1. Dil işarəsi haqqında təlim. Dil işarəsinin təbiəti. Dil işarəsi təlimi


Ədəbi dillərin inkişafının nəzəriyyə və praktikası. 7. Ərəb dilinin inkişafı və fəaliyyəti. 8.Azərbaycan ədəbi dili



Yüklə 18,13 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü18,13 Kb.
#47973
1   2   3   4
Sosiolinqv kv 2

6. Ədəbi dillərin inkişafının nəzəriyyə və praktikası. 7. Ərəb dilinin inkişafı və fəaliyyəti. 8.Azərbaycan ədəbi dili.

Elmi ədəbiyyatda ədəbi dilləri çox vaxt süni dillər, standart dillər adlandırırlar. Bununla sübut etmək istəyirlər ki, o dildə danışan şəxsin həmin dilə şüurlu təsiri olmuşdur. Ədəbi dil normalaşdırılmış dil olduğunu görə normalar, qaydalar insanlar tərəfindən şüurlu yaradıldığı və tənzim edildiyi üçün ədəbi dil süni dildir. Ədəbi dillərin yaradılması və inkişafına təkcə cəmiyyət deyil, həm də kütlə, cəmiyyətin ayrı-ayrı üzvləri dil kollektivinin görkəmli nümayəndələri şüurlu təsir göstərir. Elmi ədəbiyyatda tez-tez belə fikirlərə rast gəlirik ki, İtaliyan ədəbi dilini Dante, ingilis ədəbi dilini Şekspir, ispan ədəbi dilini Servantes, rus ədəbi dilini Puşkin, özbək ədəbi dilini Əlişir Nəvai, Azərbaycan ədəbi dilini Molla Pənah Vafiq yaratmışdır. Belə faktlar onu göstərir ki, qohum və qohum olmayan köhnə və gənc yazılı dillərdə onların funksional-struktur tipologiyasında yeni ümumi və spesifik xüsusiyyətlər təzahür edir. Bugün dünyada 3500-dən çox dil var. Bu törəmə prosesi ilə yanaşı həm də onlarla dil ölmüşdür. Bir kökdən törəyən dillər qohum dilləri adlanır. Qohum dillərin hamısına dil ailəsi deyilir. Qədim ulu türk dili müxtəlif şaxələrə ayrılır: Oğuz dili, qıpçaq dili, qarluq dili, sibir dili, çuvaş dili, saxa(yakud) dili. Oğuz dilindən Azərbaycan, qaqauz, türkmən, Qıpçaq- tatar, Qarluq-Özbək, uyğur, salur dilləri meydana gəlmişdir.



7. Ərəb dilinin inkişafı və fəaliyyət göstərməsi tarixidə çox maraqlıdı. Ərəbistan yarımadasında VII yüzilliyin 30-50ci illərində formalaşan ərəb qəbilələrarası ədəbi dili ərəb istilaları ilə əlaqədar olaraq, əsarət altına alınmış ölkələrə 2 şəkildə gəlir:

1. Ədəbi dil şəklində

2. Dialekt şəklində

Artıq VIII yüzillikdə ərəb ədəbi dili qərbi Asiyanın , cənubi avropanın ,Priney yarımadasının və digər bir sıra ölkələrində kök salmışdı. Ərəb dili həm də bütün müsəlman dünyası alimlərini birləşdirən beynəlxalq elm dilinə çevrilmişdir . Ərəb dili vaxtilə latın, yunan və fars dillərinə müqavimət göstərən canlı dilləri sıxışdırıb işləkdən çıxardı. Ərəb ədəbi dili hələ də ədəbiyyatda ,elmdə ,əsasən də dini mərasimlərdə hakimiyyətini davam etdirirdi . Ərəb ədəbi dilinin yazılı tarixi 3 mərhələyə bölünür:

1. Klassik dil (islamaqədərki poeziyanın dili, islamdan sonrakı əsrlərin poeziya dili və quranın dili aid edilir).

2. Ərəb ədəbi dili və müasir ərəb ədəbi dili .

Sonuncu mərhələ ərəb ölkələrinin bu günü və gələcəyi baxımdan maraq doğurur. İndi ərəb ölkələrinin qarşısında bütün ərəb ölkələri üçün ictimai həyatın bütün sahələrində istər ədəbiyyatda ,istərsə də şifahi ünsiyyətdə işlədilən vahid dil yaratmaq imkanı məsələsi öndə durur.

8.Dünyanın inkişaf etmiş ədəbi dillərindən biridə Azərbaycan dilidir. Azərbaycan Respublikası,İran , İraq, Türkiyə , gürcüstan, Rusiya Federasiyası, Qazaxıstan və dünyanın başqa ölkələrində yaşayan 50 milyon Azərbaycanlı bu dildə danışır. Bu dil Azərbaycan Respublikasında yaşayan Azərbaycanlıların milli , ədəbi,danışıq və rəsmi dövlət dilidir. Azərbaycan dili Azərbaycan Respublikasında geniş ictimai funksiyalar icra edir. Azərbaycan ədəbi dili ümumxalq Azərbaycan dilinin yüksək  formasıdır. Bu dil əsrlərin məhsuludur. O əsrlər boyu Azərbaycanlılara fikir mübadiləsində xidmət edən ünsiyyət vasitəsidir. Azərbaycan ədəbi dili müstəqil bir dil olsa da, dünya dilləri sistemində türk dillərinə mənsub dillərdən biridir. Zaman keçdikcə bu ədəbi dil xidmət etdiyi xalqın ehtiyac və tələblərinə görə dəyişmiş, təkmilləşmə ,səlistləşmə yolu ilə inkişaf etmişdir . Azərbaycan ədəbi dili Azərbaycan xalqına ictimai həyatın bütün sahələrində xidmət edir .


Yüklə 18,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin