dəmir örtüyü
hamardı, hər an adam sürüşüb yıxıla bilər. İkincisi
də, dəli Mahirin çənin üstünə çıxması yadınızdadır?
Onu düşürənlərə töhmət veriləndən sonra kim yeni-
dən töhmətə görə həyatını riskə qoyar?
–Onda bəs nə edək? Bəlkə, başqa müəssisədən
işçilər çağıraq, deyək ki, guya idarədəndilər, başları-
nı aldadaq?
–Yaxşı fikirdir. Gəl ki, alınmayacaq. Biz kimisə
tapıb gətirənədək, uzağı yarım saata onsuz da “yu-
xarıdakılar” tökülüb gələcəklər.
–Artıq xəbər vermisən? – “Ola bilər, özünü “bö-
yüklər” qarşısında sığortalamaq üçün gizlin məlu-
mat verib, – Niyaz düşündü, – ölür vəzifəsinin artı-
rılmasından ötrü...”
downloaded from KitabYurdu.org
97
–Mən? – Bəkir qızardı, – Mən niyə, əvvəllər xə-
bəri kim verirdi? Yəqin ki, həmişəki kimi onlar edib,
– o, pəncərədən görünən qüllədəki əsgərə eyham
vurdu.
Niyaz nəsə xatırlayaraq tez telefonunu götürüb
məruzə etmək üçün mərkəzə zəng vurdu. Səhərdən
bəri boş yerə itirdiyi vaxta heyfsiləndi. Yenə qabaq-
lasalar, daha onu bu dəfə bağışlamayacaqdılar. Qorx-
duğu başına gəldi: sanitarların qiyamından məlu-
matlı idilər. Artıq xəbər yaxınlıqdakı müəssisələrə də
yayılmışdı...
Bəkirlə Şamilin, müəssisənin baş tərbiyəçisi
(Niyaz xahiş etdi ki, heç olmasa indi söyüş söymə-
sin) Səfərin sanitarları ələ almaq üçün etdiyi cəhdlər
xeyir vermədi. Daş qayaya, bıçaq sümüyə dirənmiş-
di. ..
Bəkirin dediyi düz çıxdı. Yarım saat keçmişdi,
“yuxarıdan gələnlər” müəssisəyə daxil oldular. On-
lar hadisə yerinin yaxınına gələndən sonra Ayaz o
birilərə hələ damda gözləməyi tapşırıb özü aşağı
düşdü. Gələn üç nəfərin böyüyü Ayazı ayrı otaqda
tək qəbul etdi. Ayaz öz həyatından başlamış dama
çıxmaqlarının səbəblərinədək hər şeyi, Niyaz başda
olmaqla əməkdaşlar haqqında bütün bildiklərini ona
danışdı. Söhbət bir saatdan çox çəkdi. Rütbəsi ədliy-
yə kapitanı, İdarədə təmiz karyeraya, nüfuza malik
downloaded from KitabYurdu.org
98
şəxslərdən biri olan həmin şəxs söhbətin sonunda
Niyazı otağa dəvət edib dedi:
–Sanitarlar indi damdan enib hərə öz işləri ilə
məşğul olacaqlar. Birinə də toxunmayasınız. Eşidir-
siz, işçilərinizə də deyin, bunu mən sizə İdarənin
adından deyirəm. Gedib rəhbərliyə hadisə ilə bağlı
məruzə edəcəyəm, nə qərara gəlsələr sizə də elan
ediləcək.
–Oldu. Siz bilən məsləhətdir, – Niyaz yazıq-ya-
zıq cavab verdi.
Müfəttişlərin böyüyünün sərt danışması, heç
kimlə sağollaşmadan müəssisədən getməsi Niyazın
qanını lap qaraltdı. Bəkir isə narahatlıqdan, fikirdən
başını itirmişdi. Niyazdan xoşu gəlməsə də işdən çı-
xarılarsa, onun da başını sığallamayacaqlarını bilirdi.
Hirsindən kabinetinə aparmağa səbri çatmayıb Aya-
zı həyətdəcə sillələyib söydü:
–Oğraş! Bəs sən deyirdin oğru aləminə nifrət
edirsən? Axırı onların buyruğunu yerinə yetirdin.
Petuxlarda etibar olmur, düz deyiblər...
–Günahkar özünüzsünüz. Bizə insan kimi bax-
saydınız, biz də belə etməzdik, – Ayaz burnundan
açılan qanını silə-silə cavab verdi.
–Sənin var-yoxunu... şərəfsiz alçaq, – Bəkir ye-
nidən ona əl qaldırmaq istəyəndə onları kənardan,
pəncərədən görən Niyaz otağından qışqırıb qoyma-
dı:
downloaded from KitabYurdu.org
99
–Bəkir, dəymə! Tapşırdılar axı, dəyməyin. Bir
də ki, mənası nədir...
Sanitarların qiyamına avtoritetlər başda ol-
maqla qalan məhkumların da rəğbəti açıq-aşkar hiss
olunurdu. Nahar vaxtı avtoritetlərdən onlara qrev
olaraq larekdən alınmış xeyli siqaret qutusu göndə-
rildi.
Axşamüstü isə Niyazın rəislikdən azad olun-
ması, onun yerinə təzə rəis təyin edilməsi xəbəri gəl-
di. Əksər məhkumlar sevinclərini gizlədə bilmədilər:
“Tez ya gec bütün rüşvətsevərlərin sonu belə qurta-
racaq. Halal olsun, sanitarlara! Onlar çoxlarının ba-
carmadığı işi gördülər, müəssisənin ən böyük “zibi-
lini” süpürüb atdılar...”
* * *
Təzə rəis özü ilə əməliyyat-rejim üzrə müavin
də gətirmişdi. İki həftənin ərzində Səfərin, Bəkirin də
başqa müəssisələrə dəyişdirilməsinə nail olub kabi-
netlərinə öz adamlarını yerləşdirmişdi. Səfər əyalət-
dəki məntəqə tipli cəzaçəkmə müəssisələrindən biri-
nə müavin göndərilmişdi. Bəkirin vəzifədə ucalmaq
arzusu isə gözündə qalmışdı. Əksinə olaraq göndə-
rildiyi müəssisədə aşağı vəzifəyə – baş əməliyyatçı
təyin olunmuşdu. Həmin ərəfədə özündən kiçik qar-
daşı yol qəzasında həlak olduğundan öz uşaqları (iki
boşandığı arvaddan – dörd uşaq) ilə birgə onun da
downloaded from KitabYurdu.org
100
uşaqlarının ehtiyaclarını ödəmək məcburiyyətində
qalmışdı.
Gülbaxtdan getməsindən yarım il keçməmiş
Məhyəddinin işindən azad olunması xəbəri eşidən
hər kəsi heyrətləndirirdi. Heç demə müəssisənin mü-
avini rəisinin narkotika istifadəçisi olduğunu bilən
kimi məxfi qaydada mərkəzə məruzə eləyib. Məlu-
matın düzgünlüyünü yoxlamaq məqsədi ilə Məh-
yəddini qəfildən mərkəzə çağırıb, maşına əyləşdirib
həkim yoxlamasına aparıblar. Alınan qan analazi ve-
rilən məlumatı – onun narkotika aludəçiliyini təsdiq-
ləyib. Ailə vəziyyətinə görə rəhm edib, faktı açıb
ağartmadan ərizəsini alaraq xidmətdən azad edib-
lər... Sərəncama çıxarılan Niyaz isə aşağı vəzifədə iş-
ləmək istəmədiyindən yaşı əlli beşə çatmasa da pen-
siyaya göndərilməsi üçün raport yazmışdı.
Təzə rəis köhnə şöbə rəislərindən təkcə Şamili
saxlamışdı. Sanitarlardan da yarısını saxlayıb, başda
Ayaz olmaqla qalanlarını ətraf müəssisələrə yatab et-
mişdi. Saylarının bir qaydada saxlamaq üçün digər
yerlərdən də göndərdiyi qədər təzə sanitarları mü-
əssisəyə qəbul etmişdi.
Bu rəisin əvvəlkilərdən fərqi cavan və enerjili
olması idi. Bənzəyişi daha çox idi. Marionet padşaha
oxşayırdı. Gəlirlərlə bağlı bütün işləri yalnız özü həll
edirdi. Şərik, tərəfdaş, başqasına həvalə etməyi sev-
mirdi. Onun Bəkir kimisinə də ehtiyacı yox idi. Avto-
downloaded from KitabYurdu.org
101
ritetlərlə də özü ünsiyyət qururdu. Görüşə nəzarət
edənlərə çöldən gətirilən pula məhdudiyyət qoyul-
mamasına, larekin böyüdülməsinə, hamamda bir
adamlıqların sayının artırılmasına, çayxanada çayla
yanaşı pulla xörək yeyilməsinə, illərlə bağlı qalan
kompyuter otağında asudə vaxtın səmərəli keçməsi
məqsədi ilə pulla istifadəsinə də icazə verdi. Əlbəttə
ki, yeni qiymətlərlə!.. Bütün işçilərinə də çəkinmə-
dən bildirdi ki, qeyri-müəyyən müddətə gəlirlərlə
bağlı ondan umub heç nə istəməsinlər.
–Yadındadı, sən deyirdin Niyaz rəis olsa kol-
lektiv barmağını soracaq, – Zəfər Şərifə xatırlatdı, –
təzə rəis deyəsən, Niyazın atasına rəhmət oxudacaq.
–Neynəsin, – Şərif gülümsədi, – verdiyi xərcini
çıxarmalıdır da. Bilirsən ki, vəzifəyə təyin olunanda
birinci “qabiliyyət” nəzərə alınır. Belə olmasaydı gö-
rülən işlərə heç göz yumulardımı? Mayasını tutma-
yınca kiminsə maddi yardım, mükafat almasına im-
kan verməyəcək. Böyüklərin yolu ilə gedir...
–Aydın məsələdir ki, BÖYÜKLƏRİN hər şey-
dən xəbərləri var, baxır nə və nə zaman onlara sərf
etmir. Hə.., heç bir rəhbərlik, idarəetmə daimi, əbədi
deyil, hərənin öz vaxtı, öz dövranı var... Amma ki,
necə deyərlər nə qədər tas dəyişsə də, hamam köhnə
hamamdır, yenisi də yox. Görərsən, bu təzə rəisin də
acgözlüyünün sonu yaxşı qurtarmayacaq, pul gözü-
nü tutacaq, günün birində tamahı başına bəla gətirə-
downloaded from KitabYurdu.org
102
cək. Əvvəllər olanlara dair həmişə sən sual verirdin,
bu dəfə mən sənin rəyini soruşum: sanitarların dama
çıxmalarının xeyri nə oldu? Son olaylardan sonra ge-
dənlərlə gələnlərin arasında səncə fərq varmı?
Şərif mənalı-mənalı gülümsəməyində davam
etdi:
–Diqqət etsən bura da, güclü dövlətlərdən asılı
olan padşahlıq kimidir. Adətən üçüncü dünya ölkə-
lərində baş verən etirazları, üsyanları, heç xatırlayır-
sanmı? O üsyanlarda yoxsul, qara camaat nə qaza-
nırdısa, burada da sanitarların nəsibi elə oldu. Xey-
rini daha çox kabinetlərdə əyləşənlər – hər yerdəyiş-
mədən “xeyir” əldə edənlər gördü. Bir də ki, topla-
nanlar dəyişsə də cəm dəyişmir. Düzünə qalsa, məh-
kum ya əməkdaş fərqi yoxdur. Bir neçə faizi istisna
olaraq, demək olar ki, qalanı qazamat “sanitar”ları-
dır. Fərq yalnız kimisinin adında, kimisinin də əmə-
lindədir. Yəni, birinin adı üzdəniraqdır, birinin isə
əməli... Əməli üzdəniraqlarınsa son ucu, – əlini boş
havaya qaldırdı, – lap başa gedib çatır.., ta şeytana-
dək...
* * *
Gülbaxt cəzaçəkmə müəssisəsində həyat da-
vam edirdi. Günlər, fəsillər, insanlar dəyişir, dəyiş-
məyən isə, yalnız “yuxarıdan” gələn göstərişlər və
daim əsən narın tozlu küləklər idi...
Noyabr, 2013
downloaded from KitabYurdu.org
103
RESİDİVİST
Naharın başlanmasına xeyli qalmış Ağarəhim
birinci olmaq üçün hamıdan əvvəl yeməkxananın
bağlı qapılarına kürəyini söykəyərək, daş pilləkənin
üstündə çöməlib oturmuşdu. Qoltuğundakı alümi-
nium boşqab və qaşıq əynindəki paltarını qabartmış,
skeletəbənzər bədənini gizlətmişdi. Vaxt var idi bu
paltarı ona geydirəndə əyninə dar gəlirdi. Son vaxt-
lar bədəninin əti də, sümükləri də, hətta boyu da get-
dikcə kiçilirdi. Təkcə sinəsində qövr edən, içərisini
qurd kimi gəmirən vərəmdən savayı. Ağarəhim başa
düşürdü kiçildiyini. Tək özü yox, islah-əmək düşər-
gəsində onu tanıyan bütün məhkumlar duyur və gö-
rürdülər. Ağrılısı o idi ki, bu adamların nəzərində
yalnız cismən deyil, şəxsiyyətcə də kiçildiyini hiss
edirdi.
–Indidən nə kəsdiribsən yeməkxananın ağzını,
hələ xeyli var, – yeməkxanada işləyən Gülbala yanın-
dan keçərkən ona tərəf çımxırdı.
Gülbalanın çımxırığı xətrinə dəysə də dinmədi.
Gülbala əvvəllər belə deyildi, dəyişmişdi. Ötən ba-
harda evdən yanına gəlmişdilər, rəisi görmüşdülər.
Az keçmədi Gülbala yeməkxanada işə düzəldi. Ba-
downloaded from KitabYurdu.org
104
batlaşdı. “Prima” papirosun atdı, filtrli siqaretə keç-
di. Deyilənə görə, altdan-altdan mətbəxdən məh-
kumlar üçün bişirilməli məhsulları burjuylara – pul-
lu dustaqlara satırdı, rəhbərliyi də razı salırdı. Əv-
vəlki məhkumluq dövrlərində müəyyən vaxtlar olub
Ağarəhim də təssərüfat işlərində işləyib, ancaq heç
vaxt özündən çıxmayıb, dus-taqlığını unutmayıb, öz
hörmətini, “çəkisini” saxlayıb. Amma, indi elə bil çə-
kisini günü-gündən itirir, cılızlaşırdı. Bəzən ona elə
gəlirdi ki, özü ilə yanaşı bütün ətraf, dünya da nəzə-
rində cılızlaşıb gözdən düşürdü.
Son vaxtlar Ağarəhimdə tez-tez halsızlıq yara-
nırdı. Oturduğu yerdən heç qımıldanmağa da heyi
qalmırdı. Əvvəllər fikir etməyi sevməzdi. Allahına
şükr edib olandan yeyər-içər, yatar, gününü keçir-
dərdi. Xəstəliyi şiddətlənəndən fikir ondan əl çək-
mirdi. Keçmişdə qalan evi, uşaqları, doğmaları, ya-
xınları fırlanıb-hərlənib xatirindən ayrılmırdılar. Bəl-
kə də bu, hələ inidiyədək çox hiss etmədiyi tənhalı-
ğından idi. Barakda neçə vaxt idi uzun-uzadı öskü-
rəyi ilə hamını bezikdirmişdi. Ən çox gecələr öskü-
rək ona aman vermirdi. Ağzını balışa dayayıb birtə-
hər səsini boğurdu.
Nahar vaxtı yaxınlaşdıqca məhkumlar topa-to-
pa yeməkxananın qarşısına yığışıb, qapıların açıl-
masını gözləyirdilər. Düz saat bir tamam, ikiyə bir
dəqiqə işləmiş Gülbala qapıları açdı. Məhkumlar içə-
downloaded from KitabYurdu.org
105
ri doluşdular.
–Bir-bir, itələşməyin, yavaş-yavaş, – Gülbala
səsini ucaltdı, – acından ölürsüz? Sıra ilə!
Yemək verilən arakəsmənin qarşısında uzun
bir növbə yarandı.
Məhkumların ardınca növbətçi zabitlər və nə-
zarətçilər də yeməkxanaya daxil oldular. Onlar xö-
rəkpaylayandan başlamış qapıya qədər iki-iki daya-
nıb, məhkumların hərəkətlərinə göz qoyurdular.
Ağarəhim balandanı boşqabın ağzınacan tök-
dürdü. Uzağa getməyib, yaxınlıqdakı sıra ilə düzül-
müş uzun oturacaqların birinə əyləşdi. Içərisində
Dostları ilə paylaş: |