1. Dil işarəsi haqqında təlim. Dil işarəsinin təbiəti. Dil işarəsi təlimi



Yüklə 18,13 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü18,13 Kb.
#47973
1   2   3   4
Sosiolinqv kv 2

9. Dillərin funksional tipoloji təsnifi. 10. İctimai funksiyaları yerinə yetirən dillər. 11. Böyük millətlərin geniş ictimai funksiyalı dövlət dilləri olan ədəbi dillər.

Yazılı ədəbi dillərin funksional tiplərinin fərqləndirilməsində bəzi meyarlar əsas götürülür.

1. Ədəbi dillərin hər birinin yerinə yetirdiyi ictimai funksiyalar;

2. Müxtəlif ədəbi dillərin ictimai funksiyalarının nisbəti;

3. Ədəbi dilin quruluşunun leksik, üslubi və sintaktik sistemləri sosial şərtlənmiş inkişaf səviyyəsi.

Bu göstərilən meyarlar əsasında ədəbi dilləri müxtəlif tiplərə ayırmaq olar:

1.İctimai funksiyaları yerinə yetirən dillər.

Bu dillərdə 3 yerə bölünür: 1.Milli və ya dövlət dilləri, 2. Millətlərarası ünsiyyət dili, 3.Beynəlxalq ünsiyyət dili.

 Bu tipə Birləşmiş Millətlər Təşkilatının rəsmi dilləri olan ingilis, fransız, rus, ispan, çin və ərəb dilləri daxildir. Onların milli dillər kimi olduqca geniş ictimai funksiyalar yerinə yetirməsi bu dilləri birləşdirir. Eyni zamanda  bu dillər beynəlxalq dillər funksiyasında da işlənir. Bu onların struktur daxili inkişafında öz əksini tapır. Buna misal olaraq lüğət tərkibinin kifayət qədər genişlənməsini, funksional üslubların, frazeologiyanın inkişaf etməsini göstərmək olar.

2. Böyük millətlərin geniş ictimai funksiyalı milli dilləri və ya dövlət dilləri olan ədəbi dillər.

Bu tip dillərə alman,yapon və italyan dilləri aiddir. Bu dillər milli və mənəvi baxımdan müasir böyük dövlətlərin rəsmi dilidir və geniş ictimai funksiyaları yerinə yetirir. Bu baxımdan onları ictimai funksiyaları yerinə yetirən dillər qrupuna da aid etmək olar.  Lakin onlar BMTnin rəsmi beynəlxalq dillər deyildir. Onların beynəlxalq ünsiyyət dilləri kimi funksiyaları nisbətən məhduddur. Bununla yanaşı bu tip dillər UNESCOnun rəsmi dillərinə daxildir. Almaniya, Yaponiya və İtaliyada alman, yapon və italyan dilləri ilə rəqabət apara biləcək dillər yoxdur. Bundan başqa bu ölkələr çoxmillətli dövlətlər də deyil. Bütün bunlar həmin dillərin funksiyalarına öz təsirini göstərir.

3. Çoxmillətli ölkələrdə rəsmi dövlət dilləri.

Bu tipə hind,urdu,indoneziya dilləri daxildir. Bu dillərin dünyamiqyaslı olması Hindistan, Pakistan, Banqladeş və İndoneziya kimi böyük dövlətlərin müstəqillik əldə etməsi ilə əlaqədardır. Hind, Urdu və İndoneziya dilləri dövlət dilləri sırasında öz mövqelərini möhkəmləndirməklə davam edir. Bu yaxınlaradək ərəb dili də bu qrupa daxil edilirdi. Lakin indi ərəb dili BMTnin rəsmi beynəlxalq dillərindən biridir. Türk dilli Azərbaycan, Türkmənistan,  Özbəkistan, Qazaxıstan, Qırğızıstan respublikalarının milli dövlət müstəqilliyi qazanmasından sonra Türkiyə Respublikasından əlavə bu ölkələrin xalqlarını təmsil edən türk dilinin beynəlxalq mövqeyi genişlənmiş və möhkəmlənmişdir. Hazırda Rusiya Federasiyasıda və Çin Respublikasında yaşayan türk xalqlarının dillərinin inkişafı proseslərini proqnozlaşdırmaq çox çətindir. Bu baxımdan İranda yaşayan azərbaycanlıların da dil problemi çox acınacaqlıdır. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən azərbaycanlıların dilində nəinki bütün İranda, heç Cənubi Azərbaycanda da tədrisi ana dilində aparılan ibtidai məktəblər belə yoxdur. Lakin indinin özündə Türkiyənin və yeni türk dilli dövlətlərin həyatın bütün sahələrində inkişafı türk dilinin beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir.

4. Həmin dövlətdə elm və texnikanın bütün sahələrinin, insanların fəaliyyətinin bütün dairələrinin ictimai funksiyalarının hamısını əhatə etməyən ədəbi dillər.

Bu tipə Fars,Yunan,Macar,İsveç,Norveç Azərbaycan,türk,Çex dilləri daxil edilir. Onlardan bəziləri məs, türk və fars dilləri keçmişdə elm və mədəniyyət tarixində böyük dövlət birləşmələrində mühüm rol oynamışdır. Hazırki zamanda onlar milli və dövlət dili kimi öz dövlətlərində ünsiyyət dili kimi geniş ictimai funksiyalar yerinə yetirir.

5. İbtidai və orta məktəblərdə dərslərin aparıldığı ədəbi dillər.

6. İctimai funksiyaları ibtidai məktəb səviyyəsini əhatə edən ədəbi dillər.

7. İbtidai məktəbin birinci və ikinci siniflərində dərslərin keçirildiyi az miqdarda bədii və ictimai- siyasi ədəbiyyatın nəşr edildiyi yazılı dillər.

8. Az miqdarda elmi-kütləvi, ictimai-siyasi, bədii ədəbiyyatın nəşr edildiyi yazılı dillər.

Ədəbi dillərin qalan 4 tipi(5,6,7,8) yalnız 20-ci yüzillikdə yazı əldə etmiş, güclü təbliğata baxmayaraq onların gələcək taleyi hələ də şübhə altındadır.



Qohum dillərin və qohum olmayan dillərin tipoloji araşdırılması ədəbi dillərin tipoloji tədqiqi ciddi diqqətə layiqdir. Tipoloji tədqiqatlarda əldə olunan qiymətli nə varsa istifadə edilməlidir. Tipoloji tədqiqatların işlənib hazırlanmasında nəzəri və praktik tələbatla əlaqədar prinsipcə yeni bir aspekt ədəbi dillərin funksional struktur tipologiyası meydana çıxmışdır. Funksional struktur tipologiyanın mahiyyəti ondan ibarətdir ki, öz ictimai funksiyalarına görə dillər bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Məs, fars və talış dilləri qohum İran dilləri kimi tipoloji baxımdan məlum yaxınlığa malikdir. Lakin ictimai funksiyalarının həcminə görə onların arasında böyük fərqlər mövcuddur. Gənc yazılı çeçen və inquş dilləri və yazısız basbi dili tipologiyasına görə olduqca çox yaxın dillərdir.
Yüklə 18,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin