beş-altı kələm qırığı olan, azacıq yağlı, tomatlı sudan
ibarət balandanı iki-üç dəqiqəyə hortuldadıb qurtar-
dı. Çörək payını da yedi. Təzədən növbəyə durdu.
Ikincisini də, üçüncüsünü də alıb içdi. Yenə yemək
istəyirdi. Elə bil bayaqdan bəri yediyi, içdiyi balanda
mədəsinə yox, dibsiz bir quyuya tökülürdü. Burnuna
iy dəyən mədəsi şikayətlənib quruldayır, onu bərk
dilxor edirdi. Altıncı dəfə o, xörəkpaylayana yaxın-
laşıb boşqabını uzadanda aşpazın yanında dayanan
Gülbala dilləndi:
–A kişi, sən neçəncisini yeyirsən, bəs döyül?
–Doymuram, doysam istəmərəm ki... Bir də nə
var ki, yeyim?.. Sudu da, içirəm çıxıb gedir, – Ağarə-
him çəkinə-çəkinə cavab verdi.
–Çətin doyarsan, yediyin az döyül, utanmırsan
downloaded from KitabYurdu.org
106
demoqoqluq da edirsən. Nə verilir, Allahına şükr elə,
– Gülbala xoruzlandı.
Ağarəhim yenə dinmədi. Dinməyin xeyri olma-
yacaqdı. Kənardan söhbəti dinləyən, işləməyə təzə
başlayan cavan zabit Gülbalaya:
–Işin olmasın, tökün, qoy yesin nə qədər istə-
yir, – söylədi.
Yeddinci boşqabdan sonra o, qarnında nəsə ol-
duğunu hiss etdisə də mədəsi həmişəki kimi narazı
idi.
O, yeməkxanadan çıxıb həyətin ortasındakı ho-
vuzun kənarına düzülmüş beton daşlardan birinin
üstünə oturdu. Könlündən keçirdi ki, bir papiros
çəksin. Daim papiros kötüyü ilə dolu olan həyət tər-
təmiz idi. Bütöv gilizi də heç kəs ona verən deyildi.
Üzünü göyə çevirdi. Illər boyu gördüyü ətrafdakı
lövhələri, gündə yüz dəfə rastlaşdığı, iyrəndiyi sifət-
ləri görüb bezəndə o, belə edərdi. Göylərin dərinli-
yinə, maviliyinə tamaşa edərdi, bacarsaydı bir neçə
anlığa dustaqlığını unutmağa çalışardı. Burada onun
üzünə səmadan başqa hər tərəf keçilməz, hündür, ti-
kanlı məftillərlə bürünmüş hasarlarla bağlı idi. Və
həmişə belə anlarda Allaha yalvarardı ki, onu quşa
döndərsin, o, da uçub səmanın dərinliklərində göz-
dən itsin, insan olmaqdan, beton divarlar arasında
yaşamaqdan canı qurtarsın. Hələ ötən il bu arzusu-
nu hörməti olduğu bir zabitə danışmışdı. Zabit gü-
downloaded from KitabYurdu.org
107
lüb demişdi:
–Kim, sən ha... Xeyri yoxdur, hara uçsan yenə
bura qayıdacaqsan,öyrəncəli cansan...
Yox, daha nə olur-olsun o, bir də bura qayıtma-
yacaq. Azadlıqda onu necə döysələr də, söysələr də
hər əzaba dözəcək, türməyə dönməyəcəkdi. Çünki
axır beş ildə gördüyünü görmüşdü. Beş ildən çox idi
onun yanına çöldən heç kəs gəlmirdi. O, atılmışdı,
unudulmuşdu gərəksiz əşya kimi. Sadəcə, öz sözü ilə
desək “insan zibilxanasında” gün keçirdirdi...
* * *
...Ağarəhim üçüncü dəfəydi islah-əmək düşər-
gəsinə düşmüşdü. Üst-üstə on dörd il idi yatırdı...
On dörd il!.. Bu illəri o, çöldə olsaydı nələr etməz-
di?... Bəlkə də indi milyoner idi, beş kişidən biriydi.
Lap milyoner olmasın, adi adamlardan ki, əskik ol-
mayacaqdı...
Orta məktəbdə oxuyarkən təzə-təzə xırım-xırda
alverə qurşanmışdı. Körpəlikdən atasını itirmişdi,
anası konserv kombinatında fəhlə işləyirdi. Böyük
qardaşı şəhərdə oxuyurdu, bacısı da böyümüşdü,
məktəbi qurtarmağa bir ili qalmışdı. Ailənin dolanı-
şığı ağır keçirdi. Fəhləçiliklə baş girələmək çətin idi.
Ona görə də orta məktəbi qurtarıb, yolunu saldı ba-
zara. Bazarda yer aldı, başladı əlinə keçəndən sat-
mağa.
downloaded from KitabYurdu.org
108
Ağarəhim insaflı alverçi idi. Başqalarına nisbə-
tən ucuz satırdı, çəkidə çox aldatmırdı. Bu da onun
ətrafında olan o biri alverçiləri özündən çıxardıb
qeyzləndirirdi. Xüsusilə, aralarında ən yaşlısı, özünü
hamıdan ağıllı, bazarın qeyri-rəsmi şefi sayan, sol qı-
çını çəkdiyinə görə “Topal” çağırılan Bəyəhmədin ilk
gündən Ağarəhimin alıcıları özünə cəlb etməyi xo-
şuna gəlməmişdi. Bir-iki dəfə xəbərdarlıq məqsədiy-
lə ona söz də atmışdı:
–Bacıoğlu, belə yaramaz a... Göz görə-görə al-
verimizi öldürürsən. Yoxsa özünü ağıllı, bizi soğan-
başı sayırsan?
–Yox ay kişi, elə deyil. Mənimki düzlükdü. Baş-
qa heç kimlə işim yoxdur. Neynim, sizin kimi bacar-
mıram, əlimdən gəlmir.
–Bacarmalısan, bacıoğlu, bacarmalısan, yoxsa
sənin düzgünlüyün bizi əyəcək...
Ağarəhim Topala, onun adamlarına əhəmiyyət
vermir, öz bildiyi qaydada alverini edirdi. Topalın si-
fəti isə hər dəfə onu görəndə günü-gündən daha da
“əyilirdi”.
Bir axşam hava qaranlıqlaşanda alverini qurta-
rıb, bazardan çıxan yerdə hərəsi bir tərəfdən iki polis
nəfəri onu qoltuqladılar:
–Əl-qol atma, bizimlə şöbəyə gedəcəksən.
–Nəyə görə, nə məsələdir, deyin bilim də güna-
hımı. Bəlkə elə buradaca söhbətimizi eləyək?
downloaded from KitabYurdu.org
109
–Yox, söhbətimizi şöbədə eləyəcəyik. Vəssa-
lam, uzatma, elə etmə ki, səninlə başqa cür rəftar
edək.
Onu polis maşınına oturdub şöbəyə apardılar.
Şöbədə bər-bəzəkli kabinetə saldılar. Həmin cabinet-
də başda oturmuş mayordan savayı iki leytenant da
var idi. Mayor sifətini bozardıb acıqla dilləndi:
–Hamının gözü qabağında ciblərində nə var, çı-
xar tök stolun üstünə. Tez ol!
Ağarəhimin ürəyi döyünməyə başladı: axı
onun ciblərində qorxulu nə ola bilərdi? Bugünkü al-
verindən qalan pulları çıxardıb stolun üstünə tökdü:
–Götürün, hamısı qurbandı sizə, – dedi.
Mayor istehza ilə gülümsədi:
–Xeyr, bizə pul gərək deyil, bizə lazım olan sə-
nin cibində qalıb, çıxar onu da.
–Allah haqqı, daha başqa şey yoxdur.
–Yaxşı bax, bəlkə qoltuq cibinə qoymusan?!
Əllərini cibinə salıb bir də ələk-vələk elədi. Yan
cibindən ona tanış olmayan bükülü yumru kağız çıx-
dı. Bükülünü bayaq onu qoltuqlayan serjant görən
kimi Ağarəhimin əlindən aldı, tələm-tələsik açıb ma-
yorun qarşısına qoydu:
–Özüdür ki, var. Anaşadır. Axır ki, ələ keçdin...
Ağarəhimin canına üşütmə düşdü:
–Nəçənnik, vallah-billah, mənim o kağızdan
xəbərim yoxdur. O bükülü mənim deyil, hardan dü-
downloaded from KitabYurdu.org
110
şüb cibimə, kim atıb, bilmirəm.
Yanında duran serjant ona möhkəm bir şapalaq
çəkdi, az qaldı yıxılsın:
–Əclaf, bəlkə demək istəyirsən biz atmışıq sə-
nin cibinə, həri?
–Yox, elə demədim. Amma, mənim xəbərim
yoxdur, mənim deyil...
–Xeyri yoxdur, atdanıb düşməyinin, – mayor
dilləndi, – biz çoxdan məlumat almışdıq sənin nar-
kotika alveri ilə gizli məşğul olmağını. Nəhayət, izi-
nə düşüb səni yaxalaya bildik. Bu da sübut, – kağıza
bükülünü göstərdi.
Sonra yanındakı leytenanta göstəriş verdi:
–Təcili protokol tərtib edin, qərar çıxardıb, özü-
nü də həbs edin.
Ağarəhim çox yalvar-yaxar, and-aman elədi,
xeyri olmadı. Səhəri günü onu istintaq təcridxanası-
na göndərdilər. Istintaq bir aya yaxın çəkdi və məh-
kəmə ona üç il iş kəsdi. Hökm oxunandan sonra isə
konvoy maşınında islah-əmək düşərgəsinə gətirdilər.
Düşərgəyə gətirən kimi başını qırxdırıb əməliy-
yatçıların otağına apardılar. Əməliyyatçı zabitlər onu
sorğu-sual etdikdən sonra üst-başını axtardılar. Ana-
sının təcridxanada yanına gətirdiyi paltarlarını so-
yundurub, məhkum paltarını qarşısına atdılar:
–Geyin, cəld ol!
Anasının əllərinin istisini, ətrini duyduğu yun-
downloaded from KitabYurdu.org
111
dan toxunma köynəyini, paltarlarının əynindən çı-
xardıb, ona yad bir paltarın geydirilməsi Ağarəhimi
haldan çıxarmışdı. Kövrəlib hönkürtü çəkmək istə-
yirdi. Elə bil ona ölü paltarı geydirirdilər. Bu andan
dönüb olurdu “canlı meyit”.
Ləng tərpənməsinə dözməyən zabitlər ilk
“dərs” kimi Ağarəhimin bədənini “yumşaltmağa” gi-
rişdilər. Ona dəyən şillə-təpikdən elə fəallaşdı ki, bir
anın içində geyinib canını qurtararaq özünü otaqdan
çölə atdı.
Bir ay karantində saxlayıb, istehsalat zonasın-
dakı sexlərdə ağır işlərə göndərdilər. Bütün günü
Günəşin yandırıcı istisi altında işlədiyindən zənci sa-
yağı qapqara qaralıb, arıqlayıb çöpə dönmüşdü. Ka-
rantindən sonra yaşayış zonasında yaşayacağı ba-
rakda da onu çətin günlər gözləyirdi. Ancaq, qulağı-
na çatmışdı ki, “obşak”ın yaxın adamlarından biri
həmyerlisidir, xeyli sevinmişdi.
Bir ayın tamamında Ağarəhimi karantindən
azad edib briqadaya təyin etdilər, dəstə rəisinə isə
onun tərbiyə edilməsiylə məşğul olmağı tapşırdılar.
Dəstə rəisi onu qabağına qatıb qalacağı baraka apar-
dı. Barakda yerliləri hay-küylə qarşıladılar. Bir neçə
saat keçmiş xəbər gəldi ki, anası görüşə gəlib. Sevin-
cindən az qaldı ağlasın. Çətin günlərinin birində ana-
sı özünü ona yetirmişdi.
Ürəyi çırpına-çırpına görüş otağına gəldi. Ana-
downloaded from KitabYurdu.org
112
bala kövrəldilər, hal-əhval tutduqdan sonra anası
xeyli yemək, bir az pul verib, sağollaşıb getdi. Anası
gedən kimi görüş otağındakı zabit və nəzarətçilər gə-
tirilən ərzağı yoxlama adı ilə “şmon” elədilər. Hərə
dişinə keçəndən özünə götürdü. Puldan isə əməliy-
yatçı “payını” götürüb qalanını qaytardı.
Görüşdən qayıdan Ağarəhimi barakda səhər-
kindən də xeyli artıq hörmətlə qarşıladılar. Obşakın
– məhkumların öz aralarında seçdikləri başçının ya-
xın adamı olan yerlisi onu aparıb “şefinə” təqdim
edib, “öz uşağımız” kimi xeyli təriflədi. Sonra, həmin
yerlisi briqadada nə iş görəcəyini, hansı çarpayıda
yatacağını da müəyyən etdi. Doğrudur, bütün bunlar
elə-belə əmələ gəlmədi, anasının verdiyi pulların he-
sabına oldu. “Pul əl çirkidir, təki can sağ olsun”, –
Ağarəhim düşünürdü. Əgər anası bu gün özünü ye-
tirməsəydi, kim bilir onu nə cür əzablar gözləyirdi?..
Anasının gətirdiyi yeməklərin ömrü üç gün çəkdi.
Ancaq, bu üç gündə yanındakı yoldaşlarına, yerlilə-
rinə qarşı etdiyi səxavəti, ürəyiaçıqlığına görə xeyli
hörmət qazandı. Həmin hörmətin əsasında qalan cə-
za dövrü də demək olar ki, pis keçmədi. Anası, qar-
daşı bayramdan-bayrama da olsa gəlib dəyirdilər.
Günlərin birində can çürüdən saatlar qurtardı.
Anasının tapşırığı ilə rəisin hörmətini edib üç ay tez -
iki il doqquz aydan sonra azad olunub evə buraxıldı.
Evə qayıtdığı gün anasının sevinci yerə-göyə
downloaded from KitabYurdu.org
113
sığmırdı. Tanış-bilişə Allah eşqinə şirni paylayırdı,
oğlunu evdə görmək arzusuna çatdığı üçün hər sö-
zündə Allaha şükr edirdi. Ağarəhim işləyib son üç il-
də anasının çəkdiyi əziyyətləri qismən də olsa ödə-
mək, onun qayğısını azaltmaq istədi. Çox götür-qoy
etdikdən sonra yenə əvvəlki peşəsi – alverlə məşğul
olmağı qərarlaşdırdı. Bu dəfə bazarda deyil, yol qı-
rağında köşk düzəldib alver etməyə başladı.
Bir neçə ay keçmədi, yenə alıcıların diqqətini
özünə cəlb etdi. Işi pis getmirdi. Dörd-beş aya və-
ziyyətini düzəltdi. Oğlunun işinin yaxşı getdiyini gö-
rən ana tezliklə onun ailə qurmağını istəyirdi. Hər
süfrəyə oturanda gələcək gəlinindən söhbət açır, oğ-
lunu tələsdirirdi.
Ağarəhim həbsdə olan zaman böyük qardaşı
toy etmək imkansızlığından qız götürüb qaçmış, son-
ra da yüngül yığıncaqla evlənməyi qeyd olunmuşdu.
Əsl toy etmək arzusu anasının ürəyində qalmışdı.
Odur ki, istəyirdi Ağarəhim çalışıb pul yığıb özünə
əsl toy etsin, o da doyunca oynayıb ürəyindəki həs-
rəti çıxartsın. Anasının söhbətlərindən sonra tanış-bi-
lişdəki, qonum-qonşudakı qızlara göz qoymağa baş-
ladı. Nədənsə, bəlkə qismətdən idi, qızların içində
qonşu məhəllədəki Gülbəniz daha çox xoşuna gəlir-
di.
Gülbənizin də atası yox idi, rəhmətə getmişdi.
Anası Narınc yaman çərənçi idi, deyirdilər ərini də
downloaded from KitabYurdu.org
114
çərənçiliyi ilə bezdirib öldürmüşdü. Kasıblığa qatla-
şıb yaşayırdılar. Gülbənizin iki böyük qardaşı neçə
illər idi baş alıb Rusiyaya getmiş, qayıtmamışdılar.
Kiçik qardaşı da məktəbi qurtaran kimi qardaşlarının
yanına getmək istəyirdi. Gülbəniz evin tək, zəhmət-
keş qızı idi. Evlərinin bütün səliqə-səhmanına o ba-
xırdı. Sadə idi, anası çərənçi olsa da, qızın üstün cə-
hətləri az deyildi. “Anasını neynirəm, mənə qızı la-
zımdı”, – Ağarəhim ürəyində özünə təskinlik verirdi.
Bir gün imkan tapıb ürəyini Gülbənizə açdı.
“Hə” cavabı üçün üç ay arxasınca düşüb iztirab çək-
məli oldu. Qızın razılığını alandan sonra, çoxdan
eşitmək istədiyi sözü anasına çatdırdı. Anası sevin-
mədisə də, oğluna görə Gülbənizi evində gəlin gör-
məyə etiraz etmədi. Həmin ilin payızında Ağarəhim
qohum-qardaşla köməkləşib özünə toy çaldırdı, Gül-
bənizlə evləndi. Anası şadlığından toyda istədiyi qə-
dər oynadı, Allahdan ona belə günləri çox görmə-
məyi yalvardı.
Daha üç ay keçdi. Ömrünün ən xoşbəxt günlə-
rini yaşayırdı. Getdikcə imkanlaşırdı. Istəyirdi köşkü
satıb bazara qayıtsın, orada dükan açıb daha çox qa-
zanc əldə etsin. Amma,bilirdi ki, qayıdarsa Topal ye-
nə ona istədiyi kimi dolanmağa imkan verməyəcək-
di. Eşitmişdi ki, Topal indi bazarda əsl şeflik edir.
Böyük vəzifəli adamlarla qohum olmuışdu, əli “lap
yuxarılara” çatırdı...
downloaded from KitabYurdu.org
115
Həbsdən qayıdandan bazara ayaq basmamışdı.
İllərdən bəri qəlbində Topala qarşı böyük kin yaran-
mışdı. Hələ o vaxt, polis şöbəsində cibində narkotik
maddə aşkarlanarkən ürəyinə dammışdı ki, bu olsa-
olsa Topalın sifarişiylə polislər tərəfindən qurulmuş-
du. Başqa heç kimin Ağarəhimə pisliyi dəyməzdi.
Zonda azadlıq üçün ürəyi darıxdığı günlərdə ona
edilən pisliyin əvəzini çıxmağa and içmişdi. Cəzasını
çəkib gələndən sonra da əvvəlki fikrində qalırdı və
gümanının doğruluğuna şübhəsi yox idi. Odur ki,
bazara qayıtmamışdan əvvəl hər hansı bir yolla To-
pala zərər yetirməyi, onu bazarda hörmətdən sal-
mağı qarşısına məqsəd qoymuşdu.
Bir səhər yolunu bazardan saldı. Ötən dörd il-
də Topalın dükanı tanınmaz dərəcədə dəyişmiş, xey-
li genişlənmiş, böyümüşdü. Dükanına bitişik bufet,
çayxana da açmışdı. Dükanın arxasında Topala və
onun adamlarına məxsus bir neçə müxtəlif markalı
xarici maşınlar dayanmışdı.
Ağarəhim dükana girdi. Alıcı gözüylə satış
üçün vitrində düzülmüş mallara tamaşa etməyə baş-
ladı. Topal dükanın o başında özü üçün xudmani ra-
hatlıq düzəldib, çay içə-içə qarşısındakı balaca tele-
vizora baxırdı, arabir də alıcılara, alver edən üç ya-
raşıqlı satıcı qıza göz qoyurdu. Topalın əynindəki
işıldayan parçadan tikilmiş kostyumundan, hərəkət-
lərindən, özünü aparmasından ağırlıq yağırdı. Başın-
downloaded from KitabYurdu.org
116
dakı əmmamədən, saqqalından, əlindəki təsbehin-
dən Hacı olması duyulurdu. Birdən Topalın gözü
Ağarəhimə sataşdı.
–Ba.., Ağarəhim, xoş gördük, – təsbehini yan ci-
binə, stəkanı isə nəlbəkiyə qoyub piştaxtaya tərəf gə-
lərək əlini uzatdı, – ayə, haradasan, necəsən, görük-
mürsən, eşitdim tutulmusan?.. Çoxdan çıxmısan?
–Bir il olar, – Ağarəhim könülsüz əlini uzadıb
görüşdü.
–Bəs bir ildə nöş gəlib mənə dəymirsən, görüş-
mürsən? Bəlkə bir çətinliyin var, kömək eləyək, ya
da olar mənim bir dərdim var, sənə ehtiyacım var?..
Deyəsən, heç dəyişməmisən, soyuq adamsan. Hə,
eşidəndə səni tutublar, inanmağım gəlmədi. Mən bi-
lirəm axı, sən o yolun yolçusu deyilsən. Sən hara,
narkotika hara?.. Getdim naçalnikdən də xahiş etdim
ki, o elə oğlan deyil, keç günahından, hörmətiniz mə-
nim boynuma. Dedi gecdi, xeyri yoxdu, iş-işdən
keçib. Allah mərdimazara lənət eləsin.
Yadındadı, müstəntiq bir dəfə Topalın adını
çəkmiş, xahişə gəldiyini söyləmişdi. O andan ürəyinə
şübhələr dolmuşdu.
–Hə elədir, Bəyəhməd, hansısa əclafın sifarişi
ilə qurulmuşdu o iş, – Topalın düz gözlərinin içinə
baxdı, – Allah ona lənət eləsin, canından çəksin, gün
görməsin. Düz demirəmmi?
Topalın sifətindəki bayaqkı gülüş çəkildi, rəngi
downloaded from KitabYurdu.org
117
qaralantəhər oldu. Çarəsiz:
–Düz deyirsən, haqlısan, – təsdiqlədi.
–Elə isə “Amin!”, – söhbətin ətrafdakı satıcı
qızların, alıcıların diqqətini cəlb etdiyini, həm də aza-
cıq qızışdığını hiss etdi. – Bəyəhməd, söhbət yaralı
yerimə dəydi, ardı qalsın başqa vaxta. Görüləsi işim
var, mən getdim, – dilucu Topalla sağollaşdı.
Topal Ağarəhimin qəzəbinin, kinini soyumadı-
ğını bilsəydi, söhbətini başqa cür qurardı. Üzə vur-
masa da Ağarəhimin sözləri onu tutmuşdu:
–Hə, get. Nə qulluğun olsa, mən burdayam.
Topal əvvəlki Topal deyildi. Xeyli güclənmişdi.
Ona tək batmaq müşkül məsələ idi, mütləq kiminləsə
birləşmək, köməkləşmək lazım idi.
O gün bazarda keçmiş alver dostları Əmirxan
və Xəlillə rastlaşdı. Onlar bazarın aşağı küncündə
yerləşən köşklərinin rənglərini dəyişmişdilərsə də,
ölçülərini dəyişməmişdilər, elə əvvəlki boyda qal-
mışdı. Dostlar onu şadyanalıqla qarşıladıqdan sonra
əl çəkmədilər, köşklərini bağlayıb Ağarəhimi yaxın-
lıqdakı yeməkxanada oturub çörək kəsməyə dəvət
etdilər. Son dörd ili necə keçirdiyini sorğu-sual etdi-
lər. Evləndiyini bilincə onları toya dəvət etmədikləri
üçün gileyləndilər. Bir az zəmanədən şikayətləndilər,
sonra da bir-birlərinin sağlığına içib, Allahın Verdi-
yinə şükür etdilər.
Ağarəhim söhbətarası hiss etdi ki, onlar keç-
downloaded from KitabYurdu.org
118
mişdə olduğu kimi yenə də Topaldan narazıdılar.
Topal onlara istədikləri qaydada dolanmağa imkan
vermir, ancaq, onun güclülüyündən qorxub, səslərini
çıxartmadan başlarını saxlayırlar. Həmin söhbətdən
sonra, Ağarəhim tez-tez onlarla görüşməyə başladı.
Görüşlərin birində o, Topalla bağlı ürəyindəki niy-
yətini açdı və bu işi tək bacarmayacagını bildirib
dostlardan kömək umduğunu gizlətmədi. Əmirxanla
Xəlil bu niyyətə qəlbən şərik olsalar da icrasında iş-
tirakçı olmağa ilk anda çəkindilər, razılıq verməyə
tələsməyərək bir müddət düşünmək, götür-qoy et-
mək istədilər.
–Bu, elə-belə xırda məsələ deyil, – Əmirxan
qeyd elədi. – Bunun üçün xeyli fikirləşmək lazımdır.
Hər şey ölçülüb biçilməlidir.
Topalın özü, maşını, mağazası, evi polis və xü-
susi cangüdənlərin ciddi nəzarəti altında idi. Ailə
üzvlərini bu məsələyə qatmağı Ağarəhim özünə sı-
ğışdırmırdı. Işi yalnız Topal və onun əmlakı ilə ol-
malı idi.
Əmirxanla Xəlil uzun götür-qoydan sonra,
onun niyyətinin düşər-düşməzliyindən qorxaraq öz
köməkliklərini yalnız belə bir plan qurmaqla kifa-
yətləndilər: Partlayıcı maddə əldə edib öz köşklərin-
də gizlətsinlər, Ağarəhim isə axşamtərəfi, adamsız,
sakit vaxtda partlayıcı maddəni köşkdən götürüb
çayxananın mağaza ilə yanaşı otaqlarının birində qu-
downloaded from KitabYurdu.org
119
rur, qurğu gecə partlayır, Topala külli miqdarda zi-
yan dəyir, günahkarlar da naməlum qalır. Bu ağla-
batan fikir hamının xoşuna gəldiyi üçün, işi deyilən
tərzdə qurmağa razılığa gəldilər.
On gün sonra Əmirxanla Xəlil haradansa part-
layıcı maddə əldə etdilər. Təqribi gün, vaxt müəyyən
olundu, necə istifadə etməyi Ağarəhimə başa salan-
dan sonra, partlayıcı maddə Əmirxanın köşkündə
gizlədildi.
Nəhayət, təyin olunan gün gəlib çatdı. Ağarə-
him axşam alatoranında Əmirxanın köşkünə gəldi.
Partlayıcı maddəni alıb əynindəki paltarının içərisin-
də gizlətdi. Topalın çayxanasına daxil oldu Çayxa-
nada sakitlik idi, küncdə qoyulmuş stolda iki müştə-
ri çay içirdi. Çaypaylayana bir balaca çaynik sifariş
edib, qabaqcadan pulunu ödədi. Müştərilər az oldu-
ğundan o biri satıcılar da harasa bazarın içərilərinə
getmişdilər. Çaypaylayandan və mətbəxdəki bir neçə
nəfərdən savayı kimsə gözə dəymirdi. Çaypaylayan
oğlan da çayniki gətirib, Ağarəhimin stolunun üstü-
nə qoydu, işini bitmiş hesab edərək, harasa yox oldu.
O, çaydan süzüb bir stəkan içdi. Çox keçmədi künc-
dəki iki müştəri də çaylarını içib, çaypulunu piştax-
tanın üzərinə atıb çayxanadan çıxdılar.
Siqaretin tüstüsünü sinəsinə çəkib, özünü sakit-
ləşdirməyə çalışsa da həyəcandan ürəyi döyünürdü.
Vaxt idi, əgər gecikərsə, satıcılar gəlib çıxarlarsa, iş-
downloaded from KitabYurdu.org
|