1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»



Yüklə 400,34 Kb.
səhifə29/33
tarix02.01.2022
ölçüsü400,34 Kb.
#42710
1   ...   25   26   27   28   29   30   31   32   33
EKOLO

Asılı bərk hissəciklər və toz.

«Asılı hissəciklər» adlandırılan maddələr dedikdə müxtəlif komponentlər, hər şeydən əvvəl atmosferdə mövcud olan toz, his, kül, tüstü, duman, sulfatlar, nitritlər və qazların kimyəvi çevrilmələri prosesində əmələ gələn bərk hissəciklər nəzərdə tutulur. Asılı hissəciklərin havada ölçüsü 0,01-dən 100 mkm arasında dəyişir. Ölçüsü 10 mkm-dən iri olan hissəciklər tez çökür, təmizləmə apardıqda onları tutmaq olur. Kiçik hissəciklər (0,01...0,1 mkm) hava nümunəsində adətən az miqdarda müəyyən edilir. Aerodinamik diametri 2,5 mkm olan hissəciklər PM 2,5 (ingiliscə partikulate matter), 10 mkm olan hissəciklər PM 10 adlandırılır. Ümumdünya səhiyyə təşkilatı diametri 10 mkm-ə qədər olan asılı bərk hissəciklərlə (PM 10) şəhərlərin çirklənməsini hazırda ən ciddi problemlərdən biri hesab edir. Bu hissəciklər insan sağlamlığına daha ciddi təsir edir. Asılı hissəciklərin yüksək konsentrasiyasının SO 2 ilə birlikdə təsiri xüsusilə qorxuludur.

Asılı hissəciklərin yaranmasının əsas mənbəyi yanma prosesidir. İstilik elektrik stansiaylarında, zibil yandırma müəsisələrində, məişət sobalarında, daxili yanma mühərriklərində yanma, sement yandırma sobaları, meşə yanğınları asılı hissəciklərin yaranmasında böyük rol oynayır.

Toz üzvi və ya mineral mənşəli kiçik bərk hissəciklər üçün istifadə olunan ümumi termindir. Toz hissəciklərinin ölçüsü 0,01...100 mkm arasında dəyişir, hissəciklərin orta ölçüsü 5 mkm olur. Tozun kimyəvi tərkibi və miqdarı yol örtüyünün materialından asılıdır. Dənəvər örtüklü (çınqıl) yollarda əmələ gələn tozlarda əsasən silisium 4 oksid üstünlük təşkil edir. Torpaq yollarda yaranan tozun 90%-ni kvars hissəcikləri, yerdə qalan hissəsini isə alüminium, dəmir, kalsium və s. maddələrin oksidləri təşkil edir. Asfalt-beton örtüklü yollarda tozun tərkibində əlavə olaraq əlaqələndirici bitum materiallar, yollarda zolaqların qeyd olunması üçün istifadə edilən rəngin və ya plastmasın hissəcikləri olur.



  1. Yüklə 400,34 Kb.

    Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin