Mövzu:3.Didaktika. Pedaqoji proses, təlim sistemində tarixilik və müasirlik.Pedaqoji aksiologiyanın əsasları. Pedaqoji innovasiyalar.
Plan;
1.Didaktika, onun mövzusu,təlim prosesinin etmi-nəzəri əsasları
Pedaqoji proses.
2.Təlim sistemində tarixılık və müasırlık.
3.Təhsılın məzmunu və məqsədi, dövlət təhısil standartı.
4.Pedaqoji aksıologıyamn əsasları.
5.Pedaqoji innovasiyafar.
Pedaqoji proses dedikdə , şəxsiyyətin tərbiyəsi , təhsili , təliminin inkişafı ilə
bağlı aparılan məqsədyönlü , planlı, mütəşəkkil işlər nəzərdə tutulur.
Qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllimlərlə şagirdlərin qarşılıqlı
təsirinəpedaqoji proses deyilir.
Pedaqpji prosesdə ayrı-ayrı sahələrin vəhdəti, müəllim və şagird münasibətləri
və əlaqəsi , pedaqoji prosesin inkişafı; ümumi məqsədin , qanunauyğunluqların ,
prinsiplərin , forma və metodların mövcudluğu pedaqoji prosesə xas səciyyəvi
cəhətlərdir.
Pedaqoji prosesin tamlığı onun sahələri qarşısında vahid məqsədin olması və
şəxsiyyətin bütövlüyü ilə təmin olunur.
Pedaqoji proses tam və mürəkkəb sistemdir.
Pedaqoji proses dinamik sistemdir - pedaqoji proses öz məqsədi ,
vəzifələri, məzmunu , müəllim və şagirdlərin qarşılıqlı təsir formaları
sayəsindəəlda olunmuş nəticələri ilə xarakterizə olunur. Pedaqoji prosesin
öz quruluşu və komponentləri vardır:
Məqsəd komponenti - Pedaqoji fəaliyyətin bütün müxtəlif məqsəd və
vəzifələrini birləşdirir.
Məzmun komponenti - Həm ümumi məqsədə , həm də konkret vəzifəyə
qoyulan mənanı əks etdirir.
Fəaliyyət komponenti - Pedaqoq və şagirdlərin qarşılıqlı təsirini , onların
əməkdaşlığını , prosesin təşkili və idarə olunmasını əks etdirir. Bu
komponent həm də təşkilati-idarəetmə komponenti də adlanır.
Nəticə komponenti - Prosesin səmərəliliyi və qarşıya qoyulmuş məqsədə
uyğun əldəolunmuş nailiyyətlərlə xarakterizə olunur
r
-Pedaqoji proses əmək prosesidir - Bu prosesdə həm öyrədənin həm də
öyrənənin əməyi bir-birinə qovuşur. İnsanın formalaşması pedaqoji əməyin
əsasını təşkil edir və pedaqoji prosesdə əməyin məhsulu yaranır.
İstənilən əmək prosesi kimi pedaqoji proses də təşkil olunur , idarə olunur ,
texnologiyasına , məhsuldarlığına , vaxtdan səmərəli istifadə olunmasına görə
xarakterizə olunur. Çünki , pedaqoji proses ona aid proseslərin məcmusudur və
burada öyrədilən sosial təcrübə formalaşan insanın keyfiyyətinə çevrilir.
Tamlıq , ümumilik vəvahidlik pedaqoji prosesin əsas səciyyəvi
xüsusiyyətləridir.
Pedaqoji prosesin 3 başlıca mərhələsi vardır: hazırlıq , əsas , yekun.
Pedaqoji texnologiya - müəllimin pedaqoji vəzifələri həll etməyə yönəldilmiş
ardıcıl, qarşılıqlı əlaqəli fəaliyyətidir.
Pedaqoji prosesin təşkili texnologiyası pedaqoji prosesin müvəffəqiyyətlə
keçməsinin həlledici şərtlərindən biridir.
Pedaqoji prosesin təşkili 3 texnologiyadan ibarətdir:
məzmunun yaradılması texnologiyası
maddi vasitələr texnologiyası
fəaliyyətin texnologiyası
Pedaqoji ünsiyyətin mərhələləri:
Pedaqoji ünsiyyətin modelləşdirilməsi
Pedaqoji ünsiyyətin bilavasitə təşkili
Pedaqoji ünsiyyətin idarə olunması
Pedaqoji ünsiyyət texnologiyasının həyata keçirilməsinin gedişi və
nəticələrin təhlili.
Didaktika ( yunanca "öyrədirəm" deməkdir ) pedaqogikanın mühüm bir
sahəsidir. Didaktikanın obyekti təlim və təhsil prosesidir , predmeti isə təlim və
təhsil prosesinin qanunauyğunluqlarını , müəllimin öyrətmə, şagirdin öyrənmə
fəaliyyətinin qarşılıqlı əlaqəsini, səmərəli yollarını, şərtlərini müəyyən etməkdir.
Didaktika nəyi öyrətmək , necə öyrətmək, hansı formada öyrətmək suallarına
cavab verir. Təlim prosesində şagird biliksizlikdən bilikliliyə doğru inkişaf edir.
Təlim prosesinin xarakteri , məzmunu və təşkili formaları cəmiyyətin tələbi ilə ,
elmi-texniki tərəqqinin təsiri ilə müəyyən olunur.
Təlimin funksiyaları - öyrədici, tərbiyəedici və inkişafetdirici.
Təlim prosesinin quruluşu ( ünsürləri)
Təlimin məqsəd və vəzifələri
Təlimin məzmunu
Təlimin vasitə və metodları
Təlimin təşkili formaları
Təlimin nəticələri
2
Təlim prosesinin nəzəri ( metodoloji) əsasını fəlsəfənin idrak nəzəriyyəsi təşkil
edir.
İdrak yolu: canlı müşahidə - mücərrəd təfəkkür - praktika
Təlim yolu: qavrama - anlama - möhkəmlətmə - tətbiqetmə
Təlim prosesinin bütün sturuktur komponentləri bir-birindən ayrılmazdır və
bir-birindən asılıdır. Təlim prosesində informasiyanı qavramaqda psixoloji hazırlıq
önəmli yer tutur.
Məlumatı qavramaq üçün psixoloji hazırlıq şagirdin öyrənəcəyi fənnin
məqsədini dəqiq və aydın təsəvvür etməsindən ibarətdir.
Məlumatın qavranılması və onun başa düşülməsi - Qavrama əşyalarını və
onların xassələrinin qarşılıqlı əlaqəsinin insan şüurunda inikasıdır.
Məlumdan məchula , sadədən mürəkkəbə
Məlumatın ümumiləşdirilməsi və biliklərə çevrilməsi
Biliklərin möhkəmləndirilməsi
Bilik, bacarıq və vərdişlərin tətbiq edilməsi
Şagird işləinin təhlili
Təlim prosesinin bir sistem kimi komponentləri aşağıdakılardır:
Təlim komponenti təlim prosesinin məqsədi , məzmunu , növləri ,
metodları, vasitələri, qaydaları, formaları və s. ümumiləşdirir.
İdrak komponenti təlim prosesində müəllimin rəhbərliyi altında şagirdlərin
obyektiv varlığı, təbiətin , cəmiyyətin fakt və hdisələrini öyrənmək aspektini
müəyyən edir.
Psixoloji komponent daha çox təlim prosesində şagirdlərin daxili , psixi
fəaliyyətinə aiddir.
Sosioloji komponent təlim prosesinin iştirakçıları arasında münasibətləri
əhatə edir.
Təşkilati komponent tədris prosesini intellektual əmək aspektindəəks
etdirir.
Kibernetik komponent tədris prosesində mövcud olan müxtəlif əlaqələr ,
informasiya axınının dövriyyəsi, idarə olunması öz əksini tapır
3
Təlim sistemində tariıxilik və müasirik
Təlim sistemi dedikdə müəyyən ölçülərəgörə seçilən bütöv tam bir qurum
başa düşülür.
3 təlim sistemini fərqləndirmək olar:
Herbartın təlim sistemi
C.Dyuinin təlim sistemi
Müasir təlim sistemi
Herbartın ( 1776-1841) təlim sisteminin əsas əlamətləri:
Məktəbin başlıca vəzifəsi şagirdlərin intellektual inkişafının qayğısına
qalmaqdır.
Tərbiyyənin ən yüksək məqsədi əxlaqlı şəxsiyyət , güclü xarakter
formalaşdırmaqdan ibarətdir.
Onun fikrincə təlimin məqsədi şagirdlərə hazır biliklər verməkdən ibarətdir
yəni müəllim fəal olmalı, şagirdlər isə sakit oturub qulaq asmalıdırlar.
C.Dyuinin ( 1859-1952 ) didaktik sistemi Herbartın avtoritar pedaqogikasına
qarşı qoyulmuşdur.
C.Dyuiyə görə diqqət şagirdlərin şəxsi fəallığının inkişafına verilməlidir.Onun
fikrincə düzgün təşkil olunmuş təlim problemli təlimdir.Lakin C.Dyui yenilikçi olsa
da onun da təlim nəzəriyyəsində nöqsanlar var idi.
Təlim prosesini ancaq problemli qurmaq və ya ənənəvi üsulla keçirmək uğur
qazana bilmədi.
Maddi və formal təhsil təhsilin xarakterinin formalaşmasına təsir göstərdi.
Maddi təhsil tərəfdarları şagirdlərə məktəbin mümkün qədər çox bilik
verməsini lazım bilirdilər.Yəni, məktəbli ensklopedik biliyə malik olmalıdır.
Didaktik formalizmin tərəfdarları şagirdlərin qabiliyyətlərinin və idrak
maraqlarının inkişafına , diqqətinə , hafizəsinə fikir verirdilər.
Didaktik utilitarizm tərəfdarları şagirdin fərdi və ictimai fəaaliyyətinə üstünlik
verirdilər.( yemək hazırlamaq , paltar tikmək, əl əməyi)
Didaktik problem-kompleks nəzəriyyə fənnin təklikdəyox , kompleks
öyrənilməsini təklif edirdi. Bu o deməkdir ki, şagirdlərin idrak fəaliyyəti üçün elə
problemlər seçmək lazımdır ki, onun həlli müxtəlif sahələrə aid biliklərdən istifadə
etməyi tələb etsin.
Didaktik sturukturalizm nəzəriyyəsinə görə təhsilin məzmunu iri sturukturlar
şəklində təqdim olunmalıdır.Bunun üçün təhsilin məzmunu ağır olduğu üçün
tədris materialının həcmini azaltmaq və məzmunu iri sturukturlar şəklində təqdim
etmək lazım idi.
Herbartın və Dyuinin didaktik sistemləri göstərir ki , bunlar dövrün inkişaf
qanunlarına cavab vermir. Sonrakı dövrlərdə tədqiqatçılar həm ənənəvi həm də
mütərəqqi sistemlərin lazımi yaxşı cəhətlərini qoruyub saxlamış və yeni didaktik
sistem hazırlamışlar.
4
Bu didaktik istiqamətlər içərisində Amerika alimi Ceron Bruner "kəşflər etmək
yolu" ilə öyrətməyi işləyib hazırlamışdır.Yəni şagirdlər öz kəşfləri ilə dünyanı dərk
etməli və yeni bilikləri kəşf etməli idilər.
Müasir didaktikanın prinsipləri pedaqoji fəaliyyətin əsasını təşkil edir və bir
neçə xüsusiyyətə malikdir:
Müasir təhsil və təlim nəzəriyyəsinin metodoloji əsasını materialist
fəlsəfə təşkil edir.
Müasir təlim sistemində təlim prosesində şagirdlərin şəxsi
təşəbbüskarlığı , müstəqilliyi və fəallığı fərqləndirici
xüsusiyyətlərdir. Müasir təlimdə başlıca məqsəd az vaxt , gün və
vəsait sərf etməklə şagidləri təlimin müəyyən olunmuş səviyyəsinə
qaldırmaqdır.
Müasir təlimin daha bir xüsusiyyəti təhsilin məzmununa yeni
yanaşmadır. Tədris planları və proqramlarında dəyişikliklər edilmiş
və təlimdə müxtəlif modellər işlənib hazırlanmışdır. Bu modellərdə
Komenski-Herbart klassik modelinin Dyuinin mütərəqqi
nəzəriyyəsi və təlimin yeni nəzəriyyəsi ilə uzlaşması öz əksini
tapmışdır.
Təlim modeli çoxüzlü və çoxölçülü bir hadisədir və bir çox əlamətləri vardır:
Dinamiklik ( daim hərəkət, inkişaf )
Məqsədyönlülük ( nəticə üçün səyin göstərilməsi)
Tədqiqatçılıq və problemli xarakter daşımasə( məhsuldar təfəkkür
inkişaf edir)
Permanentlik ( fasiləsizlik ) tədris işində varislik vardır , təlim prosesi
fasiləsizdir.
Nəzarətlilik - əldəedilmiş nticələr müəyyən edilir, qiymətləndirilir.
Məhsuldarlıq - məhsulun kəmiyyəti və keyfiyyəti , dəyəri xarakterizə
olunur.
Prosesin həyata keçirilə bilməsi ( prinsipial şərtlərin meydana gəlməsi):
motivlərin
informasiyanın
vaxtin
imkanların
kmplekslilik (inteqrativlik )
Şagirdlərin idrak fəallığının səviyyələri: informasiyalı ( reproduktiv ) ,
problemli, evristik, tədqiqatçılıq.
ci səviyyə - tanışlıq ( obyekti fərqləndirir)
ci səviyyə - reproduksiya ( obyekti sözlə təsvir edir, nəticələri təhlil edir)
cü səviyyə - biliklər ( şagird informasiyanı tətbiq etməyi və yeni
informasiya almağı bacarır)
cü səviyyə - transformsiya ( biik , bacarıq və vərdişləri müxtəlif sahələrə
aid problemlərin həllinə tətbiq etməyi bacarır)
5
Təhsilin məqsədi və məzmunu
Təhsil pedaqoji prosesin mühüm tərkib hissəsidir.
Ümumi təhsilin məqsədi dövlətin təhsil-tərbiyə sahəsində məqsədindən irəli
gəlir.
Təhsil cəmiyyətin və dövlətin mənəvi , sosial , iqtisadi və mədəni inkişafının
əsasıdır.
Təhsilin məzmunu bir neçəamilləmüəyyən edilir:
cəmiyyətin tələbatı , elm və texnikanın inkişaf səviyyəsi , ictimai
quruluşun xarakteri ilə
təhsilin məqsəd və vəzifələri ilə
şagirdlərin real təlim imkanları ilə
Təhsil dedikdə tədris müəssislərində verilən , tərbiyə və inkişaf imkanlarına
malik olan bilik , bacarıq və vərdişlərin sistemi başa düşülür.
Təhsilin məzmununun formalaşmasını şərtləndirən sistemlər:
sosial və şəxsi tələbatlar sistemi
sosial və elmi nəaliyyətlər sistemi
pedaqoji imkanlar sistemi
təhsilin humanistləşdirilməsi
Tədris prosesinin məzmunu bir sistem kimi müxtəlif sturukturlarda təqdim
edilir.Sturukturun elementləri biliklər və ya onların elementləridir.
Müasir dövrdə təhsilin məzmununda aşağıdakı sturuktular geniş
yayılmışdır:
Xətti - Bu sturukturda tədris materialının ayrı-ayrı bölmələri bir-
biri ilə sıx əlaqədəfasiləsiz , ardıcıllıqla məktəb təlimi dövründəbir
dəfə öyrədilir. Burada ardıcıllığa , tarixiliyə , müvafiqliyə riayət
olunur.
Konsentrik - əvvəl öyrədilən biliklərə dönmək nəzərdə tutulur. Eyni
material bir neçə dəfətəkrar olunur və məzmun genişlənir. Təlimin
ilk pillələrində elementar təsəvvürlər verilir , biliklər və idraki
imkanlar artır, dərinləşir və genişlənir.
Spiralvari sturukturda şagirdlər əsas problemi daim nəzarətdə
saxlayır , onunla bağlı biliklərin dairəsini genişləndirir və
dərinləşdirir. Burada fasilələr yoxdur.
Qarışıq - bu sturuktur xətti, konsentrik və spiralvari sturukturların
birləşmiş formasıdır.
Təhsilin məzmununun sturukturunu seçərkən təlimin məqsədi şagirdin
oxumaq qabilliyi , öyrənilən biliyin xarakteri və xüsusiyyəti , şagird qruplarının
xüsusiyyətləri nəzərə alınır.
Təhsilin məzmununa aiddir:
6
ı
Tədris planı
Tədris proqramı
Tədris ədəbiyyatı
Dərsliklərin didaktik funksiyaları: motivasiyalaşdırıcı , informasiyavermə ,
nəzarət-korreksiya.
Dövlət təhsil standartı
Standart- norma , nümunə; ölçüdür.
Təhsil standartında 2 komponent var:
invariant ( dəyişilməz ) - təhsilin əsasıdır. Bəzən nəzərdən keçirilir
və dəyişdirilir.
Variativ ( dəyişən ) - cəmiyyətin tələbatlarından asılı olaraq
sistematik təzələnir və ona yenidən baxılır. .
Pedaqoji aksiologiyanırı əsasları
Dəyərlər haqqında fəlsəfi təlim aksiologiya adlanır.
Pedaqoji dəyərlər pedaqoji fəaliyyəti nizama salan normalardır.
İnsan dəyərdir və XX əsrdə dəyər filosoflar tərəfindən ön plana çəkilmişdir.
Fərd , sosial qrup və ya bütövlükdə cəmiyyət üçün zəruri olan , onların
tələbatlarını, maraq və məqsədlərini ödəməyə qadir olan hər şey dəyərlərdir.
Dostları ilə paylaş: |