Ekoloji təhlükəsizlik konsepsiyası. Ekoloji təhlükəsizlik haqqında Azərbaycan Respublikasinin qanunu.
Bu konsepsiyanın əsasının ekoloji risk nəzəriyyəsi olduğu qəbul edilir. Ekoloji təhlükəni azaltmaq olar, lakin aradan qaldırmaq mümkün deyil. Bu əsasdan insan və ətraf mühit üçün riskin müəyyən olunma məsələsi meydana çıxıb. Risk şəraitində qərarın qəbul olunma prosesi üç mərhələdən ibarətdir:
riskin qiymətləndirilməsi – bu mərhələnin əsas məqsədi onun nəticələrinin kəmiyyətcə qiymətini müəyyən etməkdir, məsələn, xəstələnmənin və ölümün.
riskin analizi – mərhələnin məqsədi müxtəlif variantlarda risklərin kəmiyyət ölçülərinin müqayisə etməkdir.
riskin idarə edilməsi – idarə edilmənin məqsədi risk problemlərinin həlli ardıcıllığını müəyyən etmək və təhlükəsiziyinin artırılması vasitəsini tapmaqdır.
Azərbaycan Resp. Ekoloji təhlükəsizlik haqqında qanununa əsasə, ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir.
Dostları ilə paylaş: |