Олигофренийанын тяснифаты



Yüklə 88 Kb.
tarix02.01.2022
ölçüsü88 Kb.
#42007
movzu 12 Kompleks qusurlu usaqlar


Mövzu: 12 Kompleks qüsurlu uşaqlar

Plan:

  1. Kompleks qüsurların növləri.

  2. Əqli cəhətdən qüsurlu uşaqların korreksiyası

  3. Kar uşaqların qüsurlarının korreksiyası

  4. Kor uşaqların qüsurlarının korreksiyası

  5. Xüsusi tərbiyə müəsisələrində olan uşaqların hüquqları haqqında dövlətin qanunları

Ədəbiyyat

1.O.V.Pravdina “Loqopediya”, Moskva 1969

2.T.Q. Qədirov “Uşaq sinir xəstəlikləri”, Bakı-1991

3.A.Axundov “Azərbaycan dilinin fonetikası”, Bakı 1991

4.A.Dəmirçizadə “Müasir Azərbaycan dili” , Bakı 1972

5.S.S.Sadıyev “ Loqopediya” Bakı 2006

6. F.Qasımov “Azərbaycanda xüsusi məktəblərin inkişaf tarixi” Bakı 1994

Plan 1. Müasir dövrün tələbi respublikamızda ümumi və xüsusi pedaqogikanın yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaratmışdır. Vaxtilə anormal uşaqların təlim tərbiyəsi təmamiə unudulmuşdur. Yalnız Respublikamız Müstəqillik əldə etdikdən sonra anormal uşaqlarında hüquülarının qorunması dövlət başçılarının narahat etdi. Ulu öndərimiz, mərhum H.Əliyev “Xüsusi tərbiyə müəssisəsində olan uşaqların hüquqları haqqında sərəncam verdi: Orada göstərilirdi;

Uşaqların xüsusi təlim-tərbiyəyə, yaxud ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir.

Xüsusi təlim-tərbiyə və ixtisaslaşdırılmış tibb müəssisələrində olan uşaqların, onlarla humanist davranılması, səhhətnin mühafizəsi, zəruri təhsil və peşə hazırlığı alması, məzuniyyət, yazışma, valideynləri ilə qohumları ilə görüşmək hüquqi vardır. Həmin qanunun V fəslinin Maddə-43-də gösrərilir.

1.Uşaq və uşaq hüqüqlarına əməl edilməsi üzərində nəzarətin nə uşaq baxımsızlığına qarşı mübarizənin təşkili ,

2. Uşaq hüqüqlarına əməl edilməsi üzərində nəzarətin nə uşaq baxımsızlığına qarşı mübarizənin təşkili müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.



Maddə 44; Bu qanunun pozulmasına görə məsuliyyət.

Bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.



Maddə 45 Beynəlxalq müqavilələr.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Azərbaycan Respublikasının prezidenti: H.Ə.Əliyev

Bakı şəhəri , 19 may, 1998- ci il.

Dövlətin və müəllimlərin məqsədi ondan ibarətdir ki, anormal uşaqların bütün xüsusiyyətləri dərindən öyrənilsin və onlar da təlimə və əməyə hazırlansın.

Yeni qəbul edilmiş TQ-nun da da göstərilir ki, anomal uşaqlar da ümumi təhsil məktəblərində oxumalıdırlar. Normal uşaqlarla təmasda olmalıdırlar.

2 sual : Əsəb sistemi pozğunluöu, kar, kor, lal uşaqların təlim-tərbiyəsi, oxuması çox gərgin əmək tələb edən prosesdir. Belə uşaqlarda ağıl zəifliyi, eşitmə və görmə çox az inkişaf edir; nitqlərində kəkələmə , pəltəklik hiss edilir. Bir sözlə müxtəlif cür xəstə olan uşaqlarda müxtəlif cür də çatışmamazlıqlar özünü göstərir. Hər xəstəliyin xüsusi əlamətləri var.

Sağlam uşaqlar məktəbə 6 yaşda, xəstə uşaqlar isə 12-13 yaşda qəbul edilirlər. Amma əsas yaş dövrü 8-10 yaş arasında olmalıdır. Xəstə uşaqlar məktəbə qəbul edildikdə onların yaşlarına deyil, hərəkətlərinə fikir verilir. Hansı uşaqlar əqli cəhətdən deyil, fiziki cəhətdən zəifdirsə onları tez qəbul edirlər. Belə uşaqlarda müxtəlif xəstəliklər, o cümlədən daun xəstəliyi müşahidə edilir. Belə xəstələr əvvəlcə həkimlərə göstərilir, xəstəliyi müəyyən edilir. Bəzi uşaqlarda qıc olma, bəzilərində eplepsiya, bəzilərində eşitmə, görmə, kəkələmə, nitq zəifliyi aşkar edilir. Belə uşaqlar fiziki və əqli cəhətdən tam sağlam olan uşaqlarla eyni parta arxasında otura bilməzlər. Belə ki, onlar yenicə məktəbə gələrkən öz hərəkətlərinə nəzarət edə bilmirlər. Bəziləri burnunu çəkir, qulağı ilə oynayır, barmağını sorur və s. Bunlar hamısı xəstəliyin əlamətləridir. Məsələn: Əsəb sistemi pozulmuş uşaqların davranış qaydaları xüsusidir. Belə siniflərdə dərs deyən müəllimlərdən çox böyük hövsələ, pedaqoji ustalıq tələb edilir. Müəllim bilməlidir ki, onun qarşısında oturan uşağın çatışmamazlığı nədir? Kardırmı? kordurmu? Qarşıda oturan uşağın bütün xüsusiyyətlərini bilmədən onun təlim-tərbiyəsi ilə məşğul olmaq mümkün deyil. Odur ki, xüsusi pedaqogikanın qarşısında mühüm vəzifələr durur. Bu vəzifələri yerinə yetirmək üşün dərs deyən müəllimdən xüsusi ustalıq tələb edilir. Dövlət tərəfindən tərtib edilmiş proqrama əsasən korreksiyaedici və əlahiddə pedaqogikanın qarşısında duran vəzifələr müxtəlif olsa da, ancaq onları bir amal birləşdirir. Xəstə ilə anomal uşaqları tərbiyə edib təlimləndirmək, cəmiyyət üçün yararlı vəziyyətə gətirmək. Həmin uşaqlar üçün xüsusi məktəblərə göndərilmişdir. Sxem belədir:

1.Uşağın adı, soyadı, atasının adı.

2.Döğulduğu il.

3.Ev ünvanı. Haradan və nə vaxt məktəbə qəbul olunub.

4. Nə vaxtdan nəzarətdədir.

5. Həkim diaqnozu, həkim arayışı.

6. Fiziki sağlamlığının xarakteristikası ( hərəkətlərin kordinasiyası, ətraf aləmin orentasiyası).

7. Eşitmə və görmə zəifliyi. (Artkulyasiya aparatında uşağın vəziyyəti)

Burada uşağın vəziyyəti bir neçə cür xarakterizə edilir.

1.Uşağın xasiyyəti təlim-tərbiyəsi.( şıltaq, hirsli, höcət, sakit, utancaq, sağlam, çevik və s.)

2. Böyüklər və uşaqlarla əlaqəsi.

3. Sanitar- gigiyenik münasibəti və özünəxidməti ( əl-üzünü yumaq, dişlərini təmizləmək, tualetdən düzgün istifadə etməsi, yemək qaydalarına riayət etmək).

Müxtəlif cəhətdən anormal olan uşaqlara təlimdə müxtəlif cür münasibət bəsləmək lazımdır.

Məsələn: Görməsi zəif olan uşaqlarda müəllim nəyə fikir verməlidir. Uşaq hansı məsafədən görür? Linzadan istifadə edirmi? Yerə düşən əşyanı tapa bilirmi?

Eşitmə qabiliyyəti zəif olan uşaqlarda müəllim aşağıdakılara riayət etməlidir.

1.Eşitmənin saxlanması- zəifliyə qarşı tədbir.

2.Eşitməyə diqqət.

3. fonematik eşitmə

Müəllimin diqqəti sayəsində uşaqlarda bilik, bacarıq və vərdişləri inkişaf etdirmək.

Mərkəzi sinir sisteminin müxtəlif sahələri pozulmuş və müxtəlif şəraitdə tərbiyə olunmuş anomal uşaqların potensial imkanı da müxtəlif olur.

Proffessor M.S. Pevzner özünün “Oliqrofen uşaqlar adlı əsərində intelлekt qüsura malik olan uşaqların əsas tiplərinin göstərir. Məsələn: tez əsəbləşən, həyacanlanan, süst, ləng, passiv, oliqrafen uşaqlar, yalnız bir və s. mərkəzləri pozulmuş uşaqlar.

Belə xəstə uşaqların differensiyası və qruplara bölünməsi təkcə intelektual pozulmaya, yaşa görə deyil, həm də davranışına, nitq inkişafının səviyyəsinə görə aparılmalıdır..

Anomal uşağın hamısında nitq pozğunluğu özünü müxtəlif formada göstərir. Bu hər uşaqda özünəməxsusxüsusiyyət kəsb edir. Bəziləri ümumiyyətlə danışmır, digərləri fonetik-qrammatik nöqsanlara yol verir, danışıqlarında məzmunsuzluq özünü göstərir və üstünlük təşkil edir.

Əlamətlərinə görə, anomal uşaqların təsəvvürləri bəsit, məhdud və qeyri-dəqiq olur.

Müəllimin təlimi sadə, əyani, uşaqlara tanış olan əşyalarla iş aparmaq əlverişlidir. Canlı və ya cansız əşyalar arasında uyğunluğu uşaqlara başa salmaq, çox vacibdir.

Məsələn: Toyuğun pəncəsi yeri eşmək üçün, юыrdəyin pəncəsi üzmək üçün olduğunu başa salmaq, əyani göstərmək lazımdır.

Uşaqlarda nitqin inkişafı xüsusi qabiliyyət tələb edir. Bunun üçün aşağıdakıları bilmək vacibdir.

1.Nitqi aydın başa düşmək.

2.Təlimatı dəqiqliklə başa salıb, ciddi tələb etmək.

3.Passiv lüğətdən istifadə etmək. (əşyanı göstərmək, onun içərisindən öyrədilmiş əşyanı seçib göstərməyi tələb etmək).

Uşağın psixoloji xüsusiyyətlərini də nəzərə almaq lazımdır.

Əsəb pozğunluğu olan uşaqlarda əsas tərbiyəvi məşğələlər aşağıdakı plan üzrə aparılmalıdır.


  1. Uşaqları öyrənmə.

  2. Böyüklərlə müqavilə bağlamaq, rejim, təlim-tərbiyə qaydalarına riayət etmək.

  3. Kollektivə daxil olma.

  4. Özünənəzarətə öyrətmə.

  5. Düzgün danışıq qaydalarını öyrətmə.

  6. Uşaqları əməyə öyrətmə.

Elə şagirdlər var ki, öz səhvlərini başa düşürlər, bəziləri isə müəllimim köməyi ilə başa salınırlar. Belə uşaqlar 3 qrupa ayrılır.

  1. İnbesil xəstə uşaqlar.

  2. Başa düşməyən uşaqlar ki, müəllim keçdiyi dərsi onlara yenidən izah edir..

  3. Qrupa isə əsəb sisteminin pozulması nəticəsində fikri dağınıq olan uşaqlardır. Belə uşaqlar nədən danışılsa da, mətləbə dəxli olmayan suallar verilir.

I-II qrupa daxil olan uşaqlarda beyin inkişaf edə bilər və yaxşılaşmağa doğru gedə bilər.

Belə uşaqlar I-II qrup əlil kimi çox həvəslə işləyə də bilər.

Belə uşaqlar musiqini sevir,mahnı oxuyur və s. Dərsdə hər bir şagirdə fərdi yanaşma əsas yer tutur. Burada müəllimim üzərinə aşağıdakı vəzifələr düşür.

1. Hər bir şagirdin anomal təşkilini bilmək.

2. Hər bir şagirdin müəyyən qədər ailə təcrübəsinin öyrənilməsi.

3. Kollektivin ona təsiri.

4. Hər bir şagirdin kollektivdə simpatiyası.

5. Təlim və tərbiyə.

6. Əməyə alışdırma.

7. Əsəbi olan şagirdlərə müəllimin təsiri və köməyi.



Burada praktik təcrübələr əsas yer tutur.


Yüklə 88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin