Növlər arasında olan Mümkün kombinasiya tipləri qarşılıqlı
əlaqələrin müxtəlif növlərini əks etdirir: - neytralizm – hər iki
növ müstəqildir (sərbəstdir) və bir-birinə heç bir təsir göstərmir;
- rəqabət – növlərdən hər biri digər növə əlverişsiz (mənfi, pis)
təsir göstərir; - mutalizm – növlər bir-birindən ayrıldıqda yaşaya
(mövcud ola) bilməz; - protokooperasiya (həmrəylik) – hər iki
növ qruplaşma əmələ gətirir, qruplaşma onlar üçün faydalı olsa
da, onlar ayrıldıqda da yaşaya (mövcud ola) bilər; -
kommensalizm – növün biri kommensal olub, bir yerdə yaşadığı
başqa növdən fayda alır, digər növ isə sahib olub, heç bir fayda
götürmür (qarşılıqlı dözüm); - amensalizm – növün biri amensal
olub digər növ onun böyümə və çoxalmasına təzyiq göstərir; -
parazitlik – parazit növ öz sahibinin böyümə və çoxalmasını
ləngidir və hətta onu məhv edə bilər; - yırtıcılıq – yırtıcı növ öz
«qurbanına» (şikarına) hücum edir və onunla qidalanır. Növarası
əlaqələr biotik qruplaşmaların (biosenozların) mövcudluğu
əsasında yaranır.
Dostları ilə paylaş: