2. Demokratiklik prinsipi – təhsil alanların azad düşüncə ruhunda tərbiyə edilməsini, təhsilin dövlət və ictimai əsaslarda idarə edilməsini, təhsil alanların özünüidarəsinin genişlənməsində, vəzifələrin seçki yolu ilə tutulmasında, müəllim-şagird münasibətlərinin demokratiklik üsulunda qurulmasında özünü göstərir.
3. Bərabərlik prinsipi – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil alması üçün imkanlar yaradılmasını və təhsil hüquqlarının təmin edilməsini nəzərdə tutur.
4. Millilik və dünyəvilik prinsipi – milli və bəşəri dəyərlərə əsaslanan dünyəvi təhsil sisteminin yaradılmasında və inkişaf etdirilməsində ifadə olunur.