1. Dil işarəsi haqqında təlim. Dil işarəsinin təbiəti. Dil işarəsi təlimi


Xarici linqvistika. 5. Daxili linqvistika



Yüklə 18,13 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü18,13 Kb.
#47973
1   2   3   4
Sosiolinqv kv 2

4. Xarici linqvistika. 5. Daxili linqvistika. Dilin işarələr sistemi olduğunu müəyyənləşdirdikdən sonra F.Sössür dil orqanizminə yad olan nə varsa hamısını ayırıb xarici linqvistika adlandırdı. Xarici linqvistika ilə nitq fəaliyyəti hadisələrini tədqiq edərkən qarşılaşmaq olar. Dil cəmiyyətə xidmət etdiyi üçün cəmiyyətə xidmət edən digər ictimai hadisələrlə sıx təmasda olur. Bu hadisələr dildən xaricdə olsa da, dilin inkişafına müəyyən qədər təsir göstərir. F. Sössür dilin ondan xaricdə olan ictimai hadisələrlə münasibətini xarici linqvistikada öyrənməyi təklif edir. Dil və tarix ,dil və mədəniyyət,dil və cəmiyyət ,dil və irq ,dil və etnoqrafiya ,dil və təfəkkür, dilin dialektlərə parçalanması ,xarici linqvistikanın tədqiqat obyektini təşkil edir . Xarici linqvistika bir sıra dil problemlərinin həllinə kömək etdiyi üçün böyük əhəmiyyətə malikdir. Onun daxili linqvistika ilə heç bir ümumiliyi yoxdur. Çünki, xarici linqvistikanın tədqiq etdiyi faktlar dilin təbiətinə ,onun daxili özəyinə toxunmur. Daxili linqvistika isə dilin sistemi dəyişə bilən nə varsa hamısı dilin daxili inkişaf qanunauyğunluqları ilə məşğul olur. F. Sössür dilə təsir göstərən dilin tarixi və xalqın tarixinin qarşılıqlı əlaqəsinə ən çox fikir verir. O qeyd edirdi ki, dilin tarixi ilə xalqın tarixi bir birinə sarmaşmışdır və biri digərinə təsir göstərir. Bir tərəfdən xalqın tarixi ,millətin adət ənənəsi dildə öz əksini tapır,digər tərəfdən millətin təşəkkül tapmasında əsas rolu məhz dil oynayır.


Yüklə 18,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin