onu üç sutkalıq cərimə təcridxanasına saldılar.
Zonda Romanın hərəkətinə münasibət bir mə-
nalı deyildi. Çoxları bunu sevgi səbəbindən baş ver-
məsinə inanıb gülürdülərsə, bəziləri özünəqəsdi sa-
nitarlara edilən haqsızlıqlara görə rəhbərliyə yönələn
etiraz kimi qiymətləndirirdilər. Sanitar dostları isə öz
aralarında ona həsəd apararaq: “yarası sağalanadək,
ən azından bir həftə işləməkdən canı qurtardı”, – de-
yirdilər.
Daha bir gün keçdi, Nizamın xəstəxanada ke-
çinməsi xəbəri gəldi. Onun xəstəxanada ölməsi mü-
downloaded from KitabYurdu.org
32
əssisə rəhbərliyini, xüsusilə tibb məntəqəsinin hə-
kimlərini xeyli xoş hal etdi. “Yaxşı ki, vaxtında gön-
dərdik, yoxsa əzabı üstümüzə qalacaqdı,” – şükür
edirdilər. “Elə adamın yaşamaqdansa yaşamamağı
daha münasibdir,” – əksəriyyət belə hesab edirdi.
Bütün sanitarlar yeddi gün qollarına, boğazla-
rına qara bağlayıb Nizam üçün matəm saxladılar.
Sanitarların vəziyyəti həqiqətən məşəqqətli idi.
Briqadirindən savayı qalanlarının əllərindən əski,
“şvabra” deyilən döşəmə silən, süpürgə bütün gün-
boyu əskik olmurdu. Təmir, abadlıq işlərində vaxtını
öldürmək üçün briqadir də onlara qoşulub işləyirdi.
Boş vaxtları demək olar ki, yalnız gecələr olurdu. Rə-
is onları müəssisənin təsərrüfat işçiləri kimi adlarını
işə yazıb əmək stajı yazdığını minnət edərək maaş
əvəzinə hər həftə çay, qənd, siqaret aldırırdı. Və gu-
ya xərclədiklərindən əlavə maaşlarından artıq qalan
məbləğ də adlarına açılmış hesablarda toplanırdı.
Amma sanitarlardan birinin nə vaxtsa mühasibatdan
pul aldıqlarını hələ kimsə nə görmüşdü, nə də eşit-
məmişdi. Mujiklər belə azad olanda evə getmək
üçün qanuni yol pulunu almağa mühasibi yerində
tapmırdılar.
Sanitarların halını ağırlaşdıran pis cəhət o idi
ki, onlar ən aşağı təbəqə – kasta olduqları üşün məh-
kum yoldaşları tərəfindən də yeri gəldikcə əzilir və
təhqir edilirdilər. Həm paqon və həm də məhkum-
downloaded from KitabYurdu.org
33
lardan həmişə alçaldılma görmək sanitarların çoxu-
sunda mənəvi dəyərlərin, yüksək şəxsi keyfiyyətlərin
itməsinə, ətrafındakı insanlardan küskünləşməsinə
gətirib çıxarmışdı. Daim pislik gözləyirmiş kimi incik
nəzərlərlə baxır, canüzücü vəziyyətlərinin qurtara-
cağı günün həsrəti ilə yaşayırdılar.
“Yandırılanlardan” digəri – Ayaz da bu zona
ayrı yerdən, hətta xaricdən, qonşu ölkənin cəzaçək-
mə müəssisəsindən gətirilmişdi. Ayaz yad ölkədə
çəkdiyi cəzasının yarısını mujik kimi yaşamışdı. Xa-
siyyətcə ötkəm, bir az da əsəbi idi. Həbsə düşən gün-
dən cinayət aləmi ilə arası yox idi. Onun nəzərində
bu insanlar olduqca qorxulu, etibarsız, təhlükəliydi-
lər. O, hansısa bir qrupun asılılığındansa, sərbəst ol-
mağı xoşlayırdı və imkanı çatdıqca müstəqil yaşa-
mağa can atırdı. Pulun hesabına oğru dərəcələri
alanları qəti görməyə gözü yox idi.
Günlərin birində pul gücünə “obşaklık” edən
birisi ilə sözü tən gəlmədi, mübahisəsi düşdü. Xırda
bir məsələdən yaranan narazılıq günü-gündən bö-
yüməyə başladı. Qarşı tərəf üstünə gəldikcə, o da qa-
bağından yemirdi. Bu minvalla aralarında baş verə-
cək dava qaçılmaz idi. Əsəblər gərilib son həddə ça-
tanda Ayaz daha səbr edə bilmədi, özü hücuma keç-
di. Növbəti sözləşmə zamanı digər məhkumların
əhatəsində özünü “obşak” sayanın sifətinə gözlənil-
downloaded from KitabYurdu.org
34
mədən kəllə atdı. Bu zərbədən “obşakın” çənəsi qana
boyandı; bir neçə dişi sındı, dodağı partladı...
Ayazın kəllə atması ona baha başa gəldi. Oğru
dünyası cəzalandırılmaq əmrini verdi. Çox keçmədi,
gecələrin birində “ləkələndirilib” üzdəniraq elan
edildi. Sərt “cəzadan” sonra onun üzdəniraqların sı-
rasına qatılmaqdan ayrı yolu qalmadı.
Ayaz Gülbaxta gələn gündən özünü fərqləndir-
məyi bacardı. O, cinayət aləminə olan acığından yal-
nız paqonluların ayağı dəyən yerlərin təmizliyini,
ayaqyolusunu öhdəsinə götürdü. Qalan işlərdə işlə-
mədi. Öz sahəsinə məsuliyyətlə yanaşdığından digər
yerdə sanitar işləməyə ona heç kim məcbur da edə
bilməzdi. Müəssisənin idarəsində işləmək həm də
ona görə xoş idi ki, rəislərlə yaxın münasibətdə olur-
du. Zabit və nəzarətçilərin hamısı onu tanıyır, hör-
mət edirdilər. Rəhbərliyin fəaliyyəti ilə bağlı çoxları-
nın bilmədiyi məlumatları məhkumlar arasında ha-
mıdan əvvəl, o, xəbər tuturdu. Nəinki müavinlər, rə-
is Məhyəddin də yeri gələndə Ayazı coxbilmişliyinə
görə incitməyə çəkinirdilər.
Ötən günlərdə mujiklərdən birinin başına gələn
gözlənilməz hadisəni eşidən zamanı da, Ayaz oğru
aləminə bəslədiyi nifrətinin düzgünlüyünə bir daha
əmin oldu. Özlərini “vor” – oğru adlandıran bu kəs-
lər yetərincə qorxulu və etibarsız idilər. İllərlə həbs-
xanalarda qazandığın mövqeyini bir günün içində
downloaded from KitabYurdu.org
35
heçə döndərə bilərdilər. Necə ki böyük şəhərlərin bi-
rindən olan, məhkumların “əhl” başçısı sayılan İm-
ran bir telefon zəngi ilə “yandırılıb” üzdənirağa bə-
rabər tutuldu...
İmran dustaqxana mühitində təzə adam deyil-
di. Bundan əvvəl, o, bir dəfə məhkum olunmuş, iki il
cəza çəkdikdən sonra vaxtından tez azadlığa bura-
xılmışdı. Azadlıqda çox qərar tuta bilməyən İmran
səkkiz ay keçməmiş yenidən cinayət törədib həbsxa-
naya qayıtmışdı. Bu dəfə ona məhkəmə köhnə işin-
dən iki dəfə çox cəza müddəti təyin etmişdi. Birinci
məhkumluğundan çox şeylər öyrəndiyindən bu də-
fəki gəlişində ölçülüb biçilmiş hərəkətləri ilə az vaxt
ərzində yerliləri arasında hörmət qazanmışdı. Elə
ona görə də yerliləri keçmiş “əhl” başçıları cəza
müddəti qurtarıb azadlığa gedəndə onun yerinə İm-
ranı seçdilər.
Həqiqət bu idi ki, rəis Məhyəddin “qara” zonu
basqı altında “qırmızıya” cevirsə də oğru dünyasının
iradəsini zonda tam qıra bilməmişdi. Baxmayaraq ki,
o, eyni yerdən olan məhkumların birliyinin olmama-
sı üçün onları ayrı-ayrı dəstələrə, yataqxanalara pay-
lamışdı. Qruplaşmanın qarşısını almaqdan ötrü asu-
də vaxtlarda üç nəfərdən artıq toplanmağı qadağan
etmişdisə də, məhkumlar öz niyyətlərindən əl çək-
məmişdilər. Ani fürsət düşən kimi gizlin fəaliyyətlə-
rini davam etdirir, qruplaşır, digər zonlardakı oğru
downloaded from KitabYurdu.org
36
və avtoritetlərlə müxtəlif vasitələrdən istifadə et-
məklə əlaqələr yaradırdılar. Lazım gələndə isə işçi-
lərin rüşvət damarını tutmaqda bacarıqlı idilər.
Hələ çox illər bundan əvvəl Məhyəddin rəis işlə-
məyə başlarkən mərkəzdəki əməliyyat şöbəsindən
təklif etmişdilər ki, əgər istəyərsə zonda idarəetməni
asanlaşdırmağa hazır kadr – “obşak” verə bilərlər.
Lakin Məhyəddin onların bu köməyindən imtina et-
mişdi. Çünki, birincisi, o, müəssisədə özünü hakim,
şəriksiz lider hiss etmək istəyirdi. İkincisi də, nə
vaxtsa yuxarıların özləri təşkil etdikləri obşakla ba-
şını ağrıdacağlarından ehtiyatlanmışdı. Bu səbəbdən:
“mənim ehtiyacım yoxdur”, – demişdi. Bununla belə
məhkumların “köpünü almaq üçün” əməliyyatçı Bə-
kirə müəyyən məsələlərdə onlarla razılığa gəlməyə,
sabitlik naminə güzəştə getməyə icazə vermişdi.
Bəkir də elə bu icazəyə bənd imiş. Dərhal məh-
kumların içərisindəki avtoritetlərlə gizli söhbətlər
aparıb göz yumacağı hallara görə müəyyən etdiyi
“haqqı” tələb etmişdi. Bir çox məsələlərdə qarşılıqlı
razılaşma baş tutmuş, “alver” alınmışdı. Bəkir çay-
xanada on nəfərlik stollarda hər bir “əhl”in qrup ha-
lında əyləşib istirahət etməsinə izn vermiş, hər stolun
da haqqını ayın sonunadək çatdırılmasını şərt qoy-
muşdu. Qanun yol verməsə də, avtoritetlərə bir ədəd
mobil telefondan gününə on manat ödəməklə gizlin
istifadəsinə də göz yummuşdu (Heyf ki, bu yarım-
downloaded from KitabYurdu.org
37
səhralıqda internet qaydasında deyildi. Puluna min-
nət, avtoritetlərə “internet də satardı”..). İmranın
bədbəxtliyinə şərait yaradan da həmin cib telefonu
olmuşdu.
Həbsdən qabaq yaşadığı şəhərin qonşu mikro-
rayonundan olan İqbal zona gələn gündən İmranın
“əhl” başçılığını həzm edə bilmirdi. İqbal da onun
sayaq əvvəllər məhkum olunmuşdu. Bir-birilərini
yaxından tanımasalar da, keçmişləri haqqında məlu-
matlı idilər. O, karantindən baraka köçən kimi həm
yerliləri, həm də avtoritetlər arasında İmranın “əhl”
başçısı sayılmasının oğru dünyasının qaydalarına
zidd olduğunu bildirdi. İmran bu etirazı sakit qarşı-
ladı: “Əgər “əhl” başçılığını öz boynuna götürmək
istəyirsənsə, mən etiraz etmirəm, uşaqlar razılaşsın,
sən ol başçı”, – dedi. İqbal isə: “Mən başçılıq istəmi-
rəm, layiqli oğlanın başçılığını istəyirəm”, – cavabını
vermişdi.
Avtoritetlər İmrana göstərdiyi münasibətə görə
onu qınayanda, İqbal səbəbini onların növbəti top-
lantısında açıqlayacağını bildirmişdi. O, oğru dün-
yasının qaydalarını yaxşı bilirdi. Bilirdi ki, kimisə gü-
nahlandıranda gərək sübutun olsun. Sübutun olma-
yacağı təqdirdə özün cəzalanacaqsan.
İmranın da iştirak etdiyi avtoritetlərin növbəti
gizlin toplantısında İqbal, nəhayət onunla bağlı ira-
dını açıqladı:
downloaded from KitabYurdu.org
38
–Mən sözü açıq deyən adamam. Bu adamın
anası, bacısı yaşadığı məhlədə pis ad çıxarıb, soraq-
ları Dubaydan, Anadoludan gəlir. Onu “əhl“ başçısı
seçməyiniz düzgün hərəkət deyil.
Bu sözlərdən İmranın halı dəyişdi:
–Vicdanın olsun, mənə, ailəmə böhtan atma...
–Böhtan atmıram. Ya illərdir türmədəsən, xə-
bərin yoxdur, ya da özünü bilməmiş kimi aparırsan.
Ətrafdakılar əsəbiləşmiş İmranı sakitləşdirdi-
lər:
–Yaxşı, sakit olun, – avtoritetlərin böyüyü dil-
ləndi, – əgər dediyin kimidirsə, özün bilirsən də sü-
but eləməlisən. Sübut edə bilməsən ağır cəzalana-
caqsan.
–Bilirəm. Sübut edəcəyəm. Belə edək, gəlin hə-
min məhəllədə və yaxud məhəlləyə yaxın ərazidəki
dostlarımızın bir neçəsinə zəng edək, bir şərtlə ki, te-
lefonun səsini hamının hündürdən eşitməsi üçün
mikrofona qoyaq. Soruşaq ki, belə bir söhbət var,
doğrudur, yoxsa yalandır? Desələr ki, yalandır, mən
sabahdan gedib girirəm sanitarların barakına, yox
doğrudur desələr İmranı cəzalandırırsız. Zəng edə-
cəyiniz adamları da özünüz seçin...
Razılaşdılar. Avtoritetlər İmranın evi yerləşən
ərazidəki dostlarından ikisinə zəng vurub hal-əhval-
dan sonra soruşdular:
downloaded from KitabYurdu.org
39
–Sizin tərəfdə evi olan İmran adlı bir dustaq
yoldaşımız var. Yəqin tanıyarsan. Hə, deyirlər anası,
bacısı son illər yollarını azıblar, özləri azmış başqa
qadınları da pis yola çəkirlər. Həqiqətdir deyilənlər,
ya yalan, böhtandır?..
–Atam balası, neynirsüz bunu?..
–Lazımdı ki, soruşuruq da, lazım olmasa so-
ruşmazıq ki...
–Nə deyim, vallah, od olmayan yerdən tüstü
çıxmaz. Gözümlə görməsəm də, mən də eştmişəm,
var elə bir şey...
İkinci zəng olunan da birinci deyənləri təkrar-
ladı. İqbalın iradı telefon danışıqları ilə təsdiq olu-
nanda İmranın rəngi ağarıb meyidə döndü. Başını
yerə dikib susdu. Doğrudur onu sanitarların barakı-
na göndərməsələr də yataq yerini qapıya yaxın yerə
dəyişdilər. Onunla salam-kəlamı kəsib, bir daha din-
dirmədilər. Bax, cinayət aləminin belə üzüdönüklü-
yünə görə Ayazın onlara nifrəti hədsiz idi...
* * *
Rəis Məhyəddinin işində maaşdankənar qa-
zandığı pullar nə qədər çox olsa da axır vaxtlar bə-
rəkəti olmurdu. Yoxlamalar, iki gündən bir “hüquq
müdafiəçisi” adı ilə müəssisəyə gələn qonaqlar, mər-
kəzin tələb etdiyi müxtəlif ödəmələr, oğlunun, qızı-
nın xərcləri, üstəlik aylardır yataq xəstəsi olan arva-
dının müalicəsi...
downloaded from KitabYurdu.org
40
Əvvəllər hərdənbir kefinin yaxşı vaxtlarında
kabinetində hamıdan gizlin narkotikadan istifadə
edirdisə, arvadı xəstələnəndən sonra dərdini unut-
maq üçün azqala hər gün yararlanmağa başlamışdı.
Arvadının sağalmaz xəstəliyə düçar olması dünyanı
gözündən salmış, bütün rahatlığını əlindən almışdı,
bilmirdi nə etsin... Hər dəfə bu barədə düşünəndə is-
tehza ilə Bəkirə həsəd aparırdı: “Vallah, səndən ağıl-
lısı yoxdu. İkisini alıb boşamısan, hərəsinin də iki
uşağı. Yəqin ki, çaşıb qalmısan nə edəsən – qazancını
bazdığa xərcləyəsən, yoxsa arvadlarının tələblərini
ödəyəsən...”
Həyat yoldaşı xəstələnən gündən fövqəladə
hal, gücləndirilmiş rejim olmazsa axşama yaxın mü-
əssisəni müavini Niyazın öhdəsinə buraxıb evə get-
məyə məcbur olmuşdu. Hər dəfə məhkumlar qarşı-
sında özünəməxsus çıxışlar edən Məhyəddin yoxla-
madan sonra getməyini onlara belə izah etmişdi:
“Yoldaşım həmişə məni qınayırdı ki, dustaqları mən-
dən çox istəyirsən, evdə tapılmırsan. Qısqanclıqdan
indi özün vurub xəstəliyə, göstəriş verib ki, evə tez
gəl. Getsəm də, narahat qalıram, ürəyimi burda qo-
yub gedirəm...”
Unudulmayan hərarətli niqtlərdən birini isə
ötən bayramların birində etmişdi. Rəis çıxışına təb-
riklə başlamışdı. Üzünü məhkum kütləsinə tutaraq
ucadan: “Sizin ananızı, bacınızı”, – deyərək ani fasilə
downloaded from KitabYurdu.org
41
vermişdi. Bu an ərzində hamının əsəbləri gərilmiş,
ətrafdakı zabit və nəzarətçilərin ürəkləri döyünmüş-
dü: “nə danışır, ə, bu?”
Məhyəddin ani fasilədən sonra davam etmiş:
”...Qadınlar bayramı münasibəti ilə təbrik edirəm!”
Bütün meydandakılar dərindən nəfəslərini dərmiş,
rəisin təbrikini alqışlarla qarşılamışdılar.
Niyaz gündə cəmisi on saat evində olurdu: ge-
cə saat onbirdən səhər doqquzadək. Qalan on dörd
saata yaxın zamanı müəssisədə keçirərdi. Öz təbi-
rincə desək qəlbən xidmətlə yaşayardı. İstirahət və
bayram günləri də işləyərdi. Özünü nümunə göstə-
rib ixtiyarındakı zabitlərdən də “xidmətlə yaşama-
ğı” tələb edərdi.
–Zalım oğlu, – Zəfər Şəriflə fasilə vaxtlarında
dərdləşəndə deyinərdi, – sənin qədər mən də qazan-
saydım gecələr də burda yatardım. Hər şeyin haqqı-
nı özü alır, qalan işçilərə dolanmağa imkan vermir,
hələ bir xidmətlə də yaşamağımızı istəyir...
–Bir adam ki Allahın suyunu dədəsinin malı
kimi sata, ondan nə gözləyəsən, – Şərif onun deyin-
məyinə qoşularaq Niyazın hər il yayın bürküsündə
su qablarını baraklardan yığdırmaqla yanaşı gün-
düzlər gələn suyu kəsdirib məhkumların çayxana-
sında stəkanı on qəpiyə sərin su satdırdığını xatırlat-
dı. Çayxananın gəliri Niyaza aid olduğundan suyun
pulu da, ona çatırdı. – Yeziddən betərdi. Bu insan ra-
downloaded from KitabYurdu.org
42
hatlığını evində yox, burada tapır. Özü bədbəxtdir
deyə, istəyir ki, biz də onun tayı olaq...
Şərifin sözlərində həqiqət vardı. Niyaz neçə il-
lər idi evində özünü yad, tənha sayırdı. Onu uşaqla-
rı, heç xanımı da əvvəlki tək sevmirdi. Müavin işlə-
yəndən bəri evə yalnız yatmağa gəlirdi. Tamamilə
özgələşmişdi, evdəkilər üçün gecə qonağına dön-
müşdü. Onların necə günlərini keçirməsindən, ad
günlərindən də xəbəri olmazdı. Diqqətsizlikdən, say-
ğısızlıqdan uşaqları da, yoldaşı da incimişdilər on-
dan. Qarşılıqlı olaraq onlar da çox vaxt Niyaza əhə-
miyyət verməyib öz bildikləri kimi yaşayırdılar. Heç
kimə gediş-gəliş etmədiyindən dost-tanış, qohumlar
da soyumuşdu Niyazdan. Müəssisədə özünü güclü,
sözü ötən, vacib bir adam saysa da, evə gələndə zə-
ifləşir, kiçilirdi, söz yiyəsi olmamasını, evdə sadəcə
pul götürülən bankomat olduğunu anlayırdı. “Qəri-
bə insanlardı, – ürəyində ailəsini qınayırdı, – çoxlu
pul da istəyirlər, üstəlik diqqət də... Sizin gündəlik
qayğılarınızla məşğul olsam, bəs pulu kim qazana-
caq? Səkkiz saat işləməklə qazanacağım pul sizi qane
etməyəcək, axı...”
Son günlər arvadının oğlu haqqında etdiyi xə-
bərdarlıq qanını lap qaraltmışdı. Özəl ali məktəbin
üçüncü kursunda oxuyan oğlunun marixuanaya alış-
ması bir yana, internetdən tanış olduğu yaşlı bir qa-
dınla görüşəndən sonra bəzən gecələr də “dostum-
downloaded from KitabYurdu.org
43
gildəyəm” bəhanəsi ilə evdə qalmamağa da başla-
mışdı. Əsli-nəsli, kimliyi bilinməyən bu qadının tez-
liklə oğlunu cənginə keçirib, imtiyazlar istəməyəcə-
yinə, ata-anası ilə düşmən etməyəcəyinə kim zəma-
nət verə bilərdi? Oğlu axı, niyə, nə səbəbə onun ar-
zularını doğrultmadı, tüfeyli, zay çıxdı?!.
İndi başa düşmüşdü ki, üç ay əvvəl gecələrin
birində yatmağa hazırlaşarkən oğlu ona niyə belə su-
al vermişdi:
–Ata, nə üçün marixuananın satışına xaricdə
icazə verirlər, bizdə yox...
–Çünki, biz hər şeyin köpünə girənik. Onu ica-
zə versələr, qalanlarına da iştəhamız artacaq.
“Hə, elədir. Bu camaata azca şərait yaratdın,
boş buraxdın nəzarətdən çıxırlar. Öz oğlum kimi”.., –
Niyaz təəssüflə düşünürdü. Ciddi məsələ olduğun-
dan müəssisədə narkotika məsələsinə xüsusi nəzarəti
əməliyyatçı Bəkirə həvalə etmişdi. Zonda yüzlərlə
narkotika istifadəçisi cəza çəkirdi. Onların min cür
ağılagəlməz yola, fırıldağa əl atıb narkotika əldə et-
məməsi üçün Bəkirə onlara olduqca məxfi, “azarla-
rını öldürmək” qədərində narkotika satmağa icazə
vermişdi. Rəisin və özünün razılığı olan bu “bazara”
başqa heç bir kəsin girişməməsi, sərt cəzalarla təcili
qarşısı alınması Bəkirə tapşırılmışdı.
Kənardan narkotik maddələrin zona gətirilmə-
məsi üçün məhkumlarla görüşə gələnlərin əynindəki
downloaded from KitabYurdu.org
44
paltarları, (şübhə yaranarsa kənar otaqda kişiləri kişi,
qadınları qadın nəzarətçilər paltarını da soyundu-
rurdular) gətirdikləri əşyalar, ərzaqlar bircə-bircə
hərtərəfli yoxlanılırdı. Nədəsə, kimdəsə mindəbir
qram narkotika tapılsaydı, dərhal sənədləşdirilib
mərkəzə məlumat çatdırılırdı...
Görüş və sovqatdan qeyri zona uyuşdurucu
dərmanları və narkotik maddələri bir də işçilər gətirə
bilərdi. Əsasən də daim olmasa da, hərdənbir nəşə-
lənməyi xoşlayan paqonlulardan şübhələnərdilər.
Lakin Bəkir “oğru qaydaları” ilə sübut əldə etməmiş
səsini çıxarmazdı. Nəzarətçidən və ya zabitdən nar-
kotika alan məhkumu dəqiqləşdirən kimi həmin iş-
çinin “torbasını” hazırlayıb özü qarışıq şəhərə yola
salardı.
Günlərin bir günü Bəkirə “işləyən” məhkum-
lardan biri məlumat çatdırır ki, dəstə rəisi Orxan zo-
na narkotika daşıyır. İşini ehtiyatlı gördüyündən hər
gün yox, kefinə düşəndən düşənə gətirir.
Bəkir Orxanın xasiyyətini bilirdi. Bilirdi ki, üs-
tündə tutmasa, onun boynuna heç nə qoymaq müm-
kün deyil. Səbrlə növbəti dəfə “mal” gətirəcəyini
gözləmək, məlumat alan kimi yaxalamaq lazım idi.
Bir neçə gün keçdi, xəbər gəldi ki, Orxan sabaha
“mal” gətirməyə söz verib. Səhəri gün Bəkir işçiləri-
nə Orxanı nəzarətə götürməyi, izləməyi tapşırdı.
Otağının yanında güdükçü saxlanıldı. Amma, nə-
downloaded from KitabYurdu.org
45
dənsə Orxan təxmin edilən “obyektə” yaxınlaşmırdı.
Nahar fasiləsində onun çölə çıxıb maşınının qapısını
açmasını eşitdi. Bəkir düşündü ki, çox güman, o, ma-
şınından narkotikanı götürməyə gedib. İşçilərinə tez
əmr verdi: “Orxan qayıdıb müəssisənin qapısından
içəri girən kimi harasa getməyə imkan vermədən,
Niyazın otağına gətirərsiniz”. Naharını saxlayıb, ağ-
zındakı tikəsini çeynəyə-çeynəyə özü də Niyazın ota-
ğına tələsdi.
–Nə baş verib, Bəkir? – Niyaz onun qəfil gəli-
şindən təəccübləndi.
–İndi görəcəksiniz. Demişdim axı, sizə Orxan
barədə. İndi gətirəcəklər, sizin yanınızda “şmon”
edəcəyəm.
Niyaz nəsə demək istəyirdi, qapı döyüldü:
–Buyurun...
Orxanla birgə əməliyyatçı Tofiq kabinetə daxil
oldular.
–Niyaz müəllim, siz çağırmısız məni? – Orxan
həyəcanla soruşdu.
–Mən dəvət etmişəm. Tofiq, sən çıx çöldə göz-
lə.
Tofiq çölə çıxıb qapını örtdü.
–Eşidirəm cənab mayor, nə qulluğunuz?
–Bax, elə Niyaz müəllim də bilsin. Ədliyyə ka-
pitanı Mahmudlu Orxan, deyin görüm, çölə çıxıb
downloaded from KitabYurdu.org
46
maşınınızdan nə götürdünüz? – Bəkir gözlərini onun
gözlərinə dikdi.
–Heç nə götürmədim. Qapının şüşəsi yadım-
Dostları ilə paylaş: |